Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün”.
(Kəhf surəsi, 71)
Kəhf surəsinin bu ayəsindən hz. Musanın hz. Xızır ilə olan səfəri əsnasında yanında gənc yoldaşını aparmadığı aydın olur. Bu seçimin bir çox hikməti ola bilər. Ancaq bunlardan biri, ikitərəfli təlimin əhəmiyyətinə işarə etməsidir.
Həqiqətən də ikili təhsil ola biləcək ən yaxşı təhsil şəklidir. İzdihamlı topluluq içində ikən insanların diqqətlərinin dağıldığı, diqqətlərini toplamaqda çətinlik çəkdikləri bilinən bir həqiqətdir. Üç adam olunduğunda belə insanın diqqətinin dağıldığı, təhsilini aldığı mövzuya diqqətini yığmaqda çətinlik çəkdiyi məlumdur. Məhz bu səbəblə, Quranda təkbətək təhsilə işarə edilir. Bu şəkildə adam çox daha asan fikirlərini cəmləyə bilir, diqqətini həmin mövzuya verir və təhsili verən adamla birbaşa ünsiyyət halında olduğu üçün mövzuları çox daha sürətli qavraya bilir. Necə ki, bütün dünyada keçərli olan xüsusi dərs alma sisteminin əhəmiyyəti də bu müsbət üsuldan qaynaqlanır.
Ayədə diqqət çəkilən bir mövzu daha var: Hz. Musa hz. Xızırın çox qiymətli bir adam olduğunu, xeyirlə vəzifələndirildiyini çox yaxşı bilir.
Ayədə bildirilən hadisə, hz. Xızırın ilk qarşılaşdıqlarında ona söylədiyi səbir edə bilməyəcəyi hadisələrdən birinin qədərində reallaşdığı andır. Hz. Xızıra gələcəyə dair verilən məlumatın bir qismi beləcə reallaşmışdır. Hz. Musa isə qədərində yazılı olduğu üçün bu sualı soruşmuşdur. Burada bir peyğəmbər zəlləsi meydana gəlmişdir.
... Nitekim bir gemiye binince, o bunu (gemiyi) deliverdi... |
Zəllə, peyğəmbərlərin yanılmaları, unutmaları və ya səhvən etdikləri davranışlarına verilən addır. Bu zəllələrin hər biri çox böyük xeyirlərlə və hikmətlərlə, elçilərin qədərlərində yaradılır. Qədərdə hər bir zəllənin meydana gələcəyi an və yer məlumdur və bəllidir. Allah bu ayələrlə bizlərə bu tip zəlllərin meydana gələ biləcəyini bildirir.
Xızır dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”.
(Kəhf surəsi, 72-73)
Kəhf surəsindəki bu ayələrdə, hz. Xızırın danışıqlarındakı qətiyyət diqqəti çəkir. Hz. Xızır, reallaşacaq olan hadisələri bildirərkən çox əmin bir üslubla danışır. Hz. Musanın heç bir şəkildə səbir edə bilməyəcəyini "qətiyyən" deyərək ifadə edir, buna gücü yetməyəcəyini dilə gətirir.
73-cü ayədə isə hər şeyin Allahın əmri ilə reallaşdığına təkrar diqqət çəkilir. İnsanın öz iradəsiylə ağzından tək bir söz çıxması, ya da ağzından çıxacaq bir sözü əngəlləməsi qətiyyən mümkün deyil. Çünki insana nitqi verən və onu danışdıran Allahdır. Allah canlı-cansız dilədiyi hər varlığa istədiyini dedirtmək gücünə qadirdir. Necə ki, Quran ayələrində Allahın qiyamət günündə insanların eşitmə, görmə duyğularına və dərilərinə nitq verdiyi bildirilir. Bu vəziyyət ayələrdə belə buyrulur:
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir."(Fussilət surəsi, 20-22)
Başqa ayələrdə də Allahın icazə verməsi xaricində heç bir varlığın danışmağa qadir olmayacağını Rəbbimiz belə xəbər verir:
Göylərin, yerin və onların arasında olanlar Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar. Ruh (Cəbrayıl) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.(Nəbə surəsi, 37-38)
Daha əvvəl də tez-tez vurğuladığımız kimi unutmağı və xatırlamağı Allah meydana gətirər. Allah keçmişdən bu günə qədər yaşamış olan bütün insanların zehni fəaliyyətlərinin hamısına hakim olandır. Unutması da, soruşmamalı olan bir sualı soruşması da hz. Musanın qədərində anbaan yazılmışdır. Heç bir insanın, beyninə hakim olub bu unutqanlığa, ya da söyləyəcəyi sözə mane olması mümkün deyil. Allah dilədiyi an, dilədiyi adama istədiyi mövzunu unutdurar. İstəsə, bütün yaddaşını bir anda əlindən alar, istəsə heç bilmədiyi mövzuları onun yaddaşında elm olaraq yaradar. Bunların hamısı Allahın diləməsiylə reallaşar.
Hz. Musanın ayədə keçən "bu işimdə mənə çətinlik çıxarma" şəklindəki sözlərindən isə, hz. Xızırla olan elminin kəsilməsini istəmədiyi aydın olur.
Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”.
(Kəhf surəsi, 74)
Hz. Musa hər nə qədər söz versə də, sual soruşmamaq mövzusunda qərar alıb, iradə göstərmək istəsə də taleyinin xaricinə çıxa bilmir və bu sualları soruşmağın qarşısını ala bilmir. Üstəlik, hz. Xızırın Allahın əmri ilə hərəkət edən, elm sahibi bir adam olduğunu bildiyi, ona tabe olduğunu söylədiyi halda, hz. Xızırın etdikləri qarşısında bir reaksiya göstərir. Bu səbəbdən, burada təkrar bir peyğəmbər zəlləsi meydana gəlmişdir.
Ancaq heç unutmamaq lazımdır ki, hər insana canını verən və verdiyi canı alacaq olan yalnız Allahdır. Allah diləmədikcə bir insanın digərini öldürməsi mümkün deyil. Allah Ənfal surəsində bu vəziyyəti bu şəkildə bildirir:
Onları siz öldürmədiniz, Allah öldürdü; atdığın zaman sən atmadın, Allah atdı. Möminləri yaxşı bir sınaqdan keçirmək üçün (etdi.) Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir.(Ənfal surəsi, 17)
Hz. Xızır da Allahın əmri və istəyi ilə hərəkət edən, saleh bir quldur. Etdiyi hər hərəkət, söylədiyi hər söz ancaq Allahın əmri ilə həyata keçir. Üstəlik, bu ölümün bir cana qarşılıq olub-olmadığını Allah diləmədikcə heç kimin bilməsi mümkün deyil. Eyni şəkildə öldürülən uşağın "tərtəmiz bir can" olub-olmadığını da Allah bildirmədikcə, heç kim bilə bilməz. Ancaq burada hz. Musa, bütün bu sözləri Allahın diləməsiylə və Allah qədərində yazdığı üçün söyləyir.
Xızır dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?” Musa dedi:
“Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma.
Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın”.
(Kəhf surəsi, 75-76)
Qullarına dilədiyi zaman səbir göstərmə gücünü verən, istədiyi zaman da bu gücü geri alan Allahdır. Quranda möminlərin bu gözəl xüsusiyyətləri bir çox ayədə vurğulanır, ancaq səbri verənin Allah olduğu ifadə edilir. Məsələn, Bəqərə surəsində Talutun ordusunun döyüş əsnasında səbri Allahdan dilədikləri bildirilir:
Onlar Calut və ordusuna qarşı meydana (döyüşə) çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, addımlarımızı sabit qıl və kafirlərə qələbə çalmaqda bizə kömək et." (Bəqərə surəsi, 250)
76-cı ayədə isə hz. Musanın, meydana gələn bu vəziyyətdən hz. Xızırın narahatlıq hiss etdiyinin fərqində olduğu aydın olur. Hz. Xızırın etdiyi xatırlatmalara və səbir edə bilməyəcəyi istiqamətində qətiyyət ifadə edən danışmalarına baxmayaraq, hz. Musa israrla səbir göstərəcəyini ifadə etmiş, ancaq iki hadisədən sonra artıq bir həll yolu tapmağa qərar vermişdir. Bunun üçün də hz. Xızırın bu elmi öyrətməkdən imtina etməməsi üçün yeni bir razı salma üslubu istifadə etmişdir.
Hz. Musanın çəkindiyi mövzu hz. Xızırın onu öyrətməkdən, ona müxtəlif nəsihətlərlə dərs verməkdən imtina etməsi ehtimalıdır. Bu səbəblə də, tək istəyi ona təminat və zəmanət verərək bu dərsdən imtina etməsini əngəlləməkdir. hz. Musa təhsilin mümkün qədər davam etməsini və hz. Xızır kimi xüsusi elm verilmiş müqəddəs bir quldan mümkün olduğu qədər istifadə edə bilməyi istəyir. Bunun üçün də razı salıcı bir şərt qoşmağı həll yolu olaraq tapmışdır.
Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
(Kəhf surəsi, 77)
Yollarına davam edən hz. Musa və hz. Xızır girdikləri qəsəbədə gözəlliklə qarşılanmamışdılar. Bu qarşılanmadan etdikləri səfərin çox çətin bir səfər olduğu aydın olur. Çünki şəhər əhalisi onları qonaq olaraq qəbul etmək, hətta onlara yemək verməkdən belə çəkinmişdir.
Bu ayədə Allah, doğrunu və faydalı elmi tapmaq üçün hər cür çətinliyə razı olunmasının məqbulluğuna işarə edir. Hz. Musa da, hz. Xızır ilə birlikdə ola bilmək, onun elmindən istifadə edə bilmək və öyüdlərindən faydalana bilmək üçün hər cür çətinliyə razıdır. Bu bütün inananlar üçün də bir ibrət xüsusiyyətinin göstəricisidir. Müsəlmanlar da bənzər bir vəziyyətlə qarşılaşdıqlarında eyni qətiyyəti və gözəl əxlaqı göstərməlidirlər.
… Onda (kasabada) yıkılmaya yüz tutmuş bir duvar buldular, hemen onu inşa etti… |
Ayədə həmçinin hz. Xızırın son dərəcə qabiliyyətli, məharətli və sürətli bir kimsə olduğuna işarə edilir. Bu, həm daha əvvəl gəmini içindəkilərə heç hiss etdirmədən korlaya bilməsindən, həm də divarı inşa edərkən etdiyi işin sürətindən və möhkəmliyindən aydın olur. Allah ayəsində "dərhal onu inşa etdi" deyə bildirərək bu sürətə və təcrübəyə işarə etmişdir. Həmçinin, hz. Xızır gəmini deşərkən də çox böyük bir hünər göstərmişdir. Gəmini məhv etməmiş, yalnız bir neçə kiçik ziyanla, qarşı tərəfin bəyənməyəcəyi bir hala gətirmişdir. Buradan hz. Xızırın divarın və gəminin düzəldiyi vəsaitə tam bir hakimiyyəti olduğu aydın olur.
De ki: "Şüphesiz benim namazım, ibadetlerim, dirimim ve ölümüm alemlerin Rabbi olan Allah'ındır." (E'nam Suresi, 162)
Ayənin davamında hz. Musa üçüncü və son dəfə hz. Xızıra bir sual verir. Halbuki hz. Xızır ödəniş alıb-almaması lazım olduğunu onsuz da Allahın özünə verdiyi elmlə çox yaxşı bilir.
Bir insanın etdiyi iş qarşılığında ödəniş alması zərurəti yoxdur. Bəzi hallarda ödəniş alınarkən, bəzilərində alınmaya bilər. Bu, vəziyyətə və şərtlərə görə dəyişə bilər. Mömin bütün etdiklərini sırf Allah rizası üçün edər. Etdiyi hər hansı bir iş ödənişli ola bildiyi kimi pulsuz da ola bilər. Ödənişli olduğunda da alınan pul yenə yalnız Allah rizası üçün istifadə edilər. Ödəniş alıb almama qərarı, elçinin və ya peyğəmbərin Allahın verdiyi elm və əmrlər istiqamətində öz təqdiridir.
Xızır dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
(Kəhf surəsi, 78)
Hz. Musanın soruşduğu bu son sual, aralarında ayrılma vaxtının gəldiyinin də bir işarəsi xüsusiyyətindədir. Onsuz da ayrılma səbəbini Allah hz. Musaya söylətmiş, tək bir dəfə daha sual soruşsa ayrılacaqlarına dair özü söz vermişdir. Səbəbi isə hz. Xızır açıqlamışdır.
Hz. Xızır bu ayədə, hz. Musaya "şərhi edilmədiyi üçün səbir edə bilmədin" deyərək nəsihətlə izahını verəcəyini söyləyir. Bu sözləri ilə bütün bunların, hikmətləri açıqlansa səbir ediləcək şeylər olduğunu ifadə etmişdir. Yəni əgər hz. Xızır ilk andan etibarən soruşulan sualların hikmətlərini açıqlamış olsaydı, hz. Musa bunlara səbir göstərə bilərdi. Buradan bir daha peyğəmbərin və ya mürşidin açıqlamadığı mövzularda mütləq xeyir və hikmət axtarılmalı olduğu ağıla gəlir.
Hz. Xızır və hz. Musanın yol boyunca yaşadıqları, ikisinin də qədərində müəyyən edilmiş və Allah qatında yazılmışdır. Bunların heç bir şəkildə fərqli yaşanması ehtimalı yoxdur. İkisinin ayrılma anı da, eynilə birləşmə anı və birləşmə yeri kimi Allah Qatında müəyyəndir. Allah ikisinin də qədərlərində bu anları sonsuz əvvəldə təyin etmişdir.
Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.
(Kəhf surəsi, 79)
Bu ayədə görüldüyü kimi, ayrılma qərarını təyin etdikdən sonra hz. Xızır hadisələrin xeyir və hikmətlərini bir-bir şərh etməyə başlayır. Birinci hadisədə hz. Xızır bir gəmini deşmişdir. Ancaq bu gəmini deşməsinin çox əhəmiyyətli bir neçə səbəbi vardır.
Hz. Xızırın bu davranışının hikmətlərini açıqlamazdan əvvəl, onun mərhəmətli xarakteri üzərində dayanmaq lazımdır. Hz. Xızır dərhal yoxsulların köməyinə qaçmış, onların çətinlik içinə düşmələrini, qəddar kəslərdən zülm görmələrini əngəlləmək istəmişdir. Bu hərəkəti onun, yoxsul və ehtiyac içində olanlara qarşı duyduğu məhəbbəti, şəfqətli və mərhəmətli xarakterini sərgiləyir. Allahın Rəhman və Rəhim sifətləri hz. Xızır üzərində güclü bir şəkildə təcəlli edir. Bu, möminləri inkarçılardan ayıran üstün bir xüsusiyyətdir. Allah, Bələd surəsində bu şəkildə bildirir:
Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir və ya aclıq günündə möhtaca yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə, yaxud aclıqdan yerə uzanmış kasıba! Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. (Bələd surəsi, 12-18)
Mərhəmət, möminlərə düşkünlük və şəfqət Allahın peyğəmbərlərinin və elçilərinin də ən diqqət çəkən xüsusiyyətləridir. Allahın üstün elmə sahib qullarından biri olan hz. Xızır da bütün elçilər kimi şəfqətli və mərhəmətli, Allahın Qatından rəhmət verdiyi bir insandır. O səbəblə də, yoxsulluq və ehtiyac içində olan bu insanlara kömək etmək üçün dərhal gəmilərində bir dəlik açmış, beləcə gəmini yararsız və qüsurlu göstərərək zalımların ələ keçirməsindən qurtarmışdır.
Hz. Xızırın gəmini deşməsindən də çox böyük bir ağıl, fərasət, bəsirət və üstün fikirli olduğu dərhal diqqəti cəlb edir. Çünki gəmini məqbul ölçülərdə, təkrar təmir edildikdə asanca düzələcək şəkildə korlamışdır. Beləcə gəmini görən kəs qüsurlu zənn edəcək və ələ keçirməkdən imtina edəcəkdir. Ancaq gəmi sahibləri qəddar kəslərin mallarını qəsb etmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib, istifadə edə biləcək hala gətirəcəklər.
Stalin döneminde açlığa terk edilmiş çocuklar. |
Ayədə diqqət çəkilən bir başqa əhəmiyyətli mövzu isə, yoxsul xalqın olduğu bölgədə qəddar bir rejim olmasıdır. Edilən tətbiqlərdən aydın olduğu qədəriylə, bu, diktatorluq rejimi ola bilər. Bu bölgədəki despot rəhbərlik, iman edənlərin mallarını bir səbəb göstərmədən qəsb edə bilər. Bu səbəblə də, möminlər çətinlik içində yaşayır və bu vəziyyətdən bir çıxış yolu tapmaqda çətinlik çəkmiş ola bilərlər.
İnsanların mallarının bu şəkildə bir səbəb göstərilmədən qəsb edilməsi, köhnə dövrlərdəki despot dərəbəylik və ya monarxiya və ya dövrümüzdəki faşist və kommunist rejimlərdə tez-tez görülən bir tətbiqdir. Bəhs edilən totalitar rəhbərliklər, müdafiəsiz xalqların mallarına əl qoyaraq, onları aclıq və yoxsulluq içində buraxmışlar. Bu nümunə qəddar rəhbərlik anlayışının tarixin ən qədim dövrlərindən bəri gələn bir düşüncə olduğunun da bir dəlilidir.
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.
(Kəhf surəsi, 80)
Ayədə uşağın ailəsinin mömin kəslər olduğu xəbər verilir. Bu məlumat, o dövrdə də haqq dinin olduğuna işarə edilir.
Hz. Xızırın uşağın canını almasıyla əlaqədar ayələr araşdırılarkən vurğulanmalı olan bir başqa mövzu isə uşağın ölümünün Allahın bir təqdiri olduğudur. O uşağın ölümünü Allah qədərində yer və zaman olaraq yazmışdır. Allah "Sizi palçıqdan yaradan, sonra bir əcəl müəyyən edən Odur. Adı qoyulmuş əcəl, Onun yanındadır ." (Ənam surəsi, 2) ayəsiylə insanlara bu həqiqəti xatırladır. Quranda bildirildiyi kimi hər insanın canını mələklər alar. Allah, Ənfal surəsində bu həqiqəti bu şəkildə bildirir:
Mələkləri, onların üzlərinə və arxalarına vura-vura: "Dadın atəşin əzabını!" Deyə o inkar edənlərin canlarını alarkən görməlisən.(Ənfal surəsi, 50)
Ancaq mələklərin can alması da bir səbəbdir, həqiqətdə isə canı alan ancaq Allahdır. Quranda bu mövzu ilə əlaqədar hz. İbrahimin səmimi duası belə nümunə verilmişdir:
"Məni yaradan və məni doğru yola yönəldən Odur!" "Məni yedirən və içirən Odur;" "Xəstələndiyim zaman mənə şəfa verən Odur;" "Məni öldürəcək, sonra dirildəcək olan da Odur," "Din (cəza) günü günahlarımı bağışlayacağına ümid etdiyim də Odur!" "Ey Rəbbim, mənə hökm (hikmət) bağışla və məni əməlisalehlərə qovuşdur". (Şuəra surəsi, 78-83)
Allah bu uşağın canının alınmasını hz. Xızırın əliylə təqdir etmişdir. Ancaq hz. Xızır olmayıb, başqa biri də bu ölümə bir vəsilə ola bilərdi. Bir qəza nəticəsində, ürəyinin dayanması səbəbiylə ya da düşüb başını yaralayaraq bir anda həyatını itirə bilərdi. Allahın "... Onların əcəli gəldiyi zaman nə bir saat geri qalar, nə də irəli keçə bilərlər" (Nəhl surəsi, 61) ayəsiylə bildirdiyi kimi bir adamın əcəli gəldiyi zaman, bu tarixə kimsənin mane olması, ya da irəli çəkməsi mümkün deyil. Həmçinin bu hadisədə Allah, ölüm mələklərini görünməyən səbəb qılmış, görünən üzündə isə, hz. Xızır uşağın canını alırmış kimi göstərmişdir. Həqiqətdə isə hz. Xızır vəhylə hərəkət edən bir insandır və Allahın əmrinin xaricinə qətiyyən çıxa bilməz. Allah istəməyincə, öz iradəsi ilə bir şey etməsi mümkün deyil. Allah bu uşağın canını almaq üçün onu vəsilə etmişdir.
Oxşar vəziyyət hz. Musanın canını aldığı adam üçün də keçərlidir. Ayələrdə bu hadisə bu şəkildə bildirilir:
O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!” – dedi. Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir(Qəsas surəsi, 15-16)
Hz. Musa kömək etmək üçün dalaşan edən iki adamın arasına girmiş, ancaq istəmədiyi bir hadisə reallaşmış və bir adamın canını almışdır. Ancaq burada da hz. Musanın yalnız bir vəsilə olduğunu unutmamaq lazımdır. Görünüşcə o adam hz. Musanın atdığı yumruq ilə həyatını itirmişdir. Amma hz. Musa yalnız zahiri səbəbdir. Allah bu adamın canını almaq üçün hz. Musanı vəsilə etmişdir. Görünməyən tərəfdəki vəsilələr isə yenə ölüm mələkləridir. Allah ayələrində onların canı almaqla məsul olduqlarını bildirir. Əsl canı alan isə Allahdır.
İnsan nə qədər müqavimət göstərərsə göstərsin, hara sığınarsa sığınsın, hara qaçarsa qaçsın, əslində fərqində olmadan hər an öz ölümünə doğru irəliləyər. Allah, "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. (Bunu) Allah kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün (etdi). Allah ürəklərdə olanları biləndir!." (Ali İmran surəsi, 154) ayəsiylə heç bir insanın ölümdən qaça bilməyəcəyini xatırladır.
Bu tren kazasında ölen insanlar da kazadan birkaç dakika öncesine kadar ölüm kelimesini akıllarına dahi getirmemiş olabilirler. |
İnsanın qarşısında başqa bir seçim və ya çıxış yolu yoxdur. Əcəli gəldiyində nə istiqamətə dönərsə dönsün, hara qaçarsa qaçsın ölüm mələkləriylə mütləq qarşılaşacaq. Qədərdə müəyyən bir anda və yerdə ölüm onu mütləq tutacaq. Quranda, bu sirr belə xəbər verilir:
De ki: "Əlbəttə sizin qaçdığınız ölüm, şübhəsiz sizinlə qarşılaşıb-görüşəcək. Sonra siz gizlini də, aşkarı da bilən (Allah)a qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir." (Cümə surəsi, 8)
Hər harada olsanız da ölüm sizi tapar. Hündür təhkim edilmiş qalalarda olsanız belə ... (Nisa surəsi, 78)
Hz. Xızır isə irəlidə inkarçılardan olacağına dair qəti məlumata sahib olduğu bir uşağı, Allahın əmri ilə öldürür. O uşağın həm ailəsinə və ətrafına zülm etməsinin qarşısını almaq, həm də günahlarla boğulmasına mane olmaq istəyir. Bunun üçün əvvəldən tədbir görür.