Qarişqalarin Dünyasina Xoş Gəldiniz!

Fərid hər gün məktəbə gedərkən evdən bir az tez çıxıb qonşularının bağçasına gedər və orada bir az gəzişərdi. Çünki heç kimin tanımadığı, amma onun çox sevdiyi bir dostu orada yaşayırdı. Məktəbə getməzdən əvvəl dostunu görməyi yadından çıxartmayan Fərid bu dostluqdan çox böyük həzz alardı. Çünki onun, bəlkə də, heç kimin olmadığı qədər ağıllı bir dostu var idi. Bu dost çox kiçik olmasına baxmayaraq çox böyük bacarıqlara malik biridir. Həm də çox çalışqandır. Bütün işlərində qaydalara çox diqqət edər. Fərid kimi məktəbə getməsə də, öz həyatı üçün zəruri olan bir çox işi heç səhv etmədən bacarar.

Bu kiçik dostun kim olduğunu bilmək istəyirsinizmi? Onda dərhal səhifəni çevirin.

Fəridin bu gizli dostu hamının heyran qalacağı xüsusiyyətlərə sahib olan kiçik bir qarışqadır.

Bu günə qədər qarışqaların nə qədər böyük bacarıqlara sahib olduğunu, nə qədər ağıllı davranışlar göstərdiklərini, bəlkə də, eşitmisiniz. Hətta bəziləriniz, bəlkə də, onların boş-boş gəzişən böcəklər olduqlarını hesab edirdiniz. Amma belə düşünənlər yanıldıqlarını bilməlidirlər. Çünki qarışqaların bir çox digər canlı kimi özünəməxsus həyatları vardır.

Fərid bu həyat haqqında öz dostundan çox şey öyrənir. Hər gün heç yubanmadan kiçik dostu qarışqa ilə danışmağa getməyinin, onunla söhbət etməkdən bu qədər zövq almağının ən əhəmiyyətli səbəblərindən biri də budur.

Fərid qarışqaların dünyası ilə bağlı yoldaşından öyrəndikləri qarşısında təəccübünü gizlədə bilmirdi. Bu öyrəndikləri haqqında bütün tanışlarına danışmağı, kiçik yoldaşının ağlını, bacarıqlarını, bütün üstün xüsusiyyətlərini hər kəsə çatdırmaq istəyirdi.

Bəs, görəsən, Fəridi bu qədər həyəcanlandıran nə idi? Qarışqaların kiçik dünyasına niyə belə böyük heyranlıq duyurdu? Bunun səbəbləri mütləq sizə də maraqlı gəlir. Onda oxumağa davam edin...

Yer üzündə sayları ən çox olan canlılardan biri də qarışqalardır. Hər yeni doğulan 40 insanın əvəzinə 700 milyon qarışqa dünyaya gəlir. Yəni yer üzündəki qarışqaların sayı insanlardan daha çoxdur.

Qarışqaların ailələri də çox böyükdür. Məsələn, sizin, bəlkə də, 4-5 nəfərlik bir ailəniz var. Bir qarışqa ailəsinin sayı isə bəzən milyonlarla ola bilər. İndi bir düşünün: Sizin milyonlarla qardaşınız olsaydı, görəsən, bir evdə yaşaya bilərdinizmi? Əlbəttə, belə bir şey mümkün olmazdı. Ancaq qarışqa ailələrinin təəccüblü xüsusiyyətləri bununla da bitmir. Onlar milyonlarla olmalarına baxmayaraq bir yerdə yaşayarlar və üstəlik də heç bir qarışıqlıq, anlaşılmazlıq və işlərində də yubanma olmaz. Son dərəcə nizamlı və intizamlı bir həyatları vardır.

Her biri olağanüstü yeteneklere sahip olan karıncalardan terzi karıncalar usta birer dokumacıdırlar. Yaprakları özenle birbirine birleştirerek dikerler. Ve kendilerine yapraklardan güzel bir yuva yaparlar.

Qarışqa ailələrinin bəziləri birlikdə dərzilik edər, bəziləri əkinçiliklə məşğul olaraq öz məhsullarını becərər, hətta bəziləri özlərindən kiçik canlılardan fermalar yaradarlar. Eynilə insanların fermalarda inək saxlayıb südündən istifadə etdikləri kimi, onlar da balaca yarpaq bitlərini saxlayıb onların südündən istifadə edərlər.

Kapıcı karıncalar yuvanın bekçileridir. Bu görevlerini çok başarılı bir şekilde yerine getirirler. Diğer karıncalar da çok çalışkandır. Yuvanın her işini yaparlar.

Gəlin sizinlə birlikdə bu cür maraqlı bacarıqlara sahib olan qarışqaların dünyasını Fəridin və kiçik dostu qarışqanın dilindən dinləyək:

Fərid: Onunla ilk dəfə torpağın içindən çıxan balaca başını görəndə qarşılaşdım. Bu baş öz bədəninə görə bir az böyük idi və təbii olaraq diqqətimi çəkmişdi. Nə işə yaradığı çox maraqlı gəldi və bu kiçik dostumu izləməyə başladım. Bu kiçik bədən üzərindəki böyük baş qarışqa yuvasının girişində əslində gözətçi vəzifəsini yerinə yetirirdi. Bunu bilirsinizmi necə edirdi? Çöldən gələn qarışqaların öz ailəsinə aid qarışqalar olub olmadığına baxır və buna görə içəriyə girmələrinə icazə verirdi.

Bu müşahidələrimdən bir müddət sonra da özüylə tanış oldum və ondan içəridə nələrin baş verdiyini izah etməsini xahiş etdim. Mənim böyük maraq göstərdiyimi dərhal anladı və kiçik dostum mənim xahişimi yerə salmayaraq izah etməyə başladı. Əlbəttə, əvvəlcə mənə maraqlıydı ki, görəsən böyük başlı qarışqalar içəriyə buraxdıqları qarışqaları necə tanıyırlar.

Qarışqa: Əvvəlcə, onu deyim ki, Fərid, bizim ailələrimizə “koloniya” deyirlər. Yəni bizlər koloniya adı verilən qruplar şəklində yaşayırıq. Bir qarışqa digər bir qarışqanın öz koloniyasından olub olmadığını asanlıqla anlaya bilər. Bir işçi qarışqa yuvasına girən bir qarışqanı tanımaq məqsədiylə antenasıyla onun bədəninə toxunar və öz koloniyasına aid olanla olmayanı daşıdığı xüsusi “koloniya qoxusu” sayəsində dərhal ayırd edə bilər. Əgər yad bir qarışqa yuvaya girmək istəyərsə, biz ev sahibi olaraq bu dəvətsiz qonağı içəriyə buraxa bilmərik. Hətta bəzən gizli yollarla yuvaya girən yad qarışqanı uzaqlaşdırmaq üçün az da olsa təziq göstərmək məcburiyyətində qala bilərik.

Fərid: Haqqında danışdığı unikal təhlükəsizlik sistemi qarşısında yuvaya girməyə çalışan digər canlıların buna necə cəsarət etdiklərinə təəccübləndiyimi dedim. O da mənim bu cür reaksiya verdiyimə gülərək cavab verdi və hələ təəccüblənəcəyim çox şeyin olduğunu deyərək danışmağa davam etdi.

Qarışqa: İstəyirsənsə indi də sənə çox maraqlı gələn yuvamızın içi haqqında danışım. Bizim koloniyalarımız kraliça (ana) qarışqa, erkək qarışqalar, əsgər və işçi qarışqalardan ibarətdir. Çoxalmağı, yəni nəslimizin davam etməyini təmin edən kraliça və erkəklərdir. Kraliça hamımızdan daha böyükdür. Erkək qarışqaların vəzifəsi isə kraliçanın yeni qarışqalar dünyaya gətirməsini təmin etməkdir. Digər qrupa aid olan əsgər qarışqalar koloniyamızı müdafiə etmək, ovlanmaq və yeni yuva yerləri tapmaq kimi vəzifələri öz öhdəsinə götürür. Axırıncı qrupa isə, işçi qarışqalar daxildir. İşçi qarışqalar dişidir. Amma sonsuz olduqları üçün yeni qarışqalar dünyaya gətirə bilməzlər. Kraliça digər qarışqalara və balalarına baxar, onları təmizləyər və bəsləyər. Bundan savayı koloniyanın digər işlərini də işçilər görər. İşçilər yuvaları üçün yeni dəhlizlər düzəldər, qida axtarar və yuvanı tez-tez təmizləyərlər. İşçi və əsgər qarışqalar da öz qrupları daxilində kiçik hissələrə bölünürlər. Bunlara gördükləri işə uyğun olaraq əkinçilər, inşaatçılar, toplayıcılar kimi adlar verilir. Hər qrupun fərqli bir vəzifəsi vardır. Bir qrup bütövlükdə yuvanı düşmənlərdən qoruyarkən və ya ov ovlayarkən, o biri yuva düzəldər, digər biri də yuvaya qulluq edər.

Karıncalar yuvalarına yabancıların girmesini istemezler. Çünkü bu onların güvenliklerini tehlikeye atabilir. Dolayısıyla yuvalarını ve arkadaşlarını korumak için yabancılarla mücadeleye girmekten çekinmezler.

Fərid: Kiçik dostum bunları izah edərkən maraqla dinlədim və sonra ona belə bir sual verdim. “Bəs sən dayanmadan yuvanın girişində dayanaraq gözləməkdən heç sıxılmırsan? Bu iş bölgüsündə sənin vəzifən nədir?”. O da mənə bu cavabı verdi:

Karıncaların hepsinin farklı görevleri vardır. Hepsi üzerlerine düşen sorumlulukları hiç yorulmadan yerine getirirler.

Qarışqa: Mən də bir işçi qarışqayam və vəzifəm burada giriş-çıxışa nəzarət etməkdir. Çünki gördüyün kimi mənim yuvanın girişindəki dəliyi örtə biləcək böyüklükdə bir başım var. Belə bir xüsusiyyətim olduğu üçün çox sevinirəm və vəzifəmi zövqlə yerinə yetirirəm. Heç sıxılmıram da, mənim yanımda sıxılmadan söhbət belə gedə bilməz, əksinə bütün yoldaşlarımı təhlükələrə qarşı qoruya bilmək çox gözəl bir işdir.

Fərid: Onun bu cavabı qarşısında da istər istəməz təəccübləndim. Çünki hətta insanlar arasında belə çox az rast gəldiyimiz bu cür fədakarlığı və köməyi qarışqalar heç bir çətinlik çəkmədən rahatlıqla həyatlarında yaşayırdılar.

Qarışqa dostumun danışdıqları yuvada mükəmməl bir iş bölgüsü olduğunu açıq şəkildə göstərirdi. İntizamlı, eyni zamanda fədakarlıqlarla yaşadıqları həyatlarında bir-birləri arasında mən səndən daha üstünəm, ya da mən daha güclüyəm kimi davaların olub olmadığını soruşduğum vaxt özündən çox əmin bir şəkildə bunun əsla olmadığını dedi.

Qarışqa: Fərid, biz böyük bir ailəyik. Aramızda heç vaxt qısqanclıq, rəqabət, tamahkarlıq kimi pis hadisələr baş vermir. Həmişə bir-birimizə kömək edərik, hər zaman hamımız əlimizdən gələndən artıq koloniyaya xidmət etməyə çalışarıq. Bizim bir-birimizə olan münasibətimiz fədakarlığa əsaslanır.

Hər qarışqa ilk öncə yoldaşlarını, sonra isə özünü düşünür. Bunu sənə daha yaxşı izah edə bilmək üçün bir nümunə göstərim. Məsələn, koloniyada qida ehtiyatımız azaldıqda işçi qarışqalar dərhal “bəsləyici” qarışqalara çevrilər və mədələrindəki ehtiyat qida ilə digər qarışqaları bəsləməyə başlayarlar. Koloniyada qida çoxaldıqda isə, dərhal bu xüsusiyyətlərindən uzaqlaşıb yenidən işçi qarışqalara çevrilərlər.

Bundan öncə insanlardan canlılar arasında rəqabətin olduğuna dair bəzi şeylər eşitmişdim. Amma sən bunlara əsla inanma. Biz bütün işlərimizdə müvəffəqiyyət qazanmaq üçün həmişə həmrəy olmalı olduğumuzu çox yaxşı bilirik.

Fərid: Mən də ona, özü və koloniyası ilə bağlı izah etdikləri sayəsində bunu çox yaxşı anladığımı dedim və kiçik dostuma Allahın onu belə fədakar, yardımsevər, yoldaşlarına bağlı yaratdığı üçün çox sevindiyimi də qeyd etdim. Gördüyüm bu gözəl nümunələrdən sonra, ən azından onlar qədər fədakar olmağa, Allahın sevdiyi gözəl əxlaqlı bir insan olmağa bir daha qəti olaraq qərar verdiyimi bildirdim.

Çalışkan işçi karıncalar iş başında...

Artıq xeyli gec olmuşdu və dərsə çatmalı idim. Buna görə kiçik dostuma getməli olduğumu, amma ertəsi gün mütləq gələcəyimi, qətiyyən heç hara getməməsini söyləyərək oradan uzaqlaşdım.

Fərid: Sabahısı gün təkrar eyni yerə gedib kiçik dostumu gözləməyə başladım. Aradan bir neçə dəqiqə keçməmişdi ki, dostumu qarşımda gördüm. Ona bütün gecə səbirsizliklə səhərin açılmasını gözlədiyimi dedim və mənə çox maraqlı gələn o yuvanın içi haqda danışacağına söz verdiyini xatırlatdım. O da yenə mənim sözümü yerə salmayaraq yuva haqda danışmağa, çox gözəl bənzətmələrlə izah etməyə başladı.

Üstteki resimde karıncaların kurdukları bir yeraltı şehri görülüyor. Küçücük boylarına rağmen karıncaların böyle büyük bir şehir inşa etmeleri son derece olağanüstüdür.

Qarışqa: Yuvamız bizim kiçik olmağımıza baxmayaraq heyrətlənəcək dərəcədə böyükdür. Amma eyni zamanda da böyük bir qərargah kimi nizam vardır. Əgər yad birisənsə, içəri girməyin qeyri-mümkündür. Çünki sənin də bildiyin kimi qapılarda mənim kimi təhlükəsizlik işçiləri durur.

İçəridə isə işlər çox nizamlı bir şəkildə heç dayanmadan davam edir. Minlərlə hətta bəzən milyonlarla əsgər və işçi qarışqa işlərini çox nizamlı bir şəkildə görür. Binalarımız içində iş görə bilmək üçün son dərəcə uyğun hazırlanmışdır. Hər iş üçün xüsusi yerlər vardır və bu yerlər həm əsgər qarışqaların, həm də mənim kimi işçi qarışqaların işinə uyğun şəkildə dizayn edilmişdir.

Həmçinin, binalarımızı inşa edərkən hər cür ehtiyacı da düşünürük. Məsələn, bu bina yerin altına doğru mərtəbələr şəklində enər. Buna görə günəş işığından uzaqlaşmış olarıq. Amma bəzi hissələrdə də günəş enerjisinə ehtiyac vardır. Məhz bu hissələri də günəş işıqlarının ən çox düşdüyü üst hissələrə inşa edərik.

Bundan başqa həmişə bir-biri ilə əlaqə yartmaq imkanı olan hissələr də vardır. Bunları da əlaqəni asanlaşdıracaq şəkildə bir-birlərinə çox yaxın hazırlayarıq. Bunlarla yanaşı binanın yan tərəfində ayrı bir hissə olaraq artıq qida maddələrini yığmaq üçün anbar da hazırlamışıq. Gündəlik istifadə etdiyimiz qida anbarları isə rahat gedə biləcəyimiz yerlərdədir. Bir də unutmadan deyim ki, binanın ortasında da, lazım olduğu vaxt hamımızın toplana biləcəyi geniş bir salon var.

Fərid: Bütün bunları eşitdikdə heyrətlə kiçik dostumdan soruşdum: “Həqiqətən, bunların hamısını sizmi edirsiniz? Mən qarışqaların belə usta memarlar, mühəndislər kimi çalışa bildiklərini heç bilmirdim. İnsanlar bu cür mükəmməl binalar inşa edə bilmək üçün bir müddət məktəbə getməli və çoxlu çalışmalıdırlar. Siz də belə bir təhsil alırsınız? Yoxsa?”. O da mənə daha da heyranlıq oyandıran şeylər izah etməyə davam etdi.

Qarışqa: Xeyr, Fərid. Biz hamımız doğuşdan bu bacarıqlara sahibik. Bunlar bizə öyrədilmir, amma biz harada nə düzəltməli olduğumuzu çox yaxşı bilirik. Gözlə, üstəlik hələ izah etməli olduğum çox şey var. Səni daha da təəccübləndirəcək şeylər izah edəcəyəm.

1. Hava soğutma sistemi
2. Sera
3. Ana giriş ve yan girişler
4. Hazır odalar
5. Depo mezarlık
6. Muhafız birliği odası
7. Dış yalıtım
8. Emzirme odası
9. Et ambarı
10. Tahıl ambarı
11. Larvalar için kreş
12. Kış odası
13. Merkezi ısıtma bölümü
14. Kuluçka odası
15. Kraliyet odası...

Kuşkusuz ki bunca detayı karıncalar kendileri düşünüp, akletmemişlerdir, onlara yaptıklarını ilham eden Allah'tır.

Dediyim kimi, binamız bizim ölçülərimizə görə çox böyükdür. Amma buna baxmayaraq hər zaman istilik bərabər paylanar. Bizim yuvalarımızda çox inkişaf etmiş bir istilik sistemi var. Bunun sayəsində istilik gün ərzində lazım olduğu dərəcədə qalar. Bunu təmin etmək üçün binamızın çöl qismini istiliyi keçirməyəcək şəkildə müxtəlif maddələrlə örtərik. Qışda soyuq havanın, yayda da isti havanın daxil olmasının qarşısını alıb istədiyimiz istiliyi daim təmin edərik.

Karıncaların yaptıkları ev, kendileri için adeta bir şatodur.

Fərid: Əlbəttə, bu kiçik yoldaşımla tanış olmasaydım, bunları qarışqaların etdiyinə inanmaqda çətinlik çəkərdim. Bu düşüncələrimi ona belə izah etdim: “Sən bunları izah etməmişdən əvvəl mənə belə bir yuva haqqında danışıb sonra da belə bir işi kimin görə biləcəyini soruşsaydılar ağlıma çox fərqli şeylər gələrdi. Belə bir yuvanın ancaq üstün texnoloji alətlərlə və professional ustaların çalışması ilə reallaşa biləcəyini deyərdim. Hələ bunu təhsil görmüş insanlar deyil, qarışqalar edir desəydilər, açığı buna əsla inanmazdım”.

Kiçik dostum böyük bir təmkinlə mənə bunları izah edərkən, bir tərəfdən də mənim ağlımdan bir çox fikir keçirdi. İnsanlardan daha bacarıqlı hesab edilə biləcək bu canlıları daha fərqli qiymətləndirməyə başlamışdım. Belə ki, qarışqaların Allah tərəfindən yaradıldığını və hər an Allahın ilhamı ilə hərəkət etdiklərini daha yaxşı anladım. Əks təqdirdə bunların heç birini bacara bilməzdilər.

Mən bir tərəfdən bunları düşünərkən kiçik dostum da izah etməyə davam edirdi. O danışdıqca daha da marağım artır, ağlıma gələn hər şeyi soruşmaq istəyirdim. İlk ağlıma gələn sualı yenə dərhal soruşdum. Qarışqaların başqa bacarıqlarından, məsələn, əkinçiliklə məşğul olduqlarından da bəhs etdiyini və mənə bunu necə etdiklərini də izah etməsini istədim. Çünki kiçik bir qarışqa, hətta insanın belə böyük çətinliklərlə edə bildiyi əkinçiliyi üstəlik heç bir aləti olmadan necə edə bilər?

Qarışqa: Əvvəlcə, sənə bizim haqqımızda bilmədiyin bir məlumat daha verim. Beləcə, bu sualını cavablandırmaq da daha asan olacaq. Biz qarışqalar hər nə qədər bir-birimizə oxşasaq da, həyat tərzimiz və fiziki xüsusiyyətlərimiz baxımından çox müxtəlif növlərə ayrılırıq. Qarışqaların əslində təxminən 8800 növü vardır. Hər növün də özünə xas xüsusiyyətləri var. Əkinçilik edənlər də məhz bu növlərimizdən biridir. İndi sənə əkinçilik edən və digər adları da “attalar” olan yarpaq kəsən qarışqalar haqqında danışacağam.

Attaların ən əsas xüsusiyyətləri kəsdikləri yarpaq parçalarını başlarının üstündə yuvalarına daşımaq vərdişləridir. Bunun üçün əvvəlcə rahat hərəkət edə biləcəkləri yollar düzəldərlər. Kəsdikləri yarpaqları yuvalarına daşıyarkən istifadə etdikləri yol, sanki insana kiçik bir əsas yolu xatırladır.

Attalar, yaprakları büyük bir özen ve ustalıkla keserler.
Daha sonra bu yaprakları başlarının üstüne koyarak yuvalarına taşırlar.

Burada yavaşca irəliləyən attalar, bütün çör-çöpü, kiçik çınqıl daşlarını, çəmən və yabanı otları toplayar və yolun kənarlarına yığarlar. Bu şəkildə özlərinə tərtəmiz bir yol düzəltmiş olarlar. Uzun bir işdən sonra bu əsas yol, xüsusi alətlərlə düzəldilmiş qədər düzgün və hamar olar. Bu yolda özlərini möhkəm sıxılmış çənələrində daşıdıqları böyük yarpaq parçalarının altına gizlədərək yuvalarına doğru irəliləyərlər.

Fərid: Yarpaqların altına gizlədərəkmi? Niyə gizlənməyə ehtiyacı duyurlar ki?

1. Kat: Yuvaya gelen yapraklar küçük parçalara ayrılır

2.Kat: Yaprakları çiğneyerek lapa haline getirirler

3.Kat: Bu lapa yeni odacıklardaki kuru yaprakların üzerine serilir

4.Kat: Diğer odacıklardan aldıkları mantar parçaları bu lapanın üzerine serilir

5.Kat: Kalabalık bir grup bahçeyi temizler, gereksiz maddeleri ayırırlar.

Qarışqa: Fərid, qarışqaların da diqqətli davranmalı olduqları vəziyyətlər vardır. Məsələn, attaların orta böyüklükdə olan işçiləri demək olar ki, bütün günlərini yuvadan kənarda yarpaq daşımaqla keçirərlər. Bu vaxt düşmənə qarşı ən təsirli silahları olan çənələri ilə yarpaq daşıdıqları üçün özlərini müdafiə etmələri çətinləşər.

Fərid: Yaxşı öz-özlərini müdafiə edə bilmədiklərinə görə kim onları qoruyar?

Qarışqa: Yarpaq daşıyan işçi qarışqaların yanlarında həmişə daha kiçik ölçülü işçilər var. Bu işçilər attaların daşıdıqları yarpaqların üstlərinə çıxaraq ətrafı müşahidə edərlər. Əgər bir düşmən hücumu ilə qarşılaşsalar, kiçik olmalarına baxmayaraq dərhal yoldaşlarını qorumağa başlayarlar.

Fərid: Yenə heyrətamiz bir fədakarlıq nümunəsi. Amma mənə bir şey daha çox maraqlı gəlir: Attalar bu yarpaqları nədə istifadə edirlər? Niyə heç dayanmadan böyük bir səylə yarpaq daşıyırlar?

Qarışqa: Elə bu sualın sirri əkinçilik mövzusudur. Attalar bu yarpaqları göbələk istehsalında istifadə edərlər. Onlar yarpaqların özünü yeyə bilməzlər. Bunun əvəzinə attaların işçiləri bu yarpaq parçalarını çeynəyərək bir yığın halına gətirərlər. Bunları yuvalarının yer altındakı otaqlarında saxlayarlar. Bu otaqlarda isə yarpaqların üzərində göbələk yetişdirərlər. Bu şəkildə, böyüyən göbələklərin tumurcuqlarından özləri üçün lazımlı olan qidanı əldə edərlər.

Bu cür möcüzəvi işləri kiçik qarışqaların necə etməsi haqında bir çox sual ağlından keçir, elə deyilmi?

Fərid: Bəli. Həqiqətən, də izah etdiklərin qarşısında qarışqaların bunları necə bacara bildiklərini anlamağa çalışıram. Məsələn, mənə göbələk yetişdir desən bunu heç də asanlıqla edə bilmərəm. Ən azından bir çox kitab oxumaq və ya bunu bilən birilərindən soruşmaq lazımdır. Amma attaların belə bir təhsil almadıqlarını bilirəm.

Attalar kestikleri yaprakları taşırken.

Elə buna görə attaları da, səni və digər qarışqa yoldaşlarını da belə bacarıqlı edənin nə olduğunu daha yaxşı anlayıram. Siz etdiyiniz işləri bacara biləcək şəkildə doğuşdan proqramlaşdırılmısınız. Məsələn, attalar dünyaya əkinçilik etməyi bilərək gəlmişlər. Əlbəttə, onlara doğuşdan belə bir bacarığı verən bütün canlıları yaradan Allahdır. Səni və yoldaşlarını da bütün heyrətamiz xüsusiyyətlərlə birlikdə yaradan, şübhəsiz, Allahdır.

Qarışqa: Doğru söyləyirsən, Fərid. Bunların hamısı bizə doğuşdan öyrədilmişdir. Bizi yaradan Allah bütün bunları bizə nemət olaraq vermişdir.

Fərid: Yenə vaxt çox keçib. Məktəbə getməli olduğum üçün ona təşəkkür edərək yanından uzaqlaşdım. Yolda gedərkən qarışqa yoldaşımın izah etdikləri hələ qulağımda əks olunurdu. Bir tərəfdən də düşünməyə davam edirdim. Fikrimdən bunlar keçirdi:

Qarışqaların etdikləri bacarıqlı davranışlar böyük bir ağılın varlığını göstərir. Amma bu ağıl qarışqaların özlərinə aid ola bilməz. Onlar kiçik canlılardır. Bu halda qarışqaların bütün bu bacarıqları, əslində insanlara onları yaradan Allahın ağlını tanıdır. Qarışqaları yaradan Allah Öz varlığını və yaratmasındakı üstünlüyü göstərmək üçün bu kiçik canlılara öz ağıl və iradələriylə etmələri mümkün olmayan işlər etdirir.

Elə dostum qarışqanın da, doğulduğu andan etibarən belə ağıllı, bacarıqlı və fədakar olması Allahın ona verdiyi ilham sayəsindədir. Etdiyi heç bir şey onun özünün deyil, Allahın gücünün və ağlının dəlilidir.

Bütün bu düşüncələrdən sonra, daha fərqli düşündüyüm bəzi məlumatların yerini doğrular tutmağa başladı. Ətrafımda tez-tez eşitdiyim, canlıların təsadüfən mövcud olduqları, sahib olduqları bacarıqları müəyyən vaxt ərzində təsadüfən qazandıqları kimi məlumatların yalan olduğunu bir daha anladım. Necə doğru ola bilər ki? Düşünün öz-özünə təsadüfən mövcud olan qarışqalar necə olur ki, belə yaxşı razılaşa bilirlər? Necə olur ki, heç bir qarışıqlıq olmadan bir-birləriylə razılaşa və çox mükəmməl yuvalar inşa edə bilirlər? Üstəlik, bütün bu qarışqalar təsadüfən meydana gəlsələr, hər biri yalnız özünü qorumaq üçün yaşasa, necə bir-birlərinə qarşı belə ciddi fədakarlıqlar edə bilərlər?

Bütün gün məktəbdə bunları düşündüm. Axşam evə qayıtdıqda isə Allahın bütün insanlara göndərdiyi Quranı oxumağa qərar verdim və ilk oxuduğum ayələr isə bunlar oldu:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
(Ali İmran surəsi,190-191)

Qarışqanı, məni, anamı, atamı, qardaşımı və kainatdakı hər şeyi yaradanın yalnız Allah olduğuna heç, şübhəsiz, inandım. Kiçik dostum mənə dünyada olan ən böyük həqiqəti, Allahdan başqa heç bir Yaradıcı olmadığını bir daha xatırlatdı.

Yalan söylemiş

Məncə, siz də bunları oxuduqda artıq hamınız mənim kimi ən doğru olanı anlayacaq, hər şeyi yaradanın yalnız Allah olduğunu biləcəksiniz və deyəcəksiniz: “Bizə canlılar yaradılmamışdır, təsadüfən mövcud olmuşdur” deyən Darvin böyük bir yalançıdır. Ətrafımızda bu qədər fövqəladə bcarıqlara sahib canlı varkən, bunların təsadüfən meydana gəldiyini düşünməyimiz qeyri-mümkündür.

O halda siz də bir gün mənim kimi belə yaxşı bir dosta rast gəlsəniz, ondan çox şeylər öyrənməli olduğunuzu əsla unutmayın. Onu yaradan Allahın sənətindəki mükəmməlliyi siz də yaxşıca araşdırıb düşünün və Darvin kimi yalançılarla qarşılaşsanız da bu kiçik dostlarımızdakı xüsusiyyətləri izah edərək onların axmaq yalanlarına inanmadığınızı və heç bir zaman da inanmayacağınızı izah edin.

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Uşaqlar!
  • Qarişqalarin Dünyasina Xoş Gəldiniz!