Cənnət əhlinin
dünyadakı vəziyyəti

MÖMİNLƏRİN BU DÜNYADAKI GÖZƏL HƏYATI

Qurani-kərim'də iman gətirənlər sonsuz mükafat və sonsuz səadətlə müjdələnmişdir. Ancaq diqqətdən yayınan önəmli bir məqam vardır. Bu da sonsuz zaman içərisində sonsuz gözəlliklərə gedib çıxan bu müjdənin mömin insan hələ dünyada ikən yaşanmağa başlamasıdır. Çünki mömin axirətdə cənnətlə müjdələndiyi kimi, bu dünyada da Allah'ın lütfü və kərəmi ilə nemətləndirilir. Saleh əməllər işləyən möminlərin bu dünyada da gözəl bir həyat yaşamaqla mükafatlandırılacağı Qurani-kərim'də belə xəbər verilir:

Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik (Nəhl surəsi, 97)

Ayədə xəbər verilən bu müjdənin başda peyğəmbərlər olmaqla, saleh möminlərə də aid olduğunu bir çox Qurani-kərim ayəsindən öyrənə bilərik. Məsələn, Qurani-kərimdə cənnətin ən yüksək dərəcələri, ən üstün məqamları ilə müjdələnən Peyğəmbərimiz'i (s.ə.v) dünya həyatında Allah'ın zəngin etməsi "Bir yoxsul ikən səni tapıb zəngin etmədimi" (Duha surəsi, 8) ayəsindən anlaşılır. Hz. Davud'a, hz. Süleyman'a, hz. Zülqərneynə'a, hz. İbrahimə və ailəsinə bu dünyada böyük mal-mülk və imkan verilməsi haqqında başqa ayələrdə bəhs edilir.

Həm bir mükafat və şövq qaynağı, həm də Rəbbimiz'in əvəzsiz lütf və ehsanının bir nümunəsi olaraq saleh bəndələrinə bu dünyada nemət və gözəlliklər verməsi Allah'ın dəyişilməz bir qanunudur. Zənginlik və gözəllik cənnətin ən təmiz xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi seçilmiş bəndələrinə cənnəti xatırladacaq, onların cənnətə qovuşma arzu və həyəcanlarını artıracaq olan nemətlərin bənzərlərini bu dünyada yaradır. Necə ki, inkarçıların əbədi əzabları bu dünyadan başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də onlara dünyadakı həyatında göstərilməyə başlanır.

Bir mömin onu yaradan Allah'ın tanımasından, O'nun emir ve yasaklarına uymasından, O'nun əmr və qadağalarına tabe olmasından, Onun insanlar üçün seçib bəyəndiyi dini yaşamasından və ən vacibi budur ki, ölümündən sonrası üçün çox böyük ümid bəsləməsindən ötrü dünyadakı həyatı boyunca hər cür ruhi sıxıntı və üzüntüdən uzaqdır.Hər şeydən əvvəl Rəbbimiz'in yardımı və dəstəyi iman gətirənlərlə bərabərdir. Allah "... Öz peyğəmbərinə və möminlərə arxayınçılıq nazil etdi..." (Tövbə surəsi, 26) vəhyini göndərmişdir. Bu, möminlərin hər namazda, hər saleh əməldə Allah rizası üçün edilən kiçik-böyük hər işdə Allah'ın onları gördüyünü, mələklərin bu əməlləri əməl dəftərlərinə yazdığını və axirətdə bütün bunların əvəzini alacaqlarını bilməsindən doğan bir sevincdir. Bu, Allah'ın onları görünməyən ordularla və mələklərlə dəstəklədiyini, "önlərindən və arxalarından izləyənləri" olduğunu və bunların onları "... Allah'ın əmri ilə" (Rəd surəsi, 11) qoruduqlarını, O'nun Onun yolunda aparılan savaşda qalib gələnlərin cənnətlə müjdələnmiş insanlar olduqlarını bilməsindən doğan bir sığınma, güvən duyğusudur. Beləcə, saleh möminlər Allah'ın mələklərə "... möminlərə qüvvət, mətanət verin..." (Ənfal surəsi, 12) vəhyinə uyğun olaraq qorxub həyəcanlanmazlar.

Möminlər Qurani-kərim'də keçən "... Rəbbimiz Allah'dır, deyən, sonra da sözündə düz olan..." (Fussilət surəsi, 30) ayəsi gərəyi düz insanlar kimi tanınırlar. Və Quranda onların belə dediyi keçir: "Mələklər nazil olub belə deyəcəklər: 'qorxmayın və kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin'" (Fusillət surəsi, 30). Möminlər Qurani-kərim'də də bildirildiyi kimi, Allah'ın: "... Biz heç kəsi gücü çatdığından artıq işə vadar etmərik" (Əraf surəsi, 42) buyurduğunu bilirlər.

Qədərə və hər şeyə qadir olanın Allah olduğuna kəskin bir imanla inanırlar və beləcə, başlarına gələnlərə "... Allah'ın bizim üçün yazdığından başqa heç bir şey üz verməz..." (Tövbə surəsi, 51) ayəsinin hökmünə uyğun olaraq təvəkkül edərlər. Allah`ın rizasına tabe olduqları və: "... Allah bizə bəs edər, O, nə gözəl vəkildir..." dedikləri üçün onlara heç bir pislik toxunmayacaqdır. (Ali-İmran surəsi, 173-174)

Ancaq dünya imtahan yeri olduğundan, əlbəttə ki, mömin insanın qarşısına müxtəlif çətinliklər çıxa bilər. İman gətirən bir insan müəyyən dövrlərdə aclıq, xəstəlik, yuxusuzluq, qəza, maddi itki kimi çeşidli sıxıntılarla qarşılaşa bilər. Bundan əlavə, daha bir neçə çətinlik və sınaqdan da keçirilə bilər. “Bəqərə” surəsinin 214-cü ayəsində bildirildiyi kimi, mömin insan yoxsulluq və çətinliklə də imtahandan keçirilə bilər. Bir ayədə möminlərin üzləşdiyi sınaq belə bildirilmişdir:

Ey möminlər! Sizdən əvvəlki insanların başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və iman gətirənlər birlikdə "Allah'ın köməyi nə vaxt gələcək" demişdilər. Bilin ki, Allah'ın köməyi yaxındır (Bəqərə surəsi, 214)

Bu çətin vəziyyət Peyğəmbərin (s.ə.v) və yanındakı möminlərin sözsüz ki, Rəbbimiz'ə olan güclü imanlarını, Qurani-kərim ayələrini təsdiqləmədəki qətiyyətini əsla zəiflətməmişdir. Belə ki, təsəttürlə bağlı ayələrin nazil olduğu dövrdə müsəlman qadınlar heç tərəddüd etmədən, ətrafın verdiyi reaksiyadan çəkinmədən Allah'ın bu əmrini o anda yerinə yetirmişlər. Hz. Aişə'dən rəvayət edilmişdir:

“Baş örtüklərini yaxalarının üstünə qoysunlar” ayəsi nazil olanda paltarlarını söküb onunla örtündülər. İbni Kəsir, Hədislərlə Qurani-kərim təfsiri, cild: 11, səh. 5880

Peyğəmbərimizin (s.ə.v) dövründə mömin qadınlar Allah’ın təsəttür mövzusundakı əmrini belə böyük şövq və qərarlılıqla yerinə yetirmişlər.

Mömin insan imanının sınanması üçün çətinliklərin xüsusi olaraq yaradıldığını, səbir və təvəkkül etdiyi təqdirdə bunların axirəti üçün sonsuz mükafat qaynağı olduğunu bilir. Bu səbəblə də bu çətinliklər qarşısında təvəkkül edər və sevincindən, nəşəsindən heç nə itirməz. Bu sıxıntılar onun ruhunu və dözümünü heç bir zaman zəiflətməz, hətta səbir və təvəkkülünün əvəzini Allah dərgahında alacağını bildiyindən şövqü və həyəcanı daha da artar.

Bu vəziyyət inkarçılar üçün tamamilə əksinədir. Allah'ın ayələrini inkar edən bir insan dünya həyatında çəkdiyi müxtəlif cismani əzablarla bərabər ruhən də əzab çəkər. Qorxu, üzüntü, ümidsizlik kimi neqativ hisslər inkarçıların cəhənnəmdə çəkəcəyi əzabın bu dünyadakı kiçik bir başlanğıcını təşkil edir. Allah yolunu azmış bu insanları bir ayədə belə tərif edir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)

Allah Ondan ürəyi titrəyərək qorxan, xətalarına və günahlarına görə bağışlanmasını istəyən, tövbə edən saleh möminləri isə dünya həyatında da ən gözəl şəkildə nemətləndirəcəyini və onlara ehsanlar bəxş edəcəyini bildirmişdir. Hud surəsi'nin 3-cü ayəsində bu cür bildirilir:

Və Rəbbiniz'dən bağışlanmağınızı diləyəsiniz. Sonra O'na tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə əməlinin mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram (Hud surəsi, 3)

Burada bildirildiyi kimi,Allah'dan bağışlanma diləmək, tövbə etmək saleh bəndələrin xüsusiyyətlərindəndir. Belə davranış mömin insanın Allah qarşısında nə qədər aciz və zəif olduğunu bir daha göstərir. Çünki iman gətirənlər xəta və nöqsanlarının olduğunu və dünya həyatı boyunca da davamlı xəta edə biləcəklərini düşünür, buna görə Allah'ın rəhmətini istəyirlər. Ayədə bildirildiyi kimi, Rəbbimiz də onların bu gözəl əxlaqının əvəzini dünya həyatında verir və bu insanlara ölümlərinə qədər gözəl həyat yaşadır. Bir başqa ayədə möminlərin dünya həyatı belə tərif edilib:

Allah'dan qorxub pis əməllərdən çəkinənlərdən: "Rəbbiniz öz peyğəmbərinə nə nazil etmişdir?" ,deyə soruşduqda isə onlar: "Xeyir" nazil etmişdir, deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri yaxşılıq, gözəl həyat gözləyir. Axirət yurdu isə sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir (Nəhl surəsi, 30)

Dünya həyatının bütün gözəllikləri axirət yurdu ilə müqayisə ediləndə dəyərini tamamilə itirir. O halda, bir hədəf götürülərsə, bunun sadəcə olaraq sonsuz axirət həyatı olması gərəkdir. Əslində, bunu hədəf edən möminlərə Allah dünya həyatında da nemətlərini artırır.

Möminlər dualarında axirətlə birlikdə dünya həyatının nemətlərini və yaxşılıqlarını da Allah'dan istərlər. İman gətirənlərin bu duaları Bəqərə surəsi'nde belə bildirilir:

Həcc mərasimini tamamlayıb qurtardıqda ondan da artıq Allah'ı yad edin, insanların bəzisi: "Ey Rəbbimiz, bizə nə verəcəksənsə elə bu dünyada ver", deyir. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Bəziləri isə: "Ey Rəbbimiz, bizə bu dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru", deyirlər. Belə şəxsləri qazandıqları əməllərinə görə axirətdə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir(Bəqərə surəsi, 200-202)

Qurani-kərim'də Allah'a könüldən iman edən ixlas sahibi bəndələrin bu dünyaya varis edildiyi bildirilir. Şübhəsiz ki, Allah'ın vədi haqdır və gerçəkləşəcəkdir. Allah bir ayədə belə buyurur:

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allah`ın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir! (Nur surəsi, 55)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı