Yer üzündəki hər insan, ölümündən sonra axirət həyatında sonsuz bir cənnətin var olduğu məlumatına malikdir. Cənnətə girməyə layiq görülən hər insan, nəfsinin istədiyi hər şeyi hazır tapacağı, mükafat və nemətlərlə qarşılanacağı, sonsuza qədər gözəlliklə həmsöhbət olacağı bənzərsiz bir məkanda yaşayacaq.
Allah, Quranda insanlara bənzərsiz və sərhədsiz gözəllikləri ilə möhtəşəm bir cənnət həyatı təsvir etmişdir. Bu gözəlliklərin sərhədini bilməyən, təsvir edilən detalların fərqində olmayan bir kimsənin, cənnəti və oradakı həyatı gözündə canlandırması çətin ola bilər. Bu kitab ilə məqsəd qoyulan, Allahın insanlara təqdim etmiş olduğu və böyük bir nemət olaraq Quranda izah etdiyi cənnəti insanlara tanıtmaq, cənnətdəki gözəlliklərdən hər kəsi xəbərdar etməkdir.
Cənnətdə, insanlara, bu ankı düşüncə sərhədlərini aşacaq dərəcədə gözəl olan hər şeyin veriləcəyini ifadə etməkdir. Cənnətdə, bütün qüsurlardan, acizliklərdən uzaq olacaqlarını, çətinlik və hüznü dadmayacaqlarını, əsla peşmanlıq duymayacaqlarını xatırlatmaqdadır. Cənnətdə, indiyə qədər görülmüş, bilinmiş hər cür gözəlliyin və nemətin çox daha üstününün var olduğunu, ayrıca Allahdan bir lütuf olaraq hələ tanınmamış, görülməmiş nemətlərin də orada hazır oldurulduğunu və bunların yalnız Allahın özlərindən məmnun olduğu insanlara təqdim edilməkdə olduğunu xəbər verməkdədir.