Kitab boyunca Kəhf surəsində Axırzamana istiqamətli bir çox işarə olduğunu ifadə etdik. Necə ki, bəzi ayələrin əbcəd dəyərləri də dövrümüzə çox yaxın zamanlara xitab edir. Bu ayələrdən bəziləri bu şəkildədir:
..Onların qəlbinə qüvvət verdik.... (Kəhf surəsi, 14)
HİCRİ: 1400 MİLADİ: 1979
O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. ... (Kəhf surəsi, 95)
HİCRİ: 1409, miladi: 1988 (şəddəsiz)
Həqiqətən Biz ona yer üzündə möhkəm bir iqtidar verdik ... (Kəhf surəsi, 84)
HİCRİ: 1440, miladi: 2019 (şəddəli)
Kəhf surəsində hicri 14-cü əsrin əvvəlinə, yəni miladi olaraq XX əsrin sonu və XXl əsrin əvvəlinə baxan bir işarə isə Kəhf surəsinin sıra nömrəsi ilə ayə sayının bir-birinə vurduqda əldə edilən 1980 rəqəmidir. Bu rəqəm hicri 14-cü əsrin əvvəllərinə uyğun gəlir.
18-ci surə Kəhf surəsi 110 ayə 18 x 110 = 1980
Bədiüzzaman Səid Nursi də bir çox sözündə Axırzamanın başlanğıcı olaraq eyni tarixlərə işarə etmişdir. Məsələn, bir sözü bu şəkildədir:
Məhz bu həqiqəti bilməyən insafsız insanlar deyirlər ki: "Axirətin təfsilatını dərs alan ayıq qəlbli, kəskin nəzərli olan səhabələrin fikirləri nə üçün min il həqiqətdən uzaq olaraq fikirlərindən çıxmış kimi, istikbal-i dünyəvidə min dörd yüz il sonra gələcək bir həqiqəti əsrlərində yaxın zənn etmişdilər? (9)
Ustad burada, səhabələrin yaşadığı dövrdən "1400 il sonra"sından bəhs edərək, Axırzamanın 1980-ci illərə uyğun gəldiyini işarə etmişdir. Burada nə 1373, nə 1378, nə də 1398 deyilməmiş, tam 1400 deyilmişdir. Yəni hz. Mehdinin hicri 1400-cü illərdə vəzifəyə başlayacağını açıq və dəqiq olaraq ifadə etmişdir.