Kitab boyunca Kəhf surəsində müsəlmanlara bildirilən müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsiylə bildirdiyi hökmü gərəyi Kəhf surəsindəki ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.
Ayələrdə bildirilən bu hikmətləri anlamağa və hər an yaşamağa çalışmaq, eyni zamanda insanlara da izah etmək, bütün müsəlmanlar üçün bir məsuliyyətdir. Allah ayəsində bu şəkildə buyurur:
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Əlinizdə tutduğunuz bu kitabda, öyüd-nəsihət və hikmət gözüylə oxuyan hər insan üçün, ixlas, itaət, qədərə təslimiyyət, dünya həyatının keçiciliyi, Allahın zamandan və məkandan münəzzəh olması, xüsusi elmlə dəstəklədiyi qulları, Allahın ayələrinə qarşı təkəbbürlənənlərin məruz qalacağı son və iman edənləri gözləyən müjdəli gələcək kimi bir çox mövzuyla əlaqədar çox əhəmiyyətli təfəkkürlər var.
Kəhf surəsində eyni zamanda iman edənlər üçün bir müjdə var. Bu müjdə, Peyğəmbərimizin də hədislərində bildirdiyi, mübarək bir dövr olan Axırzamanın yaxınlaşmasıdır. Kəhf surəsi bu baxımdan baxıldığında, İslamın Axırzamanda keçirəcəyi başlanğıc, inkişaf və hz. İsanın gəlişi ilə birlikdə nəticələnəcək olan hakimiyyət dövrlərinə işarə edir.
Quranın bir çox ayəsindən aydın olduğu üzrə, Allahın istədiyi hikmətə və dərinliyə çatan möminlərə zəfər və hakimiyyət müjdələnir. Bu, ən son mərhələdir və Nur surəsində bizə bildirilən bir müjdənin, Allahın istəyi ilə reallaşdığı bir dövrdür:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)