Allah'ın vədi

Allah mömin olaraq hüzuruna gələcək bəndələrin əbədi olaraq qalacaqları yerin cənnət olacağını vəd etmişdir. Allah'ın vədi isə şübhəsiz ki, dəyişməzdir. Belə bir vədə inananlar bu vədin gerçəkləşəcəyindən əsla şübhəyə düşməz və mömin olaraq canlarını təslim etdikləri təqdirdə günahlarının bağışlanaraq cənnətə qəbul ediləcəklərini umarlar. Bir ayədə belə deyilir:

Rəhmanın öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. O'nun vədi mütləq yerinə yetəcəkdir (Məryəm surəsi, 61)

Allah'ın onlara cənnəti vəd etməsi möminləri əvəzolunmaz sevinc və coşqunluğa sövq edər. Onlar Allah Allah'ın saleh bəndələri üçün cənnəti istədiyini və onları bura varis etdiyini bilirlər. Allah'ın cənnəti vəd etməsi ilə bağlı başqa bir ayə isə belədir:

Məgər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, fani dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəm oduna) gətiriləcək kimsə ilə eyni ola bilərmi?! (Qəsəs surəsi, 61)

Bu ayədən də açıq göründüyü kimi, Allah'ın bir bir vədi verməsi bu vədə qovuşmaq üçün yetərlidir. Allah kimlərə cənnət vəd etmişsə, onlar Allah'ın izni ilə sonsuz nemətlərə qovuşacaqlar. Möminlər də cənnətə daxil olan zaman bu vəziyyəti təsdiq edərək Allah'a belə şükür edəcəklər:

Onlar da: Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah'a həmd olsun. Biz cənnətin istədiyi yerində sakin oluruq. Dünyada yaxşı əməl edənlərin yeri necə də gözəldir.(Zumər surəsi, 74)

Dünya həyatında dəfələrlə müjdələnən və Allah'ın cənnət vəd etdiyi möminlər ümid etdiklərinə həyatlarının sonunda qovuşacaqlar. Gözlənən o an ən sonda gəlir. Bir möminin həyatı boyunca düşündüyü, qovuşmaq üçün dua etdiyi və layiq olmaq üçün var gücü ilə çalışdığı yer, "qalacaqları yerlərin ən xeyirlisi" "Allah dərgahında ən gözəl yer" olan cənnətdir. Bu qüsursuz məkan möminlər üçün hazırlanmış və qapıları onlar üçün açılmışdır.

Bu bənzərsiz mənzərə möminlərin cənnətə qovuşması ilə bağlı ayələrdə belə tərif edilir:

Özlərini, həmçinin əməlisaleh atalarını, övrətlərini və övladlarını daxil olacaqları Ədn cənnəti gözləyir. Mələklər də hər bir qatdan cənnət qapılarından daxil olub onlara: "Dünyada Allah yolunda bütün çətinliklərə səbir etdiyinizə görə sizə salam olsun. Axirət yurdu nə gözəldir", deyəcəklər.(Rəd surəsi, 23-24)

Onlar cənnətdə "ehtiram və salamla" (Furqan surəsi, 75) qarşılanacaq və onlara: "Ora sağ-salamat və əmin-amanlıqla daxil olun", deyiləcəkdir (Hicr surəsi, 46) Əsas vəzifə möminlər üçün hazırlanmış və hər cür nemətlərə bəzədilmiş əbədi yurdun gözəlliklərini sadəcə olaraq kəşf etməkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı