Buraya qədər kainatdakı, Günəş sistemi və planetimizdəki tarazlıqların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğundan danışdıq. Hər tarazlığın möcüzəvi şəkildə çoxsaylı ehtimallar arasından ən uyğun və ən ideal qiymətdə seçilmiş olduğunu gördük. İndi isə, ən bəsit canlı orqanizm belə təsadüfən əmələ gələ bilməyəcəyini görəcəyik. Bu mövzuya aydınlıq gətirən önəlmi fəaliyyətlərdən biri Nyu-York Universitetinin kimya professoru və DNT mütəxəssisi Robert Şapironun (Robert Shapiro) apardığı bir hesablamadır. Darvinist təkamülçü olan Şapiro (Shapiro), təkcə bəsit bir bakteriyada olan 2000 növ zülalın təsadüfən əmələgəlmə ehtimalını hesablamışdır (insan bədənində isə təxminən 200000 növ zülal var). Əldə olunan ədədsə, 1040000-də 1 ehtimaldır (bu ədəd, 1-in yanına 40 min ədəd sıfırın yazılmasıyla əldə olunan və kainatda qarşılığı olmayan ədəddir).
Bəsit bir bakteriyadakı 2000 növ zülalın təsadüfən əmələgəlmə ehtimalı 1040000-də 1-dir. İnsanda isə təqribən 200000 növ zülal olduğuna görə, belə ehtimalı ifadə etmək “qeyri-mümkün” sözü belə kifayət etmir.
Kardif Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Vikramasinqhe (Chandra Wickramasinghe), Şapironun (Shapiro) hesablamaları barəsində bunları söyləmişdir:
“Bu ədəd (1040000) Darvini və bütün təkamül nəzəriyyəsini basdırmağa kifayətdir. Bu və ya başqa planet üzərində heç vaxt (həyatın meydana gələ biləcəyi) primitiv şorba olmamışdır və həyatın başlanğıcı təsadüfi şəkildə meydana gəlməyəcəyinə görə, məqsədli ağlın məhsuludur”.53
O Allah ki, yaratandır, (en güzel bir biçimde) kusursuzca var edendir, 'şekil ve suret' verendir. En güzel isimler O'nundur. Göklerde ve yerde olanların tümü O'nu tesbih etmektedir. O, Aziz, Hakimdir.(Haşr Suresi, 24) |
İlk bakışta basit görünen canlılar dahi tesadüflerle oluşamayacak derecede kompleks yapılara ve sistemlere sahiptir |
Vücuttaki sayısız kompleks işlemlerden birinde görev yapan bir protein molekülü | Canlı hücrelerinin temel yapı taşları olan proteinler, en basiti dahi tesadüflerle meydana gelemeyecek derecede kompleks moleküllerdir. |
Canlıların özül elementləri zülallardır. Necə ki, zülallar, ən bəsit növü belə təsadüfən əmələ gələ bilməyəcək qədər mürəkkəb molekullardır. Məsələn, tərkibində 288 amin turşusu olan və 12 müxtəlif növdə amin turşusundan təşkil olunan orta ölçüdəki bir zülal molekulunun tərkibindəki amin turşuları 10300 müxtəlif formada düzülə bilər (bu ədəd 1-in sağ tərəfinə 300 sıfırın yazılmasıyla əldə olunan astronomik ədəddir). Lakin bu düzülüşlərdən təkcə biri həmin zülalı əmələ gətirər. Qalan bütün düzülüşlər heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli olan faydasız amin turşusu zəncirləridir.
Deniz kenarında kumdan yapılmış bir kale gören kimse bunun dalgalarla ve doğa şartlarıyla meydana geldiğini aklına bile getirmez. Bir protein molekülü ise kumdan kaleden trilyonlarca kat daha kompleks bir yapıdır. Dolayısıyla tesadüflerle ve doğa şartlarıyla oluşması aynı oranda imkansızdır |
Dolayısilə, yuxarıda misal çəkdiyimiz zülal molekullarından təkcə birinin təsadüfən əmələgəlmə ehtimalı 10300-də 1-dir. Bu ehtimalın praktikada baş tutması isə qeyri-mümkündür (riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar “sıfır ehtimal” hesab olunur).
Habelə, 288 amin turşusundan ibarət bir zülal, canlıların quruluşundakı minlərlə amin turşusundan ibarət böyük zülallarla müqayisə edildikdə olduqca kiçik struktur hesab edilə bilər. Eyni ehtimal hesablarını bu böyük molekullara tətbiq etdiyimiz vaxtsa, "qeyri-mümkün" sözünün belə qeyri-kafi qaldığını görərik.
Canlıların inkişafında bir pillə də irəlilədikdə təkbaşına bir zülalın da heç bir faydasının olmadığını görərik. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri olan “Mycoplasma Hominis H 39”un belə 600 növ zülaldan təşkil olunduğu görülmüşdür. Bu təqdirdə, bir zülal üçün apardığımız yuxarıdakı ehtimal hesablamalarını 600 növ zülal üçün də aparmalıyıq. Nəticədə qarşımıza çıxacaq ədədlər isə qeyri-mümkün məhfumundan çox kənardadır. Halbuki, nə qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks (William Stokes) “Essentials of earth history” (“Yerin tarixinin əsasları”) adlı kitabında bu həqiqəti qəbul edərək: “əgər milyard illər boyu milyardlarla planetin səthi tərkibində lazımi amin turşuları olan sulu konsentrat təbəqə ilə dolu olsaydı belə, yenə (zülal) əmələ gələ bilməzdi” deyə etiraf edir.54 Canlı orqanizmlərdə olması zəruri olan zülallardan biri olan sitoxrom-C-nin təsadüfən əmələ gələ bilməsi ehtimalı barəsində isə bunları söyləyir:
“Bir sitoxrom-C-nin düzülüşünü əmələ gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır… Yaxud əmələ gəlməsində bizim tərif edə bilməyəcəyimiz fövqəltəbii qüvvələr rol oynayıb. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyil. Elə isə birinci fərziyyəni mütaliə etməliyik”.55
Göründüyü kimi, təkamülçü “elm adamları” elmin göstərdiyi yaradılış həqiqətini qəbul etməkdənsə, materialist ön mühakimə və əhkamlarından ötrü “sıfır deyiləcək qədər az” ehtimalı qəbul etməyi “elmi” davranış hesab edirlər. Halbuki, elmin və məntiqin qanunlarına əsasən, bir mövzu barədə sadəcə 2 alternativ açıqlama varsa və bu açıqlamalardan birinin doğruluğu sıfır ehtimaldırsa, bu təqdirdə, digər açıqlama 100% doğrudur. Bu məntiq qanununa əsasən, yuxarıdakı nümunədə verilən sitoxrom-c zülalının təsadüfən əmələ gəlməsi “sıfır ehtimaldırsa”, şübhəsiz ki, o, yaradılmışdır. Bu, elmin, məntiqin və ağlın gəldiyi qəti nəticədir.
Lakin bir Yaradanın varlığını fəlsəfi cəhətdən qəbul etməyi əvvəlcədən qadağan edən materialist düşüncə tərzi, bu düşüncədə olan elm adamlarını fəlsəfələriylə ziddiyyət təşkil edən elmi həqiqətləri kor-koranə təkzib etməyə məcbur edir. Bu da materialist düşüncə tərzinə sahib elm adamlarının işlərinə yaramayan mövzularda asanlıqla elmi həqiqətlərdən üz döndərib öz fəlsəfələrini zorla qəbul etdirməyə çalışacaqlarının aydın göstəricisidir. Buna görə də, materialistlərin “elm adamı” olsalar da, elmi cəhətdən nə qədər etibarlı və dürüst olduqları mübahisə doğurur.
1. L - amino asit, | 2. D - amino asit |
Bir amino asitin hem sağ-elli hem de sol elli olma ihtimali yüzde elli olduğu halde tüm canlılardaki amino asitlerin yalnızca sol-elli olmaları üstün bir yaratılışı göstermektedir. |
“Mənalı” zülalın əmələ gəlməsi üçün, bir qədər əvvəl qeyd etdiyimiz kimi, təkcə bu zülalı təşkil edən amin turşularının müəyyən sayda, mükəmməl ardıcıllıqla və xüsusi üçölçülü dizayna uyğun şəkildə birləşmələri artıq kifayət etməyəcək. Bütün bunlarla yanaşı, həmin amin turşularının hamısı sol əlli olmalı və aralarında heç bir sağ əlli amin turşusu olmamalıdır.
Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki fərqli növü var. Bunların arasındakı fərq üçölçülü quruluşlarının bir-birinə zidd tərəfli olmasından qaynaqlanır. Eynilə insanın sağ və sol əllərindəki fərq kimi...
Hər iki qrupdan olan amin turşuları bir-birləri ilə asanlıqla birləşir. Lakin aparılan təhlillər nəticəsində ortaya təəccüblü həqiqət çıxmışdır: ən bəsit orqanizmdən ən mürəkkəbinə qədər bütün canlılardakı zülallar, təkcə sol əlli amin turşularından təşkil olunur. Zülalın quruluşuna bircə sağ əlli amin turşusu belə əlavə olunsa, həmin zülal yararsız hala düşər. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları verilmiş, lakin bakteriyalar bu amin turşularını dərhal parçalamışlar, bəzi hallarda isə bu parçalardan yenidən istifadəyə yararlı sol əlli amin turşuları əmələ gətirmişlər.
Bir para milyonlarca kez havaya atıldığında hep tura geliyorsa, bunu tesadüfle açıklamak mı, yoksa, birinin bilinçli bir şekilde havaya atılan paraya müdahale ettiğini kabul etmek mi daha mantıklıdır? |
Bir anlıq təkamülçülərin dediyi kimi, canlıların meydana gəlməsi üçün lazım olan amin turşularının öz-özünə əmələ gəldiyini fərz edək. Bu təqdirdə, təbiətdə sağ və sol əlli olmaqla eyni miqdarda amin turşusu olardı. Dolayısilə, bütün canlıların orqanizmində sağ və sol əlli amin turşuları qarışıq miqdarda olmalı idi. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının bir-biri ilə asanlıqla birləşməsi mümkündür. Halbuki, bütün canlı orqanizmlərdəki zülallar təkcə sol əlli amin turşularından təşkil olunmuşdur.
Zülalların bunların arasından ancaq sol əlli amin turşularını necə seçdiyi və araya heç bir sağ əlli amin turşusunun necə qarışmadığı təkamülçülərin açıqlaya bilmədiyi məsələlərdən biri kimi qalmışdır. Təkamülçülər bu qədər xüsusi və şüurlu seçici prosesi heç cür açıqlaya bilmirlər.
Habelə, açıq-aydın göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin “təsadüf” düyününü daha da açılmaz vəziyyətə gətirir. Bu vəziyyət təkamül nəzəriyyəsinin kor-koranə müdafiəçisi olan “Britannika” adlı elmi ensiklopediyada belə ifadə edilir:
“...Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı, zülallar kimi mürəkkəb polimerlərin özül elementləri, eyni asimmetriya tipindədir. Sanki tamamilə sol əllidirlər. Bu, müəyyən baxımdan, milyon dəfələrlə havaya atılan qəpiyin həmişə eyni üzü üstə düşməsinə bənzəyir. Molekulların necə sol əlli və ya sağ əlli olduqları tam qavranıla bilməz. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır”.56
Bir qəpik milyon dəfələrlə havaya atıldıqda həmişə eyni üzü üstə düşürsə, bunu təsadüflə açıqlamaq məntiqlidir, yoxsa birinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək? Cavab aydındır. Belə prosesin təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Üstəlik, burada bəhs etdiyimiz proses qəpiyin milyon dəfələrlə eyni üzü üstə düşməsindən olduqca çətin ehtimaldır. Lakin təkamülçülər bu aydın həqiqətə baxmayaraq, sırf “müdaxilənin” olduğunu qəbul etmək istəmədiklərinə görə təsadüfə sığınırlar. Amin turşularının lazımi zülalları əmələ gətirmək üçün bir-birləri ilə razılaşdığına və xüsusi plan əsasında sol əlli olanlarını seçdikləri kimi, ağılsız iddialara inanırlar. Halbuki, hər ağıllı insan buraya qədər bəhs etdiyimiz möcüzəvi hadisələrdən açıqca anlayar ki, canlılar sonsuz qüdrət sahibi Allah tərəfindən bütün təfsilatlarıyla mükəmməl yaradılıblar.
Canlıların təsadüfən əmələ gəlməsinin bioloji cəhətdən qeyri-mümkün olması ilə yanaşı, arxeoloji tapıntılar da bizə canlıların yer üzündə ani şəkildə əmələ gəldiklərini göstərir.
Yerin təbəqələri və fosil qeydləri tədqiq olunduqda yer üzündəki canlı həyatın birdən-birə əmələ gəldiyi görünər. Mürəkkəb canlı varlıqların fosillərinə rast gəlinən ən dərin təbəqə 520-530 milyon il yaşı olduğu hesablanmış Kembri təbəqəsidir.
Kambriyen devirde yeryüzünde birdenbire ortaya çıkan ve hiçbir sözde evrimsel ataya sahip olmayan kompleks canlılar evrim teorisinin iddialarını kökünden yıkmaktadır. Çünkü böyle mucizevi bir ortaya çıkış "Yaratılış"tan başka bir anlama gelmemektedir. |
Kembri süxurlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, üzən xərçəngkimilər, dəniz lalələri kimi mürəkkəb onurğasız canlı növlərinə aiddir. Qəribədir ki, bir-birindən çox fərqlənən bu növlərin hamısı bir anda əmələ gəlir. Buna görə də, geoloji ədəbiyyatda bu möcüzəvi hadisə “Kembri partlayışı” adlanır.
Bundan yaklaşık 500 milyon yıl önce Kambriyen devirde yeryüzünde bir anda beliren trilobitler son derece kompleks organlara sahipti. Üstte bir trilobit fosilinin petek gözü görülüyor. Bu göz günümüzde yaşayan arılarda ve sineklerde bulunan kompleks göz yapısıyla aynıdır. |
Bu təbəqədəki canlıların əksəriyyətində, müasir nümunələrindən heç bir fərqi olmayan, göz, qəlsəmə, qan-damar sistemi kimi mürəkkəb sistemlər, ali fizioloji strukturlar var. Məsələn, trilobitlərin cüt büllurlu pətək göz quruluşu yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo Universitetlərindən geologiya professoru Devid Raup (David Raup): “trilobitlərin gözü, təkcə dövrümüzün yaxşı təhsil almış, olduqca bacarıqlı optika mühəndisi tərəfindən düzəldiləcək dizayna malikdir” deyir.57
Bu mürəkkəb onurğasız canlılar özlərindən əvvəl yer üzündəki yeganə canlılar olan birhüceyrəli orqanizmlərlə aralarında heç bir əlaqə və ya ara-keçid forması olmadan, birdən-birə və mükəmməl şəkildə əmələ gəliblər.
Təkamül ədəbiyyatının məşhur jurnallarından biri olan “Earth Sciences” jurnalının redaktoru Riçard Monestarski (Richard Monestarsky) təkamülçüləri təəccübləndirən bu Kembri partlayışı barəsində belə məlumat verir:
Bu gün gördüyümüz olduqca mürəkkəb heyvanlar ani surətdə əmələ gəliblər. Bu an Kembri dövrünün tam əvvəlinə təsadüf edir ki, dənizlərin və yer üzünün ilk mürəkkəb varlıqlarla dolması bu partlayışıla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız canlı dəstələri erkən Kembri dövründə onsuz da mövcud idilər və bu gün olduğu kimi bir-birindən çox fərqli idilər.58
Yer kürəsinin bir-birindən birı bu qədər fərqli onurğasız canlı növləri ilə necə dolub-daşdığı, heç bir ortaq əcdadı olmayan ayrı-ayrı növlərdən olan canlıların necə əmələ gəldiyi təkamülçülərin qətiyyən cavab verə bilmədiyi suallardır. Təkamülçü düşüncə tərzinin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri olan ingilis bioloq Riçard Doukinz (Richard Dawkins) müdafiə etdiyi müddəaları yerli-dibli qüvvədən salan bu həqiqət barəsində bunları deyir:
"...Kembri təbəqələri, əsas onurğasız canlı qruplarının nümayəndələrini tapdığımız ən qədim təbəqələrdir. Bunlar, ilk dəfə əmələ gəldikləri hallarıyla, təkamül keçirməmiş kimi görünürlər. Sanki heç bir təkamül tarixinə sahib olmadan, o vəziyyətdə, orada əmələ gəlmiş kimidirlər. Təbii ki, bu ani yaranma, Yaradılışı hipotezini müdafiə edənləri xeyli mənun edir".59
Dokinzin də qəbul etdiyi kimi, Kembri partlayışı yaradılışın aydın dəlilidir. Çünki canlıların heç bir təkamüli əcdadları olmadan ani şəkildə əmələ gəlmələrinin yeganə açıqlaması yaradılışdır. Təkamülçü bioloq Duqlas Futuyma (Douglas Futuyma) da: “canlılar yer üzündə ya tamamilə mükəmməl və tam şəkildə üzə çıxıblar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçirərək meydana gəliblər” deyə bildirir.60 Bu gün elmi faktlar canlıların ani şəkildə üzə çıxdığını göstərdiyinə görə, təkamül iddiası da tamamilə əsassız qalır. Necə ki, təkamülçülər də artıq bu həqiqəti gizli və ya açıq qəbul etməyə məcbur olurlar.
Canlıların orqanizmi ilə bağlı hər cür məlumat hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekullarında onun xarakteristik xüsusiyyətləri ilə bağlı məlumatlar şifrlənmişdir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulunu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyaya bənzədə bilərik.
DNT-dəki hərflərin ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik məlumatı kağıza köçürməyə çalışsaq, təxminən hər biri 500 səhifəlik olan 900 cilddən ibarət nəhəng kitabxana yaratmalı olarıq. Lakin bu ağlasığmaz həcmdəki məlumat mikroskopik ölçüdəki hüceyrənin “nüvəsində” yerləşən DNT-də şifrlənmişdir.
İnsanın bir DNT molekulunda 1 milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var. Diqqət yetirin, düz 1 000 000 ensiklopediya səhifəsi... Yəni hər hüceyrənin nüvəsində insan orqanizminin funksiyalarını tənzimləyə xidmət edən 1 milyon səhifəlik ensiklopediya həcmində məlumat şifrlənmişdir. Bir bənzətmə edək: dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britannika ensiklopediyasının belə cəmi 25000 səhifəsi var. Bu halda, heyranedici vəziyyətlə qarşılaşarıq. Mikroskopik hüceyrənin içində ondan xeyli kiçik nüvədə yerləşən bir molekulda milyonlarla məlumat saxlayan, dünyanın ən böyük ensiklopediyasından 40 dəfə böyük olan məlumat bankı yerləşir. Bu isə 920 cildlik, dünyada tayı-bərabəri olmayan nəhəng ensiklopediya deməkdir. Edilən təsbitlərə görə bu nəhəng ensiklopediyada təqribən 5 milyard müxtəlif məlumat var.
Üstəlik, bu fövqəladə məlumat dünya yarandığı dövrdən bəri yaşamış milyardlarla insanın hər birinin 100 trilyon hüceyrəsinin hamısında eynilə mövcud olub. Şübhəsiz ki, bu, göylərin və yerin Rəbbi olan Allahın sonsuz qüdrətinin açıq-aydın göstəricisidir.
İnsan orqanizmində 200000 gen olduğunu nəzərə alınsa, bu genləri təşkil edən milyonlarla nukleotidin təsadüfən düzgün düzülməsinin qeyri-mümkün olduğu görünər. Təkamülçü bioloq olan Frenk Solsberi (Frank Salisbury) bu qeyri-mümkünlüklə əlaqədar bunları söyləyir:
“Orta ölçülü bir zülal molekulu təqribən 300 amin turşusundan ibarət olur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində 4 ayrı növ nukleotid olduğu nəzərə alınsa, 1000 nukleotidlik düzülüş 41000 fərqli formada ola bilər. Kiçik loqarifm hesablaması ilə əldə olunan bu dədə, ağlın qavrama həddini çox aşır”.61
41000-də 1 “kiçik loqarifm hesablaması” nəticəsində 10620-də 1 deməkdir. Bu ədəd 10-un yanına 620 sıfırın yazılmasıyla əldə olunur. 10-un yanına 11 sıfır yazıldıqda 1 trilyon alındığı halda, 620 sıfırlı ədədin qavranması həqiqətən də qeyri-mümkündür.
İnsanın tek bir DNA molekülünde tam bir milyon ansiklopedi sayfasını dolduracak miktarda bilgi bulunur. |
Nukleotidlərin təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirməsinin qeyri-mümkün olduğunu təkamülçü fransız elm adamı Pol Oce (Paul Auger) də belə ifadə edir:
“Təsadüfi kimyəvi proseslər sayəsində nukleotidlər kimi mürəkkəb molekulların əmələ gəlməsi mövzusunda məncə iki mərhələni bir-birindən konkret ayırmalıyıq: tək-tək nukleotidlərin sintezlənməsi (belə ki, bu, bəlkə, mümkün ola bilər) və bunların çox xüsusi düzülüşlə bir-birinə birləşməsi. Məhz bu ikincisi qeyri-mümkündür”.62
Bu qeyri-mümkünlük barədə San-Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin (Stanley Miller) və Frensis Krikin (Francis Crick) iş yoldaşı olan tanınmış təkamülçü dr. Lesli Orgel (Leslie Orgel) isə belə deyir:
“Olduqca kompleks quruluşu olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlməsi ifrat həddə ehtimaldan kənardır. Lakin bunlardan biri olmadan digərini də əldə etmək mümkün deyil. Dolayısilə insan, həyatın kimyəvi yollarla yaranmasının qətiyyən mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır”.63
Bu həqiqəti digər bəzi tanınmış təkamülçü elm adamları da qəbul edir:
“DNT, katalitik zülalların və fermentlərin köməyi olmadan gördüyü işi, yeni DNT əmələ gətirmək də daxil olmaqla, görə bilməz. Bir sözlə, DNT olmadan zülallar olmaz, lakin DNT də zülallar olmasa, əmələ gəlməz”.64
“Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları ilə) birlikdə əmələ gəldi? Bu sual qarşısında özümüzü bir cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə razı salmalıyıq”.65
Bölünərək çoxalmanın getməsi üçün, ilk hüceyrə öz surətini çıxarmalı, bu surətlər də növbələri çatdıqda bölünüb bənzər surətlər çıxartmalı, beləliklə də, tədricən eyni hüceyrədən milyonlarla surət əmələ gəlməlidir. Lakin bütün bu proses göründüyündən daha mürəkkəb və əsrarəngizdir. Çünki bölünmə prosesinin bir mərhələsində surəti çıxarılan hüceyrələrdən bəziləri haradan gəldiyi bilinməyən əmrlə digər qardaşlarından müxtəlifləşməyə və tamamilə fərqli quruluş almağa başlayarlar. Bu şəkildə, ortaq ana hüceyrədən gələn hüceyrələr bölünmə prosesi nəticəsində tədricən dəyişib ayrı-ayrı toxumaları və orqan sistemlərini əmələ gətirirlər. Bəziləri işığa həssas göz hüceyrələrini, bəziləri qaraciyər hüceyrələrini, bəziləri istini, soyuğu, ağrını hiss edən sinir hüceyrələrini və ya səs titrəyişlərini hiss edən hüceyrələri əmələ gətirərlər.
İnsan vücudundaki yaklaşık 200 tür hücrenin kaynağı kök hücreleridir.(1) Birbirlerinin kopyaları olan kök hücreleri bir süre sonra aniden diğer hücrelerden farklılaşmaya başlar. Bu farklılaşma ile kök hücrelerinden vücuttaki dokular gelişir. Enerji veren yağ hücreleri (2) yaraları iyileştiren hücreler (3) ve damar hücreleri (4) bu dokulardan birkaçıdır. |
Bəs belə bir iş bölgüsü necə yaranır? Bir hüceyrə öz-özünə göz hüceyrəsi olmağa qərar verə bilməyəcəyinə görə bu qərarı kim verir?
Bu hüceyrələrin DNT-si, yəni genetik məlumat eynidir. Aradakı fərq isə əmələ gətirdikləri zülallardır. Müxtəlif zülalları əmələ gətirən iki hüceyrə quruluş cəhətdən də müxtəlifləşər. Bu qardaş hüceyrələr eyni hüceyrədən əmələ gəldiyi, eyni genetik informasiyaya malik olduğu halda, necə ola bilər ki, birdən-birə fərqli zülal əmələ gətirib fərqli quruluş və xüsusiyyətlər qazanırlar? Bu hüceyrələrə tamamilə bir-birinin surəti olduqları halda, bir-birlərindən fərqli zülallar əmələ gətirmək əmrini kim verir?
Təkamülün israrlı müdafiəçilərindən olan alman elm adamı Hoymar fon Ditfurt (Hoimar von Ditfurth) ana bətnindəki möcüzəvi inkişafdan belə bəhs edir:
“Bir yumurta hüceyrəsinin bölünməsinin, necə olub da, bir-birindən o qədər müxtəlifləşmiş çoxsaylı hüceyrənin əmələ gəlməsinə səbəb olduğu, bu hüceyrələr arasında öz-özünə olan xəbərləşmə və əməkdaşlıq elm adamlarının anlaya bilmədiyi hadisələrin başında gəlir”.66
Təkamülün digər qabaqcıl müdafiəçiləri də bir hüceyrənin müxtəlifləşərək, fərqli orqan və toxumaları əmələ gətirib 100 trilyon hüceyrədən ibarət insana çevrilməsini açıqlaya bilmir, bu möcüzəni öz aləmlərində “təkamülün qaranlıq nöqtəsi” kimi xarakterizə edirlər. Hüceyrəni və bir hüceyrədən insanı yaradan Allahdır. Bir ayədə Rəbbimiz belə buyurur.
O Allah ki, yaradandır, (ən gözəl biçimdə) mükəmməl şəkildə var edəndir, “forma və surət” verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir! (Həşr surəsi, 24)
Son illərdə bakteriyalar üzərində aparılan müşahidələr bu birhüceyrəli canlıların olduqca “ağıllı” davrandığını, mühiti dəyərləndirib qərar verdiklərini göstərmişdir. Tanınmış molekulyar bioloq Maykl Denton (Michael Denton) bu barədə belə yazır:
“Toz zərrəciyindən də kiçik olmalarına baxmayaraq, amöblərin olduqca mürəkkəb canlılardakı kimi həyat strategiyası var. Əgər amöbü pişik ölçüsündə böyüdə bilsəydik, bu məməli canlı ilə təxminən eyni zəka səviyyəsinə sahib olduğunu görərdik. Bəs görəsən bu çox kiçik canlılar necə olur ki, bu qədər yaxşı hesablanmış qərarlar verə bilirlər?... Amöb tutmaq istədiyi ovunu şüurlu şəkildə qovar, ovu istiqamətini dəyişdirdikdə o da onun ardınca istiqamətini dəyişər, uzun müddət ovunu izləyər. Bu davranışlar molekulyar səviyyədə açıqlana bilmir”.67
Yuxarıdakı sitatın son cümləsinə diqqət yetirmək lazımdır. Amöblərin davranışı “molekulyar” səviyyədə, yəni kimyəvi reaksiyalarla, fiziki amillərlə açıqlana bilmir. Bu canlılar şüurlu şəkildə, qərar verərək hərəkət edirlər. Lakin çox qəribədir ki, nə beyinləri, nə də sinir sistemləri var. Zülal, yağ və sudan ibarət hüceyrədirlər.
Son yıllarda bakteriler üzerinde yapılan gözlemler, bu tek hücreli canlıların içinde bulundukları ortamı değerlendirip karar verdiklerini göstermiştir. Ciddi bir akıl, zeka ve bilinç gerektiren bu tür davranışların ne beyni ne de sinir sistemi olmayan bir mikro organizma tarafından gerçekleştirilmesi bu akılcı, planlı, hesaplı ve kararlı davranışların kaynağının kendisi olamayacağını göstermektedir. Bu durum ise açık bir mucizeyi ortaya koyar. Tüm canlıları |
Bakteriyaların ağıllı davranışlarını göstərən başqa nümunələr də var. Məşhur fransız elmi jurnalı “Science et Vie”-nin 1999-cu il iyul sayında bildirildiyinə görə, bakteriyalar bir-biri ilə xəbərləşir və aldıqları bu məlumatlara əsasən qərar verirlər.
“Science et Vie” jurnalına əsasən, bu xəbərləşmə olduqca mürəkkəb sistemlə işləyir. Bakteriyaların səthində elektrik impulsları yayan və qəbul edən mexanizmlər var. Bakteriyalar bu sayədə bir-birinə impuls göndərir, mühitin xüsusiyyətləri və həmin mühitdə qida vəziyyəti ilə bağlı məlumatlar ötürürlər. Bu məlumatlara əsasən də, nə qədər çoxalacaqlarına və çoxalmanı nə vaxt dayandıracaqlarına qərar verirlər.
Bir sözlə, gözlə görülə bilməyəcək qədər kiçik canlılar ətraf mühit barədə məlumat toplayır, sonra bu məlumatları şərh edib bir-birinə ötürür və müəyyən qərar verib tətbiq edirlər. Özü də qrup şəklində!
Ciddi ağıl, zəka və şüur tələb edən bu davranışların beyni və sinir sistemi olmayan mikroorqanizm tərəfindən həyata keçirilməsi göstərir ki, ağıllı, planlı, hesablanmış davranışların mənbəyi bu canlı deyil. Bu vəziyyət isə açıq-aydın möcüzəni üzə çıxardır: bakteriyaları yaradan və bütün davranışlarını ilham edən Allahdır. Bu həqiqət, təkcə bakteriyalara deyil, bütün canlılara aiddir. Rəbbimiz Quranda belə bildirir:
...Onun, alnından tutub nəzarət etmədiyi heç bir canlı yoxdur... (Hud surəsi, 56)
53 Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York, Simon & Schuster, 1984, səh. 148
54 W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, səh. 305
55 Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan nəşriyyatı, 1984, səh. 61
56 Fabbri Britannica Bilim ensiklopediyası, 2-ci cild, buraxılış: 22, səh. 519
57 David Raup, "Conflicts Between Darwin and Paleontology", Bulletin, Field Museum of Natural History, 50-ci cild, yanvar 1979, səh. 24
58 Richard Monestarsky, "Mysteries of the Orient", Discover, aprel 1993, səh. 40
59 Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, səh. 229
60 Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, səh. 197
61 Frank B. Salisbury, "Doubts about the Modern Synthetic Theory of Evolution", American Biology Teacher, Eyl.l 1971, səh. 336
62 Paul Auger, De La Physique Theorique a la Biologie, 1970, səh. 118
63 Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, 271-ci cild, oktyabr 1994, səh. 78
64 John Horgan, "In the Beginning", Scientific American, 264-cü cild, fevral 1991, səh. 119
65 Douglas R. Hofstadter, Gıdel, Escher, Bach: An Eternal Golden Braid, New York: Vintage Books, 1980, səh. 548
66 Hoimar Von Dithfurth, "Dinozorların Sessiz Gecesi", Alan nəşriyyatı, 2-ci cild, səh. 126
67 Michael Denton, Nature's Destiny, səh. 228