Cənnət haqqında bəzi batil düşüncələr

Cənnəti tərif və təsvir edən ayələrin hamısı 14 əsr öncə olduğu kimi, bu gün də Qurani-kərimi oxuyan insanda eyni gözəllik, zənginlik, bolluq, sevinc və xoşbəxtlik hissləri oyandırır. Cənnət haqqında bəhs edilən dəyərli məlumatların hamısı hər dövrdə və hər təbəqədən olan insan tərəfindən qəbul edilən və əldə edilməsi istənilən dəyərlərdir. Məsələn, Qurani-kərim'də cənnətdə olduğu bildirilən qızıl, gümüş və digər növ cavahiratlar təkcə Qurani-kərim nazil olunduğu dövrdə deyil, eyni zamanda, bu gün də o dərəcədə, hətta daha çox qiymətdə olan maddələrdir.

Qurani-kərim'də haqqında bəhs edilən digər cənnət əşyası da "ipək"dir. Bu gün istər geyimdə, istərsə də digər dekorativ istehlak sahələrində "ipək" son dərəcə keyfiyyətli və dəyərli bir qumaş olaraq üstün tutulur. İpək, eyni zamanda, zənginlik və dəbdəbə simvoludur. Qurani-kərim'dəki cənnət təsvirlərində adı çəkilən bu cür qiymətli əşyaların hamısı dövrümüzdə 1400 il əvvəlkindən bəlkə daha çox dəyərli bir vəziyyətə gəlmişdir.

Yenə Qurani-kərim'də bəhs edilən cənnətdəki gözəl məskənlər, gözəl saraylar və köşklər hər dövrdə hər kəsin malik olmaq istədiyi cəlbedici və rahat məkanlardır. Dövrümüzdəki villaların, malikanələrin hamısı məhz bu kateqoriyaya daxil olurlar və bir seçkinlik, sərvət və zənginlik əlamətləridir.

Buna bənzər şəkildə cənnət əşyası olduğu bildirilən taxtlar, döşəklər də ən rahat və ən cəlbedici dekorativ əşyalardır. Bütün bunlar cəlbedici məkanların içində bir estetik gözəllik ünsürü olaraq istifadə olunur.

Bütün mülklərin sahibi olan Allah'ın sevdiyi qullarına həm dünyada, həm də axirətdə bu cür gözəllikləri layiq görməsi və bağışlaması yalnız O'nun şəninə uyğun məsələdir.

Cənnətdə yalnız Quran'da bildirilən şeylər var?

Cənnət Qurani-kərim'də təsvir edilərkən yaşadığımız dünyadan nümunə və bənzətmələr verilmişdir. Çünki insan bilmədiyi bir şeyi zehnində ancaq bildiyi şeylərdən istifadə edərək canlandırır. Bu isə nə qədər orijinal olmasa da, insanda müəyyən bir təsəvvür yaradır. Cənnət nemətləri haqqında Qurani-kərim'də verilən incə və müfəssəl təriflər oradakı nemət və gözəlliklərin dünyadakıların ən gözəli, ən üstünü olanlarından daha çox üstün olacağını bizə göstərir.

Cənnət Qurani-kərim'də tərif edilərkən Allah'ın dünyada yaratmış olduğu ən məqbul, ən gözəl, ən çox rəğbət bəslənən, ən nadir rast gəlinən şeylərdən misallar çəkilir. Məsələn, iri və qara göz nadir rastlanan və xüsusilə qadınlara son dərəcə estetik və cəlbedici bir görünüş verən bir əzadır. Elə isə bu xüsusiyyət səbəbi ilə cənnətdə olan iri ahu gözlü və siyah (qara) gözlü qadınlardan bəhs edilir. Bu, o demək deyildir ki, yaşıl, mavi ya da qonur gözlü qadınlar olmasın. Allah cənnətin üstünlüyünü və gözəlliyini bu cür nümunələrlə xəbər verir, dünya ölçülərində ən çox qəbul olunan şeylərin cənnətdə daha çox üstünləri ilə rast gəldiyini bildirir. Başqa bir misal göstərək. Cənnətdə hər cür meyvənin olması Qurani-kərim'də xəbər verilir. Fəqət, müxtəlif ayələrdə banan və əncir kimi daha çox istifadə edilən meyvələr misal gətirilir. Əlbəttə ki, bu meyvələr cənnətdəki hüdudsuz meyvə bolluğu arasından seçilmiş iki nemətdir.

Hər kəsin zövqünə görə olan, "nəfsinin arzu etdiyi", "istək duyduğu hər şeyin" cənnətdə olmasının xəbər verilməsi cənnət nemətlərinin hədsiz və insanın təxəyyül imkanlarından daha yüksəkdə olduğunu ifadə etmək üçün yetərlidir. Hər kəs Qurani-kərim'i öz imanı, ağlı, səmimiyyəti səviyyəsində anlayır. Qurani-kərim ayələrini yad bir niyyətlə oxuyan inkarçı da cənnət ayələrini öz dar düşüncəsi dairəsində anlayacaq. Halbuki, ayələrdə tərif edilən cənnətin üstünlüyü və gözəlliyi düşünə bilən, ağlı və şüuru açıq olan bir insan üçün göz önündədir. Cənnətdə bunlardan daha üstününü yaratmaq fani dünyadakı ən kiçik təfərrüatlarda da mükəmməl nizam və qüsursuzluq nümayiş etdirən Allah`dan ötrü, şübhəsiz ki, asandır.

Cənnətə layiq olmaq üçün çalışmaq

Bir qisim insanlarda cənnət haqqında "olsa da olar, olmasa da olar" şəklində bir etinasızlıq, bir əlaqəsizlik var. Əslində isə, axirətdə insan üçün iki ehtimal vardır: ya cənnət, ya da cəhənnəm. İkisinin arasında olan bir yerə getmək kimi bir fikir yoxdur.

Cənnəti lazımi şəkildə təqdir edə bilməyən, onun həsrətini çəkməyən, ona qovuşmaq istəməyən bir insanın cənnətə layiq olmaması da bəlli məsələdir. Cənnətə layiq olmayan bir insanın ora daxil ola bilməsindən isə hətta söz belə gedə bilməz və bu, mümkün deyil.

Cənnətə qəbul edilməyən bir insanın gedəcəyi tək bir yer var ki, bu da cəhənnəmdir. Elə bu səbəbdən, Allah'ın möminlərə çox böyük bir lütfü və ərməğanı olan cənnəti istəməmək, ora düşməyi arzulamamaq, ora getmək üçün səy göstərməmək və bu düşüncələrdən əl çəkməmək insanın cəhənnəm əhlindən olmasının aşkar əlamətləridir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı