Qurani-Kərimin müxtəlif ayələrində gələcəyə dair xəbərlərin verildiyi və bunların düzgünlüyünün sonradan aydın olacağı bildirilir. Bu xəbərlərin nə olduğu isə açıq şəkildə ifadə edilmir. Bunlar Qurani-Kərimin endirildiyi dövrdə texnikanın olmamasına görə başa düşülməsi qeyri-mümkün olan elmi ayələr kimi, qiyamət əlamətlərini xəbər verən ayələr də ola bilər.
Hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz. (Ənam surəsi, 67)
Bu Quran aləmlərə ancaq xatırlatmadır. Siz onun verdiyi xəbəri bir vaxtdan sonra mütləq biləcəksiniz!" (Sad surəsi, 87-88)
İnsan tələsən yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin. (Ənbiya surəsi, 37)
De: "Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!" (Nəml surəsi, 93)
Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)
Qurani-Kərimdə Mehdi və İslamın dünya hakimiyyəti ilə əlaqədar yalnız işarəvi mənada (üstü örtülü) ayələr var.
Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır! (Ənam surəsi, 5)
Məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar? (Məhəmməd surəsi, 18)
Bütün bunlara əsasən, eləcə də işarəvi mənada olan ayələrə görə, hədislərdən və rəvayətlərdən yığılan məlumatlarla birlikdə, Axırzaman elçisinin çıxış əlamətləri araşdırılacaqdır.
İbni Münavi "Məlahim"də hz. Əlidən belə rəvayət etdi:
Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi, ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin (dinimizdə olmayan, sonradan dinə daxil edilən batil inancların) meydana gəlməsi, əmri-bil maruf və nəhyi anıl münkər (yəni yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman mənim övladlarımdan Mehdi ilə Cənabı Haqq, sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlanar, acəm (yəni, ərəb olmayan millətlərin) və ərəb millətləri arasında ülfət (isnişmə) və sevgi olar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 66)
Yuxarıdakı hədisi-şərif hz. Mehdinin çıxışından əvvəl möminlərin ürəklərinin (imanlarının-etiqadlarının) zəifləyəcəyini və buna səbəb olan hadisələri xəbər verir.
◉ 1. Ölüm: Anarxiya və məşhur qırğınlar nəticəsində xalqın canının təhlükəsizliyinin qalmaması və bunun yaratdığı narahatlıq şəraiti.
◉ 2. Aclıq: Həyat bahasına meydana gələn dolanışıq çətinliyi.
◉ 3. Fitnələr: Haramların (içki, fahişəlik, faiz, qumar, rüşvət...) sürətlə yayılması və halalların haramlarla qarışdırılması.
◉ 4. Sünnələrin yox olub getməsi: Rəsulullah (s.ə.v)-in sünnələrinin bir qisminin unudulması, bir qisminin də, məcburi əməl edilməməsi halına gəlməsi.
◉ 5. Bidətlərin ortaya çıxması (dinimizdə olmayan şeylərin meydana gəlməsi): Dinin əslində olmayan, sonradan ortaya çıxan adətlərin dinin əsasları kimi qəbul edilməsi.
◉ 6. "Əmri-bil maruf, nəhyi anıl münkər" imkanlarının yox olması: Yaxşılığın əmr edilməsi və pislikdən çəkindirməyin yox olması, bir sözlə, təbliğ imkanının itməsi ilə meydana gələn boşluq.
Mehdinin çıxışından əvvəlki dövrün xüsusiyyətlərindən biri də yaşayışın və dolanışıq çətinliyinin artmasıdır. Ticarət sahəsindəki çətinliklərlə yanaşı yoxsulluğu və hətta aclığı da gətirəcək. İllərin darlıq içində yaşanacağı bu dövrdə kasıblar daha da kasıblaşdığı halda, zənginlərin malı mülkü qat-qat artar. Hədislərdə Qızıl Dövrdən əvvəlki dövrün bu xüsusiyyəti belə vurğulanır:
Kasıblar çoxalacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh.457)
Mehdi çıxmamışdan əvvəl məğribdə qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı olduqca yayılacaq. (Ölüm -Kıyamet -Ahiret ve Ahirzaman Alametleri, səh.440)
İbni Münavi "Məlahim"də hz. Əlidən belə rəvayət etdi:
Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi; Ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, yaxşılığın əmr edilməsi və pisliyin əngəllənməsinin yox olması kimi səbəblərlə zəiflədiyi zaman mənim övladlarımdan Mehdi ilə Cənab Haqq sünnələri yenidən canlandırar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 66)
İşarəvi mənada olan ayələr:
"Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi və ruzisi də bol idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı." (Nəhl surəsi, 112)
"...Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi. (Bəqərə surəsi, 61)
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə ver! (Bəqərə surəsi, 155)
Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. (Ənam surəsi, 42)
İnsanlar 95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu illərdə mülkləri zay olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 54).
Bu hədisdə Mehdinin çıxışından əvvəl dünya üzərindəki iqtisadi vəziyyətin necə olacağı bildirilmişdir.
Hədisdəki "95-ci il" şəklindəki ifadə 1995-ci ilə işarə olunur. 1995-ci il - insanların nisbətən daha yaxşı bir həyat sürdükləri, həyat şərtlərinin çox çətinləşmədiyi bir dövrdür. Hədisdə bu il içində "işlərin yaxşı gedəcəyi" xəbər verilmişdir. Yəni bu dövrdə insanlar həyatlarını davam etdirə biləcək bir gəlirə sahibdirlər və hələ mülk əldə edə biləcək qədər zəngindirlər.
Ancaq 1997-1999-cu illər iqtisadiyyatın çox pisləşdiyi, kasıblığın və yoxsulluğun artdığı bir dövrdür. Bu illər arasında malın və mülkün dəyəri qalmayacaq. Məhz bu şiddətli kasıblıq və qıtlıq dövrünün ardından Mehdi dövrü başlayacaq və insanlar bolluq və bərəkətə qovuşacaqlar. Mehdi dövründə dünya üzərində çox böyük bir zənginlik və rifah hakim olacaqdır. İnşaAllah.
Fitnə-İnsanın ağıl və qəlbini birbaşa haqq və həqiqətdən ayıran şeydir.
Küfr hər yeri zəbt edib hökmünü cəmiyyət içində açıq-aşkar vermədikcə Mehdi zühur etməz. Həmin vaxtda baş verən şeylər isə.. küfrün zəbtidir. Onun qüvvəsidir. (Mektubat-i Rabbani, 2-259)
Mehdi fitnələrin zühur etdiyi bir dövrdə gələcək. (Mektubat-i Rabbani 2-258)
Məğribdə (qərbdə) də qarışıqlıqlar, fitnələr və qorxu olacaq aclıq və yaşayış çətinliyi olduqca yayılacaq. Fitnələr çoxalacaq. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman Alametleri, 440)
Namazların məhv edilməsi, haram olan şeylərin halal sayılması, rüşvətlərin alınması, boşanmaların çoxalması, zina hərəkətlərinin yayılması, müğənni qızların yetişdirilməsi, yalançı şahidlərin çoxalması... da qiyamət əlamətlərindəndir. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman Alametler, 455)
Asağıdaki hədisi-şərif də fitnənin hər tərəfə yayılacağına işarə edir:
Heç bir yerin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə çıxacaq, bu fitnə olduğu yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin (səslənən, nida edən) səmadan səslənərək: "Ey insanlar, əmriniz artıq Mehdidir" deməyinə qədər davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 23)
İbn Əbi Seybə, Əbi Cəlddən belə rəvayət etdi:
Bir fitnə görünər, bunu digər fitnələr təqib edər və birincilər sonuncuların qılıncla qarşıdurmaya (döyüşə) dönüşünü qamçılayar və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr. Sonra da xilafət (xəlifəlik, İslamı qorumaq vəzifəsi) yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir. (Ki'c'tab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman,26)
Hz. Mehdi bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 23)
Bir şərhdə də belə bildirilir:
Silahların istifadə edildiyi, qətliamların baş verdiyi, bir anarxiya dövrü xəbər verildikdən sonra Allah Təalanın haram etdiyi bütün hərəkətlərin insanlar tərəfindən halal olaraq göstərməyə çalışacaqları işarə edilir. Fahişəlik, qumar, içki, faiz, rüşvət kimi bir çox hərəkət, haram edilməsinə baxmayaraq, indiki vaxtda xalqın böyük bir əksəriyyəti tərəfindən və getdikcə daha da artan bir səviyyədə işlədilir. Aparılan statistikalar artımın, dünyanın tarixindən indiyə kimi ilk dəfə bu dərəcəyə çatdığını göstərir.
Hər kəsin gözü önündə və açıq-aşkar Allah Təala inkar edilənə kimi hz. Mehdi (ə.s.) gəlməz.(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman , 27)
Bir şərhi də belədir:
Bu hədisdə o dövrdə bir çox imansız insanın olacağına və eyni zamanda onların bu inkarlarını mətbuat yolu ilə hər kəsə göstərərək açıq şəkildə elan edəcəklərinə işarə edilir. (Allahu aləm)
Axırzamanda ümmətimin başına, sultanlarından (başçılarından, vəzifəlilərdən) elə şiddətli bəlalar gələr ki, olduqları yer müsəlmanlara dar gələr. O zaman Allah daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə dolduran Mənim soyumdan birini göndərəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir zaman , 12)
And olsun ki, bu ümmətə elə şiddətli bəlalar gələcək ki, insanlar zülmdən, qəddarlıqdan xilas olmaq üçün sığınmağa bir yer tapa bilməyəcəklər. Elə çətin bir dövrdə Allah Təala, qohumumdan, mənim soyumdan bir kəsi göndərəcək. ( Ölüm-Kıyamet -Ahiret ve Ahir Zaman Alametleri, səh.437)
Təbərani "Kəbir" adlı əsərində Əbu Naim isə Əli Hilaldan belə nəql etdi:
Rəsulullah (s.ə.v) hz. Fatiməyə belə buyurdu:
Dünya hərc-mərclik içində qaldığı, fitnələr zühur etdiyi, yolların kəsildiyi, bəziləri bəzisinə hücum etdiyi, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə təmkinli davranılmadığı dövrdə Allah onlardan ədavətin kökünü kəsərək, dəlalət qalalarını fəth edəcək və dini mənim yaşatdığım kimi Axırzamanda da o, yaşadacaq, sağlamlaşdıracaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduran birini (Mehdini) göndərəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman , 12)
Hərc-mərclik: İnsanlar arasında baş verən fitnə, fəsad, darmadağınlıq, qarışıqlıq deməkdir.
Bu hədis belə şərh olunur:
Bu hədisi-şərifdə müəyyən bir yer təsvir edilməyib, hərc-mərclik dünyanın hər tərəfinə yayılacağına işarə edilir. Həqiqətən də, hədisin təsvir etdiyi kimi bu gün dünyanın beş qitəsində böyük qarışıqlıqlar, döyüşlər, qırğınlar və terror hadisələri cərəyan edir.
Şəvval ayında qiyam Zilqadədə hərb danışıqları, Zilhiccədə isə hərb (müharibə) başlayacaq. (Kıyamet Alametleri, 166)
Hədisin şərhi belədir:
Şəvval ayında qiyam...
Burada İranda şaha qarşı olan qiyama diqqət çəkilir. İlk qiyam hədisin işarə etdiyi 5 Şəvval 1398-8 sentyabr 1976-cı ildə baş vermişdir.
Zilqadədə hərbi danışıqları və Zilhiccədə isə hərb (müharibə) başlayacaq.
Burada İran-İraq arasındakı müharibəyə diqqət çəkilir. Hicri 1400-cü il Zilhiccə ayında, Miladi 1980-cı il oktyabr ayında İran-İraq arasındakı döyüş artıq başlamışdı.
Onlarla Mevali maddəsi də gələcək..."Mevali maddəsi nədir, ey Allahın Rəsulu? Onlar sizin azadlıqlarınızdır. Onlar sizdəndir. Yəni "Faris" (farslar, İran) cəhətdən (tərəfdən) gələcək bir qövm belə deyəcək: "Ey Ərəblər! Siz qatı dindarlığa qaçdınız! Siz bunlara layiqli haqq tanımasanız, sizinlə heç kim birlik qurulmayacaq…"...Bir gün onlara və bir gün də sizlərə verilsin sonra qarşılıqlı söz verilsin, verilən sözlərə əməl edilsin..." Onlar "Mutık"-a (bölgədə bir dağ) çıxacaqlar, müsəlmanlar oradan Yazıya (düzənliyə) enəcəklər... Müşriklər o biri tərəfdəki Rakabə (neft quyuların çox olduğu bölgə) deyilən qapqara olan çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Hər iki ordudan, Allah zəfəri qaldıracaq… (Kıyamet Alametleri, Berzenci, səh. 179)
Faris cəhətdən gələcək olan: Burada iranlılara (Fars) diqqət çəkilir.
Faris : İran -iranlı (Böyük Lüğət)
Yazıya enəcəklər: düzənlik-İraq düzənliyidir
Mutik : Bölgədəki bir dağın adıdır.
Rakabə : Neft quyularının çox olduğu bölgədir.
Ey Ərəblər! Siz çox qatı dinçiliyə meyl etdiniz! Siz bunlara layiqli haqq tanımasanız, sizinlə heç kim birlik qurulmayacaq... : Bu ifadənin bir şərhi də belədir: İki tərəf arasında irqçilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət çəkilir. Bu anlaşılmazlığa görə, yazıya (yazı: İraq düzənliyi) eniləcək və orada döyüş başlayacaq.
Əbu Qanəm Kifi, Fitəndə hz. Əlidən belə rəvayət etdi:
O bildirdi ki,Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə tanıyan insanlar vardır. Onlar Axırzaman Mehdisinin köməkçiləridir. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 59)
Bu hədis belə şərh edilir:
"Talikan"a təəssüf oldu..." Burada Əfqanıstanın Mehdi dövründə işğal ediləcəyinə işarə edilir. Rusların Əfqanıstanı işğalı 1979-cu ili, həqiqətən də, hz. Mehdinin çıxış ili olan (Hicri 1400- Miladi 1979) hicri təqvimi ilə əsrin başlanğıcında baş verir. (Allahualəm)
"...Orada qızıl və gümüş olmayan xəzinələr vardır..." deyə davam edən rəvayətin ikinci hissəsi isə Əfqanıstanın maddi zənginlik qaynaqlarına diqqət çəkir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərə görə işlədilməmiş böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri müəyyən edilmişdir.
Hədisi-şərifin son qismində də, orada (Əfqanıstanda) Allahı haqqıyla tanıyan möminlərə, dinsizlərə qarşı döyüşən Əfqan mücahidlərinə diqqət çəkilir və bunların gələcəkdə hz. Mehdi (ə.s.)-ın köməkçisi olacaqlarına işarə edilir.
"İkdiddurer"də zikr edilən Mehdinin əlamətlərindəndir:
Fərat çayının suyunun dayandırılması (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman,39)
Əbu Hureyrə (r.ə.)-in rəvayətinə görə Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:
Fərat (çayının suyu çəkilərək) qiymətli qızıl xəzinəsinin üzə çıxması zamanı yaxınlaşır. Hər kim o vaxt orada olsa, oradan bir şey götürməsin! (Çünki qoca dünyanın ömrü sona çatmış olacaq) (Sahih-i Buhari, 12/305)
...Əbu Hüreyrə (r.ə.) Rəsulullah (s.ə.v)-in belə buyurduğunu nəql etdi: Fərat çayı qızıl bir dağ üzərindən üzə çıxmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün döyüşəcək və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər adam, "kaş ki, xilas olan mən olaydım" deyəcək.
...Əbu Hureyrə (r.ə.) -dən belə rəvayət olundu: Rəsulullah (s.ə.v) buyurdu ki, Fəratın qızıl bir dağ xəzinəsini üzə çıxartması yaxındır. Kim orada olarsa, oradan bir şey götürməsin! (Sahih-i Müslim 11/320)
Yenə Əbu Hureyrə (r.ə.)-dən rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v.) belə buyurdu: Yaxında Fərat çayı qızıl xəzinəsini ortaya çıxaracaq, kim orada olsa, ondan bir şey götürməsin.
Əbu Hureyrə (r.ə.)-dən, Rəsulullah (s. ə. v.)-dən yuxarıda keçən hədisin bənzəri rəvayət olundu. Fərat çayı bir qızıl dağı üzə çıxardar, dedi. (Sünen-i Ebu Davud, 5/116)
Yenə Əbu Hureyrə Rəsulullah (s.ə.v)-in belə buyurduğunu nəql edir:
(1) Fərat çayının suyu çəkilib (2) altından bir dağ meydana çıxmadıqca qiyamət qopmaz. (3) Bu xəzinə üstündə kital (döyüş) olacaq, hər yüz adamdan doxsan doqquzu öləcək. Qətliamda iştirak edənlərdən hər kəs "kaş ki, mən xilas olaydım" deyə ümidlənər.
Digər bir rəvayətdə: "Fərat çayının suyu çəkilərək qızıl xəzinəsinin üzə çıxması zamanı yaxınlaşır. Hər kim, o zaman orada olsa, o xəzinədən bir şey götürməsin. Əks halda, ya ölər və ya öldürər." (Hadisi, Buhari ve Müslim rivayet etmislerdir.) Riyazi's Salihin, 3/332))
.... Hədislərin şərhi belədir:
(1) Fərat çayının suyunun çəkilib.. Suyuti həzrətlərinin kitabında bu hədis "suyun dayandırılması" olaraq yazılmışdır. Həqiqətən də, Keban Anbarı, Fərat çayının suyunun qabağını almışdır, yəni kəsmişdir.
Burada "suyun dayandırılması" ifadəsi ilə "Anbar"a diqqət çəkilir (Allahu aləm), çünki, anbar suyun axışını dayandırır, suyu qarşısındakı əraziyə yığır. Su elektrik enerjisinə çevrildikdən sonra axmağa davam edir.
(2) .. Altından bir dağ üzə çıxmadıqca...Düzəldilən anbar sayəsində... Burada elektrikin çıxarılması, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artması və çatdırılmanın asanlaşdırılmasının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar "qızıl" kimi qiymətli hala gələ bilər.
Bu hissəsinin ikinci bir şərhi belədir:
Yuxarıdakı sxem şəkildə də göründüyü kimi, anbar betondan nəhəng bir dağı xatırladır. Bu anbardan (hədisi-şərifdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülür. Buna görə anbar "qızıl bir dağ" xüsusiyyətini daşıyır. (Allahualəm)
(3) .. Bu xəzinə üzərində kital (Bir çox adamın ölümünə səbəb olan döyüş) hadisə mənasındadır.
Bu hissənin şərhi də belədir:
Anbar təhvillərinin qızıl qiymətində, lakin faiz hökmündə olduğundan alınmaması ola bilər. Anbar təhvili sahiblərinə zərərə başa gələrsə belə, pul verildiyindən faiz əməliyyatı aparılmışdır. Bu da dinimizdə haramdır. Bu təhvillərin satıldığı, qarışıqlıq olan vaxtda da, bölgədə kital (döyüş, vuruşma) ola bilər, qan axıdıla bilər. (Allahu aləm)
Mehdi üçün 2 əlamət vardır ki, bunun birincisi, Ramazanın birinci gecəsi ayın tutulması, ikincisi də, Ramazan ayının ortasında günəşin tutulmasıdır. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 49)
Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq. (Kıyamet Alametleri 199)
Onun səltənəti zamanında, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın ilk günündə isə Ay qaralacaq... (Mektubat-i Rabbani, 2/1163)
..Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman,38)
Ramazanda iki dəfə ay tutulması olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,53)
Mehdinin gəlişi Razaman ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq. (Kıyamet Alametleri , 200)
Mehdinin çıxmasından əvvəl bir Ramazan içində Günəş iki dəfə tutulacaq. (Ölüm-Kiyamet -Ahiret ve Ahir Zaman Alametleri, səh.44)
Bu hədisin şərhi belə bildirilir:
Qiyamət əlamətlərindən yalnız "Günəşin qərbdən doğulma" hadisəsi bədahət dərəcəsində aydın olacaq bir əlamətdir. Bu əlamət tövbə qapısını bağlayacağına görə təfsiri və mənası açıqdır, şərh etməyə ehtiyac yoxdur.
Lakin digər qiyamət əlamətlərinin zühuru əsnasında imtahan davam ediləcəyinə görə bu əlamətlərin başa düşülməsi, hər kəsin məcbur olaraq təsdiq edəcəyi bir dərəcədə bədihi (açıq şəkildə) verilməz. Yoxsa hər kəs qəbul edər, imtahan ortadan qalxar. Bu səbəblə "Günəşin qərbdən çıxması" xaric bütün qiyamət əlamətləri, ixtiyar dairəsində (ağlın sərhədləri içində) adətullaha uyğun bir şəkildə reallaşar. (Adətullah: Allahın adət üzrə meydana gətirdiyi hadisələr, qoyduğu dəyişməz qanunlardır.)
Yuxarıdakı rəvayətlərdə də bu vəziyyəti nəzərə almaq lazımdır ki, həm Ramazan ayının ortasında günəş tutulması, həm də bir ay içində Ayın və Günəşin iki dəfə tutulması adətullaha müxalif (zid, uyğun gəlməz) bir vəziyyətdir, normal olaraq mümkünsüz bir hadisədir.
Əgər bu hadisələr həqiqətən rəvayətlərdə təsvir edildiyi kimi zühur etsə, buna Allah (c.c.)-in əlbətdə ki, gücü çatar, lakin bu zaman ağlın ixtiyarı aradan qalxar, inanan-inanmayan hər kəs təsdiq etməyə məcbur olar, belə bir vəziyyət də Allahın imtahan sirrinə əks düşərdi. Əgər diqqət yetirilsə, bu rəvayətlər arasında da mütənakizn (bir-birinə zidd olan) bir vəziyyət nəzərə çarpar. Yuxarıdakı bir, iki və üçüncü rəvayətlərdə Ay Ramazanın birinci günü, dördüncü rəvayətdə isə sonuncu günü tutulacaq. Belə bir hal ilə qarşılaşdıqda bu iki fərqli rəvayətdən birini seçib, digərini buraxa bilməyəcəyimizə görə (Allahu aləm) edəcəyimiz ən məqsədəuyğun şey, eyni hadisəni işarə edən fərqli rəvayətlərin ittifaq etdikləri ortaq istiqamətlərini araşdırmaq olacaq. Bunları bu şəkildə sadalaya bilərik:
◉ 1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.
◉ 2. Bu tutulmalar ortada, yəni 14-15 gün ara ilə olacaq.
◉ 3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.
Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (Hicri-1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günündə də, Günəş tutulmuşdur. Yenə 1982-ci ildə (Hicri-1402-ci ildə ) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.
Həmçinin, bu hadisədə Ayın Ramazanın tam ortasında bütöv ay halında tutulması və diqqəti cəlb edən bir əlamət olaraq meydana çıxması da çox şeyə dəlalət edir.
Bu hadisələrin hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni dövrlərdə baş verməsi və hicri əsrin əvvəllərində, dalbadal iki il möcüzəvi bir tərzdə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyinə dair ehtimallarımızı daha da qüvvətləndirir.
O gəlmədən əvvəl şərqdən işıq verən bir ulduz görünəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 53 )
Mehdinin çıxışından əvvəl (hər tərəfi) işıqlandıran, quyruqlu bir ulduz çıxacaq. (Kıyamet Alametleri səh, 200 )
O ulduzun doğulması, günəş və ay tutulmasından sonra olacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 32)
Hədisin bir izahı belədir ki:
1986-cı ildə, yəni hicri 1406–cı ildə görünən Halley kometası, hədisi-şərifdə ifadə edildiyi kimi, həm parlaq bir ulduz idi, həm çıxış istiqaməti şərqdən qərbə doğru idi, həm də (1981 və 1982-ci illərdə meydana gələn) ay və günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır. Bu ulduzun çıxması hz. Mehdi (ə.s.)-ın digər çıxış əlamətləri ilə də eyni vaxtda zühur etməsi, Halley kometasının hədisdə işarə edilən ulduz olduğuna dair zənlərimizi (Allahu aləm) daha da gücləndirir.
Şərq tərəfdən bir ulduz doğulub işıq (aydınlıq) verəcək. Onun hər günki irtifi (keçmə istiqaməti) məşriqdən məğribədir (yəni şərqdən qərbə doğrudur) .(Mektubat-i Rabbani, 2/258)
Bu kometanın çıxışı zamanı çox əhəmiyyətli hadisələr baş vermişdir. Bunlardan bir qismi rəvayətlərdə belə bildirilmişdir:
Bu ulduz ilk dəfə çıxanda:
Hz. Nuh (ə.s.) qövmü həlak olmuşdur.
Hz. İbrahim (ə.s.) atəşə atılmışdır.
Hz. Musa (ə.s.)-a əngəl olan Firon və qövmü məhv edilmişdir.
Hz. Yəhya (ə.s) öldürüləndə də görünmüşdür. (Mektubat-i Rabbani, 2/258)
Siz o ulduzu görəndə fitnənin şərrindən Allaha sığının. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 32)
Bu ulduz keçəndə meydana gələn digər əhəmiyyətli hadisələr də bunlardır:
◉ Hz. İsa (ə.s.) doğulmuşdur.
◉ Rəsulullah (s.ə.v.)-ə ilk vəhy gəlməyə başlamışdı.
◉ Osmanlı dövləti tarix səhnəsinə çıxmışdır.
◉ İstanbul Fateh tərəfindən fəth ediləndə də bu ulduz görünmüşdür.
Onun çıxacağı il insanlar Həccə, başlarında bir əmir (başçı) olmadan gedəcəklər. Birlikdə Beyti-şərifi (Kəbəni) ziyarət edəcəklər, sonra Minaya enəndə itlərin boğuşmaları kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cemrəsinin üzərinə axacaq.
Naim ibn Hammad Abdullah ibn Əmrdən belə rəvayət edildi: O belə dedi: İnsanlar başlarında bir imam olmadan Həcc edərlər. Minaya enəndə ətrafları itlərin savaşması (boğuşması) kimi bürünüb, qəbilələrin bir-biri ilə savaşması kimi böyük döyüşlər olar. Beləliklə, ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 35)
Hz. Mehdinin çıxış ili rəvayətlərə və alimlərin izahlarına görə Hicri 1400-cü ilin başlanğıcındadır.
Yuxarıdakı rəvayətdə Onun çıxacağı ildə Mehdinin çıxış tarixində meydana gələcək Kəbə basqınına diqqət çəkilmişdir (Allahu aləm). Həqiqətən də, Kəbə basqını hədisin xəbərinə tam uyğun bir şəkildə h. 1400–cü ilin lap başlanğıcında (1, Məhərrəm 1400/ 21 noyabr 1979-cu ildə) baş vermişdir. Yenə, hədisi-şərifdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Basqın əsnasında Suud (yuxarı çıxan) əsgərləri ilə təcavüzkar xadimlər arasında meydana gələn vuruşmada 30 nəfərin öldürülməsi bu rəvayətin qalan qismini də təsdiqləmişdir.
Dani Sehr ibn Havsəbdən rəvayət etdi. Dedi ki, Rəsulullah (s.ə.v) belə buyurdu: Ramazanda bir səda, Şəvvalda (Ramazandan sonrakı ay) bir səs, Zilqadədə qəbilələr arasında döyüş olar. Hacılar talan edilərlər. Minada ölülərin çox olacağı bir döyüş olar, beləliklə, orada tasları qan gölü içində qalacaq (üzəcək) dərəcədə qan axar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 31)
Ramazanda bir səda olar. Şəvvalda bir səda olar. Zilqadədə (ərəblərin on birinci ayı) qəbilələr vuruşar. Zilhiccədə (ərəblərin son ayı) hacılar talan edilərlər. Məhərrəmdə göydən belə səs gələr. "Diqqət yetirin. Filankəs Allahın xalqının xeyirlilərindəndir. Onu dinləyin və ona tabe olun. (Ramuz El Hadis 2/518)
Şəvval (Ramazandan sonrakı ay) ayında qiyam, Zilqadədə (ərəblərin on birinci ayı) hərb danışıqları, Zilhiccədə (ərəblərin son ayı) isə müharibə başlayacaq. Hacılar soyulacaq, qanları axıdılacaq. (Kıyamet Alametleri, 166 )
Naim ibn Hammad və Hakim Əmr ibn Şueybdən rəvayət etdilər:
Zilqadə ayında qəbilələr döyüşər, hacılar qaçırılar, məlhamələr (qanlı savaş) olar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-ilAhir Zaman , 34 )
"İkdiddurər" adlı kitabdakı əlamətlərdən:
(3) Şəvvalda döyüş səsləri, (2) Zilhiccədə hərb və kital (vuruşma) olar, yenə (1) Zilhiccədə hacıları talan edərlər, hətta böyük, iri yollar qandan keçilməz hala gələr və haramlar tapdalanar. Beytül-Müəzzəmin (Kəbənin) yanında böyük günahlar işlənilər. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 37 )
(1) ...Zilhiccədə hacılar talan edilər, hətta, yollar qandan keçilməz olar və haramlar tapdalanar. Beytül-Müəzzəmin yanında böyük günahlar işlənər.
(Allahu aləm) Burada 1407-ci ildə Zilhiccə ayında (Həcc mövsümündə), Beytül-Müəzzəmin (Kəbənin) yanında baş verən hadisəyə diqqət çəkilir. Bu hadisədə yollarda olan hacılara hücum edilərək 402 adam qətl edilmiş, çox qan axıdılmışdır. Beytül-Müəzzəmin yanında, müsəlmanların (Səudiyyə Ərəbistanın əsgərləri ilə iranlı hacıların) bir-birlərini öldürmələri ilə böyük günahlar işlənmiş, haramlar tapdalanmışdır.
Qeyd: Bir əvvəlki hədisdə izah edilən hadisə hicri 1 məhərrəm 1400–cü ildə Beytül-Müəzzəmin (Kəbənin) şəxsən içərisində baş vermişdi: 1407-ci ilin Zilhiccə ayındakı hadisə isə, Beytül-Müəzzəmin yanında olmuşdur. Hər iki hadisə rəvayətlərin işarəsinə uyğun bir şəkildə reallaşmışdır.
(2) ... Zilhiccədə hərb və qətl hadisələri baş verər.
Bu hərb və vuruşmalar, hacıların öldürülməsi ilə eyni yerdə zikr edilməsi, hadisələrin bir-birləri ilə əlaqədar ola biləcəyinə işarə edilə bilər. Burada hərbdən qəsd, İran-İraq döyüşü, döyüşlərdən qəsd də bir çox günahsız insanın səbəbsiz yerə qətl edildiyi, anarxistlərin Cənub-Şərq və digər yerlərdə etdiyi qırğınlar ola bilər. (Allahu aləm)
(3) ...Şəvvalda döyüş səsləri olar.
Yenə həmin vaxtlarda Bəsr körfəzindəki gərginliyi, İran-Amerika arasındakı gərginləşmə və döyüş vəziyyətinə diqqət çəkilmiş ola bilər. (Allahu aləm)
"İkdiddurər" adlı kitabda Mehdinin zühur əlamətləri keçir.
"İkdiddurər" adlı kitabda Mehdinin zühur əlamətləri bəhsində keçir:
Şərqdə səmada üç gecə görünən böyük bir alovun çıxması. Mutad (adətlərin xaricində) şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada görünüb üfüqdə yayılması. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, 32)
Şərqdən üç və ya yeddi gün ard-arda böyük bir alov zühur edəcək, göydə qaranlıq görünəcək, göydə həmişəki kimi olan qırmızılığın yerinə təmamilə başqa bir qırmızılıq yayılacaq. Yer üzünün eşidib anlaya biləcəyi bir dildə səsləniləcək. (Kıyamet Alametleri, 166)
Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r. ə.)-dən rəvayət edildi: Siz üç və ya yeddi gün, şərqdən bir atəşi gördüyünüz zaman Ali-Məhəmmədin çıxmasını gözləyin, inşaAllah, bir münadi (səsləyən) Mehdinin adı ilə səmadan elə səslənəcək ki, şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Beləliklə, qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olan çökəcək, oturan isə ayağa qalxacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman , 32)
Hədisi-Şərifdə Rəsuli Əkrəm Əfəndimiz:
"And içərəm ki, bir alov sizi bürüyəcək. O atəş bu gün Berehut deyilən vadidə sönmüş vəziyyətdədir. O alov içində dəhşətli əzabla insanları udar. O atəş insanları, malları yandırıb bitirər. Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecənin istisi, gündüzün hərarətindən daha şiddətli olar. O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyü olar" ―deyə buyurdu. (Ölüm-Kıyamet -Ahiret ve Ahir Zaman Alametleri, 461; Kıyamet Alametleri, 289)
Mehdinin çıxışından əvvəl əlamətlərindən olan bu atəş (alov) haqqında qısa bir şərh etmək yerinə düşər. Qiyamət əlamətlərindən yalnız Günəşin qərbdən çıxma hadisəsi, Peyğəmbərimizin hədislərində tərif edildiyi kimi, hər kəsin açıq şəkildə görüb anlaya biləcəyi bir şəkildə baş verə biləcək yeganə əlamətdir. Bunun xaricində meydana gələn bütün qiyamət əlamətləri (alov da daxil olmaqla) ağlın ixtiyarını almayacaq dərəcədə, adətullaha uyğun əlamətlərdir. Bəzi saf ürəkli müsəlmanlar bu atəşi səbəbsiz yerə birdən-birə baş verən, sönmə nədir bilməyən, hətta, hər kəsin olduğu yerdən mütləq görünəcəyi tərzdə, möcüzəvi bir əlamət olaraq gözlənildiyini düşünürlər. Halbuki, dünya bir imtahan və müsabiqə yeridir demişdik. Bu əlamətlərin meydana çıxması əsnasında da, imtahan davam etdiyinə görə onların başa düşülməsi, hər kəsin məcbur olaraq qəbul edəcəyi bir açıqlıqda olmaz, ta ki, insanlar ağlını, vicdanını, iradəsini istifadə edərək qərar verə bilsinlər, əsl şəxsiyyətləri ilə ortaya çıxsınlar. Seçmə azadlığı olmalıdır, kənardan təklif etmək olmaz.
Əgər, qiyamət əlamətləri ilə əlaqədar hədislər ən incə təfərrüatına kimi (məsələn; hansı şəhərdə, hansı tarixdə, nə şəkildə çıxacağı) izah edilsəydi (necə ki, Peyğəmbərimiz hamısını bilirdi, lakin belə olsaydı) hər kəs məcbur olaraq qəbul edər, insanlar arasında dərəcə fərqi qalmazdı. Bu hikmət səbəbiylə qiyamət əlaməti hədisləri, xüsusilə, yarıbağlı bir şəkildə bildirilmişdir. Atəş əlamətini də bu səkildə qiymətləndirmək lazımdır. Bir atəş səbəbsiz yerə çıxmaz, ya bir qəza, ya bir partlama kimi qəsd və ya laqeydlik nəticəsində çıxar. Mehdinin çıxış əlaməti olaraq deyilməsi, onun çox qəribə, fövqəladə və ya möcüzəvi bir əlamət şəklində çıxmasını tələb etməz. Mühüm olan bu atəşin hədisdə təsvir edilən atəşin xüsusiyyətlərinə uyğun olaraq çıxmasıdır. Bu atəşi tanımaq və müəyyən edə bilmək üçün görüləcək ilk iş xüsusiyyətlərinin ortaya çıxarılmasıdır.
Aydın olduğu kimi, iyul ayında 1991-ci ildə İraqın Küveyt şəhərinin işğalından sonra, Küveytə aid neft quyularının yandırılması nəticəsində Küveyt və Bəsrə körfəzində çox böyük bir yanğın, atəş, alov yaranmışdır.
◉ Küveytdə yanan neft, insan və heyvanlar arasında ölümə səbəb olmuşdur. Mütəxəssislərə görə gündə yarım milyon ton neft tüstü olaraq atmosferə qarışır. Hər gün 10 min tondan çox his, kükürd, karbon 4 oksid və böyük miqdarda xərçəng əmələ gətirən xüsusiyyəti olan hidrokarbonlar fəlakət buludları kimi körfəz üzərində yığılmışdır.... Tək körfəz deyil, onun simasında Dünya yanırdı. (Kurtlar Sofrasında Ortadoğu, M. Necati Özfatura, səh.175)
◉ Alovlanan iki quyu, Türkiyənin bir gündə çıxara bildiyi qədər neft verir və tüstülər 55 km uzaqlıqdakı Səudiyyə Ərəbistandan belə görünə bilirdi. (Hürriyet 23 Ocak 1991)
Körfəzdə sönməyən fəlakət xəbərləri:
◉ Küveytdə yanğına düçar olan yüzlərlə neft quyusu alovlanaraq yandı. Mütəxəssislərin "söndürmək olduqca çətindir" dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana qədər olan geniş bir əraziyə ən az 10 il müddətdə təsir edəcəyi bildirilir. Yanğına məruz qalan neft quyularından çıxan alov və tüstülər atmosferi davamlı olaraq çirkləndirirdi. Küveyt gündüzləri gecə mənzərəsini ifadə edirdi. Alovlarla birlikdə yüksələn hisə verilmiş rəngli tüstü, Küveyt səmalarında payızdan qış mövsümünə keçişi xatırladır...Küveytin yenidən yaşanacaq halına gəlməsi üçün ən az bir illik bir zamana ehtiyacı var idi. Kilometrlərdən görünən alovlarla birlikdə yüksələn tüstülər, Küveyt səmalarını tamamilə örtmüşdü, ölkəni yaşanmaz hala gətirmiş və varlı olanlar Küveyti tərk etmişdilər.
◉ Dahrandakı araşdırma mərkəzi müdiri Abdullah Dabbagın "NewYork Times"-da çıxan şərhinə görə Bəsrə körfəzindəki çirklənmə nəticəsində 106 növ balıq, 180 növ molyusklar və bölgədə yaşayan 450 növ heyvan yaşamaq üçün mübarizə aparırdılar. 600 neft quyusundan yüksələn tüstülərin qonşu ölkələrə yayıldığı, həmçinin, kükürd kimi kansoregen maddələr istehsal edən tüstülərin asit turşu yağışına çevrilərək əkinçilikdə məhsulun səmərəsinin azaltdığı açıqlanmışdır. (Kurtlar Sofrasında Ortadoğu, səh. 171)
◉ And içərəm ki, bir alov sizi bürüyəcək. O atəş bu gün Berehut deyilən vadidə sönmüş vəziyyətdədir.
Berehut: Bir vadi və yaxud bir quyu adıdır. (Kamus Tercemesi 1-ci cild- səh.550)
Hədisi-şərifin ilk qismində atəş üçün "sönük bir vəziyyətdədir" deyilir. Atəş, tez alışan bir maddənin yanmasıyla meydana gələn bir vəziyyət olduğuna görə burada sönük vəziyyətdə gözləyən atəşin özü deyil, atəşin yanacağı xammaldır. Burada torpaq altından çıxarılan neftə işarə edilir, hansı ki, hədisdə Berehut deyilən yer, bir quyunun adıdır. Bu quyu neft quyusudur. Zamanı gəlincə bu quyulardan çıxarılan neft yanmağa hazır bir atəş halına gəlir. O atəş dəhşətli əzabla insanları bürüyər.
O atəş yalnız yanan bir atəş deyil, eyni zamanda insanları canından, malından edərək əzab içində, əzab-kədər içində buraxacaq və bütün təbiəti çirkləndirəcək bir atəş idi. O atəş insanları, malları yandırar məhv edər. O atəş bir qisim insanların ölümünə səbəb oldu. Bununla yanaşı, malları yandıraraq maddi zərərə səbəb olduğu kimi, bütün ətrafı və təbiəti çirkləndirərək də insanların dolanışıq qaynaqlarını məhv etmişdir. Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. O atəşin, "külək ilə bulud kimi uçan" özü deyil, tüstüsüdür. Burada bənzətmə edilərək tüstünün buludlara qədər yüksələcəyi bildirilmişdir. Bu tüstü küləyin təsiri ilə hər istiqamətdə yayılırdı. Gecənin istisi, gündüzün hərarətindən daha şiddətlidir. O atəş həm gündüz, həm də gecə davamlı yanırdı. O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq, yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyə səbəb olar. O atəş çox yüksəklərə qədər çatmışdı və bundan da göy gurultusu kimi çox şiddətli bir səs-küy ilə partlayışlar meydana gəlmişdir. Göydə həmişə görünən qırmızılığın yerinə tam fərqli bir qırmızılıq yayılar.
Hədisin bu hissəsində, hadisənin gecə vaxtlarında baş verəcəyinə işarə edilmişdir. Gecə vaxtı meydana gələn böyük partlayışın alovları çox şiddətli bir işıqlanma meydana gətirir. Bu qırmızı alovların meydana gətirdiyi qırmızı işıqlanma, insanların adət etdiyi qırmızı işıqlanmasından çox fərqli idi. Çünki gecə vaxtı belə gündüz kimi işıqlanma fövqəladə bir hadisədir.
Dan-günəş doğarkən və batarkən yaranan və günəşin işıqlandırma gücünün zəifləyib, ağ işıqdan qırmızı işığa çevrilmiş halıdır.
Onun zamanında böyük hadisələr baş verəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,27)
Onun zühurunun başlanğıcı və müqəddimələri (zühur etməsi) Rəsulullah (s.ə.v.)-in irhişatına bənzəyər. (Mektubat-i Rabbani , 2/258)
İrhişat: Rəsulullah (s.ə.v.)-in peyğəmbərliyindən əvvəl baş verən qeyri-adi vəziyyətlərdir ki, bunlar peyğəmbərliyinə dəlil gətirən hadisələrdəndir.
Rəsulullah (s.ə.v)-in doğumundan əvvəl böyük və möcüzəvi hadisələr baş vermişdir. Doğulduğu gecə yeni bir ulduz doğmuş, Kisranın (İran padşahları) sarayının 14 bürcü yıxılmış, İranda 1000 ildir yanmaqda olan Məcusi atəşi sönmüş, Səmavi vadisi sel sularının altında qalmış, Sova gölü qurumuşdu və s. .. Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, Mehdinin zühuru da, peyğəmbərimizinkinə bənzəyəcək. Onun zühurundan əvvəl də böyük və möcüzəvi hallar, hadisələr olacaq.
Rəvayətlərin işarəsinə görə Mehdinin zühur etdiyi, hicri 1400 (miladi 1979) ilin əvvəllərində cərəyan edən böyük və möcüzəvi hadisələr:
◉ Kəbəyə hücum edildi və çox sayda müsəlmanın qanı axıdıldı.
◉ 500 illik İran şahlığı yıxıldı və İran şahı Rza Pəhləvi öldü.
◉ Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20.000 adamın ölümünə səbəb oldu.
◉ İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edən bir müharibə başladı.
◉ Ruslar Əfqanıstanı işğal etdi.
◉ Mexiko şəhəri şiddətli bir zəlzələ nəticəsində yerlə yeksan oldu.
◉ Şimali Kolumbiyadakı Nevada Deş Ruiz vulkanı 400 ildən sonra ilk dəfə püskürdü. Əriyən qar və buzun meydana gətirdiyi palçıq üzündən Armero şəhəri xəritədən silindi. 20.000 adam öldü.
◉ Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.
◉ Xristianlığın mərkəzi Romanı su basdı.
◉ 1986-cı ildə Çində tarixinin ən böyük meşə yanğını oldu.
◉ Hindistan başçısı Qandi, Misir dövlət başçısı Ənvər Sədat, İsveçrənin baş naziri Olof Palme öldürüldü.
◉ II Papa Jean Paul vuruldu.
◉ 1980-ci ilin əvvəlində ilk QİÇS hadisələri müəyyən edildi. İndiyə kimi on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə "dövrün vəbası" adı verildi. QİÇS 1960-cı ildə Amerikada başlayan və müxtəlif cinsi sərbəstlik gətirən "Seks İnqilabı"nı sona çatdırdı.
◉ 1986-cı ildə kosmos gəmisini Challenger uçurandan sonra partladı.
◉ 26 Aprel 1986-cı ildə Ukraynadakı Çernobıl nüvə stansiyasında indiyə kimi görünməyən ən böyük nüvə qəzası baş verdi. Bir çox Avropa ölkələri yayılan radiasiyadan xəsarət aldı.
◉ Ozon təbəqəsinin deşilməsi dünya iqliminə çox mənfi təsir etdi.
◉ Sovet hakimiyyəti yıxıldı və Qorbaçovla birlikdə müstəqil dövlətlər meydana çıxdı.
◉ İraqın Küveyt şəhərini zəbt etməsindən sonra Körfəz müharibəsi başladı.
◉ Ermənistandakı zəlzələ şəhəri xarabaya çevirdi. 500.000 adam evini tərk etdi, ölülərin sayı 40.000-i aşdı.
◉ 1989-cu ildə Çində kommunist partiyaları tanklarla şagirdlərə hücum etdi, Tiananmen meydanında 2000 şagird həlak oldu.
◉ Soyuq müharibənin simvolu olan Berlin divarı inşasından tam 28 il sonra uçuldu.
◉ 1990-cı ildə Kəbədəki tuneldə izdiham zamanı 1400-dən çox hacı həyatını itirdi.
◉ 1991-ci ildə Banqladeşdə meydana gələn sellər nəticəsində 120.000-dən çox adam öldü, milyonlarla adam evsiz qaldı.
◉ Bosniya və Kosovadakı qırğında yüz minlərlə müsəlman öldürüldü və bir o qədər də yurdlarından çıxarıldı.
◉ Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.
◉ El Nino bütün ölkələrə çox böyük fəlakətlər gətirdi.
◉ Son 20 ildir Amerikada fırtınalar, qasırğalar, burulğanlar və sellər dayanmaq bilmir. Minlərlə insan öldü, milyonlarla adam isə evini tərk etdi və hər səfər ölkəyə milyard dollardan çox zərər vurdu.
◉ 19 oktyabr 1987-ci ildə London Birjası iflasa uğradı. Yaşanan böyük çaxnaşma nəticəsində 50 milyard sterlinq dəyərində itki yaşandı.
◉ 19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki federal binaya edilən bombalı hücumda 168 adam öldü.
◉ 22 mart 1997-ci ildə Hale-Bopp kometası saatda 160 km sürətlə dünyanın 195 milyon km yaxınlığından keçdi. Açıq gözlə izlənilən Hale-Boppun keçməsi bütün dünyada milyonlarla adam tərəfindən böyük bir maraqla qarşılandı.
◉ 10 may 1997-ci ildə İrandakı 7.1 bal gücündəki zəlzələdə 1500 adam vəfat etdi.
◉ 4 fevral 1998-ci ildə Əfqanıstandakı 6.1 bal gücündəki zəlzələdə 5 min adam həyatını itirdi.
◉ 25 yanvar 1999-cu ildə Kolumbiyadakı 6 bal gücündəki zəlzələdə 1171 adam həyatını itirdi.
◉ 21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 bal gücündə olan zəlzələdə 2.100-dən çox adam həyatını itirdi.
◉ 11 sentyabr 2001-ci ildə ABŞ-a, tarixin ən böyük terrorist hücumu təşkil edildi. İki sərnişin təyyarəsi səhər vaxtı işin başladığı saatlarda 18 dəqiqə ara ilə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin olduğu iki göydələn binasına çırpıldı. Ardınca bir başqa təyyarə Pentaqona düşdü. Hücumda beş mindən çox insan öldü.
◉ Hindistanda 7.9 bal gücündə zəlzələ baş verdi və minlərlə adam həyatını itirdi.
◉ Avropada havanın həddindən artıq isti keçməsi 10 minlərlə insanın ölümünə səbəb oldu.
◉ 60.000 ildə bir baş verən hadisə meydana gəldi və Mars planeti Yerə ən yaxın olan mövqeyə gəldi.
◉ 17 yanvar 2002-ci il tarixdə Konqodakı Nyirakonqo vulkanı partladı. Hadisədə 100 adam öldü.
◉ 15 noyabr 2003-cü il İstanbul Şişhanedəki Neve Şalom Sinaqoqu ilə Şişlidəki Beth İsrail Sinaqoquna intihar hücumları təşkil edildi. Sinaqoqlardakı mərasim əsnasında bomba yüklənmiş iki müxtəlif yük maşınına intihar hücumları təşkil edənlər tərəfindən havaya uçurulmasıyla baş tutan hücumlarda 25 adam öldü, 262 adam yaralandı.
◉ Noyabr ayı 2003-cü ildə dünyanın ən quraqlıq bölgələrindən olan Məkkədə meydana gələn sel fəlakətində 12 adam həyatını itirdi.
◉ 20 mart 2003-cü ildə ABŞ-ın hələ də davam edən İraq əməliyyatı, Bağdadı bombardman etməklə başladı.
◉ 20 noyabr 2003-cü ildə İstanbulda yenə iki yük maşınına intihar hücumları təşkil edildi. Leventdəki HSBC Bankı baş idarəsi və Bəyoğlundakı İngiltərə baş konsulluğuna edilən hücumlarda 33 adam öldü, 450 adam yaralandı. Çox böyük maddi ziyan vuruldu.
◉ 26 fevral 2004-cü il tarixdə Moskva metrosunda baş verən intihar hücumunda təxminən 40 adam həlak oldu.
◉ 12 mart 2004-cü il İspaniyanın paytaxtı Madridin mərkəzində 3 müxtəlif qatar stansiyasına təşkil edilən bombalı hücumlar nəticəsində təxminən 200 adam həyatını itirdi. Hücumlarda mindən çox adam yaralandı.
◉ 3 sentyabr 2004-cü ildə Şimali Osetiyada yüzlərlə adamın girov götürüldüyü məktəb binasına ruslar tərəfindən əməliyyat təşkil edildi. Çoxlu sayda uşaq, ən az 150 adam öldü, 560 girov yaralı olaraq qurtarıldı.
◉ Cənubi Asiyada 26 dekabr 2004-cü il tarixdə 9 bal gücündə zəlzələ və ardınca da çox böyük bir sunami baş verdi. Həlak olanların və itkin düşənlərin sayı 288 nəfər qeyd olunur.
◉ 2 aprel 2005-ci il tarixdə Papa II Jean Paul vəfat etdi.
◉ 7 iyul 2005-ci il tarixdə İngiltərənin paytaxtı London II Dünya Müharibəsindən bəri ən böyük hücuma məruz qaldı. Metro və avtobuslara eyni vaxtda təşkil edilən dörd hücum nəticəsində 50-dən çox adam öldü, təxminən 700 adam yaralandı. 21 iyulda yenə dörd müxtəlif bombalı hücumlar eyni vaxtda həyata keçirildi.
Aranızda "peyğəmbərlik" Allahın istədiyi qədər davam edər, sonra onu aradan qaldırmaq istədiyi zaman qaldırar. Sonra Allahın davam etməyini arzu etdiyi qədər (otuz il) "peyğəmbərlik yolunda xəlifəlik" gələr. Sonra onu aradan qaldırmaq istədiyi zaman sona çatdırar və Allahın istədiyi qədər davam edən "şiddətli bir məliklik" idarəsi gələr... Sonra onu sona çatdırmaq istədiyi zaman aradan qaldırar. Sonra "zorba (diktator, zülmkar) bir idarə" gələr. Sonra da "peyğəmbərlik yolu ilə bir xilafət" gələr. (Rumuz El-Ahadis, 257 (Nesei - Ebu Davud Tayalisi)
Təbərani Kəbirin də.. Peyğəmbər (s.ə.v.)-in belə buyurduğunu rəvayət etdi:
Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmirlər, əmirlərdən sonra zalım məliklər gələr. Son olaraq da Əhli-beytimdən biri çıxar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 84)
Peyğəmbərimiz (s.ə.v.)-dən sonra Mehdi (ə.s.)-ın xəlifəliyinə kimi olan rəhbərliklər belə sıralanmışdır.
◉ 1. Xəlifəlik dövrü.
◉ 2. Məliklik-sultanlıq-padşahlıq dövrü.
◉ 3. Zorba (yəni diktator rejimli) bir idarəçilik dövrü.
İslam tarixində Rəsulullah (s.ə.v) -in vəfatından sonra rəhbərlik xəlifələrə keçmişdir. Sıra ilə hz. Əbubəkr, Ömər, Osman, Əli (r.ə.) əfəndilərimiz cəmi 30 il xəlifəlik mövqeyində qalmışdılar.
Sonra sıra ilə Əməvilər, Abbasilər Osmanlı Dövləti başa keçmiş, bunlarla məliklik, sultanlıq, padşahlıq dövrü başlamışdır. Ən uzun müddət davam edən dövr də bu dövr olmuşdur. Həqiqətən, hədisdəki verilən xəbərə əsasən bunlar eynilə təsdiqlənmişdir. Bunlardan sonra isə zorba bir idarənin hakimiyyətə keçəcəyi bildirilmişdir. Bu gün bu zorba rəhbərlik, bir çox "İslami" dövlətdə özünü göstərir. Bu rəhbərliklər İslamın əsaslarına qarşı çıxır, müsəlmanlara zərər verirlər.
Bütün bunların ardınca hakimiyyətə hz. Mehdinin başında olduğu xəlifəlik rəhbərliyi keçəcək.
Dünyada adı keçəcək bir xəlifə qalmayınca Mehdi çıxmayacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, 54 )
Onun çıxacağı il insanlar həccə başlarında bir əmir olmadan gedəcəklər. (Kiyamet Alametleri, 168437)
Mehdi (ə.s.)-ın zühur edəcəyi dövrdə İslam ümmətinin başında bir xəlifə (başçı) olmayacağı bildirilmişdir. Hicri 1300-cü il tarixinə kimi müsəlmanların başında bir xəlifə olmuşdu, lakin sonra bu müəssisə ləğv olundu. Mehdi (ə.s.) hədisin təsvir etdiyi belə bir dövrdən sonra çıxacaq.