O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam" olsun, "etdiyiniz gözəl əməllərə görə cənnətə daxil olun", deyərlər (Nəhl surəsi, 32)
Bura qədər saleh möminlərin dünyada gözəl bir həyatla yaşadıqlarını, qorxuya və kədərə düşmədiklərini, sağlam və xoşbəxt ruha sahib olduqlarını gördük. İman gətirənlərin Allah'ın rızasına uymalarından ötürü Allah'ın rizasına uyğun yaşaması üçün Allah`ın xüsusi dəstəyini, yardımını və himayəsini qazandıqlarını, pisliklərinin ört-basdır ediləcəyini, etdikləri saleh əməllərinin əvəzini gözəlliklə görəcəklərini və onlara heç bir haqsızıq edilməyəcəyini də Qurani-kərim ayələrindən öyrənirik. Dünya həyatının əvəzinə axirəti "satın alaraq", Qurani-kərim'dəki ifadə ilə "desək, gözəl bir alış-veriş" etmişlər və Allah onlardan, onlar da Allah'dan razı olmuşlar.
Bəs bu insanlar ömürlərinin sonu çatanda nə olacaqlar? Allah'ın təqdir etdiyi ölüm anı onları necə və harada haqlayacaq? İstər iman edən olsun, istərsə də Allah'ın ayələrini inkar edən bir insan, heç bir kəs harada və nə zaman öləcəyini qətiyyən bilməz. Bu həqiqət Loğman surəsi'ndə belə açıqlanır:
Həqiqətən, qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı istədiyi vaxt göydən O yağdırır. Bətnlərdə olan doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını O bilir. Heç kəs sabah nə edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki, hər şeydən xəbərdardır.(Loğman surəsi, 34)
Bununla bərabər, ölümün möminləri necə qarşılayacağını, canlarının necə alınacağını, ölümləri anında nələr olacağını Qurani-kərim'dənöyrənmək imkanımız vardır. Qurani-kərim'də bizə bildirildiyinə görə, möminin ölümü çox yumşaq bir keçid, ani bir hal dəyişmə şəklində olacaq. Eynən yuxu kimi, Allah'ın "bir növ ölüm halına saldığı insanın" (Zumər surəsi, 42) səhər oyanıb yeni günə başlaması kimi mömin də ölümündə bir anda "dünya" halından çıxacaq və "axirət" halına keçəcəkdir.
Allah bu sıxıntısız və rahat keçidi Naziat surəsi'nin 2-ci ayəsində vəzifəli mələklərə işarə edərək "(möminlərin canlarını) rahatlıqla alan" şəklində xəbər verir.
Mələklər möminlərin canlarını almağa gəldikdə onların öz aralarında olan söhbəti isə Nəhl surəsi'nin 32-ci ayəsində bu şəkildə anladılır:
O kəslər ki mələkləri onların canlarını pak olduqları halda alıb: 'Sizə salam' olsun. Etdiyiniz əməllərə görə cənnətə daxil olun, deyərlər.(Nəhl surəsi, 32)
Başqa bir ayədə də möminlərin ölüm anı belə təsvir edilir:
Onları ən böyük qorxu məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: 'Sizə vəd olunan gün budur', deyəcəklər (Ənbiya surəsi, 103)
Göründüyü kimi, dünyada gözəl bir həyatla yaşadılan möminin ölümü də gözəl və rahat olacaq, axirət həyatı mələklərin onu qarşılaması ilə başlayacaq. O andan etibarən dünya ilə bütün əlaqələr kəsilir və insan Allah'ın hüzuruna çıxmaq üçün təyin edilmiş bir yerə yollanır. Bunun ardınca da mömini əvvəldən bəri olduğu kimi rahat və asan bir əbədi həyat gözləyir...