◉ Əl-Ayyaşi öz sənədiylə Əli ibn Hüseyndən (İmam Zeynəlabidin), Rəsulullah (s.ə.v)-in belə buyurduğunu rəvayət edir:
Əgər dünyanın ömrünə (sona çatmasına) yalnız bir gün qalmış olsa belə, Allah bu günü ailəmdən adı mənim adımla eyni olan bir adamın zühur edib zülm və haqsızlıqla dolan dünyanı ədalətlə dolduracağına qədər uzadacaq.
◉ Əbu Bəsir İmam Cəfər Sadiqdən rəvayət edir:
"..(Allah Təalanın "Ta ki, özlərinə vəd ediləni görənə qədər" buyruğuna gəldikdə, O Qaimin qiyamıdır, o da saatdır" buyurdu.
Saat yaxınlaşdı... (Qəmər surəsi, 1)
◉ Əbu ibn İbrahim Qummi rəvayət etmişdir:
"Allahın "O zaman yaxınlaşdı" buyruğu haqqında soruşuldu. İmam Qaimin zühurudur, buyurdu."
◉ Hazzaz Qumni Ammar ibn Yasirdən belə rəvayət edir: Rəsulullah (s.ə.v) Burakın hüzuruna çatanda belə ərz etdim: "Əli Allah üçün (yolunda) haqqıyla cihad etmişdir."
Rəsulullah buyurdu:
"...Onun bir qeybi olar, xalqın bir qismi ondan imtina etdiyi halda, digər bir qismi sabit qalar. Axırzamanda ortaya çıxar, dünyanı haqq-ədalətlə doldurar. Necə ki, mən endirilən (Quran) uğrunda mübarizə aparmışam, o da mənim kimi Quranın düzgün şərh etmək uğrunda mübarizə aparar, adı mənim adımdır və insanlar içində mənə ən çox bənzəyəndir..."
◉ Tabərsi: Əlqəmə ibn Məhəmməd əl- Hazəminin rəvayətinə görə, İmam Məhəmməd Baqir belə buyurur: Rəsulullah (s.ə.v) həcc etdi və dönərkən Qədir-Xumda (xalqa xitab edilən məkan) əvvəl Allaha həmd etdi və sonra belə buyurdu:
"Ey insanlar! İnanın Allaha, elçisinə və... onunla endirilən nura... Biz bəzi üzləri silib arxalarına çevirmədən... Ey insanlar! Allah (Əzzə və Cəllə)-nin nuru mənə yerləşdirilmişdir, sonra Əliyə, sonra ondan Qaimə qədər olan nəsilə. O (Mehdi) ki, Allahın haqqını alar və bizə aid olan bütün haqları (götürər)... Bilin ki, bizdən olan son İmam Mehdi Qaimdir. Onunla olmayan Haqq ilə olmaz və onun yanında olmayan nur olmaz."
◉ İslam Peyğəmbəri (s.ə.v) buyurdu:
"Nə vaxt ədalətsiz hakimlərin əliylə zülm və haqsızlıq, hiylə və fırıldaqçılıq bütün insanları əzməyə başlayacaq, o vaxt mənim təmiz ailəmdən, mənim ad və nişanımı daşıyan səmavi bir xilaskar qiyam edəcək və əmin-amanlıq hər yerə yayılacaq".
◉ Mehdi Allahın haqq yola çatdırdığı kimsədir. Mehdi peyğəmbərin Axırzamanda gələcəyini müjdələdiyi, öz ailəsindən olan bir şəxsin adıdır. Zülm və haqsızlıqla dolu olan dünyanı haqq-ədalətlə dolduracaq. O Konstantantinopolda Məsih ilə birlikdə olacaq. Ərəbə və ərəb olmayan hər kəsə hökm edəcək, Dəccalı öldürəcək. (Məcmaül-Bəhreyn və Mətləün-Nəyyireyn, Yaz: Fahrettin ət-Türeyhi (-1085 H. /1674 M.)
...Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir . (Bəqərə surəsi, 114)
◉ Məhəmməd ibn Carir Təbəri Esbat Südidən "Onlar üçün dünyada rüsvayçılıq vardır" buyruğuna dair:
"Dünyada alçaq, rüsvayedici budur ki: Mehdi qiyam edib Konstantinopolu fəth edincə..."
◉ Nəzəri mədəniyyətin atası sayılan bu şəxs, yuxarıdakı ayənin təfsirini edərkən əvvəlki rəvayət qaynaqlarına və cümlələrə yer verdikdən sonra bu şərhi əlavə etmişdir:
"(İsanın) Beytül-Müqəddəsə girişi və müşahidə yerinə çatmağı, qütb mövqeyindən fərqlidir. Namazı gecikdirən İmam isə Mehdidir. Dövrünün qütbü olduğu halda namazı gecikdirməsinin səbəbi, vəlayət sahibinin peyğəmbərlik sahibinə qarşı hörmət göstərməsidir. İsanın onu önə keçirməsinin səbəbi isə imamın dövrün qütbü olduğunu bilməsidir. Məhəmməd (s.ə.v) dini üzərinə onun arxasında namaz qılmağı isə, ona tabe olaraq zahiri və mənəvi lütf əldə etməsindən irəli gəlir. Doğrusunu Allah bilir." (İbn Ərəbi Məhəmməd ibn Əli ət-Tani: (-638H.1241 M.))
◉ Cabir ibn Yezid əl-Cofi İmam Məhəmməd Baqirdən belə rəvayət edir:
... Mehdinin "Mehdi" deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq və yəhudilər arasında Tövratla, xristianlar arasında İncillə hökm edəcək.
◉ Harun ibn Maruf, Zamra ibn Rabiyadan və Abdullah ibn Şevzebdən belə rəvayət edir:
Şübhəsiz ki, Mehdi "Mehdi" deyə adlandırılmışdır. Çünki o, Şam dağlarından bir dağa doğru hidayət olunar (istiqamətləndirilər). Tövrat kitablarını oradan çıxarar və onlara əsaslanaraq yəhudilərlə mühazirə aparar və (nəticədə) bir qrup yəhudi onun vəsiləsi ilə müsəlman olar.
◉ Məhəmməd ibn Əli əs-Süləmi, İmam Məhəmməd Baqirdən belə rəvayət edir:
Mehdinin "Mehdi" deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru istiqamətləndiriləcək, xalqın qəlbindəkilərlə hidayət olacaq... Tövratı Antakyada bir mağaradan çıxardaraq...
◉ Mamar ibn Hişam Matarül-Verrakdan və Kabül-Ahbardan belə rəvayət edir:
O "Mehdi" deyə adlandırılmışdır, çünki o, gizli bir işə hidayət edilər (gizli bir işlə vəzifələndirilər), Tövrat və İncili Antakya deyilən bir yerdən çıxarar...
◉ Ömər ibn Zahir rəvayət edir:
"Biri imam Cəfər Sadiqə: "Qaimə, "əmirəl-möminin" deyə salam göndərə bilərikmi?" deyə soruşdu. İmam buyurdu: "Xeyr, Allah Təala bu ləqəbi yalnız hz. Əliyə vermiş, ondan əvvəl və sonra kimsə bu ləqəblə xatırlana bilməz". Adam soruşdu: "Yaxşı onu nə deyərək salamlayım?" İmam buyurdu: "Salam olsun sənə, ey Bəqiyətullah" deyərək.
◉ Sakr ibn Əbi Delf eşitdiyi rəvayətə görə, imam Məhəmməd Təqi belə buyururdu:
Doğrusu budur ki, Həsən (Əskəri)-dən sonra haqq üzrə oğlu Qaim və Müntəzir (gözlənilən)-dir. Soruşdum: Ey Allahın Rəsulunun nəvəsi, nə üçün "Qaim" adını almışdır?
Buyurdu: Çünki o, unudulmuş olduğu və imamlığı qəbul edənlərin çoxu ona arxa çevirdikləri bir dövrdə qiyam edəcək.
Soruşdum: Onun "Müntəzir" (gözlənilən) deyə adlandırılmasının səbəbi nədir?
Buyurdu: Çünki o, həyatını gizli davam etdirəcək, bu çox uzun müddət davam edəcək, gəlişi çox uzanacaq. İxlaslı kəslər ortaya çıxışını gözləyəcəklər...
Görmürsünüz ki, şübhəsiz, Allah, göylərdə və yerdə olanları əmrinizə hazırlamış, açıq və gizli sizin üzərinizdəki nemətlərini genişlədib-tamamlamışdır... (Loğman surəsi, 20)
◉ Şeyx Saduk, Məhəmməd ibn Ziyad əl-Əzdidən edilən rəvayətə görə, belə buyurur:
Allah Təalanın bu: "... və sizə zahiri və gizli olan nemətlərini bol-bol verdi" - buyruğu haqqında imam Musa Kazımdan soruşdum. O da belə buyurdu:
"Zahir (açıq) nemət, Zahir (görünən, açıq) İmamdır. "İmamlar içində qeyb olan vardır?" soruşdum. Buyurdu: "Bəli o, insanların gözündən qeyb olar, lakin zahiri möminlərin ürəyindən qeyb olmaz... Allah onunla bütün çətinlikləri asanlaşdırar, bütün sərtlikləri yumşaldar. Onunla yerin xəzinələrini ortaya çıxarar, onunla bütün uzaqlıqları yaxınlaşdırar, inadkar bütün zalımları onunla ortadan qaldırar, bütün pis şeytanları onun əliylə məhv edər... Ortaya çıxıb zülm və haqsızlıqla dolan dünyaya haqq-ədaləti hakim edənə qədər".
İman gətirib saleh əməl görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir) (Rad surəsi, 29)
◉ Şeyx Saduk Əbu Bəsirin rəvayətinə əsasən imam Cəfər Sadiqin belə buyurduğunu deyir:
"Xoşbəxt o kəslərdir ki, bizdən olan Qaimin qeyb dövründə bizim işimizə qoşulur, (beləsinin) qəlbi hidayətə çatdıqdan sonra çaşmaz.... Məhz Allahın buyurduğu xoşbəxtlik və gözəl gələcək buna işarədir".
◉ Şeyx Saduk buna bənzər bir xəbəri həmin İmamdan və eyni rəvayətçidən, lakin başqa bir sənədlə belə bildirmişdir: (səh. 401)
İmam buyurdu: "Yaxşı bir şey soruşdun, ey Ümmü-Hani. Bu dövrün sonunda ortaya çıxacaq biridir, o bu Əhli-Beytdən olan Mehdidir. Onun bir qeyb dövrü olar. O dövrdə bəziləri havalanar, bəziləri hidayət tapar. Əgər onu görsən, xoşbəxt olarsan və nə xoş onu görənlərin halına ..".
◉ Əhməd ibn Məhəmməd İmam Həsən Müctəbanın belə buyurduğunu rəvayət edir:
"Babam Rəsulullahdan soruşdum: "Biz Əhli-Beytdən olan Qaim nə vaxt qiyam edəcək? Rəsulullah buyurdu: Ey Həsən! O, yerə və göyə çox ağır gələn "o saat" kimi, birdən-birə zühur edəcək".
◉ Kumeyt ibn Zeyd əl-Əsədi imam M. Baqidən belə rəvayət edir:
"Allahın Rəsulundan bir mövzu haqqında (yəni Mehdinin qiyamı haqqında) soruşuldu, o da belə buyurdu: "O, "saat" kimi, ancaq birdən zühur edəcək".
◉ Dıbil ibn Əli əl-Hüzai imam Rzadan belə rəvayət edir:
Rəsulullaha: "Ey Allahın Elçisi, soyunuzdan olan Qaim nə vaxt qiyam edəcək"- deyə soruşuldu. Allahın Rəsulu belə buyurdu: "O, "o saata" (qiyamət olacağı ana) bənzəyər, onun zamanını Allahdan başqası bilməz.. Ancaq qəflətən baş verər".
◉ Hazzaz Qummi Əhməd ibn Məhəmməd və ibn Münzirin rəvayətinə əsasən belə deyir:
Əli oğlu Həsən buyurdu: "Babam Rəsulullahdan soruşdum ki, biz Əhli-Beytdən olan Qaim, nə vaxt zühur edəcək? O, buyurdu: "Ya Həsən, şübhəsiz, ki, onun zühuru qiyamətin baş verməsinə bənzəyər: "… O göylərə də, yerə də ağır gəlmişdir. O sizə qəfildən gələcəkdir…"
◉ Şeyx Saduk, Dıbil Hüzaidən edilən rəvayətə görə belə deyir:
İmam Rza buyurdu: "Mənə atam bildirmişdi, ona da atası, atasına da atalarından bildirilmişdir".
Peyğəmbərdən soruşdular: "Ey Allahın Elçisi, soyunuzdan olan Qaim nə vaxt zühur edəcək? O, buyurdu: "Onun bənzəri qiyamətdir, belə ki, onu tam zamanında ortaya çıxaracaq yeganə O (Allah)dır. O göylərə də, yerə də ağır gəlmişdir, o sizə qəfildən gələcəkdir…"
◉ Hazzaz Kumni, Kümeyt ibn Zeyd Əsədinin rəvayətdə İmam Məhəmməd Baqirin belə buyurduğunu nəql edir:
"...Şübhəsiz, ki, bizdən olan Qaim, Hüseyn oğullarının doqquzuncusudur... O zühur edər və dünyanı haqq-ədalətlə doldurar...
"Ey Rəsulullahın oğlu, yaxşı, bəs o, nə vaxt zühur edəcək?" deyə soruşdum. O da belə cavab verdi: "And olsun ki, bunu Allahın elçisi (s.ə.v) -dən soruşdular, o da belə buyurmuşdu: O, qiyamət kimi qəfildən meydana çıxar. (Qiyamət birdən meydana çıxdığı kimi Mehdi də birdən zühur edəcək)
◉ Zürarət ibn Ayur belə rəvayət edir:
"İmam Məhəmməd Baqirdən Allah Təalanın "Birdən-birə gələcək saatdan başqasını gözləməzlər ki" buyurduğu haqqında soruşdum. O da belə cavab verdi: Məqsəd hz. Qaimin zühur zamanını gözləməkdir..."
◉ Əbu Səid Hudri Rəsulullahdan belə rəvayət edir:
"Mehdinin ardınca gedənlər ona sığınarlar, bal arılarının ana arıya sığındıqları kimi (onun yanında güvən və hüzur, əmin-amanlıq taparlar), o yer üzünü ədalət və düzgünlüklə dolduracaq"
◉ Əlaəddin Əli ibn Hişam Muttaki Hindi (h. 975 ): "ər-Rəddi..." kitabında belə yazır:
"Allahın rəhməti sənə olsun, bil ki, vəd edilən Mehdinin varlığına heç bir şübhə yoxdur. Üç yüz dəlil və əsərdə hətta daha çoxu ilə bu sübut edilmişdir.
◉ Şərif Məhəmməd ibn Rəsul Bərzənci: "əl-İşaətü..." kitabında (səh. 184 və 305) belə yazır:
"Mehdinin varlığı və Axırzamanda zühur edəcəyi peyğəmbər ailəsindən və Fatimə oğullarından olması, təvatür (içində yalan olmayan hədislər) dərəcəsinə çatan hədislərlə açıqlanmışdır və bu hədisləri inkar etməyin heç bir mənası yoxdur... Təvatür ölçüsünü aşan doğru və açıq hədislərdə, Mehdinin Fatimə soyundan olub dünya sona çatmadan əvvəl zühur edəcəyi, zülm və haqsızlıqla dolmuş olan dünyaya haqq-ədalət gətirəcəyi, onun dövründə İsa Məsihin göydən enəcəyi və onun rəhbərliyi altında namaz qılacağı sübut edilir".
◉ Şəmsəddin Məhəmməd ibn Əhməd Səfareyni bu mövzuya aid bir mənzumə (ölçülü bir şəkildə yazılmış düz yazı) yazmış və özü də bu mənzuməyə "Ləvaihül-Ənvarül-Bəhiyyə" adında bir şərh yazmışdır. Aşağıdakı xülasə açıqlama bu şərhdən alınmışdır: (II cild, səh. 74, 76, 86)
"Qiyamət gününün ən böyük əlamətlərindən biri də haqqında təvatür dərəcəsini aşacaq dərəcədə hədis olan bir adamın zühur edəcəyidir. Bu adam imamların sonuncusudur. Hz. Peyğəmbərdən sonra peyğəmbər olmayacağı kimi, ondan sonra da imam olmayacaq. Bu imam Fatimə oğullarındandır... Bir çox hədis hafizləri Mehdinin peyğəmbər soyundan olduğunu qəbul etmişlər, belə mütəvatir bir mövzuya arxa çevirmək yaraşmaz. Haqq əhlinin inancına görə, Mehdi İsa Məsihdən ayrıdır. Mehdi Məsihdən əvvəl zühur edəcək. Bu mövzu sünni alimləri arasında, onların inancından sayılacaq qədər məşhurluq qazanmışdır".
◉ Həsən ibn Abdullah ər-Razi ət-Tamimi, İmam Rza atalarından eşitdiklərinə əsasən Peyğəmbər (s.ə.v)-in belə buyurduğunu rəvayət etmişdir:
"Haqqı ifa etmək üçün bizdən olan Qaim qiyam etmədikcə saat (qiyamət) baş verməyəcək. Bu da böyük Allahın izniylə olacaq. Allah (a baxın), Allah (a baxın) ey Allahın qulları! Suyun, qarın üstündə çətinliklə, sürünərək də olsa, Mehdiyə qatılın, çünki o, Allahın xəlifəsidir".
◉ Asim ibn Əbi ən- Nücud, Zərr ibn Hübeyşdən, Abdullah ibn Məsuddan, Rəsulullahın belə buyurduğunu rəvayət etmişdir:
"Əhli-Beytimdən Mehdi deyilən bir adam gəlib ümmətimə hökm etmədən dünya sona çatmayacaq".
Şübhəsiz, o, qiyamət-saatı üçün bir elmdir. Elə isə ondan (qiyamətdən) yana heç bir şübhəyə qapılmayın və mənə tabe olun. Doğru yol budur. (Zuxruf surəsi, 61)
◉ Əl-Kənciyyüş-Şafii, Mukatil ibn Süleyman və onu izləyən təfsirçilər "... və o qiyamət üçün bir elmdir (məlumatdır, əlamətdir)" ayəsi haqqında belə demişlər:
"O, Mehdidir, zaman sona çatmadan zühur edər və onun hurucundan (çıxışından) sonra qiyamət olar..."
"Və istəyirik ki, yer üzündə zəif olanlara, əzilənlərə lütf edək, onları öndərlər edək, onları varis edək". (Qəsas surəsi 5)
◉ Əbdülhəmid ibn əbul-Hadid, hz. Əli (r.ə)-in yuxarıdakı buyurduğunun şərhinə belə yazmışdır:
"Şiə, buyrulanın Axırzamanda zühur edib dünyaya hökm edəcək olan qeyb imamı vəd etdiyini düşünür. Bizimkilər (sünnilər) də deyirlər ki, bu bütün ölkələrə sahib olub yer üzünə hökm edəcək imamın vəd edildiyinə işarə edir. Bundan çıxardığımız nəticə budur ki, belə bir imam qəti olaraq vardır, qeyb olub sonra zühur etsə belə, zamanın sonunda belə bir imamın zühur edəcəyi sözünü təsdiqləmək nöqtəsində bu fikir kifayət edir".
◉ Məhəmməd Şeybani, İmam Məhəmməd Baqir və İmam Cəfər Sadiqdən rəvayət edildiyinə əsasən belə buyurur:
Bu ayə (Qəsas surəsi, 5) Axırzamanda zühur edərək zalım və fironları məhv edib, yer üzündə şərqdən qərbə qədər hökm edəcək, zülmlə dolmuş dünyanı ədalətlə dolduracaq əmr sahibinə aiddir (onun haqqında nazil olmuşdur)".
" Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi". (Şuəra surəsi, 4)
◉ Əl-Müqəddəsi əs-Silmi Əbu İshak Saləbi və əbu Həmzə Sümalinin bu ayə haqqında belə dediyini rəvayət etmişdir:
"...Allah daha yaxşısını bilir, bizə çatan məlumata görə, o (möcüzə) Ramazan ayının ortasında göydən eşidiləcək bir səsdir, o səs eşidildiyində "boyun yerindən çıxar". (bu ifadə, insanın eşidəcəyi qorxunun şiddətini bildirir)
◉ Numanı Abdullah ibn Sənandan belə rəvayət edir:
O deyir ki, İmam Cəfər Sadiqin yanında idim. Hamdanla bir adamın danışdığını eşitdim, adam deyirdi ki, bu insanlar bizi ayıblayaraq, "siz Sahibi hazel-Əmr adına birinin göydən səslənəcəyinimi düşünürsünüz?" deyirlər. İmam Sadiq arxası üstə söykənmişdi, "doğrudur" deyərək bunu təsdiqlədi və belə buyurduğuna şəxsən şahid oldum:
"And olsun ki, bu Allahın kitabında mövcuddur: "İstəsək onların üstünə göydən... onlar boyun əyərlər" buyruğu ilə açıqlamışdır. Buna görə, o gün boyun əyməyən tək adam belə qalmaz. Dünya xalqı göydən gələn səsi eşidincə iman edərlər..."
◉ İbnül-Mahyar Hənnan ibn Südeyrin rəvayətinə əsasən belə bildirir: "Bu ayə haqqında İmam Cəfər Sadiqdən soruşdum, o, buyurdu:
"(Bu ayə) Məhəmməd oğulları Qaim haqqında nazil olmuşdur, onun haqqında göydən səs gələr"".
◉ Şeyx Tusi Həsən ibn Ziyad Seykalın rəvayətinə görə, İmam Cəfər Sadiq (r.ə)-in belə buyurduğunu bildirir:
"Qaim qiyam etmədən əvvəl göydən biri səslənər, (bu səsi) pərdə arxasındakı qadınlar, şərqdəki və qərbdəki bütün insanlar eşidər. Bu ayə bu mövzuda nazil olmuşdur. "İstəsək onların üstünə göydən... və onlar boyun əyərlər".
◉ Şeyx Saduk Hüseyn ibn Xalidin rəvayətinə əsasən belə deyir: İmam Rza ona yönəldilən, siz Əhli-Beytdən olan Qaim kimdir? sualını belə cavabladı:
"Oğullarımdan dördüncüsü, xanım nökərlərindən birisinin oğlu, onun adına göydən səslənilər, bu səsi bütün yer üzünün xalqı eşidər və bu səs (insanları) ona çağırar. Bilin ki, Allahın Hüccəti Allahın beyti yanında zühur etmişdir ona tabe olun, çünki haqq onunladır və ondadır. Allahın "İstəsək onların üstünə göydən ... və onlar ona boyun əyərlər" ayəsi buna işarə etmişdir.
◉ Əbu Bəsir İmam Cəfər Sadiq (r.ə)-dən o da atalarından gələn rəvayətə görə, Rəsulullah (s.ə.v)-in belə buyurduğunu bildirir:
"Həqiqət budur ki, ...o ən üstün olandır, qiyam edəcək olandır.
◉ Salman Farisi belə rəvayət edir:
"...İçlərində ən yaxşı yol göstərəni, ən bilikli olanı və ən üstün olanı odur (hz. Mehdi).
◉ Cabir ibn Abdullah Ənsari belə rəvayət edir:
"Peyğəmbər buyurdu: Allah Hüseynin soyundan seçdi.... Ən alim olanı, ən hikmətlisidir".
"O Batdiği Yerdən Doğan Günəşdir"
◉ Şeyx Saduk Nezzal ibn Sabrətül - Kufidən belə rəvayət edir: Möminlərin əmiri hz. Əli (r.ə) ibn Sevhan və Əsbağ ibn Nübatənin suallarına cavab olaraq Dəccal və Dabbətül-Ərz haqqında geniş bir xütbə bəyan etmişdir. Bu xütbənin bir qismində belə buyurur:
"... Dəccalı isə... Allah öldürücəkdir... Bir adamın əliylə (öldürəcək) hansı ki, Məryəm oğlu İsa Məsih o adamın arxasında namaz qılacaq… Bu günəş batdığı yerdən doğulduqdan sonra olacaq, belə bir zaman tövbə qaldırılacaq, qəbul edilməyəcək, əməl qəbul edilməyəcək və sonradan iman edən bir fayda əldə etməyəcək..."
◉ Nəzzal ibn Səbrə deyir: "Saa ibn Sevhana imamın məqsədinin nə olduğunu soruşdum, o da belə cavab verdi:
"Məryəm oğlu İsanın arxasında dayanıb namaz qılacağı şəxs, itrətin (peyğəmbər ailəsinin) on ikincisi və Əli oğlu Hüseyn oğullarının doqquzuncusudur. O batdığı yerdən doğan günəşdir. Rükn ilə mövqe (ən əhəmiyyətli və lazımlı vaxtda Hacərül-Əsvəd ilə Kəbə qapısı) arasında ortaya çıxacaq, yer üzünü təmizləyəcək, ədaləti bərqərar edəcək və heç kim digərinə zülm edə bilməyəcək".
And olsun, biz Zikrdən sonra Zəburda da: "Şübhəsiz, Ərzə saleh qullarım varisçi olacaq" deyə yazdıq. (Ənbiya surəsi, 105)
◉ İbni Mahyar deyir: Məhəmməd ibn Abdullah ibn Harranın etdiyi rəvayətə görə İmam Məhəmməd Baqir belə buyurmuşdu:
"... Allah Təalanın "... saleh qullarım varis olacaq" buyruğundakı "saleh qullar" Məhəmməd oğullarıdır."
◉ Şeyx Tusi İmam Məhəmməd Baqirin bu ayənin təfsirinə dair dediklərini belə izah edir:
"Bu möminlərə yer üzünün hamısına varis olacaqlarına dair verilmiş bir sözdür".
◉ Təbərsi İmam Məhəmməd Baqirin bu ayənin təfsirinə dair dediklərini belə izah edir:
"Onlar Axırzamanda Mehdinin səhabələridir".
◉ Süleyman Kunduzi: İmam M. Baqir və İmam C. Sadiq buyururlar:
"Ayədəki "saleh qullarımda" məqsəd Qaim və səhabələridir".
◉ Təbəri Abdullah ibn Abbas bu rəvayətini belə bildirmişdir:
"Allah Təala əzəli elminə söykənərək Tövrat və yer üzünə Məhəmməd ümmətinin varis olacağını və onları cənnətə aparacağını, onların yaxşı qullar olduğunu bildirmişdir".
◉ Qummi əb-il-Carud rəvayətinə əsasən İmam Məhəmməd Baqirin yuxarıdakı ayənin təfsirinə dair dediklərini belə izah edir
"...Allah Mehdi və səhabələrinə yer üzünün şərqlərinin və qərblərinin hakimiyyətini verər, dini ortaya çıxarar və Allah o və səhabələrinin vasitəçiliyi ilə batil bidətləri ortadan qaldırar, eynilə, haqqın öldürüldüyü kimi, zülmdən də heç bir əsər-əlamət qalmaz".
Müşriklər istəməsə də O, dini (İslamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur. (Tövbə surəsi, 33)
Ki O, elçilərini hidayətlə və haqq din ilə, digər bütün dinlərə qarşı üstün etmək üçün göndərdi. Şahid olaraq Allah yetər. (Fəth surəsi, 28)
Elçilərini hidayət və haqq din üzrə göndərən Odur. Belə ki onu (haqq din olan İslamı) bütün dinlərə qarşı üstün edəcək, müşriklərin xoşuna gəlməsə belə. (Saff surəsi, 9)
◉ Şeyx Saduk Əbu Bəsir İmam Cəfər Sadiqin bu ayə ilə (Tövbə surəsi-33) əlaqədar olaraq buyurduğunu belə rəvayət etmişdir:
"... Bu ayənin şərhi ancaq Mehdi zühur edəndə reallaşacaq. Qaim ortaya çıxanda Allaha qarşı kafir və ya müşrik olan bir adam belə qalmayacaqdır... Hətta bir kafir və ya müşrik bir qayanın içinə gizlənmiş olsa belə, o qaya: "Ey mömin, mənim içimdə bir kafir gizlənmişdir, məni qır və onu öldür" - deyə qışqıracaq.
◉ Fəzl ibn Şazan öz sənədi ilə İmam Məhəmməd Baqirin belə buyurduğunu rəvayət edir:
"Qaim bizdəndir... (Allahın) köməyi ilə müəyyəd olub (qüvvətləndirilib) tayyül-ərz edəcək. Yeraltı xəzinələri ona görə üzə çıxacaq və Allah onunla dinini, müşriklər istəməsə də, bütün dinlərin üstünə çıxaracaq".
◉ Küleyni Məhəmməd ibn Füzeyldən belə rəvayət etmişdir: İmam Musa Kazıma bu ayə (Tövbə surəsi-33) ilə əlaqədar bir sual verdim, o da belə buyurdu:
"... O Allah ki, əmr etdi Rəsuluna qəyyumunun vəlayətini, vəlayət isə haqq dindir... O, dini Qaim qiyam etdiyi zaman bütün dinlərin üstünə keçirəcək..."
◉ Əl-Kənçi Şafii bu ayənin (yuxarıdakı ayələr) təfsiri ilə əlaqədar olaraq Səid ibn Cübeyrin belə dediyini bildirmişdir:
"...O Fatimə (r.ə) soyundan olan Mehdidir".
◉ Şeyx Saduk Əbdürrəhman ibn Selitin rəvayətinə əsasən İmam Hüseynin bu ayənin (yuxarıdakı ayələr) təfsirinə dair belə buyurduğunu deyir:
"...O haqq üzrə qaim olan imamdır. Müşriklər istəməsə də, onun əliylə haqq dini bütün dinlərin üstün qılacaqdır".
◉ Suyutinin dediyinə görə, Səid ibn Mansur ibnəl -Münzir və Bəyhaki Cabir ibn Abdullah Ənsarinin bu ayə (yuxarıdakı ayələr) haqqında belə buyurduğunu rəvayət etmişlər:
"...Yəhudi xristian və ya başqa millətdən, İslamı qəbul etməyən tək bir adam belə qalmaz... və bu Məryəm oğlu İsa endiyi zaman olar...."
Biz isə yer üzündə aciz buraxılanlara lütf etmək (mərhəmət göstərmək), onları öndərlər etmək və varislər etmək istəyirik. (Qəsas surəsi, 5)
◉ Şeyx Saduk Mufazzal ibn Ömərin rəvayətinə əsasən İmam Cəfər Sadiqin belə buyurduğunu deyir:
Rəsullulah Əli, Həsən və Hüseynə baxırdı, gözləri yaşararaq buyurdu:
"Məndən sonra sizlər zəiflədiləcəksiniz".
◉ Mufazzəl deyir: "Ey Allah Rəsulunun oğlu bunun mənası nədir? - deyə soruşdum. O da belə buyurdu: "Mənası budur ki: "… və istəyirik ki ... və onları varis qılaq" məhz bu ayə qiyamət gününə qədər bizim üçün etibarlıdır".
◉ Şeyx Tusinin dediyinə görə, Hüseyn ibn Əli ibn Hüseyn babası Əli ibn Əbu Talibin əsas mövzu olan ayənin təfsirinə dair belə buyurduğunu rəvayət etmişdir:
"Onlar Məhəmməd oğullarıdır, Allah onlardan olan Mehdini (uzun) səylərindən sonra vəzifələndirəcək, onları əziz (hörmətli) və düşmənlərini isə zəlil edəcək".
◉ Ayyaşi İbni Bükeyrin İmam Musa Kazıma belə rəvayət etdiyini deyir:
"Yaxşı, onlar, Allahın dinindən başqa bir dinmi axtarırlar? Halbuki, göylərdə və yerdə hər nə varsa -istəsə də, istəməsə də- ONA təslim olmuşdur və ONUN hüzuruna qayıdacaqlar " (Ali-İmran surəsi, 83) - ayəsiylə əlaqədar soruşdum, o da belə buyurdu:
"Qaim haqqında nazil olmuşdur. Zühur etdiyi vaxt yer üzünün şərqində və qərbində (hər yerdə) yaşayan yəhudi, xristian, ulduza tapınanlar, dinsiz, mürtəd və kafirləri İslam dininə dəvət edəcək, öz istəyi ilə təslim olanlara namaz, zəkat və müsəlmanlara əmr edilən Allahın vacib etdiyi əməlləri əmr edəcək. Təslim olmayanların isə boyunlarını vuracaq, beləliklə, şərqdə və qərbdə Allahı bir olaraq qəbul etməyən heç kim qalmayacaq".
◉ Numanı Süleyman ibn Harun əl-İclinin rəvayətinə əsasən belə deyir:
İmam Hüseynin belə buyurduğunu eşitdim:
"Bu əmrin sahibinin (İmam Mehdinin) qorunan səhabələri vardır. İnsanların hamısı onu tərk etsə belə, Allah bu səhabələrini ona göndərəcək, məhz bunlar barəsində Allah:
"Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi), bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik)". (Ənam surəsi, 89) -ayəsini nazil buyurmuş və yenə onlar haqqında: "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" (Maidə surəsi, 54)-buyurmuşdur.
(Allah) dedi: "Sən, şübhəsiz, ki, möhlət verilənlərdənsən, o bilinən vaxt gününə qədər". (Hicr surəsi, 37- 38)
•Ayyaşi deyir ki, İshak ibn Ammarın köləsi Vəhb ibn Cumayın rəvayətinə əsasən İmam Cəfər Sadiqdən soruşdum: "Şübhəsiz, ki, sən möhlət verilənlərdənsən, o bilinən vaxt (məlum olan) gününə qədər" -ayəsindəki gün hansı gündür? O, buyurdu:
"Ey Vəhb! O günün, Allahın insanları dirildəcəyi gün olduğunumu sanırsan? Şübhəsiz ki, Allah ona (iblisə) bizdən olan Qaimin (Mehdinin) qiyam edəcəyi günə qədər möhlət vermişdir. Allah Qaimimizi vəzifələndirdiyi zaman Kufə məscidində ikən iblis gəlib qarşısında əlləri üstə qalxar və " bu günə təəssüflər olsun" - deyər. (İmam) İblisin saçlarından tutub boynunu vurar. Məhz o gün bilinən vaxtdır.
◉ Fəzl ibn Şazan Cabiri ibn Abdullah Ənsarinin rəvayətinə əsasən belə buyurur:
"Xeybər yəhudisi olan Cünbəl ibn Cünadə Rəsulullahın hüzuruna gəldi… Dedi ki, İmran oğlu Musa bizə, sizi və sizin soyunuzdan qəyyumları müjdələmişdir. (Buna cavab olaraq) Rəsulullah: "Allah sizdən inanıb…" (Nur surəsi-55) ayəsinin tilavət buyurdu. Cündəl: "nədən qorxurlar?" -deyə soruşanda (Rəsulullah) buyurdu: "Ya Cündəl! Onların hər birinin dövründə bir şeytan olar, onlara əziyyət edər, çətinliyə salar. Lakin Allah Hüccətə (İmam Mehdiyə) zühur icazəsi verəndə yer üzünü zalımlardan təmizləyər və (dünyanı) zülm, haqsızlıqla dolduğu kimi onu haqq-ədalətlə doldurar."
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi, onları da, müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün, onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd etmişdir. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir (Nur surəsi-55)
◉ Əbu Mənsur Təbərsi möminlərin əmiri olan Əlinin belə buyurduğunu yazır:
"… və Haqqın vədi yaxınlaşır, hansı ki, Allah kitabında: "Allah inanıb yaxşı işlər görənlərə vəd etmişdi…" buyruğu ilə açıqlamışdır. Bu İslamın yalnız adı və Quranın yalnız rəsmi qaldığı zaman reallaşar… Bu reallaşanda Allah görünməz orduları ilə ona kömək edər və peyğəmbərin dinini onun əlləriylə (onun vəsiləsi ilə) bütün dinlərə üstün edər, müşriklər xoşlanmasa belə…"
◉ Hz. Mehdi (ə.s) uzun bir müddət qeyb olduqdan sonra Məkkədə, Kəbənin yaxınlığında zühur edəcək. Peyğəmbərin bayrağı, qılıncı, sarığı və köynəyi ondadır. Mələklər vasitəsiylə ona kömək ediləcək, İslam düşmənlərini öldürəcək və zalımlardan intiqam alacaq. (Biharul-Envar, 52-ci cild, səh. 279 və 53-cü cild, səh. 12, İkmalud-din, 2-ci cild, səh. 367)
◉ Ayyaşi Züreys ibn Abdulməlikdən olan rəvayətə görə, İmam Məhəmməd Baqirin belə buyurduğunu deyir:
"Bədr günü yer üzündə Məhəmməd (s.ə.v)-ə kömək edən, bir daha da kömək etməyən mələklər, bu işi sahibinə (Mehdiyə) kömək edənə qədər başqa heç bir kömək etməzlər, bunların sayı beş mindir."
Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) yığacaqdır. (Bəqərə surəsi,148)
◉ Təbəri Saqir Əbu Bəsirin etdiyi rəvayətə görə, İmam Cəfər Sadiqin belə buyurduğunu deyir:
"Bunu Allahın Elçisi möminlərin əmirinə yazdırmışdır və Mehdinin səhabələrinin sayını və adlarını təyin edərək ona əmanət etmişdir.
… Bədr əhli (döyüşçüləri)-nin sayı qədər, üç yüz on üç nəfərdirlər. Allah onları bir cümə gecəsi Məkkəyə yığacaq. O cümənin səhəri günü hamısı Məscidül-Haramda bir yerə yığılacaqlar. Ayənin şərhi məhz bundan ibarətdir. Allahualəm… Onlar nəcib insanlardan, hakimlərdən, idarəçilərdən və din alimlərindən meydana gələr…"
◉ Fəzl ibn Şazan Abdullah ibn Sinanın rəvayətinə görə, İmam Cəfər Sadiqin belə buyurduğunu bildirir:
"Yataqlarından (evlərindən) qeyb olanlar üç yüz on üç nəfərdir, Bədr əhlinin (Bədr döyüşünə qatılan müsəlmanların) sayı qədərdir. Məkkədə səhərləyərlər. Allahın bu (yuxarıdakı) ayəsi buna işarədir, onlar Qaim Mehdinin səhabələridirlər".
◉ Ayyaşi Cabir ibn Yezid Cüfidən edilən rəvayətə görə, İmam Cəfər Sadiqin belə buyurduğunu deyir:
"Allaha and olsun ki, aralarında əllisi qadın olan üç yüz ondan artıq adam daha əvvəl aralarında danışmadan, sözləşmədən, payız buludu kimi bir yerə yığışarlar… Allahın: "… Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) yığacaqdır …" buyurduğu ayə məhz buna işarədir.
◉ Ayyaşi Mufazzəl ibn Ömərin rəvayətinə əsasən, İmam Cəfər Sadiqin belə buyurduğunu deyir:
"İmam Mehdiyə icazə veriləndə Allaha İbranicədəki böyük adıyla (İbranicə adı ƏZƏM ilə) səslənər, ona üç yüz on üç nəfər səhabə göndərilər, son bahar buludu kimi bir yerə yığılarlar. Onlar vəlayət əhlidirlər. İçlərindən kimi bir gecə yatağından qeyb olar Məkkədə səhərləyər… Onlar qeyb olanlardır (itmişlərdir) və bu ayə onların haqqında nazil olmuşdur: … harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) yığacaqdır …"
◉ Şeyx Saduk Abdüləzim Həsənin rəvayətinə əsasən belə bildirir: Məhəmməd ibn Əli ibn Musa (İmam M.Təqi)-ya: "Sizin Məhəmməd Əhli-Beytinin, yer üzünün, zülm və haqsızlıqla dolmuşkən haqq-ədalətlə dolduracaq Qaim olmanızı diləyirəm" - dedim, o da belə buyurdu: "Allahın onunla yer üzünü küfr əhlindən təmizləyib haqq-ədalətlə dolduracağı Qaiminin dünyaya gəlişi gizli olar və insanların gözündən qeyb olar… Allah Bədr əhlinin sayı qədər olan üç yüz on üç nəfər səhabələrini dünyanın uzaq bölgələrindən bir yerə yığar. Məhz Allahın bu ayəsi buna işarədir. O Qaimin bu saydakı səhabələri bir yığıldıqda Allah əmrini açıqlayacaq... Xəbərdarlıq təkmil olunca da (bitincə) Allahın izniylə on min adam (birdən) toplanacaq…"
And olsun, Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): "Bu əzabı gecikdirən (ona mane olan) nədir?" - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər. (Hud surəsi, 8)
◉ Qummi Hişam ibn Ammar atasından olan canlı rəvayətinə görə, hz. Əli bu ayə ilə əlaqədar belə buyurduğunu deyir:
"Sayıla bilən ümmət, Qaimin səhabələridir. Üç yüz ondan artıq (kəslərdir)".
◉ Ayyaşi Abdül-Ala Cəbəlinin rəvayətinə əsasən İmam Məhəmməd Baqirin belə buyurduğunu deyir:
"Qaimin səhabələri üç yüz ondan artıq adamdır, Allaha and olsun ki, onlar, Allahın kitabında buyurduğu (Hud surəsi, 8) sayıla bilən (az sayda) ümmətdirlər. Bir saat içində bir yerə yığışarlar, eynilə payız buludları kimi…"
"Şübhəsiz ki, sayıla bilən ümmət Mehdinin Axırzamandakı üç yüz ondan çox olan səhabələridir. Bədr əhli kimidirlər. Payız buludunun qısa müddətdə bir yerə toplandığı kimi, onlar da bir saat içində bir yerə toplanarlar".
◉ Numanı İshak ibn Əbdüləzizin rəvayətinə əsasən, İmam C. Sadiq bu ayə ilə əlaqədar belə buyurduğunu bildirir:
"Əzab: Qaimin zühurudur, sayıla bilən ümmət Bədr əhlinin sayı qədərdir və (onlar da) Mehdinin səhabələridir".
◉ Dostları igid, şücaətli, saleh, imanlı insanlardır, ona itaət edərlər, hara və hansı işə yönəlsələr, mütləq orada zəfər qazanarlar... (Biharul-Envar, 52-ci cild, səh. 279 və 53-cü cild, səh. 12 İkmalud- Din, 2-ci cild, səh. 367)
◉ "Sizə Mehdini müjdələyirəm, xalqlar bir-birləri ilə anlaşılmamamazlıq və döyüş içində ikən göndəriləcək və yer üzünü zülm və haqsızlıq ilə dolduğu kimi, bərabərlik və ədalətlə dolduracaq."
◉ Fəzl ibn Şazan Cabir ibn Abdullah Ənsarınin belə rəvayət etdiyi deyir:
"Xeybər yəhudisi olan Cündel ibn Cünadə Rəsulullah (s.ə.v)-in hüzuruna gəldi... Belə dedi: "İmranoğlu Musa bizə, sizi və sizin soyunuzdan qəyyumlarını müjdələmişdir. Sonra Rəsulullah (s.ə.v) "Allah sizdən inanıb yaxşı işlər görənlərə vəd etmişdir ki,....." (Nur Surəsi, 55) ayəsini buyurdu. Cündəl: "Nədən qorxurlar?" - deyə soruşanda peyğəmbərimiz belə cavab verdi: "Ya Cündəl! Onların hər birinin zamanında bir şeytan olar, onlara əziyyət edər, çətinliyə salar. Lakin Allah Hüccətə (İmam Mehdiyə) zühur icazəsi verəndə yer üzünü zalımlardan təmizləyər, zülm və haqsızlıq ilə dolu olan dünyanı, haqq-ədalətlə doldurar."
◉ Əbu Əli Təbərsi Ayyaşinin öz sənədiylə etdiyi rəvayətə əsasən belə buyurdu: Hz. Əli ibn Hüseyn (Zeynəlabidin) (r.ə) bu ayəni oxuyaraq belə buyurdu:
"Onlar (and olsun Allaha ) Əhli-Beytin ardınca gedənlərdir, Allah bunu onlara bizdən olan bir adamın vəsiləsiylə hasil edəcək, O bu ümmətin Mehdisidir. Rəsulullah (s.ə.v) onun haqqında belə buyurmuşdur: "Dünyanın sona çatmasına yalnız bir gün qalsa belə, Allah o günü fitrətimdən adı mənim adımla eyni olan bir adam ortaya çıxanadək və dünyanı, zülm və haqsızlıq ilə dolmuşkən haqq-ədalətlə doldurana kimi uzadar".
◉ Şeyx Saduk buyurur: Hüseyn ibn Xaliddən olan rəvayətinə görə, İmam Rza: "Ey Rəsulullahın oğlu! Siz Əhli-Beytdən olan Qaim kimdir?"–deyə soruşdu, o da belə cavab verdi:
"Oğullarımın dördüncüsünün cariyədən olan oğludur. Allah onun vasitəsi ilə yer üzünü hər cür haqsızlıqdan və zülmdən təmizləyəcək. Onun doğumu ilə əlaqədar (doğulub doğulmadığına dair) insanlar şübhəyə düşəcəklər. Ortaya çıxmamışdan əvvəl qeybi olacaq. Ortaya çıxdığı zaman da yer üzü onun nuru ilə parlayacaq. İnsanlar arasında ədalət tərəzisi qurulacaq kimsə kimsəyə zülm etməyəcək...."
Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (Ali-İmran surəsi, 83)
◉ Fəzl ibn Şazan Hişam ibn Həkəmin rəvayətinə görə, İmam Cəfər Sadiqin belə buyurduğunu bildirir:
"Qaim (İmam Mehdi) qiyam edəcəyi vaxt ədalətlə hökm edəcək... Bütün haqları öz sahiblərinə geri qaytaracaq, müsəlman olub imanını etiraf etməyən heç bir din əhli qalmayacaq. Allah Təalanın bu buyruğunu eşitmədinmi?: "...və ona təslim olacaq..."
" De: "Hamı gözləyir, siz də gözləyin. Siz kimin doğru yolda olduğunu və kimin haqq yola yönəldiyini tezliklə biləcəksiniz!" (Taha surəsi, 135)
◉ İbni Mahyar İsa ibn David əl-Nəccarinin etdiyi rəvayətə görə, İmam Musa Kazımın belə buyurduğunu dedi:
"Allahın: ".... Siz kimin doğru yolda olduğunu və kimin haqq yola yönəldiyini tezliklə biləcəksiniz " - buyruğu haqqında atamdan soruşdum, o da belə cavab verdi: "Düz yol Qaimdir və doğru yolda olan Mehdidir."
Orada açıq-aşkar ayələr (nişanələr) (və) İbrahimin məqamı vardır. Kim oraya girsə o əmin-amanlıq içindədir (təhlükəsizlikdədir)... (Ali-İmran surəsi- 97)
◉ Şeyx Sadukun dediyinə görə, Əbu Züheyr ibn Şabib, İmam C. Sadiqin səhabələrindən bəziləri həzrətlərinin belə buyurduğunu rəvayət edir:
"Allahın: "... Kim oraya girsə, o əmin-amanlıq içindədir" – buyruğu "Kim onunla (Mehdi Qaim ilə) beyət edər, onun səhabələri arasına qatılar, əlini onun əlinə sürtər əmin-amanlıqdda olar." mənasını verir.
(Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Bəlkə ağılınızı istifadə edəsiniz deyə biz ayələri sizə belə müfəssəl izah etdik (açıqladıq). (Hədid surəsi, 17)
◉ Numani Əhməd əl-Meysəminin rəvayətinə əsasən, səhabələrindən biri İmam Cəfər Sadiqin belə buyurduğunu demişdir:
" Bilin ki, Allah torpağa öldükdən sonra yenidən can verir..." - yəni Allah yer üzünü, Qaimin zühur etdiyi vaxt, pozğun idarəçilərin zülmlərlə ölü (halına) gətirdiyi kimi, onun ədaləti ilə canlandıracaq".
◉ İmam Sadiq (ə.s) belə buyurmuşdur:
"Şübhəsiz ki, Qaim (hz.Mehdi) dövründə bir mömin şərqdə olsa, qərbdə olan qardaşı onu görəcək. Beləliklə, qərbdə olsa şərqdə olan qardaşı onu görə biləcək. (Biharul-Envar, 52-ci cild, səh. 391)
◉ İmam Mehdi (ə.s) dünyanın şərq və qərbini fəth edib İslamı dünyanın dörd bir tərəfinə yayacaq və qalib edəcək... Allah Təala insanlara elə bir güc verəcək ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcək və İmam Mehdi (ə.s) İslama həyat verəcək... (Biharul-Envar, 52-ci cild, səh. 279 və 53-cü cild, səh. 12 İkmalud- Din, 2-ci cild, səh. 367)
◉ Rəsulullah (s.ə.v) belə buyurdu:
"Yer üzündə elə bir çadır və ya ev qalmayacaq ki, Allah izzətlə və ya zillətlə İslam sözünü (kəlmeyi-şəhadəti) oraya daxil etməsin" (Mecmaul Bəyan, 4-cü cild, səh. 152)
"Əgər möminsinizsə (iman gətirirsinizsə), (bilin )(ki,) Allahın saxladığı sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm".." (Hud surəsi - 86)
◉ Fəzl ibn Şazan Məhəmməd ibn Hamranın rəvayətinə əsasən İmam Cəfər Sadiqin belə buyurduğunu deyir:
"...Belə bir vəziyyətdə bizdən olan Qaim ortaya çıxar, çıxdığı vaxt arxasını Kəbəyə söykəyər və yanına üç yüz on üç adam toplanar. İlk deyəcəyi ayə də bu olar: "Əgər möminsinizsə (iman gətirirsinizsə), (bilin )(ki,) Allahın saxladığı sizin üçün daha xeyirlidir". Sonra isə: "Allahın saxladığı mənəm, mən Onun nümayəndəsi və xəlifəsiyəm" –deyər. Ona təslim olan hər kəs də: "Salam olsun sənə, ey yer üzündəki Baqiyətullah" - deyərək ona salam verər.
◉ Şeyx Tusi Hüseyn ibn Əlinin rəvayətinə əsasən Hüseynin babası Əli ibn Əbi Talib (r.ə)-in bu ayənin təfsirinə aid bildirdiyi şərhi belə izah edir:
"Onlar Məhəmməd (s.ə.v)-in oğullarıdır, Allah onlardan olan Mehdini (uzun) səylərdən sonra vəzifələndirəcək, onları əziz (hörmətli) və düşmənlərini zəlil edəcək".