Qurani-Kərim və Hədislərdə Axirzaman

Qurani-Kərim hökmü qiyamətə qədər davam edən, hər şeyin bəzən çox açıq, bəzən gizli, bəzən təşbehli (yəni məcazi, üstüörtülü mənada yazılan və ya bir-birinə bənzəyən, açıq mənada verilməyən), lakin qüsursuz şəkildə verilən Allahın bənzərsiz kəlamıdır. Qurani-Kərimin ən böyük möcüzələrindən biri də hər əsrə aid olub və hər dövrdə yaşayan insanlara anlaya biləcəyi məlumatları çatdıra bilməsidir. İslamın dünyaya hakim olması Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra qiyamətə qədər olan ən mühüm hadisələrdəndir. Mehdi isə bu hakimiyyətin əvvəlindən sonuna kimi ən əhəmiyyətli şəxsiyyətidir. Qurani-Kərimdə yuxarıda qeyd etdiyimiz möcüzələri etibarı ilə bu mövzu və bu şəxsiyyət (Axırzaman və Mehdi (ə.s)) haqqında bir çox ayələr vardır. Peyğəmbərimiz (s.ə.v) mehdiyyət hadisəsi ilə Qurani-Kərim arasında birbaşa bağlılıq və əlaqənin olması haqqında müxtəlif hədisi-şəriflərdə bildirmişdir. Məsələn:

Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcəkdir. (Kıyamet Alametleri:El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman)

Burada iki mübarək şəxs haqqında olan müxtəlif surələrdəki hekayələrə baxmağımız və araşdırmağımız məsləhət görülür.

Əshabi-Kəhf Mehdinin köməkçiləri olacaqdır. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman.)

Bu hədisdə də bu hekayənin izah edildiyi Kəhf surəsinə işarə edilir.

Mehdinin köməkçilərinin sayı Talut ilə çayı keçənlər qədərdir.(Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, 17)

Burada da Talut və ordusu haqqında olan hekayənin izah edildiyi Bəqərə surəsinə diqqət çəkilir.

Peyğəmbərimiz (s.ə.v) Mehdi və köməkçiləri ilə əlaqədar olan hədislərini müxtəlif şəkillərdə izah etmiş, xüsusilə də, Quranda keçən hekayələrlə əlaqələndirərək izah etmiş və bəhs olunan məsələyə ayələrdəki hekayələrlə açıq dəlillər gətirmişdir.

Qurani-Kərim də bu mövzu ilə əlaqədar olan hekayələrə baxmağımız tövsiyə edilir.

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi-111)

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. (İsra surəsi-89)

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr. (Zumər surəsi-27)

Axır zaman əlamətləri ilə əlaqədar hədislərin böyük bir qisimi təşbehlidir.*
*Təşbehli: Zahiri mənası nəzərdə tutulmayan, bənzətmə və nümunələrlə həqiqətlərin izahında istifadə edilən ifadə.

Peyğəmbərimiz (s.ə.v) Axırzamanda baş verəcək hadisələr haqqında olan hədislərin bir qismini üstü örtülü bir şəkildə bənzətmə və nümunələrlə bildirmişdir. Bunlar mənası açıq olan hədislər kimi şərh oluna bilməz və hər adam həqiqi mənalarını dərk edə bilməz. Yalnız şərhləri, həqiqi mənaları hadisələr yaşandıqca aydın olar.

Dünya bir imtahan, təcrübə və yarış yeri olduğuna görə, geniş araşdırma və təcrübəyə ehtiyacı olan üstüörtülü, nəzəri məsələlər əlbəttə açıq şəkildə olmaz, hər kəs ağlını, vicdanını, iradəsini istifadə edərək qərarını verə bilər, bunun sayəsində də insanların həqiqi şəxsiyyətləri ortaya çıxar. İnsanlar seçmə və araşdırma qabiliyyətlərini istifadə etmiyəcəklərsə, onlara təklif edilməz. Əgər hər şey açıq şəkildə bildirilsəydi, bu zaman insanların seçim etmələrinə, vicdanlarını işə salmalarına ehtiyac qalmazdı. Həm də, əgər insanlara gələcəklə bağlı hədislər üstüörtülü deyil, açıq-aşkar bildirilsəydi o zaman hamı qəbul etmək məcburiyyətində qalardı, nə seçim etmək qabiliyyətinin, nə də imtahan mühitinin bir mənası qalmazdı. Ən aşağı səviyyədəki insanla ən üst təbəqəli insanlar eyni dərəcədə olardı. Buna görə Peyğəmbərimiz (s.ə.v)-in gələcəklə bağlı hədisləri üstüörtülü şəkildədir. Yalnız, "günəşin qərbdən doğulması" hər kəsin istər istəməz qəbul edəcəyi şəkildə açıq olacaq. Ondan sonra da ağlın ixtiyarı qalxacaq, imtahan sona çatacaq.

Gələcəkdəki hadisələr haqqında olan məlumatların bir qismi də, Peyğəmbər (s.ə.v.) tərəfindən ətraflı olaraq bildirilmişdir. Bu açıq-aşkar bildirilən qismə isə heç bir müdaxilə etmək olmaz və bu məlumatlar deyildiyi kimi nəql edilər, necə ki, Quran ayələri və Qüdsi hədis möhkəm və dəqiq ifadələrdir. Yuxarıda bildirdiyimiz digər bir qismi isə əsas olaraq imani məsələlərə düzgün (birbaşa) aidiyyatı olmayan, gələcəyə aid hədislərdir.

Yalnız əhlinin qavrayacağı tərzdə, Axırzaman əlamətlərindən xəbər verən hədislərin bir hissəsi bənzətmə və nümunələr, vaxt keçdikcə xalqın nəzərində sözlərin zahiri mənaları həqiqət kimi qəbul edilir, hədisdə ifadə edilən hadisə əslində reallaşmış olsa belə, hadisələrlə hədislər arasındakı uyğunluq qurulmur, imtahan mühitinə zidd olacağı bilindiyi halda, yenə də hədislərin yalnız zahiri mənalarına fikir verilir, təşbehli olacağına isə diqqət yetirilmir.

Bu mövzu barədə Bədiüzaman həzrətləri "Şüalar" adlı əsərində, Axırzamanda meydana gələcək qiyamət əlamətlərinin, hədislərdə əksəriyyətinin təşbehli mənada olaraq bildirildiyini və bunların ancaq şərh edilərək xalqa çatdırıla biləcəyini bildirmişdir.

"Axırzamanda rast gəlinəcək hadisəyə dair hədislərin bir qismi təşbehli Quran kimi dərin mənaları var. Muhkəmat (yəni mənası açıq şəkildə) kimi təvsir edilməz və mənasını hər kəs bilməz. Bəlkə Təfsir yerinə yanlış şərh edərlər". (Şüalar , 486)

….. Sirri ilə hadisəsindən sonra şərhləri aydın olar və murad nə olduğu (nə məna kəsb edildiyi) bilinər. (A. g. e. 486)

İşarə edilən ayə tərcümələri:

" ...Beləliklə, Yusifi yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik... " (Yusif surəsi-21)

" Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin..." (Yusif surəsi-101)

Axırzaman əlamətlərindən biri olan "şərqdən bir atəş (alovun) çıxması" rəvayətinə bənzədilən atəş (alov) hər zaman görünə bilər, "Bir quyruqlu ulduzun çıxması" rəvayətindəki ulduz hər vaxt çıxa bilər, "böyük bir hadisənin" meydana gəlməsi rəvayətinə bənzər hadisələr hər dövrdə cərəyan edə bilər. Lakin əhəmiyyətli olan hədisdə bildirilən hadisəni təsbit edə bilməkdir. Bu kitabda izah edilən və bəzi səbəblərə görə də, yüzlərlə əlamətin hamısının müntəzəm bir şəkildə bir-birinin ardınca ifadə edilən yer və zaman, eyni əsrdə və tam izah edildiyi şəkildə çıxması söylədiyimiz məsələdə əsas dəlildir. Beləliklə, bu hadisələrin hədislərdə bildirilən qiyamət əlamətləri olduğuna dair qənaətimiz daha da möhkəmlənir və dəqiqləşir.

Mehdinin Gəlişinə Şübhə Yoxdur

Mehdi Haqqindaki Hədislər "Təvatür" (Geniş Yayilmiş) Dərəcəsindədir

"Təvatür" sözünün leksik mənası – dəqiq xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan düzgün məlumat deməkdir (Büyük Lugat-Tür-Dav, 3003). Hədis alimlərinin fikrinə görə bir xəbər bir çoxları tərəfindən rəvayət edilmişsə və bu rəvayətlərin bir yerə toplanıb, xəbərin uydurma olması mümkün olmadıqda buna "Mütəvatir" xəbər deyilir. Bir çox İslam alimi, Peyğəmbərimizin Mehdi ilə əlaqədar hədislərinin mütəvatir olduğunu bildirmişdir:

İbni Həcər Askalani Fəthül-Baridə, Mehdinin bu ümmətdən olacağı və hz. İsa (ə.s)-ın onun arxasında namaz qılacağına dair hədislərin təvatür dərəcəsində olduğunu deyərdi. Şövqani də İsanın enəcəyinə dair hədislərin sayının 29-a çatdığını söyləyərək bunları bir-bir nəql etmiş və nəhayət: "Bizim nəql etdiyimiz hədislər göründüyü kimi təvatür həddinə çatdı. Bu bəyanımızla belə nəticəyə gəlirik ki, gözlənilən Mehdi haqqındakı hədislər, Dəccal haqqında hədislər və İsanın enməsinə dair hədislər mütəvatirdir" demişdir. (Sünen-i İbn-i Mace 10/338)

Mehdinin gələcəyinə dair olan səhih hədislər təvatür xüsusiyyətini daşıyır. (Kıyamet Alametleri, səh.193)

Onların zənninə görə, Mehdi vəfat etdi, keçdi getdi... Halbuki, bu tərzdə gələn səhih hədisi-şəriflər məşhurdur. Hətta təvatürü mənəvi dərəcəsində olub, tayfanın (bir qrup insanların) sözlərini təkzib edir. (Mektubat-ı Rabbani, 2/250)

Mehdinin gələcəyinə dair Rəsulullah (s.ə.v)-dən təvatür səviyyəsində bir çox hədis rəvayət edilmişdir... (eb'ul-Hasan Muhammed ibn Hasan el-Überi Sicistani, Menakıb'üş-Şafii/Dr.G.Hüseyin Tacirineseb, Mehdilik ve İmam Mehdi, səh.88 ve 405)

Mehdinin varlığı və Axırzamanda zühur edəcəyi, Peyğəmbər ailəsindən və Fatimə oğullarından olacağı, təvatür dərəcəsinə çatan hədislərlə açıqlanmışdır və bu hədisləri inkar etməyin heç bir mənası yoxdur... Təvatür ölçüsünü aşan, doğru və açıq hədislərdə, Mehdinin Fatimə soyundan olub, dünya sona çatmamışdan əvvəl zühur edəcəyi, zülm və haqsızlıqla dolan dünyaya ədalət və hakimiyyət gətirəcəyi, onun zamanında İsa Məsihin göydən enəcəyi və onun öndərliyində namaz qılacağı sübut edilmişdir. (Şerif Muhammed ibn Resul Berazenci Medeni, el-işae, səh.184 ve 305 / Mehdilik ve İmam Mehdi, səh.328)

Qiyamət gününün ən böyük əlamətlərindən biri də, haqqında təvatür dərəcəsini üstələyən səviyyədə hədis olan bir adamın zühur etməsidir. Bir çox hədis hafizləri Mehdinin Peyğəmbər soyundan olduğunu qəbul etmişlər, belə mütəvatir bir mövzuya arxa çevirmək düzgün olmaz. Haqq əhlinin inancına görə Mehdi İsa Məsihdən ayrıdır. Mehdi Məsihdən əvvəl zühur edəcək. Bu mövzu sünni alimləri tərəfindən də, onların inancıyla bağlı məşhurluq qazanmışdır. (Şemseddin Muhammed ibn Ahmed Sefareyni, Levaih'ül-Envar'ülBehiyye şehri, 2-ci cild, səh.74-76-86'dan özet)

Məhəmməd ibn Əli Şövqani, "ət-Tavzeh..." adlı kitabında belə demişdir: ...Bunlar (Mehdi, Dəccal və Məsih ilə əlaqədar rəvayətlər) şübhəsiz ki, mütəvatir hədislərdir, peyğəmbərin buyurduğu hökmlərdəndir... Buna görə Dəccal və Məsih haqqındakı rəvayətlər mütəvatir olduğu kimi Mehdi haqqındakı hədislər də mütəvatir dərəcədədir... (Muhib ibn Salih el-Bureyni, Ikd'üd-Dürer fi Ahbar'il-Muntazar, s.14-15 / Ebu Tayyib Muhammed Sıddık Kunuci, el-İzaetü... səh.95 ve 130 / Mehdilik ve İmam Mehdi səh. 329

Mehdi haqqındakı hədislər mənəvi cəhətdən təvatür ölçüsünü aşmış, inkar etməyin bir mənası yoxdur. (Şeyh Hasan Advi Hamzavi, Meşarik'ül-Envar, F.2, səh.115, -1307 H. Basımı / Mehdilik ve İmam Mehdi səh. 329)

...Mehdi haqqındakı hədislər təvatür ölçüsünü keçmişdir. "Sünən", "Əsas" və "Mucəm" kitablarında da mövcuddur. (M.Sıddık ibn Hasan Kunuci, el-İzaetü... səh.94)

Yuxarıda adları çəkilən qaynaqlar xaricində bir çox adam saysız-hesabsız əsərlərində Mehdi haqqında çatan hədislərin təvatür dərəcəsində olduğunu bildirmişdilər. Bu İslam alimlərindən bəziləri və bu mövzuda şərh etdikləri əsərlər bunlardır:

◉ 1. Əbu Abdullah Məhəmməd ibn Yusuf Gənci Nufəli, əl-Bəyan fi Ahbari Sahibi-üz-Zaman, səh. 126

◉ 2. Şəmsəddin Məhəmməd ibn Əhməd Kurtubi, ət-Təzkirətü fi Ahvalil-Mevta və Umuril ahireti, səh. 710

◉ 3. İbni Qayim Cavziyə Məhəmməd ibn Əbi Bəkr Dəməşqi, əl-Menarül-Münif, səh. 142

◉ 4. Şəhabəddin ibn Həcər Əhməd ibn Əli Əskəlani, Təhzib ət-Təhzib, 9-cu cild, səh. 126

◉ 5. Cəlaləddin Əbdürrəhman Suyuti, Arfül-Verdi, əki əl-Havi Lilfetavi, 2-ci cild, səh. 165

◉ 6. Əbul-Abbas ibn Həcər Əhməd ibn Məhəmməd Haytəmi, Sevaikül-Muhrika, səh. 99 / əl-Kavlul Müxtəsər, səh. 23

◉ 7. Şərif Məhəmməd ibn Rəsul Bərazənci Mədəni, əl-İşae, səh. 147, 185

◉ 8. Şəmsəddin Məhəmməd ibn Əhməd Səfarini, Levaih'ül-Envaril-Behiyye, 2-ci cild, səh.89 / Ahval-i Yevmül-Kıyamet, səh.33

◉ 9. Məhəmməd ibn Ali Sabban Mısri, İsafur-Rağibin, Nur'ul-Ebsar haşiyesinde matbu səh.192 Sevaik'ül-Muhrikadan naklen.

◉ 10. Mömin ibn Həsən Mömin Şəblanci, Nurul-Ebsar, səh. 189

◉ 11. Məhəmməd Sedik Həsən Kunuci Buxari, əl-İzae, səh. 120

◉ 12. Məhəmməd ibn Cəfər İdrisi Kətanı, Nzmül-Mütənasır Fil-Hadisil-Mütəvatir, səh. 145

◉ 13. Əbul-Feyz Əhməd ibn Məhəmməd Ğumari, İbrazül Vehmil-Meknun, səh. 3-4

◉ 14. Əbdülmuhsin ibn Məhəmməd Abbad, Məccəətül-Camiatül-İslamiyyə, ədəd 3, il 1, səh. 598

İslam Alimlərinin Mehdinin Gəlişi İlə Bağli Olan İzahlari

Bir çox böyük İslam alimi Axırzamanda Mehdinin gəlişinə dair heç bir şübhə olmadığını ifadə edən şərhlər etmişlər. Bunların ən məşhurlarından biri Muhyiddin Ərəbidir. Futuhat-I Məkkiyə adlı əsərində Muhyiddin Ərəbi belə bildirmişdir:

"Şübhəsiz ki, yer üzü zülm və haqsızlıq ilə dolduğu zaman Allahın xəlifəsi qiyam edəcək, yer üzünü ədalət və bərabərliklə dolduracaq... Ümumi qazancı xalq arasında bərabər şəkildə paylaşacaq, xalqa ədalətlə hökm edəcək və anlaşılmazlıqlarda hakimlik edəcək... Allah onun işini bir gecədə nizamlayacaq, zəfər həmişə onunla olacaq... Ayağını peyğəmbərin ayağının yerinə qoyacaq (onun izi ilə gedəcək) və heç bir zaman yolundan çıxmayacaq... Dağınıq dinləri (batil inancları) ortadan qaldırıb, yalnız haqq dini hakim edəcək..." ..." (Muhyiddin Arabi, el-Futuhat El Mekkiye, 366. bab, 3-cü cild, səh.327-328)

Bu mövzu ilə əlaqədar şərhi olan bir başqa adam isə Misirli məşhur yazıçı Şeyx Mənsur Əli Nasifdir. O, bir əsərində Mehdilik inancını bu şəkildə bildirmişdir:

Əhli-Beytdən Mehdi adında bir şəxs mütləq zühur edəcək, İslam torpaqlarına hakim olacaq, müsəlmanlar onu izləyəcək və O, müsəlmanlar arasında ədalətlə, haqla davranacaq, dini sağlamlaşdıracaq. Ondan sonra Dəccal ortaya çıxacaq və Məsih (hz. İsa) enərək Dəccalı öldürəcək və ya öldürülməsində Mehdiyə kömək edəcək. (et-Tac'ül-Camiü Lil-Usul, 5-ci cild, səh.341)

Misir əl-Əzhər Universiteti İnanclar kürsüsündə təhsil işçisi olan yazıçı Seyid Sabiq isə İslam Konfransı tərəfindən seçilən və nəşr olunan əl-Akaidül İslamiyyə adlı kitabında Mehdinin gəlişi ilə əlaqədar bu şərhləri vermişdir:

Mehdi haqqında sözün əsl mənasında, O, zamanın sonunda, çox yaxında zühur edəcək... Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, O, haqq və ədalətlə dolduracaq. O, düzgün, doğru surətdə İslam qanununu ortaya qoyacaq və hökmdən düşmüş, köhnəlmiş peyğəmbər sünnəsini canlandıracaq. (əl-Akaid'ül-İslamiyye, səh. 250)

Alaəddin Əli ibn Hişam Muttaki Hindli də "ər-Rəddi..." adlı kitabında belə demişdir:

Allahın rəhməti sənə olsun, bil ki, vəd edilən Mehdinin yaranmasında heç şübhə yoxdur. Üç yüz hədislə və daha çox əsərlə bu sübut edilmişdir. (Casim Mühelhil, el-Burhan, 1-ci cild, səh.339 / Mehdilik ve İmam Mehdi, səh.328)

Məşhur İslam alimlərinin bu şərhlərlə yanaşı, Mehdinin gəlişi ilə əlaqədar mövzuların əhli-Sünnə inancı olduğuna dair də təfərrüatlı şərhləri mövcuddur. Bu şərhlərdən bir neçəsi belədir:

Əbu Məhəmməd Həsən ibn Əli əl-Bərbəhari Hənbəli "Şərhüs-Sünnət" adlı kitabında əhli-Sünnə inanclarını sadalayaraq belə yazır: "...və Məryəm oğlu İsanın göydən enəcəyinə, Dəccalı öldürəcəyinə və Məhəmməd (s.ə.v) oğullarından Qaimin (Mehdinin) arxasında namaz qılacağına inanmaq." (Casim Mühelhil, el-Burhan..., 1-ci cild, səh.426)

Səhih hədislərə dayanaraq, qəti olaraq inanılan bir mövzu (zühuru gözlənilən) Mehdinin varlığıdır. Onun zamanında Dəccal və Məsih də ortaya çıxacaq. (İbni Hacer, Ahmed ibn Muhammed Haytemi Şafii, el-Kavl'ül-Muhtasar fi Alamat'il Mehdiyyül-Muntazar səh. 74)

Əbul-Əşbal Əhməd Məhəmməd Şakir "Şərhi-Müsnədi İmam Əhməd" adlı kitabında, bir çox səhabədən düzgün sənədlərlə gəlib çatan sünnəyə görə: "(Mehdiyə inanmaq) sübut edilmişdir, bunun düzgün olmasından şübhə etmək kiminsə həddində deyil. (Casim Mühelhil, el-Burhan... Mukaddimesi, 1-ci cild, səh.343)

Deməli, Mehdinin zühur edəcəyinə inanmaq vacibdir, ona inanmaq Peyğəmbər (s.ə.v)-in buyurduğunu təsdiqləmək üçün lazımlıdır. Necə ki, bu mövzu əhli-Sünnə inancı kitablarında qeyd edilmiş və sübut edilmişdir. (Eb'ul-Feyz Ahmed ibn Muhammed Ğumari Şafii, İbraz'ül-Vehm'ül-Meknun, səh.3-4)

İslam alimlərinin Mehdinin gəlişi və görəcəyi işlər haqqındakı hədislər ilə əlaqədar etdikləri bu izahlar olduqca əhəmiyyətlidir. Lakin bundan da mühüm olan peyğəmbərimizin Axırzaman və Mehdi ilə əlaqədar hədislərinin indiki vaxtda bir-bir və bir-birinin ardınca reallaşmasıdır. Şübhəsiz, bu hadisələrin peyğəmbərimizin bir möcüzəsi olaraq reallaşması, düzgün olmasına dair hər hansı bir şübhə qoymur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Qurani-Kərim və Hədislərdə Axirzaman
  • Mehdinin Çixiş Əlamətləri
  • Mehdinin Müxtəlif Xüsusiyyətləri
  • Mehdinin Fiziki Görünüşü (Xüsusiyyətləri)
  • Mehdinin Çixiş Zamani
  • Mehdinin Çixiş Yeri
  • Mehdi Dövründəki Həyat: Qizil Dövr
  • Şairlərin Şeirlərində Mehdi
  • Axirzamanla Əlaqədar Müxtəlif Mövzular
  • Mehdi Haqqinda Müxtəlif Mövzular
  • Qurandaki Hekayələr və Mehdiyyət
  • Risalə-i Nur Külliyyatinda Mehdi
  • Hz. İsa Əleyhissalam və Mehdi
  • Qurandan Mehdi və Axirzamana Aid İşarələr
  • Müxtəlif Qaynaqlarda Mehdi İlə Əlaqədar Rəvayətlər
  • Əlavə 1. Hissə - Hz. Mehdinin Çixişindan Əvvəl Meydana Gələcək Əlamətlər (Axirzaman Əlamətləri)
  • Əlavə 2. Hissə - Axirzamanin Hidayət Öndəri: Hz. Mehdi