... Sizə ..., adı ƏHMƏD, atasının adı Abdullah olan hz. Mehdini rəis etmişdir. Ona qatılın. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 31)
... Ona qatılın, O Mehdidir. ADI DA ƏHMƏD İBN Abdullahdır... (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Yayıncılık, 8-ci nəşr, səh. 165)
Əbu Davud ilə Tirmızinin İbn Məsud (r.ə)-dən nəql etdiklərinə görə, Allahın Elçisi (s.ə.v) belə buyurmuşdur: "Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaq..." (Kıyamet Alametleri, Genişletilmiş 9-cu nəşr, səh.159-160)
... Məndən sonra ADI "ƏHMƏD" OLAN BİR ELÇİNİN də müjdəçisiyəm" demişdi. (Səff surəsi, 6)
Sizdən və ya sonra gələnlərdən biri ona yetişsə, qar üstündə sürünərək də olsa ona qatılsın. Şübhəsiz ki, ONLAR HİDAYƏT BAYRAQLARIDIR. (Ramuz El Ehadis, 1-ci cild, səh. 298, no:2)
... Bundan sonra sizə MƏNDƏN BİR HİDAYƏT GƏLDİKDƏ kim mənim hidayətimə tabe olsa, onlara qorxu yoxdur və onlar qəmgin olmazlar". (Bəqərə surəsi, 38)
Onları öz əmrimizlə HİDAYƏTƏ YÖNƏLDƏN İMAMLAR (rəhbərlər, öndərlər) ETDİK ... (Ənbiya surəsi, 73)
Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların bu hidayətinə uy... (Ənam surəsi, 90)
Dünya müsəlmanlara Əhli-Beytimdən BİR ADAM MƏLİK OLANA QƏDƏR DAĞILMAYACAQ VƏ MƏHV OLMAYACAQ. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, Ali ibn Hüsameddin el-Muttaki, səh. 10)
Sənin Rəbbin "əsas mərkəzlərə" (ən böyük şəhərlərə) onlara ayələrimizi oxuyan BİR ELÇİ GÖNDƏRMƏDİKCƏ ŞƏHƏRLƏRİ DAĞITMAZ, MƏHV ETMƏZ... (Qəsas surəsi, 59)
MEHDİNİN ZÜHURU DA QİYAMƏT ƏLAMƏTLƏRİNDƏN BİRİNCİSİDİR. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 494)
Məgər (kafirlər) o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir.... (Məhəmməd surəsi, 18)
Mehdi Allahın həqiqətən HAQQ YOLUNA APARDIĞI şəxsdir... (İbn'ül-Esir el-Cezeri, "en-Nihaye fi Garib'il-Hadisi ve'l-Eser", 4-cü cild, səh. 244)
Və onları öz əmrimizlə HİDAYƏTƏ YÖNƏLDƏN İMAMLAR (rəhbərlər, öndərlər) etdik... (Ənbiya surəsi, 73)
Allah İNSANLARIN ÜMİDSİZ OLDUĞU VƏ "HEÇ MEHDİ FİLAN YOXMUŞ" DEDİYİ bir dövrdə Mehdini göndərər... (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)
...MEHDİ Rəsulullahın bayrağı ilə insanların başlarına bəla üstündə bəla gəldiyi və ÇIXIŞINDAN ÜMİD KƏSİLDİYİ BİR DÖVRDƏ ÇIXAR... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)
... Demişsiniz ki: "Allah ondan sonra bir Elçi göndərməyəcəkdir!"... (Mömin surəsi, 34)
BİR FİTNƏ GÖRÜNƏR, BUNU DİGƏR FİTNƏLƏR İZLƏYƏR. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
Qiyamətdən əvvəl QARANLIQ GECƏLƏR KİMİ FİTNƏLƏR VARDIR. (Ramuz-El Ehadis, 121/5)
O kəslər ki, məmləkətlərdə tüğyan edir (azğınlaşıblar). Oralarda çoxlu fitnə-fəsad törədirlər. (Fəcr surəsi, 11-12)
Mehdi çıxmamışdan əvvəl... insanlar arasında FİTNƏLƏR ÇOXALACAQ...(El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 39-40)
Onların bir çoxunu günah etməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən... (Maidə surəsi, 62)
ONUN ADI İLƏ SƏMADAN NİDA OLUNACAQ və heç kim onun Mehdiliyini inkar edə bilməyəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 49)
SƏMADAN BİR SƏS ONU ADI İLƏ ÇAĞIRACAQ və şərqdə, qərbdə, hətta, yuxuda olan belə bu səsi eşidəcək və oyanacaq. (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 56)
Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə iman gətirin!" – deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik… (Ali İmran surəsi, 193)
MEHDİNİN BAYRAĞINDA "BEYƏT ALLAH ÜÇÜNDÜR" YAZILMIŞDIR. (Ali bin Hüsamettin el Muttaki, Celalettin Suyuti'nin Tasnifinden Hadisler- Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 65)
Şübhəsiz, SƏNƏ BEYƏT EDƏNLƏR, ancaq ALLAHA BEYƏT ETMİŞLƏR... (Fəth surəsi, 10)
Sizdən ona kim yetişsə, QAR ÜSTÜNDƏ SÜRÜNƏRƏK DƏ OLSA ONA QOŞULSUN. Çünki o, Mehdidir. (İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, VII cild, səh. 527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14)
Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik ... (Nisa surəsi, 64)
İnsanlar bal arılarının böyük arının ətrafında toplanması kimi HZ. MEHDİNİN ƏTRAFINDA YIĞIŞARLAR... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)
... HƏR HARADA OLSANIZ, ALLAH SİZLƏRİ BİR YERƏ YIĞACAQDIR... (Bəqərə surəsi, 148)
Dünyadan ancaq bir gün qalsa belə, o gündə, mənim ailəmdən bir şəxsin Deyləm dağına (yaxud əyalətinə) və KONSTANTİNOPOL ŞƏHƏRİNƏ sahib olması üçün Allah (c.c.), şübhəsiz, o günü uzadacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 74), (Ölüm-Kıyamet -Ahiret ve Ahirzaman Alametler, səh. 440)
(Ya Rəsulum!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir elçi göndərməmiş məmləkətləri məhv etməz ...(Qəsas surəsi, 59)
Mehdi kərkəs quşunun qanadı ilə TİTRƏMƏSİ KİMİ ALLAHDAN TİTRƏYƏRƏK ÇOX QORXAN bir kəsdir. (Nuaym ibn Hammad, vr 91a)
... Ondan İÇLƏRİ TİTRƏYƏRƏK QORXANLAR və Allahdan başqa heç kimdən qorxmayanlardır. Allah özü haqq-hesab çəkməyə kifayət edər. (Əhzab surəsi, 39)
Mehdi ALLAHA QARŞI OLDUQCA İTAƏTKARDIR. Əxlaqi cəhətdən də peyğəmbərə oxşayar. (Kıyamet Alametleri, səh. 163)
… Tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. (Loğman surəsi, 15)
... Eynilə, qartal cinsindən nəşir quşunun qanadlarıyla TİTRƏMƏSİ KİMİ ALLAHDAN QORXACAQ. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 51)
…Və onlar Onun böyüklüyündən İÇLƏRİ TİTRƏMƏKDƏ OLANLARDIR. (Ənbiya surəsi, 28)
Ey Əhli-Beyt! Mehdi bizdəndir. Əziz və cəlil olan ALLAH ONU BİR GECƏDƏ İSLAH VƏ İRŞAD EDƏCƏK (doğru yolu göstərəcək). (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 437)
...Əlbəttə, artıq O, DOĞRU YOLA YÖNƏLDİLMİŞDİR. (Ali İmran surəsi, 101)
Allah KİMİN KÖKSÜNÜ İSLAMA AÇMIŞDIRSA, artıq O, RƏBBİNDƏN BİR NUR ÜZƏRİNDƏDİR, (elə) deyilmi?... (Zumər surəsi, 22)
Mehdinin fəziləti və üstünlüyü bütün kədərlərə və şiddətli fitnələrə GÖSTƏRDİYİ MAKSİMUM SƏBRİNİN olmasıdır... (Tılsımlar Mecmuası, s. 212. İs'afür Rağıbin'den naklen. Mehdi ve Deccal, Şaban Döğen, səh. 154)
Onlar Rəblərinin rizasını istəyərək SƏBİR EDƏRLƏR... (Rad Surəsi, 22)
...Onlara köməyimiz gələnə qədər yalanlandıqları və əziyyətə uğradıldıqları şeyə SƏBİR ETDİLƏR. .... (Ənam surəsi, 34)
Hz. Mehdi O QƏDƏR MƏRHƏMƏTLİ OLACAQ Kİ, dövründə heç kimin burnu belə qanamayacaq. (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, sƏH. 42)
... Yoxsullara qarşı ÇOX MƏRHƏMƏTLİ OLMASI Mehdinin əlamətlərindəndir. (Mer'iy İbn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")
... Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, öz aralarında isə MƏRHƏMƏTLİDİRLƏR... (Fəth surəsi, 29)
MEHDİ İŞİ MÖHKƏM TUTACAQ (düzgün iş görəcək). (Kıyamet Alametleri, Berzenci, səh. 175)
Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk. (Zuxruf surəsi, 79)
Mehdi şərq tərəfdən çıxacaq. QARŞISINA DAĞLAR BELƏ ÇIXSA, onları əzib keçəcək, o dağlarda özünə yol tapacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 39)
DÜZƏNLƏRİ DAĞLARI YERLƏRİNDƏN TƏRPƏDƏCƏK OLSA BELƏ, Allah qatında onlar üçün hazırlanmış nizam (pis qarşılıq) vardır. (İbrahim surəsi, 46)
İNSANLAR HAQQA DÖNƏNƏ QƏDƏR (fikri) MÜBARİZƏSİNƏ DAVAM EDƏCƏK. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)
Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun!.. (Bəqərə surəsi, 193)
Mehdi HESABINI ÇOX ARDICIL BİR ŞƏKİLDƏ APARACAQ VƏ VƏDİNDƏN DÖNMƏYƏCƏK. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 24)
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: "Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür". (Saffat surəsi, 171-173)
Bilin ki, Allahın yer üzündəki dostları MEHDİYƏ TABE OLANLARDIR. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 52)
... Kim ALLAHI, RƏSULUNU VƏ İMAN EDƏNLƏRİ DOST (VƏLİ) ETSƏ... (Maidə surəsi, 55-56)
... Buludların səmada toplandığı kimi ALLAH ONUN ƏTRAFINA BİR QÖVM TOPLAYAR. ONLARIN ÜRƏKLƏRİNİ BİRLƏŞDİRƏR.... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 57)
... O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz... (Ali İmran surəsi, 103)
SAYLARI Bədr səhabələri (313) QƏDƏRDİR... Onların sayları TALUT ilə çayı keçənlər qədərdir. (Kitab-ul Burhan Fi Alamet-i Mehdiyy-il Ahir Zaman, səh. 57)
Biz orada müsəlmanlardan olan bir evdən başqasını tapmadıq. (Zariyat surəsi, 35)
Aralarında qadınların da olduğu 314 ŞƏXSDƏN İBARƏT BİR QRUP yaradarlar... (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 57-68)
... O dedi: "Bunlar kiçik bir dəstədir. (Şuəra surəsi, 54)
Hz. Mehdiyə aralarında qadınlardan da olan 314 ADAM beyət edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 25)
... Lakin onunla birlikdə az adam iman gətirmişdi. (Hud surəsi, 40)
Xatırlayın ki, SİZ AZ İDİNİZ... (Ənfal surəsi, 26)
... Bu 313 ADAM gecə abid (çox ibadət edən kimsələr) gündüz qəhrəman olarlar. (Kıyamet Alametleri, səh. 169)
... "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir"... (Bəqərə surəsi, 249)
ONUN KOMANDİRLƏRİ İNSANLARIN ƏN XEYİRLİLƏRİDİR. . (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 47)
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər YARADILMIŞLARIN ƏN XEYİRLİLƏRİDİR. (Bəyyinə surəsi, 7)
... O (Mehdi), GÜNDÜZLƏRİ ASLAN, gecələri abid OLAN (çox ibadət edən) BİR qövmlə gələcək. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 40)
Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!" – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır!" – dedilər. (Ali İmran surəsi, 173)
Nəhayət, Allah yolunda heç bir QINAYANIN QINAMASINDAN QORXMAYAN seçmə müsəlmanlar onlarla mübarizə aparacaqlar… (Sünen-i İbn-i Mace, 10/359)
… Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər… (Maidə surəsi, 54)
Xüsusilə, BU VƏZİRLƏR HƏR MÖVZUDA HƏQİQİ MƏNADA ARİF (elm sahibi) İNSANLAR OLACAQLAR. (M. Arabi) (Hayrettin Gümüşel, Beklenen Mehdi, səh. 37, Köprü Yayınları)
Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır... (Nisa surəsi, 162)
... ELM VERİLƏNLƏR... (Nəhl surəsi, 27)
MƏMLƏKƏT İŞLƏRİNİN AĞIRLIQLARINI ONUNLA PAYLAŞACAQLAR. (Kıyamet Alametleri, səh. 187)
And olsun işləri paylaşdıranlara! (yəni İŞLƏRİ ARALARINDA BÖLƏNLƏRƏ) (Zariyat surəsi, 4)
... ONLAR gündüz aslan, GECƏ DƏ ABİDDİRLƏR*(ibadət edərlər)... (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 57-68)
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. (Zariyat surəsi, 17-18)
Allah onu 3 MİN MƏLƏKLƏ DƏSTƏKLƏYƏCƏK. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 41)
"Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması sizə bəs etmirmi?". (Ali İmran surəsi, 124)
... ONLARIN ÜZƏRİNƏ MƏLƏKLƏR ENƏR... (Fussilət surəsi, 30)
... ÖNLƏRİNDƏ CƏBRAYIL, ARXALARINDA MİKAYIL OLACAQ... (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
... Allah Cəbrayıl və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır. (Təhrim surəsi, 4)
O zaman Rəbbin mələklərə: "Mən sizinləyəm! İman gətirənləri gücləndirin... (Ənfal surəsi, 12)
... Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər... (Əhzab surəsi, 43)
O MƏLƏKLƏR hz. Mehdiyə müxalif çıxanın ÜZÜNƏ VƏ ARXASINA VURACAQ. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 41)
Elə isə MƏLƏKLƏR, ÜZLƏRİNƏ VƏ ARXALARINA VURA VURA canlarını aldıqları zaman halları necə olacaq? (Məhəmməd surəsi, 27)
Axırzamanda ÜMMƏTİMİN BAŞINA sultanlarından ŞİDDƏTLİ BƏLALAR GƏLƏR, belə ki, yerləri müsəlmanlara dar gələr. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 12)
... Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali İmran surəsi, 146)
Məndən sonra Əhli-Beytim BƏLA VƏ MÖHNƏTLƏRLƏ (ÇƏTİNLİKLƏRLƏ) QARŞILAŞACAQLAR və QOVULMAĞA MƏRUZ QALACAQLAR . (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14)
… Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək ... (Ali İmran surəsi, 195)
Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq elçilərə aid bəzi xəbərlər sənə gəlib çatdı. (Ənam surəsi, 34)
Ey insanlar! Məhəmməd Ümməti və xüsusilə onun Əhli-Beyti çox bəlalar gördü və BİZLƏR ZORAKILIĞA VƏ HAQSIZLIĞA məruz qaldıq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)
... Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki,.. (Bəqərə surəsi, 214)
Müxalifləri ÖZLƏRİNƏ HEÇ BİR ZƏRƏR VERƏ BİLMƏYƏCƏK. Bu (hal qiyamətə qədər belə davam edəcək.) (Kıyamet Alametleri, səh. 286)
... Siz doğru yola çatsanız, azğınlar SİZƏ ZƏRƏR VERƏ BİLMƏZ... (Maidə surəsi, 105)
PİSLƏR HƏLAK OLACAQ, Peyğəmbərimiz (s.ə.v)-ə düşmənçilik edən qalmayacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
…Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır... (Ənam surəsi, 70)
ALLAH ONU DİGƏR İNSANLARIN ÜZƏRİNƏ SEÇMİŞDİR. (Kıyamet Alametleri, səh. 189)
Rəbbin istədiyini yaradır və seçər, seçim onlara aid deyildir... (Qəsas surəsi, 68)
İNSANLARI ALLAH VƏ RƏSULUNA İTAƏT ETMƏYƏ DƏVƏT EDƏCƏK.(El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 50)
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl sizdən əhd almışdı. Əgər möminsinizsə, inanın və verdiyiniz sözü yerinə yetirin. (Hədid surəsi, 8)
...Beyətdən əvvəl insanlar dəstə-dəstə onun yanına axışacaqlar və oraya gedən HƏR KƏS ONDAN BƏRƏKƏT QAZANACAQ.(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 25)
…ALLAHIN RƏHMƏTİ VƏ BƏRƏKƏTLƏRİ SİZİN ÜZƏRİNİZDƏDİR... (Hud Surəsi- 73)
Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə sağlam yaşatmışdırsa, MEHDİ də ən sonunda eyni şəkildə İSLAMI sağlamlaşdıracaq. (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)
... O DİNİ (İSLAMI) BÜTÜN DİNLƏRƏ ÜSTÜN ETMƏK ÜÇÜN elçisini hidayətlə və haqq dinlə göndərən Odur. (Tövbə surəsi, 33)
Mehdi DİNİ PEYĞƏMBƏRİN (S.Ə.V) DÖVRÜNDƏ OLDUĞU KİMİ EYNİLƏ TƏTBİQ EDƏCƏK. Yer üzündən məzhəbləri qaldıracaq. Xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq...(Kıyamet Alametleri, 186-187)
Din birliyi də olacaq, artıq ALLAHDAN BAŞQASINA TAPINILMAYACAQ. (Sünen-i İbni Mace, 10-cu cild, Haydar Hatipoğlu, Bab 33, səh. 331-335)
SİZİ sünnəmə sıx sarılmağa, rəşid və MEHDİ XƏLİFƏLƏRİMİN YOLU İLƏ GETMƏYƏ TƏŞVİQ EDİRƏM.(İbni Mace, Mukaddime 6, Ebu Davud, Sünnet. 5. Mehdi ve Deccal, Şaban Döğen, səh. 139)
Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin...(Ənam surəsi, 153)
Ya Abbas, bu işi Allah mənimlə başlatdı. Sənin sülaləndən biri ilə (Mehdi) də bitirəcək. O cavan dünyanı əvvəlcə zülmlə dolduğu kimi, yenidən ədalətlə dolduracaq və İSA (ə.s) İLƏ NAMAZ QILACAQ. (Hz. Amr Ibni Yaser r.a. / Ramuz El-Ehadis, 2-ci cild, səh. 498, No. 1)
Bu da bir həqiqətdir ki, İSA Mehdidən hakimiyyəti almayacaq, çünki liderlər Qureyşdəndir. Əgər insanlar arasında bu ikisi mövcud olacaqsa, deməli, İsa (ə.s) onun əmri altında deyil, vəziri olacaq. Buna görə də MEHDİNİN ARXASINDA NAMAZ QILACAQ VƏ ONA TABE OLACAQ. (Kıyamet Alametleri, səh. 185)
(İSA) DEDİ: "Şübhəsiz mən Allahın quluyam. (Allah) Mənə Kitabı verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni müqəddəs etdi və YAŞADIĞIM MÜDDƏT ƏRZİNDƏ MƏNƏ NAMAZI və zəkatı VƏSİYYƏT (ƏMR) ETDİ." (Məryəm Surəsi - 30,31)
... Beyətdən əvvəl insanlar DƏSTƏ-DƏSTƏ onun yanına axışacaqlar …
…İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman… (Nəsr surəsi, 2)
Allah bizimlə insanları necə şirk ədavətindən (düşmənlikdən) qurtararaq, onların ürəklərinə ülfət və məhəbbət yerləşdirmiş və din qardaşı etmişsə, MEHDİ İLƏ də fitnə ədavətindən qurtaracaq və QARDAŞ EDƏCƏK. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, Ali ibn Hüsameddin el-Muttaki, səh. 20)
O SİZİN QƏLBLƏRİNİZİ BİRLƏŞDİRDİ... (Ali İmran surəsi, 103)
ƏCƏM (ƏRƏB OLMAYAN) VƏ ƏRƏB MİLLƏTLƏRİ ARASINDA ÜLFƏT VƏ MƏHƏBBƏT OLAR. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 66)
... Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq... (Hucurat surəsi, 13)
Bütünlüklə yer üzünün dörd məliyi (başçısı) olmuşdur. Onların ikisi: Zülqərneyn və Süleyman möminlərdən, digər ikisi isə Nəmrud və Buhtunnasır kafirlərdəndir. YERƏ beşinci olaraq ƏHLİ-BEYTİMDƏN BİRİ SAHİB OLACAQ. YƏNİ MEHDİ. (Mektubat-ı Rabbani, 2/1163)
... "Şübhəsiz, YER ÜZÜNƏ SALEH QULLARIM VARİS OLACAQDIR" deyə yazdıq. (Ənbiya surəsi, 105)
Və onlardan sonra sizi o yerdə sakin edəcəyik... (İbrahim surəsi, 14)
MEHDİ eyniylə Zülqərneyn və Süleyman kimi DÜNYAYA HÖKM EDƏCƏK.(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)
Ümmü Sələmənin rəvayətlərinə görə, HZ. MEHDİ İSLAMI YER ÜZÜNÜN MÜXTƏLİF BÖLGƏLƏRİNDƏ HAKİM EDƏCƏK. (İmam-ı Rabbani, Mektubat, I: 565)
... Özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək... (Nur surəsi, 55)
Abdullah ibn Məsuddan belə rəvayət edilmişdir: "MEHDİ DÜNYAYA SAHİB OLAR". (Ramuz El-Ehadis, 1/135)
...Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz... (Ənam surəsi, 135)
Mehdi ŞƏRQ İLƏ QƏRB ARASINDAKI HƏR YERİ fəth edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 57)
...Bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik. (Əraf surəsi, 137)
Mehdi İSLAMI YER ÜZÜNÜN MÜXTƏLİF BÖLGƏLƏRİNDƏ HAKİM EDƏCƏK. (İmam-ı Rabbani, Mektubat, 1/565)
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər... (Həcc surəsi, 41)
Allah ona (Mehdiyə) O QƏDƏR GÜC VERƏCƏK Kİ, bir gecə içində zülmü və əhlini ortadan qaldıracaq. (Muhyiddin Arabi el-Endülüsu, Futuhat-ül Mekkiye, Bab 66, Kıyamet Alametleri, səh. 186)
... Dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz (Qəsas surəsi, 35)
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi DÜNYAYA HÖKM EDƏCƏK. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)
O SİZİ YER ÜZÜNÜN XƏLİFƏLƏRİ ETDİ... (Ənam Surəsi, 165)
Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək, (Qəsas surəsi, 5)
Hz. Mehdi gələndə insanlar ONU EŞQ VƏ MƏHƏBBƏTLƏ QUCAQLAYACAQLAR. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 37)
İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
Zülm və ədalətsizliklə dolu olan DÜNYA o (hz. Mehdi) gələndən sonra ƏDALƏTLƏ DOLUB DAŞACAQ. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
... Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunis surəsi / 47)
Daha əvvəl zülmlə dolu olan DÜNYANI ƏDALƏTLƏ DOLDURAR. Ədaləti o dərəcədə olar ki, yuxuda olan bir kəs belə oyandırılmaz və bir damla qan belə axıdılmaz. Dünya, sanki, Əsri-Səadət dövrünə geri dönər. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)
Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər. (Əraf surəsi, 181)
DÜŞMƏNLİK VƏ KİNİ DƏ ORTADAN QALDIRACAQ... Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ... Döyüş də öz ağırlıqlarını buraxacaq. (Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, 10-cu cild, Mütercim: Haydar Hatipoğlu, Bab 33, səh. 331-335)
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin ...(Bəqərə surəsi, 208)
... Heç bir kəs arasında DÜŞMƏNÇİLİK QALMAYACAQ… (Sahih-i Müslim, 1/136)
Bütün DÜŞMƏNÇİLİKLƏR, boğuşmalar, həsədləşmələr, şübhəsiz, İTİB GEDƏCƏK. (Sahih-i Müslim, 1/136)
... O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
(Mehdi) zamanında NƏ BİR KƏS YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KƏSİN BURNU QANAYACAQ. (Qiyamət Əlamətləri, səh. 163)
.... Əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. (Ənam surəsi, 82)
Düşmənçilik və KİNİ DƏ ORTADAN QALDIRACAQ. (Sünen-i İbni Mace, Kitabü-l Fiten Tercemesi ve Şerhi, cilt 10, Haydar Hatipoğlu, Bab 33, s. 331-335)
Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq... (Əraf surəsi, 43)
... və ƏMANƏT İTMƏYƏCƏK... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. (Muminun surəsi, 8)
... ƏŞYANI, MALI PAYLAYACAQ, lakin bolluğa görə qəbul edən olmayacaq... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh.31)
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. (İsra surəsi, 6)
Şübhəsiz, o DÖVRDƏ MAL ÇOXALIB SU KİMİ AXACAĞINA GÖRƏ onu heç kim (tənəzzül edib) qəbul etməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)
... Allah istədiyi kəsin mükafatını artırar...(Bəqərə surəsi, 261-262)
O dövrdə ÜMMƏTİM NEMƏTLƏNƏCƏK... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
...Allah öz lütfü ilə onları varlı edər... (Nur surəsi, 32)
... Onun dövründə axan çaylar belə suyunu ÇOXALDACAQ. Mehdi xəzinələri çıxaracaq... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 36)
... Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü?... (Loğman surəsi, 20)
Onun dövründə ümmətin istər yaxşıları, istərsə də pisləri misli görünməmiş şəkildə, BİR ÇOX NEMƏTLƏRƏ SAHİB OLACAQ.
...Bunlar dünya həyatında iman edənlər üçün, Qiyamət günü isə yalnız ONLARINDIR... (Əraf surəsi, 32)
... və ƏRZİN (YERİN, TORPAĞIN) NƏBATATI (BİTKİSİ) ÇOX BOL OLACAQ... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
... Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir... (Ənam surəsi, 99)
... İnsan BİR OVUC TOXUM ATACAQ, 700 OVUC MƏHSUL GÖTÜRƏCƏK... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
İnfaq edənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır...(Bəqərə surəsi, 261)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)