Allah onun əli ilə Konstantinopolu fəth edəcək.
Naim ibn Hammad Cəfərdən rəvayət etdi:
Hz. Mehdi ordusunu hər tərəfə göndərər. Zülm və zalımların hamısını yox edər. Diyarlar onun əmri altına girər. Allah Təala onun əlindəki Konstantinopolun fəthini müyəssər (asanlaşdırar) edər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 56)
Allah Konstantinopolu çox sevdiyi dostlarının əliylə fəth edəcək. (Kıyamet Alametleri, 181)
… Müxtəlif ölkələrdən bir çox alim bir-birlərindən xəbərsiz şəkildə Mehdini axtarmaq üçün yola çıxacaq və hər birinə 310-a qədər insan yoldaşlıq edəcək. Sonda hamısı da Məkkədə görüşərlər və bir-birlərinə bura nə üçün gəldiklərini soruşanda hamısı da:
"Bu fitnənin qarşısını alacaq və Konstantinopolu fəth edəcək Mehdini axtarırıq, çünki biz onun atasının, anasının və ordusunun adlarını öyrəndik" deyə cavab verərlər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 52)(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 42) (Kıyamet Alametleri, 169)
Əbu Hüseyn Əhməd ibn Cəfər-əl Münadi "Kitabül Məlahim"ində Əbu Hüreyrədən belə rəvayət etdi:
Doğrunu səhvdən ayırd edən, aldatmayan, oğurlamayan və dininə bağlı əmiriniz Konstantinopolu fəth edəcək. (Mehdilik ve Imamiye , 196 )
Mehdi Konstantinopolu və Deyləm dağını fəth edəcək. (Əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, 27)
İbn Macə Əbu Hüreyrə (r.ə)-dən belə rəvayət etmişdir:
Dünyanın ömründən zaman qalmayıb, ancaq tək bir gün qalsa belə, o gündə mənim ailəmdən bir şəxsin Deyləm dağına (yaxud əyalətinə) və Konstantinopol şəhərinə sahib olması üçün Allah (c. c.), şübhəsiz, o günü uzadacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 74) (Ölüm-Kıyamet -Ahiret ve Ahirzaman Alametler, 440)
Mehdi Konstantinopolun fəthi əsnasında səhər namazı üçün dəstəmaz alarkən bir bayraq taxacaq, dəniz ikiyə ayrılaraq, su özbaşına uzaqlaşacaq və açılan yolu izləyən hz. Mehdi qarşı sahilə keçəcək. (Kıyamet Alametleri, 181) (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 57)
Allah Konstantinopolu çox sevdiyi dostlarının əliylə fəth edəcək. (Kıyamet Alametleri, 181)
Hz. İbn Amr (r.ə)-dən belə rəvayət edilmişdir: Peyğəmbərimiz (s.ə.v) buyurdu: "Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz… (altıncısı) Mədinənin fəthi".
◉ Dedilər: "Hansı Mədinə? (Hansı şəhər?)"
◉ Buyurdu ki: "Konstantinopol".
(*) Bu Konstantinopolun Mehdi tərəfindən ediləcək fəthidir. (Kıyamet Alametleri , 204)(Ramuz-el Ehadis, 296)
Xətib, Müttəfək və Müftərəkin də Əbu Hüreyrədən belə rəvayət etdilər:
Rumlular mənim soyumdan və adı adıma uyğun olan bir vəli (ən böyük əmir) (Mehdi)-yə xainlik, mərhəmətsizlik etdikdən sonra Amik deyilən yerdə sizinlə döyüşəcəklər. Burada müsəlmanların 3/1-i öldürülər. Üçüncü gün isə döyüş rumluların əleyhinə olar. Beləliklə, müsəlmanlar döyüşə davam edərlər və Konstantinopolu fəth edərlər və oradakı malları bölərlər. Elə bu anda"Dəccal sizin evinizə girmiş və uşaqlarınızı əsir götürmüşdür" deyilən bir səs eşidəcəklər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 73)
(Mehdi) Rumlularla 3 gün döyüşəcək, 3-cü gün qalibiyyət onun olacaq. Konstantinopol fəth olana qədər döyüşə davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 29)
Mehdi çətin bir ordu ilə-rumlularla döyüşəcək, Konstantinopolu fəth edəcək.
Rumlular Amak və ya Dabik deyilən yerlərə enmədikcə qiyamət qopmaz. O vaxt Mədinə (şəhər)-dən yer üzündəki xalqın ən xeyirlilərindən bir ordu rumlulara qarşı çıxar. Rumlular müsəlmanlara : "Bizimlə, bizdən əsir olanlar arasını boşaldın da onlarla döyüşək" -deyəndə müsəlmanlar da: "Xeyr, əsla boşaltmarıq, sizə yol vermərik"-deyə cavab verərlər. Dərhal sonra iki ordu böyük bir müharibə edərlər. Sonda İslam ordusunun 1/3-i pozularaq qaçarlar, hansı ki, Allah onlara əbədi olaraq tövbə ilham etməz, 1/3-i şəhid olar. Onlar Allah nəzdində şəhidlərin ən fəzilətlisidirlər. 1/3-i də düşməni məğlubiyyətə uğradıb fəthə davam edər və heç bir zaman fitnəyə düşməzlər. Məhz bu müzəffər ordu Konstantinopolu fəth edər. (Ölüm-Kıyamet -Ahiret ve Ahirzaman Alametler, 443)
İbn Cərir təfsirində Sudiydən belə rəvayət etdi:
Allah Təalanın "Onların dünyadakı zilləti, Mehdinin çıxıb Konstantinopolu fəth etməsi və rumluları məğlub etməsidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 76)
Amr ibn Avf (r.ə)-dən belə rəvayət edilmişdir.
Siz, şübhəsiz ki, Benül-Asfar ilə döyüşəcəksiniz. Sizdən sonra gələnlər də onlarla döyüşəcəklər. Nəhayət, Allah yolunda heç bir qınayanın qınamasından qorxmayan seçmə müsəlmanlar onlarla döyüşə çıxacaqlar və təsbehlər, təkbirlərlə Konstantinopolu fəth edəcəklər. (Sünen-i Ibni-i Mace, 10/359)
Konstantinopol şəhərini ravilərin bir qismi öz fikirlərinə görə, Roma olaraq anlasalar da, hədisi-şəriflərdə Konstantinopolun bugünki Roma şəhəri olduğuna dair açıq bir ifadə yoxdur. Əksinə, dəlillər Konstantinopolun İstanbul şəhəri olduğunu göstərir.
Konstantinopol: İslam dünyasında İstanbul şəhəri üçün istifadə edilmiş adlardan biridir. (Büyük Lugat, TÜRDAV )
İstanbul tarix boyunca müxtəlif adlarla xatırlanmışdır. Ən qədim adı Bizantiondur. 196–cı ildə imperator Septimusun oğlu Antoniusun adına yaraşdırılaraq Antoninia adını almış, lakin 330-cü ildə imperatorluğun mərkəzi olan Romadan bura nəql edilincə, şəhərə II Roma adı verilmişdir. V əsrdə bu ad Yeni Roma olaraq dəyişdirilmişdir. Lakin sonralar o zamana qədər xalqın istifadə etdiyi Konstantinopolis- Konstantin şəhəri olaraq qəbul edilmişdir. (Cumhuriyet Ansiklopedisi)
Bu şəhərə (bugünki İstanbula) IV əsrdən etibarən buradakı imperatorun adı verildi, yəni Konstantinopol adlandırıldı. (Meydan Larousse)
325-ci ildə Roma imperatoru olan Konstantinusdan sonra bu şəhər onun adı ilə xatırlanmağa başlandı. (Gelisim Hachette Ansiklopedisi)
İmperator Konstantin köhnə Bizansı öz adıyla xatırlanan yeni bir paytaxt etmişdir. (Dünya Tarihi ve Çag. Uyg. Ansk).
Bir qisim rəvayətlərdə isə Roma və Konstantinopol (İstanbulu) düzgün bir şəkildə müxtəlif şəhərlər olaraq bildirilir.
Mehdi maiyətindəki (əmrin altında olan vəzifəlilərlə) qüvvələrlə birlikdə Romanı Konstantinopolu və Qızıl kilsəni fəth etmək üçün yola çıxar. (Ölüm-Kıyamet -Ahiret ve Ahirzaman Alametler, 441)
Həmçinin, başqa rəvayətlərdən də Konstantinopolun İstanbul şəhərinə işarə etdiyini anlayırıq. Bu şəhər dəniz sahilində və bir körfəz üzərində qurulmuşdur.
Bu ordunun hərəkət etməsi və göndərilməsi, Məğrib dağındakı Masinə deyilən yerdəki dəniz sahilindən olacaq. (Ölüm-Kıyamet -Ahiret ve Ahirzaman Alametler, 439)
"İkdid-dürer" adlı əsərdə belə keçir:
Konstantinopolun yeddi səddi vardır. O Rum dənizinə tökülən körfəz (boğaz) üzərində qurulmuşdur. Dənizi Rum ellərinə və Əndəlüsə doğru uzanıb gedər. (Kıyamet Alametleri, 181)
Hz. Mehdi (ə.s) və səhabələrinin fəth edəcəyi yer bəzi rəvayətlərdə Konstantinopol, bəzi rəvayətlərdə də Rumistan olaraq keçmişdir.
Hüzeyfə ibn Yemani Mehdi hekayəsi və Rumiyyənin fəthi haqqında Rəsulullah (s.ə.v)-dən belə rəvayət etdi.
Mehdinin əsgərləri 4 təkbir gətirdiyi zaman Rumiyyənin divarları yerlə-yeksan olacaq… (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 74)
Hz. Mehdi Rumistanı 4 təkbirlə fəth edəcək…
(Mehdi) Rum qalalarını və Rumistanı təkbirlərlə fəth edəcək.
…Hz. Mehdi və ordusundakı (Yüzbaşı çarşının) kapitanlarla və hər birinin əmri altında yüz min işçi heyəti ilə Rumistan diyarına gələr. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 35-46-36)
Rumistan olaraq adlandırılan bu şəhərin hara olduğunu İbn Həcəri Mekki belə izah edir.
Tarixçilər Rumistan olaraq adlandırılan bu diyarı dünya üzərindəki heç bir şəhərdə olmayan bir sıra xüsusiyyətlərlə səciyyələndirirlər. Bu xüsusiyyətlərə ən yaxın olan da Konstantinopoldur. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 31)
Göründüyü kimi, Rumistan və Konstantinopol eyni şəhərə verilən fərqli adlardır, hər ikisi də İstanbuldur.
Qurani-Kərimdə mübarək diyarlardan və məmləkətin ana mərkəzlərinə, yəni baş şəhərlərinə göndərilən elçilərdən bəhs edilir:
(Ya Rəsulum!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik! (Qəsas surəsi-59)
Tarixdə 700–cü ili və onun bir qat sonrakı illəri türklər üçün çox əhəmiyyətli hadisələrin başlanğıc illəri olmuşdur. Məsələn:
Oğuz Xanın ortaya çıxışı: Hicrətdən 1400 il əvvəl
Türklərin Çini zəbt etməsi: Hicrətdən 700 il əvvəl
Səlcuqluların müsəlman olması: Hicrətdən 350 il əvvəl
Səlcuqluların hökmranlığı: Hicrətdən 350 il əvvəl
Osmanlı Dövlətinin quruluşu: Hicrətdən 700 il əvvəl
İşarəli mənada olan ayələr:
And olsun, Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik. (Hicr surəsi-87)
İlk böyük qiyamət əlaməti sayılan Mehdi həzrətləri Bədiüzzaman və Suyuti kimi dəyərli alimlərin bildirdiyi kimi hicri 1400 (miladi 1979-80)-cü illərdə çıxacaq, buna görə Mehdi və onun öndərliyində İslamın dünya hakimiyyətinə ilk addım bu illərdə atılacaq.
Mehdinin 1400-cü ildə çıxması, ilk ordusunu türklərdə qurması, yenə bu ordunu türklərə göndərərək (*) Konstantinopolu (bu günki İstanbul) mənəvi fəth etməsi, yuxarıda dediyimiz məsələyə daha fərqli bir məna verir.
(*) Baxın (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 42.50.72 sahifeler)
İbni Əbu Seybə, Asim ibn Ömər Becelidən belə rəvayət etdi.
Bir adam (Mehdi) səmadan adıyla mütləq çağırılacaq və dəlil onu inkar etməyəcək, zəlil ona mane olmayacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 52)
Asim ibn Əmr Becelidən belə rəvayət edilmişdir :
Göydən bir səs gələcək, onu nə dəlil inkar edəcək və nə də dəlil olmaqdan o çəkinəcək. (Kıyamet Alametleri, 200)
Onun adıyla səmadan nida ediləcək və heç kim onun Mehdiliyini inkar etməyəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 47)
Bir şərhi də belədir:
Hz. Mehdi (ə.s) zühur etdikdə, Rəsulullah (s.ə.v)-in bildirdiyi şəkil və surəti, mübarizəsi, ordusu, fəth edəcəyi yerlər… ilə əlaqədar bütün hədisi-şəriflərə uyğun gələcək, bu mövzuda şübhə və tərəddüd olmayacaq. Hər kəs tam qərara gələrək onun Mehdiliyini təsdiq edəcək.
Səmadan zühur edən bir əl və "Əmiriniz Mehdidir" şəklində bir səs eşidilənə qədər ayrılıq və ixtilaflar davam edəcək. (El-Kavlu'l Fi Alamatil Mehdiyy-il Muntazar, 55)
O günün əlaməti : Səmadan bir əl uzanacaq və insanlar ona baxacaq və görəcəklər. (El-Kavlu'l Fi Alamatil Mehdiyy-il Muntazar, 55)
Əsma binti Umeys (r.ə)-dən belə rəvayət edilmişdir :
O günün əlaməti səmadan uzadılmış və insanların ona baxıb dayandığı bir əldir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 69)
Hədisi-şərifdə keçən "əl" keyfiyyəti bilinməyən bir gücü göstərir. Allah (c.c.)-in əlindən Qurani-Kərimdə bəhs olunur və bu əlin bizim bildiyimiz mənada bir əl olmadığını bilirik.
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər. (Fəth surəsi, 10)
Bu ayədə bəhs edilən "əl" Allahın əlidir.
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)
Ayədə bəhs edilən təşbehli ayələrdən biridir. Allahın qüdrəti, istədiyi kimi idarə etməsi mənasını verir. Eyni şəkildə yuxarıdakı hədislərdə bəhs edilən "əl" də bunun kimi fərqli mənada təşbehli bir ifadədir. Allahu aləm. Səmadan yayılan televiziya verilişinə aid dalğalar da bir növ əl kimi bir gücü bildirir. Bu əl dərhal hər evə çatar və hər kəs tərəfindən görülə bilər. "…İnsanlar ona baxacaq və görəcəklər" cümləsi də bu xüsusiyyətə işarə edir. Bu mövzuda digər rəvayətlər də belədir:
Səmadan bir səs onu adıyla çağıracaq və şərqdə, qərbdə hətta yuxuda olan belə bu səsi eşidəcək və oyanacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 56)
Onun adıyla səmadan səs gələcək və heç kim onun Mehdiliyini inkar edə bilməyəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 49)
Bir adam səmadan adıyla mütləq çağırılacaq və dəlil onu inkar etməyəcək, zəlil ona mane olmayacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 52)
İlk hədis "…İnsanlar ona baxacaq və görəcəklər" ifadəsi ilə televiziya verilişinə diqqət çəkdiyi kimi bu hədisdə də "Səmadan bir səs onu adıyla çağıracaq…" ifadəsiylə eyni zamanda radiolardan da yayınlanan səsli bir verilişə işarə edilir. (Allahu aləm) Eyni zamanda səmadan Mehdini çağıracaq bu səsi həm şərqdə, həm qərbdə dünyanın hər tərəfində, hər qövm öz dilində eşidir.
İkdid-Durərdə deyilir: Bu səs bütün yer üzünə yayılacaq, hər qövm öz dilində eşidəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 51 (Kıyamet Alametleri, 201)
Səmadan ərz əhlinə şamil olan bir səsi hər kəs bunu öz dilində eşidər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 37)
Rəvayətlərdən aydın olur ki, hz. Mehdi (ə.s) zühur edəndə radio və televiziya kimi xəbər vasitələri ilə şərq, qərb, bütün dünyaya elan ediləcək və hər millət bu səsi öz dilinə çevirərək eşidəcək. (Allahu aləm)
Bədiüzzaman Səid Nursi (r.ə) həzrətləri də eyni mənada Dəccalın çıxışı haqqında bunları bildirmişdir.
Rəvayətdə deyilir ki, Dəccal çıxdığı gün bütün dünya eşidər...
Allahu aləm. bu rəvayətlərin tamamilə səhih olması ilə yanaşı şərhləri belədir: Bu rəvayətlər möcüzəvi olaraq xəbər verir ki, "Dəccal zamanında xəbərləşmə vasitələri …o dərəcədə tərəqqi edəcək ki, bir hadisə bir gündə bütün dünyada eşidiləcək. Radio ilə səslənəcək, şərq-qərb eşidəcək və ümumi qəzetlərdə oxunacaq deyə zühurundan on əsr əvvəl teleqraf, telefon, radio ...olmadığına görə, bunları möcüzəvi olaraq xəbər verir. (Suallar, 496)
Bu mövzuya işarə edən digər hədisi şəriflər belədir:
Naim, Hz. Əli (r.ə)-dən belə rəvayət etdi:
Səmadan bir münadi (nida edən)"Haqq Ali Məhəmməddədir" şəklində səsləndiyi zaman Mehdi zühur edər, hər kəs yalnız ondan danışar. Onun sevgisini ehtiva edər və ondan başqa heç bir şey haqqında bəhs etməzlər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 33) (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 40) (Kıyamet Alametleri, 200)
Çox yayılmış və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq və bu fitnə səmadan 3 dəfə "Əmir Mehdidir, həqiqət Odur" şəklindəki nidaya qədər davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 55 ) (Kıyamet Alametleri, 200)
Göydən belə bir səs eşidiləcək: "Ey insanlar, artıq Allah cəbbarları, münafiq və köməkçilərini sizdən uzaqlaşdırdı. Məhəmməd ümmətinin ən xeyirlisini başınıza gətirdi.." (Kıyamet Alametleri, 165)
"Yaxında sizə Xorasan tərəfindən qarabayraqlılar gələcək. Qar üzərində iməkləyərək olsa belə, onlara iltihak (qatılın) edin. Çünki onların arasında Allahın xəlifəsi Mehdi vardır". (Hz. Sevban r.a. / Ramuz El-Ehadis 1-ci cild, Səhifə 298, No 2)
Belə rəvayət edilmişdir: "Şübhəsiz ki, Axırzamanda məğrib (Qərb) məmləkətinin ən uzaq mövqeyindən Mehdi deyilən bir şəxs çıxacaq və ön tərəfində qırx mil məsafə olaraq kömək gedəcək. Mehdinin bayraqları ağ və sarıdır. İçində xətlər olar. Bayraqlarında Allahın ismi-əzamı yazılmışdır. Onun bayrağı altındakı heç bir birlik məğlub edilməz… (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri Muhtasaru, (Tezkireti'l-Kurtubi), səh. 438)
Ümmü Sələmə (r. ə)-dən rəvayət edildiyinə görə Rəsulullah (s.ə.v) belə buyurmuşdur.
Xəlifənin ölümü zamanı ixtilaf olar. Mədinə xalqından bir adam qaçaraq Məkkəyə çıxar. Məkkə xalqından bir qrup onu istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxardarlar. Həcəri-Əsvədlə mövqeyi-İbrahim arasında ona beyət edərlər. (Sünen-i Ebu Davud, 5/94)(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 20)
Hz. Mehdi insanların "Əgər qəbul etməzsənsə, sənin boynunu vurarıq" kimi təhdidlərindən sonra rükün və mövqe arasında beyətləri qəbul edəcək. Onun yanına böyük bir fitnədən sonra özlərinə hökm etməsi üçün gediləcək və ancaq ölümlə təhdid edildikdən sonra başa keçməyə razı olacaq. Ondan sonra insanlar arasında bir damla qan tökülməyəcək.
Hz. Mehdi istəmədiyi halda ona beyət edəcəklər. Sonra hz.Mehdi onlara 2 rükət namaz qıldıracaq və mövqenin yanında minbərə çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 34,50 44)
Naim ibn Hammad, İbni Məsuddan belə rəvayət etdi:
Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman müxtəlif diyarlardan yeddi alim hər birinin də üç yüz on nəfərdən ibarət olan hissələr (qruplar) olduğu halda, bir-birlərindən xəbərsiz olaraq Məkkədə bir araya gələrlər. Biri digərinə "Burada nə axtarırsan?" deyə soruşar. Ona belə deyərlər: "Biz O şəxsi axtarmaq üçün gəldik ki, fitnələr onun əliylə sönə bilsin. Konstantinopol Onunla fəth edilər. Biz Onun Məkkədə olduğunu da bilirik. "Bu yeddi alim bu mövzuda birləşərlər. Onu axtararlar və Məkkədə taparlar. Ona: "Sən filankəs oğlu filankəssən" - deyərlər. O isə: "Mən yalnız Ənsardan (yardım edənlərdən) biriyəm" - deyər. Onların əlindən xilas olar. Onu tanıyan və bilənlərə başa salarlar və sonra "axtardığınız sahibiniz odur və Mədinəyə getmişdir" deyələr. Bu dəfə onu axtararlar, halbuki, o təkrar Məkkəyə dönmüşdür. Onu yenidən Məkkədə taparaq yenə: "Sən filankəs oğlu filankəssən, anan da filankəs qızı filankəsdir, səndə bu cür əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun, uzat əlini, sənə beyət edək" - deyərlər. O isə: "Mən axtardığınız adam deyiləm" - deyər və təkrar Mədinəyə gedər . Mədinədə yenə axtarıldığına görə təkrar Məkkəyə dönər. Məkkədə onu rükunda taparaq belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməsən, bizi axtarmaqda olan və başında Həddəmdən (ordu və hökmranlıq cəhətdən güclü olan) olan Süfyan ordusuna qarşı qorumasan, günahlarımız sənin üstünə və qanlarımız da boynuna olsun" - deyərlər. Bundan sonra Mehdi Rükun ilə Mövqe arasına oturar və əlini uzadaraq beyətləri qəbul edər. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 39-40)
Dani, Katadedən rəvayət etdi:
Fitnə içindəki insanlar qan axıdıldığı bir zamanda evində oturan Mehdinin yanına gələr və "Bizim üçün qalx artıq" deyərlər. O isə qəbul etməz, ancaq ölümlə təhdid edildikdən sonra onlar üçün ayağa qalxar. Ondan sonra artıq qan tökülməz. Naim ibn Hammad, Zühridən rəvayət etdi:
Hz. Fatimənin soyundan gələn Mehdi Məkkədə meydana çıxarılar və istəmədiyi halda ona beyət edilər. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman 52,53)
Hədisi-şəriflərdə Mehdiyə edilən beyətin, özü istəmədiyi halda ediləcəyi bildirilir. Bu da onu göstərir ki, Mehdi özünü heç vaxt Mehdi olaraq elan etməyəcək, hətta insanlar onun yanına gəlib "əlamətlər səndə mövcuddur, sən Mehdisən" dedikləri halda belə o yenə rədd edəcək. Ancaq ölümlə təhdid edildikdən sonra Mehdi başa keçməyi qəbul edəcək.
Mehdinin (əleyhirridvan) eqoist bir arzu ilə xəlifə olmağı istəyəcəyini düşünmək olmaz. Bu vəzifə çox ağır və çətinliklərlə doludur. Çünki xəlifə, bütün müsəlmanlardan hətta qoruması altında yaşayan əhli-kitabdan belə Allah Təalaya qarşı məsuldur. Rəsulullah (s.ə.v) buna görə vəzifəyə talib olanları diqqətlə xəbərdar etmişdir.
Əbu Səid, Əbdürrəhman ibn Səmürə (r.ə)-dən belə rəvayət edir: Bir gün Rəsulullah (s.ə.v) mənə xitab olaraq belə buyurdu:
Ey Əbdürrəhman, məmurluq istəmə, əgər özün istəmədən məmurluğa təyin olunsan, Allahdan kömək görərsən. Əgər öz arzunla təyin olunsan o vəzifə ilə təkbaşına buraxılarsan. (Buxari və Müslimdən Riyazü-s-Salihin, 2/89)
Əbu Zər (r.ə)-dən belə rəvayət edilir: Ya Rəsulullah! Məni məmur təyin edərsən? - dedim. Rəsulullah da mübarək əlini çiynimə qoydu sonra belə buyurdu: Əbu Zər, sən zəifsən, məmurluq bir əmanətdir. O qiyamətdə rüsvayçılıq və peşmançılıqdır. Yalnız o əmanəti əhil alan və haqqıyla bacaran müstəsnadır. (Müslimdən) Riyazü-s -Salehin, 2/90))
Mehdi (ə.s) –ın xəlifə olacağı, şəxsən Allah Təala tərəfindən Peyğəmbərinə bildirilmişdir. Rəsulullah (s.ə.v) də bunun üstündən Mehdi üçün xəlifətullahdır (Allahın xəlifəsidir) deyə buyurmuşdur. Hz. Mehdi (r.ə) tam mənasıyla zühur etdikdə alimlərin icması (səs birliyi) ilə xəlifəliyə seçiləcək. Bundan sonra da beyətlər qəbul ediləcək. (Allahu aləm)
Qurani-Kərimdə 12-ci surənin 54-cü ayəsində Yusif (ə.s)-ın da öz istəyi olmadan, yaşadığı ölkənin kralı tərəfindən düzgünlüyü, ədaləti, biliyi, etibarlılığı sayəsində başa (başçılığa) gətirildiyi xəbər verilir.
Padşah dedi: "(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!" Sonra (padşah) onunla söhbət etdikdə: "Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!" - dedi. (Yusif surəsi-54)
Əbu Abdullah Hüseyn ibn Əlidən belə rəvayət edildi:
Mehdi 2 dəfə insanların gözündən qeyb olacaq. Bir səfərində o qədər uzun bir müddət görünməyəcək ki, kimisi onun öldüyünü, kimisi də hər şeyi qoyub getdiyini zənn edəcək, yaxın yoldaşları xaricində heç kim onun yerini bilməyəcək.
Bu hədis (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman) adlı kitabın Süleymaniyə kitabxanasında olan əlyazması olan nüsxələrdə mövcuddur.)
Yuxarıdakı hədisi-şərif hz. Mehdi (ə.s)-ın zühurundan sonra biri qısa digəri isə uzun bir müddət olmaqla, 2 dəfə insanlardan ayrı qalacağını bildirir. Həm də bu hədisi-şərifdə Mehdinin ikinci dəfə qeyb olmasının daha ağır şərtlər altında və daha uzun və davamlı olduğuna, o dövrdə onunla görüşməyin çətinliyinə və yalnız yaxınları ilə görüşmə imkanı olduğuna da diqqət çəkilmişdir.(Allahu aləm)
Hz. Mehdi (ə.s) digər hədisi-şəriflərin bildirdiyinə görə çıxışı ilə yanaşı mübarizəsinə başlayacaq, insanları haqq və həqiqətə dəvət edəcək. Hz.Mehdinin ən əhəmiyyətli bir ibadəti olan cihadı belə, ən lazımlı bir dövrdə bilərək tərk etməsi düşünülməyəcəyinə görə, onun insanlardan ayrı və uzaq qalması öz iradəsi xaricində olacaq. (Allahu aləm)
Dani, Sələmə ibn Züferdən belə rəvayət etdi:
Bir gün Hüzeyfənin yanında Mehdinin çıxdığı deyildi. O dedi ki, "siz əgər aranızda hz. Məhəmmədin (s.ə.v) səhabələri olduğu halda o çıxarsa, fəlah (nicat ) taparsınız. Şübhəsiz ki, O, insanların qarşılaşdıqları şərlər səbəbi ilə Qaibin (Mehdinin) insanların ən sevgilisi olmadıqca çıxmayacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 27)
Bu hədis eyni zamanda şiəlikdəki "İtkin Mehdi" inancının əsassızlığını da ortaya qoyur. Yəni Mehdinin itkin düşməsi əfsanə şəklində yüz illərlə davam edən bir qeyb deyil, lakin müəyyən müddət insanlar arasından ayrılma, zərurətlər nəticəsində onlardan uzaq qalacaq. Hədisin son qismində də bu qeyb olma dairəsində insanların müxtəlif şərlərə (pisliklərə) məruz qalmasına görə, Mehdiyə qarşı olan sevgi və həsrətlərinin artacağına işarə edilir.
Qurani-Kərimdə bildirilən Yusif hekayəsi ilə Mehdi hadisəsi arasındakı oxşarlıq, sonrakı səhifələrdə izah ediləcək. Sadəcə burada, yeri gəlmişkən, bir oxşarlığa diqqət çəkmək istəyirik. Yusif əleyhissalam da Mehdi kimi biri qısa digəri isə uzun müddətdə, iki dəfə insanların gözündən itir (uzaqlaşır). Birinci dəfə Yusif (ə.s) quyuya atılmışdı, qısa bir müddətdən sonra oradan keçən karvan onu oradan çıxartmışdı. İkinci dəfə isə, haqsız yerə zindana atılmışdı və uzun bir müddət orada qalmışdır. Lakin sonradan günahsızlığı üzə çıxdıqdan sonra zindandan da çıxardılmışdır.
(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): "Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!" - deyə vəhy etdik. (Yusif surəsi, 15)
Dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və s.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)
Şiəlikdə Mehdinin qeyb olduğu və 12 imamın sonuncusu olaraq dünyaya təkrar dönəcəyi inancı vardır. Bu yanlış inanc Peyğəmbərimizin söylədiyi iki müxtəlif hədisin səhv başa düşülərək təhrif edilməsindən qaynaqlanır. Birincisi, əvvəlki səhifədə izah etdiyimiz Mehdinin qeybi, ikincisi də yer üzünə 12 xəlifə gələcəyindən bəhs edən hədislərdir. Bu iki hədisin əsli vardır, lakin təhrif edilmişdir.
Cabir ibn Səmura (r.ə )-in rəvayətinə əsasən Rəsulullah (s.ə.v) belə buyurdu: 12 xəlifəyə qədər bu dinin üstünlüyü davam edəcək. Bu xəlifələrin hamısı Qüreyşdən (peyğəmbər soyundan) olacaq. (Sünen-i Ebu Davut, 5/90)
Şiələr əvvəlcə hədisdəki xəlifə sözünü imam olaraq dəyişdirmişlər və bu imamların günahsız olduğunu bildirmişlər. Halbuki, bu iki təhrif xaricində, Peyğəmbərimiz "xəlifələr qureyşlidir" deyərək onların peyğəmbər soyundan olmalarına diqqət çəkmişdir.
İslam alimlərinin əksəriyyəti bu hədisdəki 12 xəlifədən ilk dördünün, Peyğəmbər (s.ə.v)-in xəlifələri (Əbu Bəkr, Ömər, Osman, Əli r.ə) olduğunu bildirmişlər. Mehdi də bu saleh xəlifələrdən biridir. Başqa bir hədisdə isə Mehdidən sonra başa keçəcək üç saleh xəlifədən bəhs edilir (Allahu aləm). Digər dörd xəlifə isə tamamilə bilinmir. Lakin onların da əvvəlki dövrlərdə İslam aləminə başçılıq edən saleh xəlifələr də ola bilər. (Allahu aləm)
Mövzuya işarə edən ayələr
"...Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik..." (Maidə surəsi, 12)
Allah Təala Qurani-Kərimdə hər peyğəmbərin bir (baş) düşməni olduğunu xəbər vermişdir. Musa (ə.s)-a Firon, İbrahim (ə.s)-a Nəmrud başda olan düşmənlər idi. Peyğəmbərimiz (s.ə.v)-in də ən böyük düşməni qövmünün lideri Əbu Cəhl idi.
Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və köməkçi olaraq Rəbbin sənə yetər! (Furqan surəsi, 31)
Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi, (Nəmrudu) görmədinmi? İbrahim: "Mənim Rəbbim həm dirildir, həm də öldürür", - dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz! (Bəqərə surəsi, 258)
Hədisi-şəriflərdə Mehdinin düşmənləri haqqında bir neçə ad zikr edilir. Süfyanilər, Dəccal bunlardandır. Süfyanilərin ən əhəmiyyətli xüsusiyyəti Mehdinin inkişaf edən mübarizəsinə mane olmaqdır.
İbni Münavi kitabında belə izah edir:
Süfyanlar və Mehdilər 3 dənədir. 1-ci Süfyan üçün 1-ci Mehdi, 2-ci Süfyan üçün 2-ci Mehdi, 3-cü Süfyan üçün 3-cü Mehdi gələcəkdir. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 64)
Bu hədisdə 3 Süfyan və bunlara qarşı da 3 Mehdi olacağı bildirilir. 3-cü Süfyan üçün 3-cü Mehdi, yəni əsl və böyük Mehdi gələcəkdir.
Əbu Hureyrə (r.ə)-dən belə rəvayət edilmişdir:
Şamın ortasında adına Süfyan deyilən və ona tabe olanların çoxunun Kelb qəbiləsindən olacağı biri çıxar. O insanları öldürər, hətta hamilə qadınların qarınlarını deşib uşaqlarını qətlə yetirər.
Hz. Əli (r.ə)-nin rəvayətində isə (əlavə olaraq) belə bildirilir:
Süfyanın başı olduqca böyükdür. Üzündə bir xəstəlikdən əlamət vardır. Gözündə də ağ bir nöqtə var. Ona qarşı çıxan Kays qəbiləsini də məhv edər. (Məhz o zaman) Əhli-beytimdən bir adam çıxar. Onun xəbəri Süfyaniyə çatanda, Süfyan ona qarşı bir ordu göndərər. Ancaq bu ordu Beydaya (təhlükəli yer) çatdığında yerə batırılar. Onlardan xəbər gətirənlər xaricində heç kim sağ qalmaz. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 40)
Hafiz Əsad 1970-ci ildə zor gücünə rəhbərliyə keçmişdir, sonra qurduğu təzyiq rejimi ilə ölkəsini addım-addım kommunizmə yaxınlaşdırmışdır. Ölkədə İslam düşmənliyi həddindən artıq artmışdır. Müsəlmanların inanclarının tələblərini yerinə yetirməklərinə mane olmaqla yanaşı, şəxsən canlarına qəsd edilirdi. Təkcə1982-ci ildə Hama qırğınında 30 min müsəlman öldürülmüşdür.
Başqa bir hədisdə də Süfyanın edəcəyi digər işlər izah edilir.
"Ciyərlərini yeyənlərin oğlu" olan Süfyan quru bir vadidən çıxar. Kelb qəbiləsindən qaşqabağlı, daş ürəkli adamlardan qurulmuş bir ordu toplanar. və bunlar hər tərəfdə zülm edərlər. O, mədrəsə və məscidləri yıxar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. Zülm, fəsad çıxarar. Alim və zahidləri qətlə yetirər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək ali-Məhəmmədə düşmən kəsilər. Onun zülm və kefinə qarşı çıxanı öldürdər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman , 37)
("Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman") kitabının 52 və 53 –cü səhifələrində izah edilən uzun hədisdə, köməkçisi Haddam olan Süfyandan bəhs edilir. Hafız Əsadın köməkçisi də General Abdülhəlim Haddam idi.
Süfyan Şam tərəfdən (Yabis deyilən) bir yerdən çıxacaq.
Süfyan Küfədən yola çıxacaq.
Necə yerlə-yeksan olan əsgərin Şamdan gələcəyinə dair rəvayətlər varsa, eləcə də İraqdan olduqlarına aid də rəvayətlər vardır. (Kıyamet Alametleri, 172)
Hz. Əlinin nəslində olan Süfyaniyə gəlincə:
1) O böyük bədənli bir şəxsdir. 2) Bu adam Mehdidən əvvəl ətrafını yandırıb yıxacaq. 3) Bütün şərq ölkələrini gəzəcək. 4) Bir çox məliklə (başçılarla) müharibə edəcək. 5) Hər kəsi məğlub edəcəkdir. (Mehdilik ve Imamiye, 82 (el-Isa'a, li Esrat's Saa, 167 'den nakil) )
Bir şərhi də belədir:
◉ 1) Böyük bədənli olmağı, Süfyanın bəlkə də özü kimi insanların böyüklüyünə və ya müxtəlif vasitələrlə şəxsiyətinin olduqca böyük bir adam kimi göstərilməsinə işarə edilir.
◉ 2) Bu adam Mehdidən əvvəl ətrafını yandırıb yaxacaqdır...Deməli, Süfyan Mehdidən əvvəl çıxacaq, bir çox döyüşlərdə olacaq, ortalığı döyüş silahlarıyla yandırıb yıxacaq.
◉ 3) Bütün şərq ölkələrini gəzəcək...Hədisin bu qismi Süfyanın bir çox məmləkətə səyahət etməsinə işarə etdiyi kimi, fikir sisteminin də bu ölkələrdə yayılmasına işarə edə bilər.
◉ 4) Bir çox məliklə müharibə edəcək...Süfyan dövründə bir çox dövlətin ordusu ilə müharibə edəcək.
◉ 5) və hər kəsi məğlub edəcək. Süfyan döyüşdüyü bütün orduları məğlubiyyətə uğradacaq, qəti bir zəfər qazanacaq. (Allahu aləm) Hədisi-şəriflərdə bildirildiyi kimi, Məsih Dəccal daha sonrakı illərdə yəhudilər arasından çıxacaq, özü də şəxsən yəhudi olacaq. Dəccal sehr və hipnoz növündən müxtəlif hallar göstərərək, əvvəl gözlənilən Məsih olduğunu iddia edəcək, sonra ilah olduğunu iddia edəcək. Dinsizliyi və hər cür əxlaqsızlığı təşviq edərək özünə böyük tərəfdarlar yığacaq. Lakin axırda hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) tərəfindən öldürüləcək.
Sələf və xələf (keçmişdəki və sonrakı) alimləri arasında bu xüsusiyyət çox şöhrət tapmışdır:
Axırzamanda mütləq bir adam zühur edəcək. Bu adam mənim Əhli-Beytimdən olacaq. Ona Mehdi deyiləcək. Sonra da Dəccalı öldürəcəklər. (Taç Hadis Kitabı)
Mehdi Şam ilə Hicaz sərhədlərinə gələndə orada dayanacaq. Ona, "Nə dayanırsan, get!" deyiləndə isə belə cavab verəcək: "Əvvəl əmimə (Sahariyə) yazım, əgər mənə boyun əyməzsə, onda üzərinə gedərəm". Mehdinin məktubu ona çatdığı zaman yanındakı yoldaşları belə dedilər: "Artıq Mehdi çıxmışdır. Ya ona tabe olacaqsan, ya da səni öldürəcəyik". Bundan sonra Qüdsə gələcək… Sonra Kelp qəbiləsindən Kənanə adlı bir adam çıxıb Sahariyə gələcək və belə deyəcək: "Biz sənə beyət (tabe olduq) etdik, kömək etdik. Əlinə fürsət düşdükdə isə bu adama (Mehdiyə) beyət etdin, təəssüflər olsun sənə! Allah sənə bir köynək geyindirdi, sən isə onu çıxartdın!
―Yəni deyirsiz ki, verdiyim sözü pozum?
―Bəli" .
Digər bir rəvayətdə isə belə deyilmişdir: "Aradan üç il keçdikdən sonra əhdini və razılaşmanı pozacaq. (Kıyamet Alametleri, 175)
"Dini ayaqda saxlayacaq keçmiş mahiyyətinə qovuşduracaq, İslama yenidən ruh verəcək, zəlil hala gələn İslamı onunla əvvəlki, güclü halına gətirəcək. O, İslamı öldükdən sonra Mehdi vəsiləsi ilə yenidən dirildəcək. Cizyəni (vergiləri) aradan qaldıracaq, qılınc vasitəsiylə insanları Allahın dininə dəvət edəcək. Ondan qaçan öldürüləcək, ona qarşı mübarizəyə girişən isə pərişan olacaq.
Hətta Rəsulullah yaşamış olsaydı, özü üçün heç bir şey etməyəcəkdi. Onunla olan hökmü isə bağlayacaqdı. Yəni Rəsulullah belə onun işinə müdaxilə etməyəcəkdi. Onun dövründə din tamamilə şərhdən təmizlənmiş olaraq əvvəlki düzgün olan vəziyyətini qazanacaq. Verəcəyi bir çox hökmlərdə alimlərin fikirlərinə müxalif (qarşı) çıxacaq. Buna görə ondan uzaq duracaqlar."
Hədisi-şəriflərdə Mehdiyə də bir çox azğınların qarşı çıxacağı bildirilmişdir. Onlar Mehdinin dini bidətlərdən (dinin əslində olmayan sonradan meydana gələn uydurmalar) təmizləyib, əslinə, əvvəlki halına döndərməsindən məmnun qalmayacaqları üçün hətta, "bu adam dinimizi məhv etmək istəyir" deyərək qarşı çıxacaqlar. Ancaq Mehdi Quran ayələrinin və peyğəmbərimizin sünnəsinin işığı altında hökm edəcək, bu fikri mübarizəsində çox qərarlı və müvəffəqiyyətli olacaq. Mehdi dövründə Allahın icazəsiylə, İslam dini Peyğəmbərimizin dövründə yaşandığı vəziyyətinə, yəni öz halına qaytarılacaqdır.
Qurani-Kərimdə peyğəmbərlərin inkarçılarla və bütə itaət edənlərə qarşı apardıqları mübarizələri xaricində onların azğın zehniyyətlə olan mübarizələrindən də bəhs edilmişdir. Bu zehniyyətin Peyğəmbərimizin dövründə məhv olmadığını və indiki vaxtda da yaşadığını bilməliyik. Quranda bir çox ayədə azğın insanların xüsusiyyətləri verilmiş və bu zehniyyət şiddətlə tənqid olunmuşdur.
1.Dini çətinləşdirərlər və bunun nəticəsində dinin vacib xüsusiyyəti olan Allaha iman və ibadətin əsası, ixlas unudular. Həqiqətdə isə dinin asan olduğunu və çətinliklərdən uzaq durmağı şəxsən Qurani-Kərim əmr edir.
"…O, sizi seçdi və dində sizin üçün bir çətinlik qoymadı…"(Həcc surəsi, 78)
"Allah hər kəsi yalnız gücü çatdığı qədər yükləyər…" (Bəqərə surəsi, 286)
"Allah istər ki, üzərinizdə olanı (ağır yükləri) yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır." (Nisa surəsi, 28)
"...Allah sizi çətinliyə salmaq istəməz, lakin, O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istəyər ki, bəlkə şükür edəsiniz! (Maidə surəsi, 6)
O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri ümmi xəbər gətirici (Nəbi) olan elçiyə (Peyğəmbərə) tabe olarlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram buyurar, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları (zəncirləri) açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!" (Əraf surəsi, 157)
Əbu Musadan edilən rəvayətə görə Peyğəmbərimiz (s.ə.v) belə buyurur:
Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. (El-Lü'lüü Vel-Mercan, 2/296 )
İbni Abbas (r.ə)-in rəvayətində Peyğəmbərimiz (s.ə.v)-in belə buyurduğu bildirilir:
Dində həddini aşmaqdan (əlavə edilmələrdən) çəkinin. Sizdən əvvəlkilər ancaq buna görə həlak oldular. (Ramuz-El Ehadis, 1/176)
Hz. Aişə (r.a)-nin rəvayətində Peyğəmbərimiz belə buyurur:
Allah məni ruhaniyyətlə vəzifələndirmədi. Allah yanında dinin xeyirlisi asan tövhid yoludur. (Rumuz El Ehadis, 2/498)
2.Halal olduğu halda bir çox şeyi haram edərlər, (yemək, içəcək, texnologiya və s.) Allah adına onları insanlara qadağan edərlər.
Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar! (Nəhl surəsi, 116)
De: "Allahın, sizin üçün ruzi olaraq endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira atırsınız?" (Yunis surəsi, 59)
Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam surəsi, 140)
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz! (Maidə surəsi, 87)
3. Təqva adı altında heç bir ilahi qaynağı olmayan təfərrüatı və izahları dinin əmri kimi təqdim edərlər. Qurani-Kərim bu mövzu üzərində çox dəqiqliklə dayanmışdır.
Hz. Musa dövründə Allah Təala inananlara bir mal (inək, dana, buzov) kəsmələrini əmr etmiş, bunu çox açıq, qısa və dəqiq bir şəkildə bildirmişdi. Lakin o dövrün azğın zehniyyətli insanları bununla kifayətlənməmiş, dəfələrlə Allahdan təffərrüatlı izah istəmişdilər.
(Musa) dedi: "(Rəbbim) buyurur ki, O, yeri şumlamaq və əkin sulamaq üçün boyunduruğa götürməyən, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir". (Bu zaman) onlar: "İndi işi həqiqətə gətirib çıxartdın" -dedilər və onu (inəyi) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər. (Bəqərə surəsi, 71)
Qurani-Kərimdə heç bir hekayə boş yerə izah edilməmişdir. Diqqət yetirilsə, bu hekayədə insanların təfərrüatlı və dəqiq şəkildə izah istəmələri heç də xoş qarşılanmamışdır. Çünki təfərrüat insanların ibadətlərini çətinləşdirdiyi kimi, əsl məqsədini də unutdurar.
4.Dinin sadəliyi və asanlığı ilə kifayətlənməyib bir çox əlavələr uydurarlar, batil inancları da buraya daxil edərlər. Qurani-Kərim onlar üçün heç bir vaxt bir qaynaq olaraq kafi görünməz.
Bu haqda Quranda belə deyilir:
Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz? (Qələm surəsi, 36- 37)
5.Özlərinə çatan məlumatları doğruluğunu araşdırmadan kor-koranə qəbul edərlər. Səhv də olsa, eyni məlumatları uşaqlarına da öyrədərlər.
Allah bu barədə Quranda belə xəbər verir:
"Onlara: "Allahın nazil etdiyinə itaət edin!"– deyildikdə, onlar: "Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!"– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləsə necə? (Loğman surəsi, 21)
Onlara: "Allahın nazil etdiyinə tabe olun!" – deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!" – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)
6. Şəkilçiliyə çox əhəmiyyət verərlər, dinlərini bu cür təbliğ etdiklərini sanarlar.
7. Onlar üçün əxlaq ikinci planda gələr. İnsanlarla dolana bilməmək, qırıcı olmaq, iynələyici danışma tərzi, xoş görünüşdən anlamamaq, kobudluq ümumi xüsusiyyətləridir. Halbuki, Peyğəmbərimiz "Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim" buyurmuşdur.
8. Nəzakət və kibarlılıqla araları heç yaxşı olmaz.
9. Qadınları alçaltmaq, onları ikinci sinif (aşağı təbəqəli) varlıq kimi görmək də mühüm xüsusiyyətlərindən sayılır. Qadın sevgisi, qadına hörmət və etibar heç bilmədikləri mövzulardır.
10. Sənətdən anlamazlar, gözəl sənətlərin heç bir növünə maraq göstərməzlər, azmış kimi "haram" deyib uzaq durarlar.
11. Hər cür yeniliyə qarşı olarlar. Texnoloji bir yeniliyi qəbul etmədikləri kimi, dini də yeni bir metodla şərh (*) etməni də qəbul etməzlər.
12. Hər xurafatçı yalnız daxil olduğu qrupun-təriqətin haqlılığını müdafiə edər. Digər qrupların düşməni olar. Sırf qatı dinçiliyinə görə, digər din qardaşlarını qırmaqdan çəkinməz, onlardan gələn bir məlumatı gözəl də olsa qəbul etməz, dərhal rədd edərlər. Onların müvəffəqiyyətlərini qısqandıqları kimi xidmətlərinə də mane olarlar, əngəl törədərlər.
Əslində, bütün insanlar iman etməyə, əxlaqlı olmağa və dini yaşamağa meyilli olaraq yaradılmışdır, yəni Allah insanları fitrət olaraq elə yaratmışdır
...Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır... (Hucurat surəsi, 7)
Lakin xalq nə vaxt İslamı öyrənməyə və ya öyrənib tətbiq etməyə niyyətlənsə, qarşılarındakı azğınları nümunə götürürlər. Onlarda gördüyü hər mənfi davranışın dindən qaynaqlandığını zənn edərək artıq başlanğıcında bu niyyətindən imtina edərlər. Bu vaxt dinə qarşı soyuqluq yaranar, hətta düsməncəsinə bir rəftar göstərələr. Bütün müsəlmanlar xalq nəzərində "hacı-hoca dəstəsi" deyə pislənər, hər pisliyin arxasında bir müsəlman axtarışı halına gələr.
Bəhs etdiyimiz mövzunun əhəmiyyəti buradan qaynaqlanır. Xalq İslamı əsl mənasıyla tanımadığı üçün azğınların, hoqqabazların surətində dini mühakimə etməyə başlayar. Din düşməni mətbuat və nəşr orqanlarının da qəsdli bir şəkildə islamiyyəti, qatı dinçiliyi və mürtəcelik (geridə qalmış) şəklində təqdim etmələrinin də səbəbi də buradan qaynaqlanır. Əslində, xalqın nifrət etdiyi islamiyyət deyil, xurafatçı zehniyyətdir. Xalq ən çox "Görəsən, mən də dinimi yaşamağa başlasam, bu insanlar kimimi olacağam?" düsüncəsiylə bu işdən utanarlar. Buna görə "müsəlmanam" deyən hər kəsin dinini çox yaxşı tanıması, oxuyub araşdırması və bilmədiklərini ixtisas sahiblərindən öyrənməsi lazımdır. Hər müsəlman səmimi və mədəni olmaq üçün səy göstərməlidir. Xoş görünüşü əldən buraxmayaraq, xalqı, Allahı tanımağa, dini yaşamağa və əxlaqlı olmağa dəvət etməlidir.
"Fütühatül Məkkiyyə" adlı əsərində Muhyiddin Ərəbi belə bildirmişdir: ...Mehdi, dini, Peyğəmbərimiz(s.ə.v)-in dövründə olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən məzhəbləri ləğv edəcək. Xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq.
Onun düşmənləri ictihad (din alimləri) alimlərinin təqlid edənləri olacaq. Çünki onlar, Mehdinin məzhəb imamlarının əksinə hökm etdiyini gördükləri zaman bundan xoşlanmayacaqlar, lakin qarşı da çıxa bilməyəcəklər...
Onun açıq düşmənləri fiqh (şəriət üzrə alimlər) olacaq. Çünki xalq arasında bir imtiyazları (fərqlilikləri) qalmayacaq. Hətta ehkam (hökmlər, qanunlar) barəsində elmləri də azalacaq. Bu imamın gəlişiylə alimlərin hökmlərdəki anlaşılmazlıqları da aradan qaldırılacaq.. Əgər əlində qılınc (elm) olmasaydı, onun ölümünə fətva verərdilər. (Kıyamet Alametleri, 186-187)
Mehdi dini Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi kimi tətbiq edəcək. Yəni onun rəhbəri Allahın uca kitabı Qurani-Kərim və Peyğəmbərimizin sünnəsi olacaq. Peyğəmbərimizin tətbiqləri, sözləri, şərhləri və tövsiyələri Mehdinin fikri mübarizəsində çox əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Mehdi müsəlmanlar arasındakı yalnız vəhy qaynaqlı Allahın uca kitabı Qurani-Kərim ilə hökm və əməl edəcək. Müsəlmanlar arasında məzhəb ayrılıqlarını aradan qaldıracaq, dinin əslində olmayan, sonradan əlavə edilmiş bir çox inanc və ibadət formalarını ləğv edəcək. Bidət əhli indiyə kimi heç qarşılaşmadıqları bu vəziyyət qarşısında çox çaşacaqlar, hətta onlardan bir qismi Mehdinin dinlərini məhv etdiyini zənn edəcəklər.
"Hz. Mehdi heç bir bidəti salamat buraxmayacaq". (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 43)
"Mehdinin məhv etmədiyi bidət qalmayacaq. Axırzamanda eyniylə peyğəmbər kimi dinin zərurətlərini yerinə yetirəcək". (Kıyamet Alametleri, 163)
Bidət: Dinin əslində olmayan, sonradan dinə əlavə olunmuş adətlərdir.
İmam Rəbbani bu mövzu haqqında belə demişdir:
Gələcəyi vəd edilən Mehdinin tərvicini (dəyərini artırmağı), sünnənin əhyasını (yenidən canlandırmasını) arzu etdiyi (istədiyi) zaman, bidət əhli ilə əməli adət edilən, həsənə zənni ilə dini qarışdıran (dinin əslində, özündə olmayan şeyləri, dinin əmri olaraq zənn edən bəzi insanlar) heyrətlə belə deyəcək:
◉ Bu insan (yəni Mehdi) dinimizi və şəriətimizi məhv etmək istəyir. (Mektubat-i Rabbani, 1/535)
Hz. Peyğəmbər (s.ə.v) əvvəllər İslamı necə sağlam şəkildə ayaqda tutmuşdusa, hz.Mehdi də sonunda eyni şəkildə İslamı ayaqda tutacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 27)
Naim ibn Hammad hz. Əli (r.ə)-dən belə rəvayət etdi. Peyğəmbərimiz buyurdu ki, Mehdi bizdəndir (soyumuzdandır). Allah bu dini bizimlə necə başlamışdısa, onunla da sona çatdıracaq və onlar bizimlə necə şirkdən xilas olmuşdularsa, onunla da fitnədən xilas olacaqlar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 20)
Mehdinin məzhəb imamlarının əksinə hökm edəcəyinin bildirilməsi, onun öz rəyi ilə ictihad edəcəyini göstərir. Bədiüzzaman həzrətləri Mehdi haqqında "ən böyük müctəhid" (ayə və hədislərdən düzgün hökm çıxarma gücünə malik olan din alimi), həm ən böyük mücəddid (yeniləşdirən), həm hakim, həm Mehdi, həm mürşid, həm qütbü-əzəm (ən böyük övliya) olan bir nurani şəxsi göndərəcək və o şəxs də Əhli-Beytin nəbəvidən olacaq (Peyğəmbərimizin soyundan olacaq). (Mektubat, 411)
İşarəli mənada ayələr:
Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına! (Züxruf surəsi, 65)
Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. (Muminun surəsi, 53)
Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali İmran surəsi, 85)
O kəslər ki, Quranı (müxtəlif) hissələrə böldülər... (Hicr surəsi, 91)
Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər. (Bəqərə surəsi, 176)
Mehdi dövründə Qurani-Kərimə lazım olduğu qədər əhəmiyyət veriləcək. O dövrdə Quran hərdən baxılan, əzbərdən oxunan bir kitab olmaqdan qurtarılacaq, həyatın hər mərhələsini təşkil edən ən əhəmiyyətli müraciət kitabı olacaq. Mehdi dini Peyğəmbərin dövründəki kimi tətbiq edəcək.
Bu vəzirlər ondan aşağı və lakin beşdən yuxarı olacaq. (Kıyamet Alametleri)
Məmləkət işlərinin ağırlıqlarını onunla paylaşacaqlar. Doqquz nəfərdən ibarət olacaq. (Kıyamet Alametleri, 187)
Əbu Cəfər Məhəmməd ibn Əlidən belə rəvayət edildi:
Mehdi hələ çıxmamışdan əvvəl onun bir yoldaşı ona tabe olan bəzi insanlarla qarşılaşacaq və "Siz burada neçə nəfərsiniz?" deyə soruşacaq. Onlar da "40 adamıq" deyərək cavab verəcəklər. Təkrar olaraq: "Siz Mehdini gördüyünüz zaman nə edəcəksiniz?" – deyə soruşarlar, onlar da "O, dağların başında qalsa biz də qalarıq" deyə cavab verərlər. Sonra o adam gedəcək, ertəsi gecə yenə gələrək "Rəislərinizdən 10 adamı ayırın" deyəcək və Mehdi də onlarla görüşəcək.
Ertahdan belə rəvayət edildi:
...(Mehdinin Süfyan ilə döyüşündə ən böyük ordusu 100 (yüz) adamdan mütəşəkkildir (ibarətədir).
Qeyd: Bu iki rəvayət ("Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman") adlı əsərin Süleymaniyyə kitabxanasında olan nüsxəsində mövcuddur.
Bədr döyüşündəki əsgərlər kimi 313 adamı əmri altında tutaraq ətrafa meydan oxuyacaq. Çünki bu 313 adam gecə abid (ibadət edən) gündüzlər qəhrəman xüsusiyyətini daşıyacaqlar. (Kıyamet Alametleri, 169)
Məhəmməd ibn Hənəfi (r.ə)-dən belə rəvayət edildi:
...Buludların səmada toplandığı kimi, Allah onun ətrafına bir qövm toplayar. Onların ürəklərini uzlaşdırar. Onlar içlərindən şəhid olana kədərlənməz, özlərinə qatılana da sevinməzlər. Sayları Bədr səhabələri (313) qədərdir. Əvvəlkilərin onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər və onların sayları Talut ilə çayı keçənlər qədərdir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 57)
Hz. Mehdiyə aralarında qadınların da olacağı 314 adam beyət edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 25)
Hz. Mehdi (ə.s)–ın ordusu əsl (xas) tələbələri, xasların havası şəklində fərqli təbəqələrlə ola bilər. Bəlkə də bu fərqli rəvayətlər, müxtəlif inkişaf mərhələlərindəki saylara işarə edir.
Hz. Mehdiyə əvvəl beyət edənlərin bu qədər az sayda (313) olması məqbul qarşılanmalıdır. Tarixin hər dövründə həmişə belə olmuşdur. Nuh (ə.s), Musa (ə.s) dövründə də belə idi. İsa (ə.s)-a inananlar 12 nəfər idi. Peyğəmbərimiz (s.ə.v) -ə də, ilk inanan insanlar çox az sayda olub. Bəzi rəvayətlərdən öyrəndiyimizə görə peyğəmbərliyin ilk altı ilində ona inananların sayı cəmi 40 nəfər idi.
Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: "Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da bir ovucdan artıq içməsə, o məndəndir"! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut), və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: "Bu gün bizim Calut (düşmən hökmdar) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur"! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inananlar isə dedilər: "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir!" (Bəqərə surəsi, 249)
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman (Nuha) dedik: "Hər heyvandan biri erkək, biri dişi olmaq şərti ilə bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!" Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi. (Hud surəsi, 40)
Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi. (O dedi:) "Bunlar kiçik bir dəstədir! (Şüarə surəsi, 53-54)
Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Firon camaatından) yalnız kiçik bir dəstə (nəsil, gənclər) iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı. (Yunis surəsi, 83)
Hz. Muaviyə (r. ə)-dən belə rəvayət edilmişdir.
Ümmətimdən bir tayfa hər kəs üzərində hakim olmadıqca qiyamət qopmaz. Onlar özlərini tərk edənlərin tərk etməklərini veclərinə almazlar (yəni bundan təsirlənib kədərlənməzlər) və onlara kömək edənə fikir verməzlər. (Ramuz El-Ehadis, 472 (Hanbel'in Müsned'i - Buhari –Müslim))
Hz. Müaviyə ibn Kirra (r.ə)-dən belə rəvayət edilmişdir:
Ümmətimdən bir tayfa qiyamət qopana kimi kömək etməkdə davam edər. Onları tərk edənlərin ayrılmaları da onlara bir zərər verməz. (Ramuz El-Ehadis, 472 (Hakim'in Müstedrek'i))
Ümmətimdən bir camaat davamlı olaraq Allahın əmri ilə düşmənlə məhv edənədək döyüşəcək, müxaliflərinə vaxt verməyəcək. Bu (hal qiyamətə qədər belə davam edəcək.) (Kıyamet Alametleri, 286)
Yuxarıdakı hədisi-şərifdə ümmətdən bir tayfanın qiyamət qopana qədər haqq yolunda mübarizə aparacağı bildirilir. Başqa hədisi-şəriflərdən də bilirik ki, qiyamət qopmasından bir müddət əvvəl möminlərin ruhu alınacaq və qiyamət kafirlərin üzərinə qopacaq. Buna əsasən burada qiyamət qopmağından qəsd edilən başqadır. Bununla əlaqədar digər bir rəvayət bu barədə xüsusi aydınlıq gətirir.
Hz. Müaviyə ibn Currə (r.ə)-dən belə rəvayət edilmişdir:
…Dəccalla döyüş olana qədər ümmətimdən bir tayfanın "haqq üzrə" qalib gəlmələri davam edəcək. (Ramuz Em-Ahadis, 65 (Ibni Asakir Tarihi -Ebu Muaym)
Göründüyü kimi qiyamətin qopmasından bəhs edərkən nəzərdə tutulan şey Dəccala qarşı döyüşün başlamasıdır. Bir başqa hədisi-şərif də bu mübarək tayfanın Dəccalla mübarizə aparanların Mehdi və köməkçiləri olduğunu xəbər verir.
Əhməd, Müslim, İbn Cüreyr, İbn Hibban və Cabir ibn Abdullah (r. ə) belə rəvayət etdilər: Qiyamətə (Dəccal ilə döyüşə) qədər mənim ümmətimdən bir qrup haqq üzrə qalib gələrək vuruşacaq və İsa ibn Məryəm göydən nüzul etdiyində onların əmiri (Mehdi) ona, "Gəl, bizə namazı qıldır" deyər. Ancaq o, bu ümmətə Allahın bir lütfü olaraq: "Sizin biriniz, digərlərinizə əmiridir" cavabını verər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 80)
Hz. İmran (r.ə)-dən belə rəvayət edilmişdir:
Ümmətimdən bir tayfa, onlara qarşı düşmənlik edənlərə qalib gəldikləri halda Haqq üzərinə mübarizəyə davam edərlər. Hətta onların sonuncusu Məsih Dəccal ilə vuruşar. (Ramuz El-Ahadis, 472 (Hanbel'in Müsned'i -Ebu Davud-Tabarani -Hakim)
İbni Ebil Caad da, "Mehdi 21 və ya 22 il qaldıqdan sonra, gələcək kəslərin sonuncusu, saleh bir adam olacaq və 9 il ədalətli bir şəkildə hökm edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 28)
Naim ibn Hammad, Bakayyə ibn Vəliddən belə rəvayət etdi:
Mehdinin həyatı 30 ildir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 83)
Əbu Səid əl-Hudri (r.ə)-dən belə rəvayət edilmişdir:
Ümmətimdə Mehdi vardır, çıxacaq və 5, ya 7, ya da 8 (şübhə edən rəvayətçilərdən Zeyddir) yaşayacaq. Əbu Səid deyir ki, "Bu müddət nədir? deyə soruşduq və Rəsulu Əkrəm "ildir!" buyurdu. (Sünen-i Tirmizi , 4/93)(Ramuz El –Ahadis, 508 (Hanbel'in Müsned'i)
Əbu Səid əl-Hudri (r.ə)-in rəvayətinə görə Rəsulullah (s.ə.v) belə buyurdu:
Mehdi məndəndir...yeddi il hökm edər… (Süneni-i Ebu Davud, 5/93)…O şəxs yer üzündə 7 il qalar, sonra vəfat edər və müsəlmanlar ondan sonra namaz qılarlar. (Sünen-i Ebu Davud, 5/95)
Naim ibn Hammad, hz. Əli (r.ə)-dən belə rəvayət etdi:
Mehdi insanların işlərini 30 - 40 il üzərinə götürəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 83) (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 50)
Əbu Yala, Əbu Hüreyrə (r.ə)-dən belə rəvayət etdi: Dedi ki, dostum Əbu Qasım (s.ə.v) mənə belə buyurdu:
Əhli-Beytimdən biri çıxıb insanları Haqqa dönənə qədər mübarizə aparmadıqca qiyamət qopmaz. Mən dedim: "Onun hökmü nə qədər davam edəcək?" Buyurdu: " 5 və 2" il. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 82)
Bir az əvvəl keçən bu hədisi-şərif Katadədən rəvayət olundu. Katadə (Mehdinin yer üzündə qalma müddəti) 7 ildir, dedi.
Əbu Davud belə dedi: Hisamdan rəvayət edən rəvayətçilərdən Muazdan başqaları 9 ildir, dedi. (Sünen-i Ebu Davud, 5/95)(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 9)(Ramuz-El Ahadis 346 'Tabarani'nin Kebir'i - Ibni Adiy El Kamil)
Yuxarıda hz. Mehdi (ə.s)-ın yer üzündə qalması, vəzifə və hökm müddətləri ilə əlaqədar müxtəlif rəvayətlər nəql edildi. Diqqət yetirsək, bu rəvayətlərdə keçən 5, 7, 8, 9, 20-21, 30, 40 illərinin ifadə etdiyi mənalar dəqiq və açıq şəkildə ifadə edilmədiyini görərik. Hədis təsnifçiləri, fərqinə vardıqları bu əksikliyi aradan qaldırmaq üçün, ya müxtəlif şərhlər etmişlər ya da təvil (bir sözü bilinən mənasından başqa bir mənada şərh etmək) yoluna üz tutmuşlar.
…7 il - bütün ölkələrə 7 il hakim olacağını bildirir. 9 il- Kostantinoplu fəth etmə müddətini bildirir. 19 il isə- Süfyan ilə döyüşünün onu öldürüb hakim olacağının və bütün insanların əmrinin altına girməsinin müddətini bildirir … (Kıyamet Alametleri, 184)
7 il dünyaya malik olacaq. Bu bir çox məşhur rəvayətə görə belədir, ancaq buna müxalif başqa nəqllər də vardır. Bunlara görə bu müddət bəzilərində 19 il və bir neçə ay, 20 il, bəzilərində 40 il, 24 il, 30 il olaraq bildirilmişdir. Bir rəvayətdə də onun xəlifəliyi (hökmdarlığı) əsnasında 9 il əhli-rumla sülh içində qalacağı ifadə edilir. Fikrimizcə, bu rəvayətlərin hamısının səhih olması mümkündür. Belə ki, onun dünyada qalması 40 il, hər kəs tərəfindən zühuru və qüvvəti 7 il, bu zühur və güc başlanğıc və nəticə etibarı ilə 20 il davam edər. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 22)
Yuxarıda bildirdiyimiz kimi, Mehdinin 7 və ya 9 illik xəlifəliyi İsa (ə.s)-ın dövründə olması ehtimalına peyğəmbərimizin bu mübarək sözü ilə də zidd düşmür: "Başlanğıcda mən, ortasında Mehdi, sonunda İsanın içində olacağı bir ümmət əsla həlak olmayacaq.." Çünki İsa (ə.s)-dan 30 il əvvəl gələcək. Necə ki, Mehdinin 40 il qalacağına, İsanın (ə.s) isə 45 il qalacağına dair hədislər vardır. Buradan da anlayırıq ki, hər ikisinin bir yerdə qalması 7 və ya 9 il müddət davam edəcək. Digər illər isə ayrılıq müddətidir. (Kıyamet Alametleri, 191)