Təvatür: Etibarlı, qüvvətli xəbər, içində yalan ehtimalı olmayan və bir camaata istinad edən, qüvvətli xəbər deməkdir. (Büyük Lugat-Tur-Dav, 3003)
Şövqani də İsa (ə.s)-ın enəcəyinə dair hədislərin sayının 29-a çatdığını deyərək bunları bir-bir nəql etmiş və sonda: "Bizim nəql etdiyimiz hədislər göründüyü kimi təvatür həddinə çatdı. Bu bəyanımızla bu nəticəyə gəlinir ki, gözlənilən Mehdi haqqındakı hədislər, Dəccal haqqındakı hədislər və İsa (ə.s)-ın enməsinə dair hədislər mütəvatirdir" - demişdir. (Sünen-i Ibn-i Mace, 10/338)
Qiyamətin böyük əlamətlərindən biri olan Axırzamanda hz. İsa (ə.s)-ın göydən yerə enəcəyini bildirən hədislər təvatür dərəcəsindədir. (Sahih-i Müslim, 2/58)
Allah Rəsulu (s.ə.v)-dən mütəvatir olaraq rəvayət edilən hədislərə əsasən Allahın Rəsulu (s.ə.v) hz. İsa (ə.s)-ın Qiyamət günündən əvvəl ədalətli bir imam və hakim olaraq enəcəyini xəbər vermişdir. (Ibn-i Kesir, Hadislerle Kur'an Tefsiri, 13/7163)
Mütəvatir: Təvatür yoluyla nəql edilən xalq arasında söylənərək ağızdan-ağıza dolaşan xəbər.
Əbu Hüreyrənin dediyinə görə Rəsulullah (s.ə.v) belə buyurmuşdu:
Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa əleyhissəlam)-ın ədalətli bir hakim olaraq sizin içinizə (aranıza) enməsi, şübhəsiz, yaxındır. O, salibi (xaçı) qıracaq, donuzu öldürəcək, cizyəni (vergini) aradan qaldıracaq, mal o qədər çoxalıb daşacaq ki, heç kim mal qəbul etməcək. (Sahih-i Müslim, 6/532)
Əbu Hüreyrə (r.ə)-dən edilən rəvayətə görə Rəsulullah (s.ə.v) belə buyurdu:
Mənliyimə hakim olan zata and içirəm ki, Məryəmin oğulunun ədalətli bir hakim olaraq sizin aranıza enməsi çox yaxındır. O xaçı qıracaq, donuzu öldürəcək, cizyəni (vergini) aradan qaldıracaq, mal o qədər çoxalacaq ki, kimsə onu qəbul etməyəcək. (Sünen-i Tirmizi, 4/93)
Əbu Hüreyrədən rəvayət edildiyinə görə, Peyğəmbər (s.ə.v) belə buyurdu :
İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam (dövlət başçısı) olaraq (göydən yerə) enmədikcə qiyamət qopmayacaq. O (endiyində) xaçı qıracaq, donuzu öldürəcək, cizyəni (vergini) aradan qaldıracaq. Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. (Sünen-i Ibni Mace, 10/340)
Rəsulullah (s.ə.v) buyurdu :
İsa ibn Məryəm (ə.s) mənim ümmətim içində:
1- ədalətli bir hakim və (rəhbərlikdə) ədalətli bir imam olacaq.
2- xaçı sındıracaq və donuzu öldürəcək.
3- zimmilərdən (yəni qeyri-müsəlmanlardan) cizyəni (vergini) aradan qaldıracaq
4-Zəkatı tərk edəcək. Artıq nə qoyun, keçi, mal sürüsü, nə də dəvə sürüsü üzərində zəkat məmuru qoyulmayacaq.
5-Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq.
6- Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət olunmayacaq. (Sünen-i Ibni Mace, 10/334)
1- Hz. İsa (ə.s) ədalətli bir idarəçi olacaq.
2- Hədisdə hz. İsa (ə.s)-ın xaçı qırıb, donuzu öldürəcəyi ifadə edilmişdir. "Şərhüs-Sünnə"də və başqa hədis kitablarında hz. İsa (ə.s)-ın təhrif olmuş, yəni əslindən uzaqlaşan xristianlığı ləğv edərək səri-şərifimizlə (İslamiyyətlə) hökm edəcəyi ifadə edilmişdir. Hz. İsa (ə.s) təkrar gəldiyi vaxt təslis inancı (xristianların Allahı 3 olaraq qəbul etmələri), xaça tapınma, ruhaniyyət... kimi xristianlığın da əsasında olmayan xurafatları ləğv edəcək, bu dini endirildiyi ilk halına döndərəcək.
İsa (ə.s)-ın donuzu öldürməsinə dair hədisin mənası da belədir: O, donuz bəsləməyi və yeməyi qadağan edəcək və öldürülməsini əmr edəcəkdir. Artıq yer üzündə donuz buraxmayacaq və beləcə donuzun yeyilməsinin qarşısını tamamilə alacaq.
3- İsa (ə.s)-ın cizyəni, yəni əhli-kitabdan alınan vergini ləğv etməsinə dair hədis də belə şərh olunmuşdur: Yəni İsa (ə.s), əhli-kitabdan olan insanları müsəlmanlığı qəbul etməyə vadar (məcbur) edəcək və beləcə cizyə (vergi) vermələrini qəbul etməyəcək.
Digər bir şərhi də belədir: Cizyə (vergi) heç bir qeyri-müsəlmandan alınmayacaq. Bu səbəblə cizyə almağa da ehtiyac qalmayacaq. Çünki cizyə müsəlmanların ehtiyaclarında istifadə edilmək üçün alınar. Ehtiyac qalmayınca cizyə almağa da ehtiyac olmaz.
4- İsa (ə.s)-ın zəkatı tərk etməsi də, malın bolluğu və zəkata ehtiyacı olan kasıbın qalmamasına görədir. Bu hökm də cizyə ilə əlaqədar hökm kimidir. Yəni, İsa (ə.s) İslam dininin qoymuş olduğu zəkat hökmünü ləğv etməyəcək. Belə bir məna heç düşünülə bilməz. Məqsəd budur: Uca dinimiz zəkat müəssisəsini o dövrə qədər tətbiq etmək və o dövrdə ehtiyac olnmadığından tətbiq etməməyi buyurmuşdur. İsa (ə.s) da İslamın qoyulmuş hökmlərini tətbiq edəcək.
5- İsa (ə.s) dövründə yəhudilərin başına keçən Məsih Dəccal öldürülüb, fikir sistemi məhv ediləcək və dünyadakı yəhudi hakimiyyəti bütünlüklə sona çatacaq. Masonluq və s. kimi nifaq mərkəzləri tamamilə məhv ediləcək, bütün dünya hüzur, əmin-amanlıq içində yaşayacaq.
6- Bir hədisi-şəriflərində Rəsulu Əkrəm (s.ə.v) belə buyurmuşdur:
Şübhəsiz, o, yer üzünə enəcək... İnsanları İslama dəvət edəcək. Onun zamanında Allah Təala İslam xaricində bütün dinləri ortadan qaldıracaq. (Tezkiret-il Kurtubi, 499)
Yuxarıdakı hədislərdə hz. İsa (ə.s)-ın yer üzünə endirilmə əlaməti olaraq bildirilən vəziyyətlərin heç birisi reallaşmamışdır. Xristianlıq pozulmuş, təhrif edilmiş (dəyişdirilmiş) şəkli mühafizə edilir, təslisə (üçləmə, xristianların Allahı 3 olaraq qəbul etmələrinə) inanılır, donuz əti yeyilir. Dünya qarışıqlıqlar içindədir, hüzur, əmin-amanlıq, etibarlılıq, sülh mühiti yoxdur, döyüşlər, vətəndaş müharibələri davam edir. Bolluğun əksinə yoxsulluq hakimdir. Bu vəziyyətdə İsa (ə.s)-ın gəlmədiyi aydın olur. Yaxın zamanda, yəni hicri XIV əsrdə dünyaya təkrar gələcəkdir.
Məsihi Dəccal: Haqqı batil, batili haqq göstərən, səhih hədislərdəki xəbərlərə görə, Axırzamanda gələcək və Allah (c.c)-ni inkar edib, özünün ilah olduğunu iddia edəcək, dünyanı fəsada verəcək (yəni qarışıqlıq salacaq), yəhudilər arasından çıxan tək gözlü kor şəxs olacaq. (Büyük LUGAT TÜR-DAV)
Hər biri Allahın rəsulu olduğunu iddia edən otuza yaxın yalançı dəccal göndərilmədikcə qiyamət qopmayacaq. (Sünen-i Tirmizi, 4/82)
Hz. İsa (ə.s) ilk dəfə göyə alındığı halıyla yer üzünə buraxılacağına görə, öz dövründə anası, atası olan, doğulub böyüyən 33 yaşına çatmış bir insanın hz. İsa (ə.s) olması mümkün deyil. Amma ondan əvvəl çıxan saxta Məsihlərin (dəccalların) o dövrdə ana və ataları olacaq. Doğulub, böyüyüb müəyyən bir yaşa gəldikdən sonra havalanıb özlərinin hz. İsa (ə.s) olduğunu iddia edəcəklər. Lakin diqqətli, fərasətli, mədəni, ağıllı insanlar bu yalanların fərqinə varıb onlara aldanmayacaqlar. Bu vəziyyət yəhudilərin dünyaya hakim olması üçün materialist-marksist strategiyanı tamamilə tərk etmələrinə qədər davam edəcəkdir.
Yəhudilik bu səfər dünyaya hakim olmaq üçün yenidən strategiyalarını dəyişdirəcəklər, dünyada materializmə qalib gəlmiş "yaradılış" inancını öz mənfəətlərinə uyğun şəkildə istifadə etmək istəyəcəklər. Bu zaman ən şərli və ən qabiliyyətli olan adamı bir sözlə Məsih Dəccalı idarəetmə vəzifəsinə seçəcəklər.
"Dəccal yəhudidir!" (Sahih-i Müslim, 11/365)
Məsih Dəccal hipnoz, manqnetizm və sehrdən bəzi üsulları istifadə edərək bir çox dərəcələrlə yüksəlişi (*) möcüzələr göstərəcək, özünün gözlənilən Məsih (yəni İsa) olduğunu iddia edəcək. (Məsih İsa peyğəmbərin ləqəbidir).
Onların başına keçən ən böyükləri, spirtizm (hipnoz) və maqnetizmin növündən dəhşətli möcüzələrə zühur edən dəccal isə, daha da həddini aşaraq məcburcasına riyakar hökumətini yeni ağalıq təsəvvür edib ilah olduğunu elan edər.
Yəhudilərin və xristianların böyük bir qismi onun liderliyi altında birləşəcəklər. "Dəccalın tabeliyində ən çox olanlar yəhudilərdir". (Sahih-i Müslim, 11/362)
Özünə Məsih deyən Məsih Dəccal, hələ də Avropada, Amerikada, İsraildə, Rusiyada və bir çox ölkədə qanuni göstərilən əxlaqsızlığı, cinsi pozğunluğu, homoseksuallığı daha da təşviq edəcək. İçki, donuz əti başda olmaqla, yuxarıda saydığımız pozğunluqları qəbul edən bir çox xristian sevinclə ona qatılacaqlar. Yəhudilər də tam xəyallarındakı kimi əxlaqsız, zalım, sadist biri Məsih olaraq qəbul etmənin sevinci ilə ona möhkəm bağlanacaqlar.
Bir çox saf xristian o dövrdə hz. İsanı gözlədiklərinə görə onu təhrif edilmiş, İncildəki dəyişdirilmiş xüsusiyyətləri ilə gözləyəcəklər. Məsih Dəccal da tam onların xəyal etdikləri kimi möcüzələr göstərəcək. Məsələn: bir şəxsə hipnoz təlqini (bir şeyi anladıb beyninə soxmaqla) ilə ölmüş anasını danışan halda göstərəcək. Həm də, yenə sehr və hipnozla, anasının ona qatılmasını tövsiyə etdiyini ona eşitdirəcək. Görmə və eşitmə hallüsinasiya (hallüsinasiya - bir hiss orqanını uyaran, heç bir əşya, obyekt və ya, uyarıcı olmadan, alınan bir hissin mövcudluğuna inanma halıdır) olacaq. (Kənardan baxan, yəni, sehrin təsirində olmayan bir adam o görüntüləri görməz).
Dəccal bundan əlavə əvvəl gözlənilən İsa olduğunu iddia edəcək, sonra da xristianlığın təslis inancındakı kimi Allahın özünə hulül etdiyini (içinə girdiyini) söyləyərək (haşa) ilahlığını elan edəcək. Xristian və yəhudi inanclarına uyğun pozğun fikirlərini yayaraq dünyada böyük bir tərəfdar kütləsi qazanacaq. Daha çox kefə və zövqə istiqamətli, əxlaqsız olaraq öyrətmələri və tövsiyələri olacağı üçün bu saylar daha da artacaq.
Belə azğınlığın artdığı bir dövrdə İslam aləmi də hz. Mehdi (ə.s)-ın liderliyində birləşəcək. Hz. Mehdi (ə.s) hər nə qədər xristian aləmini saxta Məsihə qarşı xəbərdar etsə də, xristianlar tam gözlədikləri kimi pozğun iddialarda olmalarından, gözlədikləri zamanda zühur etməsindən və yavaş-yavaş bir çox möcüzələr göstərdiyindən bu izahlara fikir verməyəcəklər.
Hz. Mehdi (ə.s)-ın onun göstərdiyi dərəcə-dərəcə yüksəlişə yönələn möcüzələrini pozmağa gücü çatmayacaq. O sayıqlamalardan ibarət olan möcüzələri ancaq hz. İsa (ə.s) pozacaq.
Sehr, maqnetizm və spirtizm kimi istidracı möcüzələriylə özünü mühafizə edən və hər kəsə təsir edən (təsiri altına alan) o dəhşətli Dəccalı öldürəcək, peşəsini dəyişdirəcək, ancaq möcüzə göstərən, hər kəsə uyğun bir şəxs ola bilər ki, o şəxs ən çox əlaqədar olan və əksər insanların peyğəmbəri olan həzrəti İsa əleyhissalamdır. (Mektubat, 53)
Buna işarə edən ayələr:
(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdahaya çevrildi. (Şüəra surəsi, 32)
Biz də Musaya: "Əsanı at yerə!" - deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. (Əraf surəsi, 117)
Hz. Musa (ə.s) o dövrün dəccallarının isdidraclarını ancaq möcüzə ilə yox etmişdi.
...Onun (hz. İsa ə.s-ın) nəfəsinin qoxusunu duyan hər hansı kafirin ölməməsi mümkün deyil. Dəccalın yalançı olduğu ətrafa dalğa-dalğa yayılacaq. Dəccaliyyət pərişan olacaq, fikir sistemi məhv ediləcək. (Sünen-i Ibn-i Mace, 10/323)
Hz. İsa (ə.s) də Məsih Dəccalın istidraclarını, oyunlarını möcüzə ilə pozacaq. Dəccalın yalançı olduğu ətrafa dalğa-dalğa yayılacaq. Dəccaliyyət pərişan olacaq, fikir sistemi məhv ediləcək.
İsa (ə.s) Dəccala nəhayət Lud qapısının yanında yetişəcək və onu öldürəcək. (Sünen-i Tirmizi, 4/105)
Hz. İsa (ə.s.) Lud qapısında Məsih Dəccal ilə qarşılaşacaq, onu mübahisə edərək məğlub edəcək. Dəccalı öldürmək dedikdə onun fikir sistemini yox etməsi nəzərdə tutulur. Fiziki cəhətdən öldürəcəyini isə bilmirik. Hz. Musa (ə.s) Fironun fikir sistemini məhv etmişdi. Hz.İbrahim (ə.s) Nəmrudun fikir sistemini yox etmişdi. Hz. Mehdi (ə.s) Süfyanın şəxsini deyil, fikir sistemini yox edəcək. Hz. İsa (ə.s) da Məsih Dəccalın fikir sistemini məhv edəcək. Mühüm olan da məhz fikir sistemidir. Şəxsin ölməsi fikir sistemi məhv edilmədən heç bir əhəmiyyət kəsb etməz.
Dəccalı möcüzə ilə məğlub edən hz. İsa (ə.s.)-ın həqiqi Məsih olduğunu anlayan xristian aləmi böyük bir sürətlə onun düzgün olan yoluna, yəni İslama girəcək. Yəhudilər inadlarına davam edəcəklər, müsəlmanlara qarşı etdikləri bir döyüşdən sonra məğlub olacaqlar. (Melaheme-i Uzma xristian dilində Armegedon deməkdir). Bundan sonra bir tək din: İslamiyyət qalacaq. Digər bütün dinlər ortadan qalxacaq. (Allahu aləm)
Qab su ilə dolduğu kimi yer üzü də sülhlə dolacaq. Kimlərinsə arasında bir düşmənçilik qalmayacaq. Bütün düşmənçiliklər, boğuşmalar, qısqanclıqlar, şübhəsiz, yox olub gedəcək. (Sahih-i Müslim, 1/136)
Döyüş (döyüşçülər) də ağırlıqlarını (silah və vəsaitlərini) buraxacaq, tərk edəcək. (Sünen-i Ibn-i Mace, 10/334)
Hərb (hərbçilər) ağırlıqlarını (yəni silah və düşmənçiliklərini) tərk edər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496)
Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) yəhudilərin başına keçən Məsih Dəccalı öldürüb, sistemini dağıtdıqdan sonra dünyaya hakim olacaqlar. O zaman tək bir dinin, yəni İslamiyyətin yer üzünə yayılması ilə irqçilik, milli eqoizm yox olacaq. Sevgi, qardaşlıq, gözəl əxlaq əsas düşüncə halına gələcək. Həm də masonluq, sionizm, materialist fəlsəfə, kommunizm, faşizm, kapitalizm və s. tarixdən silinəcək, eqoistlik, eqoizm, kin, düşmənçilik hər cür azğınlıqlar fəaliyyətini dayandırararaq yox olacaq. Döyüşlərin, qarışıqlıqların səbəbləri yox olacağı üçün, döyüş sənayesinə (silah-sursatlara) xərclənən trilyonlarca pullar bu səfər qanuni ehtiyaclara, qidaya, abadlığa, texnologiyaya, mədəniyyət xərclərinə, sağlamlıq ehtiyaclarına və s. kimi insanların xoşbəxtliyi üçün lazımlı digər sərmayələrə xərclənəcək. (Allahualəm)
...Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. (Sünen-i Ibn-i Mace, 10/340)
Məryəm oğlu (İsa) enər və Dəccalı öldürər. Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, 90)
İsa (ə.s)-ın zəkatı tərk etməsi də malın bolluğu və zəkata möhtac kasıbın qalmamasından irəli gəlir. (Sünen-i Ibn-i Mace, 10/339)
Hz. İsa (ə.s) dövründə elmin inkişafı ilə heyvan və bitki mənşəli qidaların istehsalı artırılacaq, elm və texnologiya son mərhələyə çatacaq, dünya qurulandan bu yana texnologiya cəhətdən ən inkişaf etmiş dövr olacaq. İnsanlar texnologiyanın imkanları ilə çox rahat və bolluq içində yaşayacaqlar. Buna görə, bu dövrə "Qızıl Dövr" adı verilmişdir. (Allahu aləm)
Əbu Səyhin, Kitabül-Fitəndə Əbu Hüreyrədən etdiyi rəvayətə əsasən, Rəsulullah belə buyurmuşdu: "İsa ibn Məryəm enər, Dəccalı öldürər və qırx (40) il Allahın kitabı və mənim sünnətimlə hökm edər, sonra vəfat edər. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, 92)
İmam Nəvəvi: "Hz. İsa Məhəmməd ümmətinə peyğəmbər olaraq deyil, şəriəti-Məhəmmədiyyəni tətbiq etmək üçün gələcəkdir" demişdir. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 68)
Kadi İyaz: "İsa (ə.s)-ın enməsi, Dəccalı öldürməsi haqdır və həqiqətdir. Əhli-sünnə məzhəbi və yolu bu mövzu ilə əlaqədar varid olan (bizə gəlib çatan) hədislərə görə belədir. Nə ağıl cəhətdən nə də səri-şərifdə bu fikri ləğv edə biləcək heç bir dəlil yoxdur. Beləliklə, bu hökm sabitdir. Mütəzilə və Cəhəmiyə (haqq məzhəbindən ayrılan kəslərin məzhəbi, batil olan məzhəb) məzhəblərinə mənsub bəzi kəslər və onlara qatılanlar bu mövzudakı hədislərin Allahın (Əhzab surəsi, 40 –cı ayədə) "Məhəmməd, ... ancaq o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur." tərcüməsindəki ayəyə, Peyğəmbərimizin "Məndən sonra heç bir peyğəmbər yoxdur" tərcüməsindəki hədisinə və Peyğəmbərimiz (s.ə.v)-dən sonra heç bir peyğəmbərin olmadığına və şəriətinin qiyamətə qədər əbədi olub, hökmlərinin qüvvədən düşməyəcəyinə dair müsəlmanların icmasına əks olduğuna görə rədd edildiyini hesab etsələr də, bu iddia və səbəb batildir. Çünki İsa (ə.s) -ın enməsindəki məqsəd onun şəriətimizi ortadan qaldırıcı bir şəriətlə və peyğəmbər olaraq enməsi deyil (yeni peyğəmbərlik gətirmək deyil). Nə bu hədislərdə, nə də başqa hədislərdə belə bir şey yoxdur. Əksinə, İsa (ə.s)-ın şəriətimizlə hökm edəcək ədalətli bir hakim və xalqın tərk etdiyi şəriətimizin hökmlərini canlandırıcı olaraq enəcəyi səhih hədislərlə sabitdir" demişdir. (Sünen-i Ibn-i Mace, 10/338)
Hz. İsa (ə.s) enəcək və hatemür-rüsul (peyğəmbərlərin sonuncusu Məhəmməd) Rəsulullah (s.ə.v)-in şəriətinə tabe olacaq. (Mektubat-i Rabbani, 2/1309)
Hz. İsa (ə.s) Axırzamanda yer üzünə endirildiyi vaxt, peyğəmbərliklə vəzifəli olaraq yeni bir şəriət gətirməyəcək. Səhih hədislərin və imam-Rəbbani həzrətlərinin izahında ifadə edildiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in şəriətini tətbiq edəcək. Qurani-Kərimin ayələrinə görə hökm verəcək.
Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
Onu gördüyünüz vaxt bu əlamətlərlə tanıyın:
1.Uzuna yaxın orta boylu
2.Rəngi qırmızı ilə ağın qarışığı (qırmızının ağa çalan rəngi)
3. Əynində herd boyası ilə boyanmış iki paltar vardır.
4. O qədər təmizdir ki, sulu olmadığı halda elə bil başından (saçlarından) su süzülür. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 499)
Əbu Hüreyrə (r.ə)-in rəvayətinə görə Peyğəmbər (s.ə.v) belə buyurdu:" Gecə icrası zamanı vaxt Musa əleyhissalama qovuşdum. (peyğəmbər onu təsvir edərək:) Bir də gördüm ki, O Sənüe qəbiləsinin kişiləri kimi qarayanız, ucaboylu, balıq ətli, düz saçlı bir şəxsdir. İsaya da qovuşdum (Peyğəmbər onu da təsvir edərək:) İsa orta quruluşlu (boylu), sanki hamamdan çıxmış kimi al çöhrəli (üzü qızarmış) idi. (Sahih-i Müslim, 2/1053)
Yenə Abdullah ibn Ömər (r.ə)-dən rəvayət olunduğuna görə, Nəbi (s.ə.v) belə demişdir:
Mən bu gecə özümü yuxumda Kəbədə gördüm. Qəflətən əsmər bir adam gördüm. Sanki o əsmər insanlardan ən gözəli, başının saçı iki çiyninin arasına sallanırdı. Sanki yeni daranmış və təmizlənmiş saçlarından su damırdı. İki əlini iki adamın iki çiyininə qoyaraq Beyti təvaf (Kəbənin ətrafına fırlanırdı) edirdi. Orada olanlara " bu kimdir?" deyə soruşdum. Onlar: "bu Məryəmin oğlu İsa Məsihdir" dedilər. (Sahih-i Buhari, 9/177)
İbn Asakir Abdullah ibn Salamdan: "Tövratda Peyğəmbərin sifəti izah edilir və orada İsa əleyhissalamın onunla birlikdə dəfn ediləcəyi yazılır.
Buxari Tarixində, İbni Asakirin Abdullah ibn Salamdan nəql etdiklərinə görə, İsa əleyhissalam Rəsulullah ilə iki səhabəsi (Əbu Bəkr və Ömər (r.ə)-nin yanında dəfn ediləcək və qəbirlərin sayı dördə çatacaq.
İbn Cevzinin, Abdullah ibn Ömər (r.ə)-dən nəql etdiyi bir rəvayətdə belə buyurulmuşdur:
"İsa əleyhissalam yer üzünə enəcək, evlənəcək uşaq sahibi olub qırx beş il yaşayacaq, sonra öləcək, mənimlə ayrı qəbirə basdırılacaq, sonra mən və İsa eyni qəbirdən Əbu Bəkr ilə Ömər (r.ə) arasından qalxacağıq!" (Kıyamet Alametleri, 246/247)
Hz. İsa yer üzündə ikən evlənəcək və bir uşağı olacaq. Öləndə müsəlmanlar onun namazını qıldıqdan sonra Ravzai-Mutahharedə (Məhəmməd s.ə.v-in mübarək qəbri) dəfn edəcəklər. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 65)
Şübhəsiz ki, Məryəm oğlu İsa yer üzünə endiyi zaman evlənəcək, uşağı olacaq, yer üzündə 45 il qalacaq. (Miskatü-l Mesabih, 3/47)
İsa (ə.s) yer üzündə endikdən və 40 il qalıb yaşadıqdan sonra vəfat edər. Müsəlmanlar onun cənazə namazını qılaraq onu torpağa tapşırarlar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 498-499)
Həzrəti İsa (ə.s) yer üzündə qırx il yaşadıqdan sonra vəfat edəcək. Müsəlmanlar onun cənazə namazını qılacaqlar və dəfn edəcəklər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 498-499)
Hz. İsa (ə.s) yer üzündə təxminən 40-45 il qaldıqdan sonra vəzifəsini tam yerinə yetirəndən sonra vəfat edəcək. Müsəlmanlar cənazə namazını qılıb, Peyğəmbərimiz (s.ə.v)-in qəbri yanında dəfn edəcəklər.
Süfyan və Mehdi haqqındakı hədislərin ifadə etdikləri məna budur ki, Axırzamandan dinsizliyin iki cərəyanı güclənəcək.
Biri: Nifaq pərdəsi altında risaləti-Əhmədiyəni (s.ə.v) (yəni Məhəmməd peyğəmbəri) inkar edəcək süfyan əhlindən böyük bir şəxs əhli-nifaqın başına keçəcək, İslam şəriətinin əleyhinə işlər görəcək. Ona qarşı ali-beyti nəbəvinin silsileyi-nuranisinə bağlanan (yəni Məhəmməd (s.ə.v)-in nəslindən), əhli-vəlayət və əhli-kamalın başına keçəcək ali-beytdən Məhəmməd Mehdi adında nurani bir zat (şəxs), o Süfyanın şəxsi-mənəviyyatı olan cərəyanı-münafiqliyi məhv edib dağıdacaq. (Mektubat, 53)
Hədisi-şəriflərdə İsa (ə.s)-dan əvvəl gələcəyi bildirilən hz. Mehdi, Süfyanın İslam aləmində etdiyi mənəvi təxribatı düzəltməyə çalışacaq, İslamiyyətin yenidən canlandırılmasına və dünya səviyyəsində yayılmasına səy göstərəcək.
Hz. Mehdi (ə.s) Allahı inkar üçün qurulmuş bütün fəlsəfə və nəzəriyyələri tamamilə susduracaq, başda Süfyandan qaynaqlanan bütün fitnə və fəsad mərkəzlərini, təşkilatlarını bağlayacaq. Mehdi xəlifə ünvanıyla İslam aləminin başına keçəcək, Qurani-Kərimi və iman əsaslarını günün şərtlərini də diqqətə alaraq, elmi bir şəkildə insanlara açıqlayacaq, möminlərin imanlarını gücləndirəcək.
İkinci cərəyan isə: Tabiyyun, maddiyyun (maddənin əzəli və əbədi olduğuna inananlar, hər şeyin təməlinin maddə olduğunu qəbul edənlər, materialistlər) fəlsəfəsindən qaynaqlanan bir nəmrudanə cərəyanı, getdikcə Axırzamanda maddə fəlsəfəsi vasitəsiylə yaymaqla özündə güc tapıb, üluhiyyəti (Allahı) inkar edəcək dərəcəyə çatar.
Necə bir padşahı tanımayan və ordudakı polisin və onun əsgərləri olduğunu qəbul etməyən vəhşi bir adam hər kəsə, hər əsgərə bir növ padşahlıq və bir günlük hakimiyyət verirsə, eləcə də: "Allahı inkar edən o cərəyan fərdləri bir kiçik Nəmrud hökmündə nəfslərində bir ağalıq verər. Onların başına keçən ən böyükləri, spirtizm və maqnetizmin hadisə növündən möhtəşəm möcüzələrə sahib olan dəccal isə daha da həddini aşıb, məcburi riyakar hökumətinə bir növ ağalıq təsəvvür edib üluhiyyətini elan edər. Bir ağcaqanada məğlub olan və bir ağcaqanadın qanadını belə icad edə bilməyən aciz bir insanın üluhiyyət iddia etməsinin nə dərəcədə axmaqlıq və məsxərəlik olduğu məlumdur.
Hz. Mehdi (ə.s)-ın öndərliyində İslam aləminin birləşib fövqəladə nəticələr almasından və yeni bir mədəniyyətin doğulmasına səbəb olan, çox təsirlənən yəhudilik, bu səbəbdən sionizm, bu səfər dünya hakimiyyəti üçün hz. Mehdi (ə.s)-a alternativ olaraq Məsih Dəccal ləqəbli, hipnoz, sehr, maqnetizm kimi, yavaş-yavaş inkişaf edən möcüzələri olan bir şəxsi çıxaracaq. Bu şəxs əvvəl peyğəmbər, sonra isə (haşa) İlah olduğunu iddia edəcək.
Məhz belə bir dövrdə, o cərəyanın çox güclü göründüyü bir vaxtda, həzrəti İsa (ə.s)-ın mənəvi şəxsindən ibarət olan həqiqi İsəvilik dini zühur edəcək, yəni, İlahiyyənin rəhmət səmasından zühur edəcək. Hal-hazırdakı xristianlıq dini o həqiqətə qarşı təmizləmə işləri aparacaq, xurafatdan və təhrifatdan (müqəddəs kitablarda dəyişdirilmiş kəlamlardan) sıyrılacaq, İslamiyyətlə birləşəcək, məna cəhətdən xristianlıq bir yeni İslamiyyətə inqilab edəcək (yəni dəyişəcək)... və Qurana iqtida edərək (tabe olaraq), o İsəvilik, şəxsi-mənəvisi tabe olacaq (İslama tabe olacaq) və İslamiyyət, mətbu (öz halında, yəni hər kəsin ona tabe olacağı halda) mövqeyində qalacaq. Haqq dini, bu iltihak (qatılmaq) nəticəsində əzmli bir güc tapacaqdır. Dinsizlik cərəyanına qarşı ayrı-ayrı ikən, məğlub olan İsəvilik, İslam birliyi nəticəsində, dinsizlik cərəyanına qələbə çalıb dağıdarkən, göylər aləmindən zühur edən İsa əleyhissalam o dini haqq cərəyanının başına keçəcəyini bir müxbiri-sadiq (doğru xəbər verən), bir Qədri-Küllü-şeyin vədinə istinad edərək xəbər vermişdir. Xəbər vermişdirsə, deməli haqdır, Qədri-Küll-şey vəd etmişsə, əlbəttə, yerinə yetirəcək. (Mektubat, 53-54)
Məsih Dəccalın çox güclü olduğu bir dövrdə xristianlıq, dinin daxilində olduğu xurafatlardan, azğınlıqlardan (Allahın üç olaraq qəbul edilməsi, xaç, donuz əti yemək və s.) təmizlənəcək, ilk endirildiyi, orijinal halına dönəcək, bir yeni İslamiyyət kimi olacaq. İlahi dinlər bir-birinin davamı olduğundan biri pozulunca digəri onu düzəltmək və yeni hökmlər qoymaq üçün göndərildiyinə görə, xristianlıq da xurafatlardan, azğın inanclardan xilas olduqdan sonra məna etibarı ilə bir yeni İslamiyyət olacaq. Xristianlar da, Qurani-Kərimə tabe olacaqlar. Müxtəlif yollara ayrılan xristianlıq İslamiyyətin birləşməsi nəticəsində güclənib, dinsizlik cərəyanını məhv edə biləcək bir gücə gəldikləri vaxtda hz. İsa (ə.s) Allah (c.c) tərəfindən cismani olaraq dünyaya göndəriləcək və bu qüvvənin başına keçəcək. Bunu Peyğəmbərimiz (s.ə.v) Allahın vədinə əsasən xəbər vermişdir. Allah (c.c), əlbəttə, vədini yerinə yetirəcək.
Səhih hədislərdə müjdələnilən xüsusiyyətlər bunlardır. Axırzamanda gəlişi gözlənilən hz. İsa (ə.s)- ı yeganə bir şəxs olaraq deyil, "şəxsi-mənəvi və ya camaat" şəklində düşünmək və ya "gəlmişdir, vəzifəsini yerinə yetirib vəfat etmişdir" iddiasında olmaq, artıq təsdiqlənmiş bu mövzunu yalana çıxarmaq, mənəvi məsuliyyət gətirə və müsəlmanlara çox böyük zərər verə bilər. Allah (c.c) bunu vəd etmişdir və vədini, əlbəttə, yerinə yetirəcək. Bədiüzzaman başqa bir əsərində də İsa (ə.s)-ın dünyaya yenidən gəlməsinin qəti olduğunu bildirir.
Bəli, hədisi-şərifin ifadəsi ilə həzrəti İsanın səmavi enişi (zühur) ilə yanaşı, mənalı işarəsiylə başqa həqiqətləri ifadə etdiyi kimi bu həqiqətə də möcüzəvi şəkildə işarə edir. (Kastamonu Lahikası, 50)
Qəti (dəqiq) və səhih rəvayətlərə əsasən: "İsa əleyhissalam böyük Dəccalı öldürəcək."
"Vəlilmü indallah" bunun da iki yolu, iki tərzi var:
Bir yolu belədir: Sehr və maqnetizm və spirtizm kimi istidracı (layiqsiz) möcüzələriylə özünü mühafizə edən və hər kəsi təsiri altına salan, zəbt edən o dəhşətli Dəccalı öldürə biləcək, peşəsini dəyişdirtdirə biləcək insan, ancaq möcüzəli və hamının qəbul etdiyi bir şəxs ola bilər. Bu şəxs də ən çox əlaqəsi olan və əksər insanların peyğəmbəri olan həzrəti İsa əleyhissalamdır.
İkinci yolu da budur ki, "hz. İsa (ə.s)-ın qılıncı və maktul olan (öldürülən) şəxsi, Dəccalın, təşkil etdiyi dəhşətli maddiyunluq (maddənin əzəli və əbədi olduğuna inananlar, hər şeyin təməlinin maddə olduğunu qəbul edənlər, materialistlər) və dinsizliyin əzəmətli heykəlini və şəxsi mənəviyyatını məhv edəcək, ancaq İsəvi ruhaniləri hansi ki, İsəvi dininin həqiqətini İslamiyyətin həqiqəti ilə mezcaderek (qarışdıraraq), bu cür qüvvə ilə onu dağıdacaq, mənəvi cəhətdən öldürəcək. Hətta "həzrəti İsa (ə.s) gələr, həzrəti Mehdiyə namazda tabe olar" deyə rəvayəti bu ittifaqa və Quranın həqiqətliyinə və hakimiyyətinə işarə edir. (Sualar, 493)
Sehr və hipnoz kimi adətdən kənar olan qüvvələrlə hər kəsə təsir edərək varlığını davam etdirən dəccal və onun fikir sistemi ancaq vəhylə hərəkət edən lazım olduğunda möcüzələrlə dəstəklənən İsa (ə.s) tərəfindən məhv ediləcək.
Hz. İsa (ə.s) təkrar dünyaya gəldiyi vaxt yeni bir din gətirməyəcək, İslam dininə tabe olacaqdır. Lakin bir peyğəmbər olduğu üçün ona vəhy gələcək və möcüzə göstərəcək.
Hz. İsa (ə.s)-ın başçılığı altında xristianlığın əsli ilə İslamiyyəti birləşdirən tələbələri, bu birləşmənin əmələ gətirdiyi güc ilə Məsihi Dəccalın dinsizlik cərəyanını, Allah (c.c)-ni inkar fikirini təsirsiz hala gətirib, məhv edəcək.
Həm insan aləmində, inkarı üluhiyyət (özün ilah etmək) niyyətiylə mədəniyyət və müqəddəsatı (bəşəriyyətin müqəddəs şeylərini) zirü-zəbər (alt-üst) edən Dəccal komitəsini, hz. İsa (ə.s)-ın dini həqiqətini İslamiyyətin həqiqətiylə birləşdirməyə çalışan xislətli və fədakar bir İsəvi camaatı adı altında və "Müsəlman İsəvilər" ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini həzrəti İsa (ə.s)-ın başçılığı altında öldürəcək və darmadağın edəcək, bəşəriyyəti inkarçı üluhiyyətdən qurtaracaq. (Mektubat 413)
Bədiüzzaman həzrətləri xristianlığı bütün azğınlıqlardan təmizlənmiş tətbiq edən müsəlman isəvilərin, (xristiyanlar) hz. İsa (ə.s)-ın əmri ilə yəhudilərin başına keçən Məsih Dəccalın fikir sistemini bir daha əmələ gələ bilməyəcək dərəcədə məhv edəcəyini və Allah (c.c) -nin dünyanı inkardan qurtaracağını bildirir. Beləliklə, dünyadakı yəhudi hakimiyyəti tamamilə sona çatacaq, gözəl əxlaq, xoş güzəran, sevgi-hörmət üzərində qurulmuş İslamiyyət dünyaya hakim olacaq.
Həzrəti İsa əleyhissalam gəldiyi vaxt, hər kəs onun həqiqi İsa olduğunu bilməyəcək. Onun yaxınlığı və gözəl keyfiyyətləri imanın nuru ilə hiss edilər, tanınar. Yoxsa bədahətən, yəni birdən-birə hər kəs onu tanımayacaq. (Mektubat, 54)
Bədiüzzaman həzrətləri, hz. İsa (ə.s)-ın dünyaya gəldiyinin ilk illərində ancaq yaxın tələbələri tərəfindən imanın nuru ilə tanınacaq, hər kəsin açıq-aşkar onu tanıya bilməyəcəyini bildirir.
Hətta həzrəti İsa (ə.s)-ın enməsi belə və onun İsa əleyhissalam olduğu, yalnız imanın nurunun diqqətiylə bilinər, daha hər kəs bilə bilməz. (Sualar, 487)
Hz. İsa (ə.s) yer üzünə ilk gəldiyi vaxt (endiyi vaxt) imtahan sirri olaraq özünü tanımayacaq, bir az sonra özünün fərqinə varacaq. Tələbələri də imanın nuru ilə onu zənni-qaliblə (böyük zənlə) sonradan tanıyacaqlar. Hər kəs açıq şəkildə onun hz.İsa (ə.s) olduğunu bilməyəcək. Kiçik bir xristian qrupunun içərisində mübarizəsinə başlayacaq.
İsa (ə.s) tamamilə zühur etdikdən sonra görə bilən hər kəs onu görəcək və həqiqi İsa (ə.s) olduğunu biləcəklər. Lakin yenə də "görəsən həqiqətən İsa budur?" deyə şübhə edənlər olacaq. Belə şübhəsi olanlar küfrlə günahlandırıla bilməz, çünki bu mövzu bir əqidə mövzusu deyil. Yalnız belə şübhədə olanlar bu mübarək şəxsin bolluğundan, bərəkətindən məhrum qala bilər.
İsa əleyhissalamı imanının nuru ilə tanıyan və ona tabe olan camaatı (ruhani mücahidlərin sayı), Dəccalın məktəb cəhətdən və əsgər cəhətdən elmi və maddi ordularına nisbətən çox az və kiçik olacağına işarə edir. (Sualar, 495)
Hz. İsa (ə.s) kiçik bir camaatın arasında vəzifəyə başlayacaq. Ən çox İsrail və İsrailə yaxın bölgələrdə fəaliyyət göstərəcək. Məktəblərdə və əsgəri vahidlərdə tələbələri olacaq, başlanğıcda özlərini gizləyəcəklər. (Allahu aləm)
Hakim ət-Tirmizi, "Nevdirül-Üsul"-da Peyğəmbərimiz (s.ə.v)-in belə buyurduğunu nəql etmişdir: Məryəm oğlu İsa ümmətim arasında həvarilərindən bir sıra xalqı tapacaq. Başqa rəvayətdə isə Peyğəmbərimiz (s.ə.v) üç dəfə:" Şübhəsiz ki, Məsih (İsa) əleyhissalam bu ümmətdən bəzi qövmlərə yetişəcək, hansı ki, onlar da sizin kimidirlər. Yaxud, sizdən daha xeyirlidirlər. "İlkində (əvvəldə) mənim, sonunda Məsihin (İsa) olduğu bir ümməti Allah əsla utandırmaz"- deyə buyurmuşdur. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametler, 501)
Rəsulullah (s.ə.v) belə buyurdu:
And içirəm ki, Məryəm oğlu İsa o gün yer üzünün ən xeyirli 800 kişi və 400 qadının yanına enəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametler, 498)
İsa (ə.s) haqqında bəzi hədislər mütəşabehdir (üstü örtülü şəkildə verilmişdir):
Bədiüzzaman Səid Nursi İsa (ə.s)-ın enməsinə və Dəccalı öldürməsinə aid hədislərin təşbehli (bənzətmələrlə izah edilən) olduğunu, mütləq şərhinin edilməsi, yəni mütəşabihatının həll edilərək açıqlanması lazım olduğunu bildirmişdir. Əks halda, saxta alimlərin bu hədislərin mütəşabihatına fikir vermədən, zahirinə baxıb şübhəyə düşdüyünü və hədisi tamamilə rədd etmək dərəcəsinə gətirib çıxardacaqlarını bildirmişdir.
Axırzamanda həzrəti İsa (ə.s) zühuruna və Dəccalı öldürməsinə aid hədisin həqiqi mənası aydın olmadığından bir qisim zahirinə fikir verən din alimləri o rəvayət və hədislərin zahirinə baxıb şübhəyə düşmüşlər və ya həqiqi mənasını inkar edib, ya xurafatvari bir məna verib sanki muhal (mümkün olmayan, batil) bir surəti gözlənilən bir tərzdə avamı-müsliminə (savadı olmayan müsəlmanlara) zərər verərlər. Mülhidlər (imansızlar) isə bu kimi zahirən ağıldan çox uzaq hədisləri şərri-rüşdə edərək (pisliyə yönəldərək) həqiqi İslamiyyətə tezyifkaranə baxıb (məsxərəyə qoyub) hücum edərlər. Risalə-i Nur belə mütəşabeh hədislərin həqiqi şərhlərini Quranın genişliyi ilə göstərmişdir. Hələlik nümunə olaraq bir misal göstəririk. Beləliklə:
Həzrəti İsa (ə.s.) Dəccal ilə mübarizəsi zamanında həzrəti İsa onu öldürəcəyi vaxtda on arşın yuxarıya qalxıb (tullanıb) sonra qılıncı onun dizinə çatdıra biləcək dərəcəsində, bədəncə Dəccalın quruluşu həzrəti İsa əleyhissalamdan on, bəlkə iyirmi dəfə hündür qamətli olması lazımdır. Bu rəvayətin zahiri ifadəsi sirri-teklifin (insanların dünyaya gəlib, Allah tərəfindən bəzi vəzifələrlə məsul tutulmasının sirri) və sirri-imtahana münafi (zid) olduğu kimi bəşərdə məqbul olan adətullaha müvafiq deyil. (Kastamonu Lahikası, 49)
Rəvayətdə göstərilir ki, İsa əleyhissalam Dəccalı öldürməsi münasibətiylə "Dəccalın fövqəladə böyük və minarədən də yüksək bir əzəmətli quruluşda və həzrəti İsa əleyhissalam ona nisbətən çox kiçik olduğunu.." göstərir.
Bunun şərhi belə olmalıdır:
İsa Əleyhissalamı imanın nuru ilə tanıyan və ona tabe olan camaatın kəmiyyəti (gücü, sayı və.s) Dəccalın tədris və hərbi cəhətdən elmi və maddi ordularına nisbətən çox az və kiçik olduğuna işarə edir. (Sualar, 495)
Bədiüzzaman həzrətləri hədisi-şərifdə İsa əleyhissalamın Dəccal ilə mübarizəsində onu öldürəcəyi vaxtda on arşın (5 metr) yuxarıya tullanaraq sonra qılıncı ancaq onun dizinə çatdıra bildiyi dərəcəsində Dəccalın İsa (ə.s)-a nisbətən boyunun on-on iki qat (18-20 m.) uzun olması lazım olduğunu bildirir. Belə bir yaradılış Allahın qüdrəti daxilində olmaqla yanaşı adətullaha ziddir.
Adətullah: Allahın kainatda qoyduğu dəyişməz qanunlar.
Belə bir tərz yalnız Dəccalın əsgər gücünə, təhsil təşkilatlarına və hər sahədə maddi cəhətdən üstün ordularıyla müqayisə edilir, İsa (ə.s) və camaatının say cəhətdən daha az olduğuna işarə etdiyi kimi açıqlansa, məsələ daha ağlabatan olar.