Əlavə 1. Hissə
Hz. Mehdinin Çixişindan Əvvəl Meydana Gələcək Əlamətlər (Axirzaman Əlamətləri)

Bir fitnə görünər, BUNU DİGƏR FİTNƏLƏR İZLƏYƏR. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən... (Maidə surəsi, 62)

Məğribdə (Qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq... FİTNƏLƏR ÇOXALACAQ. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)
O kəslər ki, məmləkətlərdə tüğyan edir, oralarda çoxlu fitnə-fəsad törədirlər. (Fəcr surəsi - 11, 12)

HEÇ BİR TƏRƏFİN ONDAN MƏHFUZ QALMAYACAĞI BİR FİTNƏ (gizli qalmayacağı bir fitnə) zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 21-22)
Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin nəticəsində hamının başına gələcək) bəladan qorxun... (Ənfal surəsi, 25)

... Bu FİTNƏ QALDIĞI YERDƏN DƏRHAL BAŞQA BİR TƏRƏFƏ YAYILACAQ. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 21-22)
Oralarda çoxlu fitnə-fəsad törədirlər. (Fəcr surəsi, 12)

Qiyamətdən öncə, QARANLIQ GECƏLƏR KİMİ FİTNƏLƏR VARDIR. (Ramuz-El Ehadis, 121/5)
Ya da (inkar edənlərin əməlləri) böyük bir dənizdəki QARANLIQLARA BƏNZƏYƏR... (Nur surəsi, 40)
... Onları nurdan QARANLIQLARA SALARLAR. ... (Bəqərə surəsi, 257)

Millətlər arasında ticarət və YOLLAR KƏSİLƏCƏK... (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 39-40)
... HƏR YOLU (BAŞINI) kəsib-oturmayın... (Əraf surəsi - 86)

Bir insan QARDAŞINI ÖLDÜRMƏDİKCƏ qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 141)
Nəfsi onu qardaşını öldürməyə sövq etdi, beləliklə onu öldürdü, ... (Maidə surəsi, 30)

... və qırğınlara yerdə və göydəkilər artıq DÖZMƏYƏCƏK BİR HALA GƏLƏNDƏ zühur edəcək... (El-Kavlu-l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)
... Onlara elə bir yoxsulluq, elə DÖZÜLMƏZ BİR ÇƏTİNLİK ÇATDI və elə sarsıldılar ki...(Bəqərə surəsi, 214)

CİNAYƏTLƏR ARTMADIQCA… qiyamət qopmaz. (Ölüm Kıyamet ve Diriliş, səh. 468)
Sonra (yenə) siz, BİR-BİRİNİZİ ÖLDÜRÜR, …(Bəqərə surəsi - 85)

Qiyamətə lap yaxın ANARXİYA VƏ QARIŞIQLIQ GÜNLƏRİ VARDIR. (Suyuti, Cami'üs Sagir, 3/211; Ahmed bin Hanbel, Müsned, 2/492)
"O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!" (Şuəra surəsi, 152)

HARAM OLAN ŞEYLƏRİN HALAL SAYILMASI… qiyamət əlamətlərindəndir.(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 454)
Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən ... (Maidə surəsi, 62)

Mehdi bütün HARAMLARIN HALAL SAYILDIĞI böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
…Beləliklə, Allahın HARAM ETDİYİNİ HALAL ETMİŞ olurlar. (Tövbə surəsi, 37)

FAİZİN AÇIQ-AŞKAR OLMASI qiyamət əlamətlərindəndir. (Ramuz-El Ehadis, 448/8)
İnsanlar üzərinə elə bir dövr gələr ki, (elə bir dövrdə yaşayarlar ki), FAİZ YEMƏYƏN ADAM QALMAZ. Onu yeməsə belə, ona tozu isabət edər (dəyər).(Ramuz-El Ehadis, 360/8, 503/7)
... Bunların belə olmaları: "Alış-veriş də faiz kimi bir şeydir" - dediklərinə görədir... (Bəqərə surəsi, 275)

Böyük ŞƏHƏRLƏR DÜNƏN ELƏ BİL YOXMUŞ KİMİ HƏLAK (MƏHV) OLAR. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)
... ŞƏHƏRLƏRDƏN (BİR ÇOXUNU) MƏHV ETDİK ... (Əhqaf surəsi, 27)

ALİMLƏR ELMİ SIRF PUL QAZANMAQ ÜÇÜN ÖYRƏNƏNDƏ… DİNİ DÜNYALIQ QARŞILIĞINDA SATANDA… HÖKMÜ SATANDA… qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!" - deyirlər... (Bəqərə surəsi, 79)
DİLLƏRİ ŞƏKƏRDƏN ŞİRİN... (Tirmizi, Zühd, 60)

... DANIŞDIĞI ZAMAN DA ONLARA QULAQ ASIRSAN. Halbuki, onlar (sütun kimi) söykənilmiş taxta-kötük kimidirlər... (Munafiqun surəsi, 4)
... SÖZLƏRİ SƏNİN XOŞUNA GƏLƏR... (Bəqərə surəsi, 204)

... Lakin ÜRƏKLƏRİ QURD ÜRƏYİ KİMİ BƏRK olacaq. (Tirmizi, Zühd, 60)
Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu... (Bəqərə surəsi, 74)

Qiyamətdən əvvəl iki böyük hadisə vardır… və sonra da ZƏLZƏLƏLİ İLLƏR. (Ramuz-El Ehadis, 187/2)
Yer titrəyib lərzəyə gələcəyi zaman. Yer öz yükünü bayıra atacağı və insan: "Ona nə olub?"– deyəcəyi zaman – (Zəlzələ surəsi, 1-3)

ACLIQ VƏ BÖHRAN (dolanışıq çətinliyi) olduqca yayılacaq.(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)
... onları DÖZÜLMƏZ BİR MÜSİBƏTƏ (YOXSULLUQ) və çətinliyə salmışıq... (Əraf surəsi, 94)
İŞLƏRİN KASAD GETMƏSİ (durğun olması). Hər kəs "sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!" deyə şikayətlənəcək. (Kıyamet Alametleri, səh. 152)

Bazarın durğun olması, QAZANCLARIN AZALMASI... (Kıyamet Alametleri, səh. 148)
... onları DÖZÜLMƏZ ÇƏTİNLİYƏ (YOXSULLUĞA) və sıxıntıya düçar etdik... (Ənam surəsi, 42)
... Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki... (Bəqərə surəsi, 214)

KASIBLAR ÇOXALACAQ. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 455)
... Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. (Nəhl surəsi, 112)

İnsanlar 95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu illərdə MÜLKLƏRİ ZAİL OLACAQ (əllərindən çıxacaq, yox olacaq)... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 54)
... (İllərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar! (Əraf surəsi, 130)

Adam MÖMİN OLARAQ SƏHƏRLƏYİB, KAFİR OLARAQ GECƏLƏYƏCƏK, mömin olaraq gecələyib, kafir olaraq səhərləyəcək. (Kur'an ve Sünnette Kıyamet ve Ahiret, səh.155)
... Onlar inkar sözünü söyləmişlər və İSLAMI QƏBUL ETDİKDƏN SONRA İNKARA DÜŞMÜŞLƏR (kafir olmuşlar)... (Tövbə surəsi, 74)
... Siz iman gətirdikdən sonra kafir oldunuz... (Tövbə surəsi, 66)

Yaxşılığı tərk edilməsi əmr edilmədikcə, PİS İŞLƏR GÖRÜLÜB yerdə qalınca… (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər)... (Maidə surəsi, 79)

İnsanlara elə bir dövr gələr ki, məscidlərdə toplaşıb NAMAZ QILARLAR, LAKİN ARALARINDA MÖMİN TAPILMAZ. (Son Zamanlarla İlgili Hadisler, səh. 17)
Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar (namazlarını) göstəriş üçün edərlər. (Maun surəsi, 4-6)

Məscidlər NAMAZ QILINMAYIB gəlib keçilən bir yol halına gəldiyi… bir dövr gəlmədikcə qiyamət qopmaz. (Son Zamanlarla İlgili Hadisler, səh. 87)
Onlardan sonra elə nəsillər gəldi ki, NAMAZ (QILMA İSTƏYİNİ) İTİRDİLƏR... (Məryəm surəsi, 59)

Qiyamət yaxınlaşanda… ÖLÇÜ VƏ TƏRƏZİLƏRDƏ HİYLƏYƏ ƏL ATILAR. (Ramuz-El Ehadis, 33/7)
Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, Onlar üçün ölçdükdə və ya çəkdikdə isə, (onu) əskildərlər. (Mutəffifin surəsi, 1-3)

QƏNİMƏT MÜƏYYƏN KƏSLƏRİN İXTİYARINDA OLDUĞU, əmanət qənimət sayıldığı, zəkat ağır bir yük qəbul edildiyi zaman... (Kıyamet Alametleri, səh. 114)
…Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın)... (Həşr surəsi, 7)

ƏMANƏTİN QƏNİMƏT, zəkatın da (altından çətin qalxılacaq) bir borc OLARAQ İTTİHAZ EDİLMƏSİ (qəbul edilməsi)... (Kıyamet Alametleri, səh. 139)
... Onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar... (Ali imran surəsi, 75)

KÜFR HƏR YERİ ZƏBT EDİB HÖKMÜ CƏMİYYƏT İÇİNDƏ AŞKARDA İŞLƏNMƏDİKCƏ (açıq-aşkar işlənmədikcə) Mehdi zühur etməz... (Mektubat-ı Rabbani, 2-259)
.... Halbuki, ONLAR AÇIQ-AŞKAR BİR AZĞINLIQ İÇİNDƏ İDİLƏR. (Cümə surəsi, 2)

PİSLƏRİN GETDİKCƏ (ÇOXALDIQCA) ÇOXALMASI …
Onların ardınca yerlərinə kitaba varis olan bir sıra PİS İNSANLAR KEÇDİ... (Əraf surəsi, 169)

... DOĞRULARIN YALANÇI HESAB OLUNMASI… (Son Zamanlarla İlgili Hadisler, səh. 92)
"... və həqiqətən də, biz SƏNİ YALANÇıLARDAN HESAB EDİRİK!". (Əraf surəsi, 66)

İŞ ƏHİL (layiqli, təcrübəli, gənc olmayan) OLMAYANA VERİLƏNDƏ ARTIQ QİYAMƏTİ GÖZLƏ! (Zebidi, Tecridi Sarih, 12/201)
O, ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (İslam cəmiyyətini) məhv etməyə çalışar... (Bəqərə surəsi, 205)

QOHUMLARLA ƏLAQƏLƏR KƏSİLƏR. (Ramuz-El Ehadis, 448/7)
... QOHUMLUQ BAĞLARINIZI QOPARIB PARÇALAYACAQSINIZMI? (Məhəmməd surəsi, 22)
Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır.. ... (Tövbə surəsi, 10)

İnsanlarda XƏSİSLİK VƏ EHTİRAS ARTACAQ. (Müslim, İmarə, 176; İbni Macə, Fiten, 24)
O kəslər ki, özləri xəsislik etməklə yanaşı, başqalarını da xəsisliyə yönəldir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər... (Nisa surəsi, 37)
Mal-dövləti isə lap çox sevirsiniz. (Fəcr Surəsi, 20)

QİYAMƏT YAXINLAŞDI. Halbuki insanlar dünyaya qarşı ancaq ehtiraslarını artırırlar, Allahdan da uzaqlaşırlar. (Suyuti, Camiü's-Sagir, 2/57)
İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər... (Ənbiya surəsi, 1)

Qiyamət yaxınlaşar, XEYİRLİ İŞLƏR AZALAR. (Qiyamət Əlamətləri, səh. 264)
Xeyirə mane olana, (zülm etməklə) həddi aşana, günaha batana. (Qələm surəsi, 12)

İnsanlara elə bir dövr gələr ki, QURANİ-KƏRİM BİR YERDƏ (yəni bir şey buyurar), İNSANLAR İSƏ BAŞQA BİR YERDƏ OLARLAR (insanlar isə başqa şey buyurlarlar, Qurandakına əməl etməzlər). (Son Zamanlarla İlgili Hadisler, səh. 23)
... ALLAHIN KİTABINA ARXA ÇEVİRDİLƏR. (Bəqərə surəsi, 101)

QURANİ-KƏRİMİN TƏK RƏSMİ, İSLAMIN TƏK ADI QALACAQ... (Son Zamanlarla İlgili Hadisler, səh. 24)
... Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!". (Furqan surəsi, 30)

Quran oxuyan, lakin OXUDUQLARI DİLLƏRİNDƏ QALAN, ÜRƏKLƏRİNƏ ENMƏYƏN İNSANLARIN TÖRƏYƏCƏYİ bir dövr gələcəkdir. (Son Zamanlarla İlgili Hadisler, səh. 61)
...Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar...(Tövbə surəsi, 8)
... Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər... (Fəth surəsi, 11)
Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: "Bu, hansınızın imanını artırdı?" – deyənlər də var... (Tövbə surəsi,124)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Qurani-Kərim və Hədislərdə Axirzaman
  • Mehdinin Çixiş Əlamətləri
  • Mehdinin Müxtəlif Xüsusiyyətləri
  • Mehdinin Fiziki Görünüşü (Xüsusiyyətləri)
  • Mehdinin Çixiş Zamani
  • Mehdinin Çixiş Yeri
  • Mehdi Dövründəki Həyat: Qizil Dövr
  • Şairlərin Şeirlərində Mehdi
  • Axirzamanla Əlaqədar Müxtəlif Mövzular
  • Mehdi Haqqinda Müxtəlif Mövzular
  • Qurandaki Hekayələr və Mehdiyyət
  • Risalə-i Nur Külliyyatinda Mehdi
  • Hz. İsa Əleyhissalam və Mehdi
  • Qurandan Mehdi və Axirzamana Aid İşarələr
  • Müxtəlif Qaynaqlarda Mehdi İlə Əlaqədar Rəvayətlər
  • Əlavə 1. Hissə - Hz. Mehdinin Çixişindan Əvvəl Meydana Gələcək Əlamətlər (Axirzaman Əlamətləri)
  • Əlavə 2. Hissə - Axirzamanin Hidayət Öndəri: Hz. Mehdi