Cənnətdəki təbii gözəlliklər

Allah`dan qorxub pis əməllərdən çəkinənlərə vəd edilən cənnətin vəsfi belədir: altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allah`dan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə cəhənnəmdir! (Rəd surəsi, 35)

Təbii gözəlliklər və yaşıllıqlar cənnətin mükəmməl nemətlərindəndir. Cənnətdəki taxt və kölgəliklərin bağların içində, bulaqların başında qurulması ayrı bir gözəllikdir.

Cənnət "... Orada nə günəş, nə də sərt soyuq görəcəklər..." (İnsan surəsi, 13) şəklində tərif edilən, insana heç bir rahatsızlıq verməyən xoş bir iqlimə sahibdir. İnsanı yoran, tərlədən istilər, ya da titrədən, donduran soyuqlar orada yoxdur. Allah möminləri cənnətdə "... rahatlıq verən sıx kölgəliyə yerləşdirəcək..." sokacaktır(Nisa surəsi, 57). "Rahatlıq verən" ifadəsi bu ayədə iqlimin tam insanın istəyəcəyi və rahat edəcəyi kimi olduğunu bildirməklə bərabər, əslində, cənnətdəki bütün şərtlərin insan ruhunun gerçək mənada rahat ediləcəyi biçimdə hazırlandığına işarədir. Cənnətdəki hər şey və hər durum möminin "tam istədiyi" kimi olacaqdır.

Allah'ın cənnət ayələrində ən çox bəhs etdiyi təbii gözəlliklərdən biri də "axar su kənarında" ayəsidir (Vaqiə surəsi, 31). Yerüstü həyatdan da bildiyimiz kimi, insan ruhu sudan, xüsusilə də axar sulardan böyük zövq alır. Bir göl, axar su və ya şəlalə, meşənin içindən axan bulaq insan ruhuna təsir edir. Sarayların, malikanələrin, villaların bağçalarında hovuzlar, fontanlar və ya axar sulara bənzəyən mənzərə yaratmağın məqsədi də ruhdakı bu estetik xüsusiyyətlərdən irəli gəlir.

Bu estetik mənzərənin xoşa gəlməsinin başlıca səbəbi insan ruhunun cənnətə görə yaradılmış olmasıdır. Başqa bir ayədə bu gözəlliklər belə ifadə edilir:

"O cənnətdə fəvvarə verib qaynayan iki bulaq vardır." (Rəhman surəsi, 66)

Axan suyun təsviri, çıxardığı səs insanın qəlbinə rahatlıq və sevinc gətirir. Yüksəklikdən tökülən suların görünüşü və gur səsi ruha ləzzət verir, insanın Allah'a şükür etməsinə və O'adının ucaltmasına vəsilə olur. Su xüsusilə də təpələrdən, ağac və yaşıllıqların arasından axırsa və yaxud da qayaların üzərindən süzülürsə, ortaya olduqca gözəl bir mənzərə çıxır. Su ya töküldüyü yerdə dayanır, ya da kiçik hovuzlar əmələ gətirərək birindən digərinə axıb gedir. Davamlı axan su əbədiyyətin və tükənməyən bir bolluğun əlamətidir.

"Allah`dan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar" (Hicr surəsi, 45) ayəsindən də anladığımız kimi, möminlər cənnətdə bu cür yerlərdə yaşayacaq və bundan zövq alacaqlar. Bir başqa ayədə isə "Həqiqətən, müttəqilər kölgəliklərdə və çeşmələr başındadırlar" (Mürsəlat surəsi, 41) şəklində bildirilir. Bəhs edilən kölgəliklər (ən doğrusunu Allah bilir) oturmaq və gözəlliklərə tamaşa etmək məqsədilə xüsusi olaraq yaradılmış bir məkan ola bilər. Cənnət guşələri kimi kölgəliklər də yüksəklərdə qurulmuşdur. Beləcə, yüksək yerlərdən gözəlliklərə tamaşa edilir, bir çox xüsusiyyətlər eyni anda görünür. Kölgəliklər möminlərə zövq almaq üçün yaradılan, hər çeşid ərzaq və meyvənin yeyiləcəyi, cənnətə xas içkilərin içiləcəyi, möminlərin bir yerdə söhbət edəcəkləri və birlikdə əylənəcəkləri məkanlardır. Bu kölgəliklərin bulaq başında, insanın ruhunun daha çox xoşladığı yerlərdə qurulması buraların cazibədarlığını artırır. Bu bulaqlardan tərtəmiz, dadlı və içənlərə ləzzət verən sular fışqırır.

Cənnətə xas bir başqa gözəllik isə sözü ayədə gedən bağçalardır. Şüəra surəsi'nin 22-ci ayəsində bəhs edilən "cənnət bağçaları" sadəcə olaraq yalnız möminlər üçün hazırlanmışdır. Bağçaların əsas xüsusiyyəti özündə bir çox təbii gözəllikləri cəm etməsidir. Bu bağçalarda dünyanın müxtəlif bölgələrində yetişən ən nəfis və ən gözəl ətirli bitkilərin bənzərləri və bunlar kimi sonsuz çeşidi yetişir, insanın tanıdığı və tanımadığı bir çox heyvan bir yerdə yaşayır.

Bağçalar, müxtəlif hündürlükdəki ağaclar, "o qədər yaşıldır ki, qaraya çalır" (Rəhman surəsi, 64). Sahələr, bitkilər və çiçəklər bəzi yerlərdə hovuz və fəvvarələrlə süslənmişdir. Kənarda görünən ağacların bir qismi də meyvə ağaclarıdır və onların budaqları cənnətin bolluğunu göstərirmiş kimi "barın ağırlığından yerə doğru əyilmişdir" (Vaqiə surəsi, 28), "Onlar tikansız sidr ağacları, salxım-salxım sallanan möüz (banan) ağacları altındadır" (Vaqiə surəsi, 29). Yaşıllıqlar dəniz və ya gölə qədər aramsız davam edir. Bəzi ağaclar suların olduğu yerlərdən də çıxa bilir.

Bütün bu saydıqlarımız cənnətə xas gözəlliklərin ayələr işığında anlaya bildiyimiz ən böyük bölümüdür. Bir qismi dünyadakıları xatırladan, bir qismi isə heç bir nəfsin görüb-bilmədiyi "qollu-budaqlı ağacları" olan cənnətin (Rəhman surəsi, 48) meyvəsi və gözəllikləri təsəvvür və ifadə imkanları xaricindədir. Bilmək lazımdır ki, bizim xəyal gücümüzün xaricində və Allah'ın sonsuz elmi ilə hazırlanmış bir çox gözəllik və sürpriz də cənnətdə möminləri gözləyir. Xüsusilə "... Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük fəzl və nemət..." (Şüəra surəsi, 22) ayəsində bildirildiyi kimi, bütün təbii gözəlliklər də daxil olmaqla, cənnətdəki hər şey möminin arzusu ilə gerçəkləşəcək (ən doğrusunu Allah bilir).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı