Qurani-Kərim hökmü qiyamətə qədər davam edən, hər şeyin bəzən çox açıq, bəzən gizli, bəzən təşbehli (yəni məcazi, üstüörtülü mənada yazılan və ya bir-birinə bənzəyən, açıq mənada verilməyən), lakin qüsursuz şəkildə verilən Allahın bənzərsiz kəlamıdır. Qurani-Kərimin ən böyük möcüzələrindən biri də hər əsrə aid olub və hər dövrdə yaşayan insanlara anlaya biləcəyi məlumatları çatdıra bilməsidir. İslamın dünyaya hakim olması Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra qiyamətə qədər olan ən mühüm hadisələrdəndir. Mehdi isə bu hakimiyyətin əvvəlindən sonuna kimi ən əhəmiyyətli şəxsiyyətidir. Qurani-Kərimdə yuxarıda qeyd etdiyimiz möcüzələri etibarı ilə bu mövzu və bu şəxsiyyət (Axırzaman və Mehdi (ə.s)) haqqında bir çox ayələr vardır. Peyğəmbərimiz (s.ə.v) mehdiyyət hadisəsi ilə Qurani-Kərim arasında birbaşa bağlılıq və əlaqənin olması haqqında müxtəlif hədisi-şəriflərdə bildirmişdir.