Cənnətdə möminlərin yaşadığı yerlər

Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allah'dan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 72)

Möminlərin dünya həyatlarını yaşadığı evlər əvvəlki səhifələrdə bildirdiyimiz kimi, "Allah öz adının zikr edilməsinə izn verdiyi evlərdir" (Nur surəsi, 36) və yenə Allah'ın əmri üzrə tərtəmiz tutulan və xüsusi diqqət yetirilən yerlərdir. Cənnət evləri də buna bənzəyərək möminlərin Allah'ı andığı və O'na şükür etdiyi tərtəmiz məkanlardır.

Möminlərin yaşadığı gözəl məskənlər, evlər, guşələr əvvəlki bölümdə təsvir edilən təbii gözəlliklərin içində qurulacaq və son dərəcə müasir, üstün bir texnoloji və estetik memarlığa sahib şəhərlərdə inşa edilmiş evlərdən daha üstün olacaq.

Qurani-kərim'də təsvir edilən evlər başlıca olaraq təbii gözəlliklərin içində inşa edilmişdir. Bunu bildirən ayə belədir:

Lakin Rəbbindən qorxanları cənnətdə bir-birinin üstündə tikilmiş otaqlar, behiştin yüksək məqamları gözləyir. Onların altından çaylar axar. Bu, Allah'ın və'Allah və'də xilaf çıxmaz .(Zumər surəsi, 20)

Cənnətdə taxtların (köşklərin) yüksəklərdə olması qarşıdakı və aşağılardakı mənzərəyə baxılarkən çoxlu sayda gözəllikləri əhatə etməyə imkan verir. Beləliklə də bir çox gözəllikləri eyni vaxtda gözdən keçirmək imkanı yaranır. Yüksəklik dəyişdikcə mənzərənin gözəlliyi də dəyişir. Hər metr fərqi ilə görünən gözəlliklər bir-birini təkrarlamayacaq. Cənnətdə bəzi köşklər daha yüksəkdə, bəziləri nisbətən aşağıda ola bilər. Beləcə, hər birinin mənzərəsini və bu mənzərələrdən alınacaq zövqlərin fərqli olması ortaya çıxacaq.

Ayədə bəhs edilən yüksək yerlərdə qurulmuş köşklərin altından sular axar. Bu mənzərəyə tamaşa üçün geniş pəncərəli, ya da dörd tərəfi güzgülərdən inşa edilmiş salonlar ola bilər. Beləcə, insan ruhunun ən çox zövq alacağı şəkildə tikilmiş evlərdə, taxtlar üzərində və ən gözəl meyvə və içkilərlə onlara ruzi verilər. Möminlər yüksəkliklərdən baxaraq bir-birindən möhtəşəm mənzərələri izləməklə zövq alarlar.

Cənnətdə köşklərin tikintisi və döşəməsi ən keyfiyyətli materiallardan, ən gözəl rənglərdən istifadə olunmaqla həyata keçirilib. Rahat qoltuqları, qarşılıqlı oturacaqları olan taxtlar vardır."Möminlər qızıl-gümüşlə, ləl-cavahiratla bəzədilmiş taxtlar üzərində oturacaqlar.Bəzənmiş taxtlar üstündə qərar tutacaq; olara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər" (Vaqiə surəsi, 15-16)"Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda..." (Tur surəsi, 20) şəklindəki ayələrdən də anlaşıldığı kimi, taxtlar zənginlik, möhtəşəmlik və qüdrət simvoludur. Allah sonsuz cənnət nemətlərini nəsib etdiyi möminlərə beləsini layiq görmüşdür. Onlar cənnətdə taxtlar üzərində əyləşəcəklər. Bu halda, möminlər Allah'ı davamlı anarlar. Bunu xəbər verən ayələrdə belə buyurulur:

Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklər və incilərlə bəzənəcəklər və libasları da ipəkdən olacaq. Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allah'a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayan və qədirbiləndir. Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır." (Fatir surəsi, 33-35)

Möhtəşəm taxtlar üzərində oturan möminlər ətraflarına "tamaşa edəcəklər" (Mütəffifun surəsi, 23). Dünyada gördüyü gözəl bir mənzərənin, gözəl bir görüntünün qarşısından ayrılmaq istəməyən insan üçün cənnətdəki möhtəşəm mənzərə və gözəlliklərin sadəcə olaraq seyr edilməsi belə böyük bir ziyafət, böyük bir nemətdir. Möminlərin baxıb seyr etdikləri bir əyləncə və ya bir təntənəli mərasim də ola bilər.

Dünyanın yaradılışından sonuna qədər yaşamış, ya da yaşayacaq möminlərlə bu zövqləri və gözəllikləri bölüşmək də yalnız cənnətə xas olan bir nemətdir. Məsələn, hz. Musa, hz. İsa ilə və yaxud da saleh mömin və səhabələrlə qarşı-qarşıya taxtlarda oturub söhbət etmək, birlikdə Allah'ı anmaq insana bu dünyada nəsib olacaq bir zövq deyildir. Bu zövq ancaq cənnətə məxsusdur.

Cənnətdə möminlərin dilədiyi hər bir şey yaradılacaqdır. Allah diləklərinin onların özlərinə çatdırılması üçün xüsusi xidmətçilər təyin etmişdir. Ayədə belə bildirilir:

Onların ətrafında xidmət üçün özlərinə məxsus olan sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqdır.(Tur surəsi, 24)

Allah'ın cənnətə layiq gördüyü möminlər son dərəcə dəyərli və seçilmiş insanlardır. Möminlərin xidmət edilənlərdən, "hörmət və şərəfə nail olanlardan" (Saffat surəsi, 42) olmaları da Allah'ın onlara verdiyi böyük dəyəri göstərir. Möminlərə xidmət etmək üçün yaradılan xidmətçilər möminlərin arasında dolaşarlar. Möminlərin bir sözü iki ola bilməz. Onlara davamlı, aramsız xidmət və ehtiram edilər. Qurani-kərim'də cənnətliklərə xidmət üçün yaradılmış cavanlardan belə bəhs edilir:

Onların dövrəsində həmişə cavan oğlanlar olacaq. Onları gördükdə sanki ətrafa (səpilmiş inci olduqlarını zənn edərsən). (İnsan surəsi, 19)

Cənnətdə möminlərin dilədiklərinin dərhal yaradılması ilə yanaşı, nemətlərin belə qüsursuz xidmət və ehtiram içində olması da görkəmli gözəllik yaradır. Xidmət zamanı istifadə olunan əşyalar da çox dəyərli, keyfiyyətli və cəlbedicidir. Ayələrdə qızıl və gümüş qablardan istifadə edildiyi bildirilir:

(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan elə büllur ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.(İnsan surəsi, 15-16)

Onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaq. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)

Möminlərin dünyadakı məqsədlərindən biri də Qurani-kərim'də tərif edilən cənnət nemətlərinə, cənnət həyatına dünya həyatında ikən yaxınlaşmaqdır. Cənnətdəki qiyafələrin, paltarların və qumaşların mükəmməl olduğunu ayələrdən görürük. Allah dünyada geyinməyi insanlara öyrədərək onların həm örtünməsini, həm də gözəl və şıq geyinməsini istəmişdir. Bu durumu açıqlayan ayə belədir:

Ey Adəm oğulları, sizə ayıb yerlərinizi örtəcək bir geyim və 'bəzəkli libas' nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allah'ın ayələrindəndir ki, bəlkə (onunla öyüd-nəsihətə qulaq asasınız) (Əraf surəsi, 26)

Allah "Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki Allah İsraf edənləri sevməz" (Əraf surəsi, 31) ayəsi ilə iman edənlərə təmiz qiyafətlər geyinməsini tövsiyə etmişdir. Əslində, cənnətdə möminlərə geyindiriləcək qiyafətlər də dünyada olanlardan qat-qat əzəmətli və cəlbedicidir. Qurani-kərim'də xüsusilə cənnətdə olan iki qumaşa - ipəyə və atlasa diqqət çəkilmişdir. Bir ayədə cənnətdəkilər üçün "Taftadan və atlasdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər" (Duxan surəsi, 53) deyə bildirilir. Bu iki qumaş dünya standartlarına görə az tapılan, bahalı və çox keyfiyyətli qumaşlardır. Bunlardan tikilən paltarlar onları geyinən insana estetik zövq verdiyi kimi, seyr edən insana da zövq verəcəkdir. Bu paltarların gözəlliyi və möhtəşəmliyi onları geyinənlərin nöqsansızlığı ilə bütövləşər, nəticədə, ortaya gözəl mənzərə çıxar.

Əlbəttə ki, cənnətdəki qumaşların, geyimlərin hamısı bu ikisi ilə bitmir. Allah bu böyük mükafatı nəsib etdiyi möminlərə daha neçə gözəl qumaşlardan neçə gözəl paltarlar geydirəcəkdir. Belə ki, bizim bilmədiyimiz qumaş növlərindən paltar orada ola bilər.

Qurani-kərim'də bizə bu gözəl paltarların bəzi bəzəklərlə süsləndiyi və cazibədarlığının artırıldığı xəbər verilir. Bu bərbəzəkdən xüsusilə diqqəti çəkənlər qızıldan və gümüşdən olan bilərzik və incilərdir. Məsələn, Həcc surəsinin 23-cü ayəsində "... Onlar orada altun və incilərlə bəzənəcəklər, orada libasları da ipəkdən olacaqdır!" şəklində bildirilir.

Bir başqa ayədə isə "Əyinlərində ipəkdən və atlasdan yaşıl libaslar olacaqdır. Onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərbət içirdəcəkdir ..." (İnsan surəsi, 21) şəklində bildirilir. Beləcə, gözəl geyimlər gözəl bərbəzəklə tamamlanmış və möminlərin zövqünə uyğunlaşdırılmışdır.

Cənnətdəki "çeşid-çeşid incəlik""cəlbedici gözəlliklər"dir. Bunlar Allah'ın sonsuz elminin və sənətinin bir nümunəsidir. Məsələn, taxtlar bərbəzəkli yüksəkliklərdə qurulmuş, nizamla düzülmüşdür. Libaslar ipək və atlasdandır. Qızıl və gümüş bərbəzəklər bu qiyafələri süsləmişdir.

Allah Qurani-kərim'də cənnətlə əlaqəli çox incəlikləri qeyd etmiş, ancaq xəyallarımızın sərhədlərini açıq saxlayan ifadələr də işlətmişdir. Cənnətdə (ən doğrusunu Allah bilir) hər möminin öz zövqünə görə xüsusi olaraq təyin edilmiş müxtəlif nemətlər, mənzərələr və çeşid-çeşid məkanlar olacaqdır. Sözsüz, Allah cənnətə layiq və cənnət əhli etdiyi dəyərli möminlərə Qurani-kərim'də bildirdiyi nemətlərlə yanaşı, daha neçə-neçə sürprizlər hazırlamışdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı