Kəhf surəsi, 41-50. Ayetler

Kəhf surəsi, 40-41

Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”
(Kehf Suresi, 40-41)

Bu ayələrdə də iman əhli olan bağ sahibi, lovğalanan yoldaşına acizliyini xatırladır. Allahdan gələcək hər hansı bir bəlanın qarşısını ala bilməyəcəyini, buna baxmayaraq təkəbbürlənməsinin nə qədər böyük bir ağılsızlıq olduğunu izah edir.

Sahib olduqları mallarla və zənginliklərlə öyünən insanların ən böyük səhvlərindən biri də, dünya həyatındakı bütün gözəlliklər kimi, bunların keçici olduğunu unutmalarıdır. Gözəllik və gənclik bir neçə on ildən sonra gedəcək, yerini qocalığa verəcəkdir. Sağlamlıq da eyni şəkildə yerini xəstəliklərə, acizliklərə və zəifliklərə verəcəkdir.

Əvvəlki ayədə də açıqladığımız kimi zənginlik də keçicidir. Allah dilədiyi zaman kasıb bir insanı bir anda zənginləşdirə, ya da zəngin olanın malını bir anda yox edə bilər. İnsan evlərini, yaxtalarını, avtomobillərini, ləl-cəvahiratlarını bir sellə, zəlzələ, ya da başqa bir fəlakətlə bir anda itirə bilər. Kimsənin Allahdan gələn bir fəlakəti əngəlləməyə gücü çatmaz. İnsan, heç ümid etmədiyi bir anda bütün yaxınlarını itirə bilər, özü də heç gözləmədiyi bir anda ölümlə üzləşə, qəza keçirərək şikəst qala bilər, qalıcı bir şəkildə yaralana bilər, yaddaşını itirib bütün qabiliyyətlərini itirə bilər. Bu fəlakətlərin hamısı, "Allahın izni olmadan heç bir müsibət (heç kəsə) baş verməz ... " (Təğabun surəsi, 11) ayəsində bildirildiyi kimi Allahın diləməsiylə və Allahın istədiyi zaman reallaşa bilər. Heç kim bu fəlakəti əngəlləyə bilməz, təxirə sala bilməz, ya da vaxtını uzada bilməz. Belə bir gündə nə malı, nə də zənginliyi insana heç bir fayda verməz. Allahın ayəsiylə də bildirdiyi kimi, "Şübhəsiz inkar edənlər, onların malları da, uşaqları da özlərinə Allahdan (gələcək əzaba qarşı) heç bir şey qazandırmaz ." (Ali İmran surəsi, 10)

deprem

Yatlarının, villalarının ve diğer mallarının başına sonsuza kadar birşey gelmeyeceğini iddia eden insan, bir kasırga sonrasında ne kadar aciz ve çaresiz olduğunu hemen fark eder.

İnsana güç, zenginlik, sağlık, dinçlik veren Allah'tır. Allah, dünya hayatında insanları bir ibret olarak yaşlandırmakta, bedenlerinin de -tıpkı diğer dünya nimetleri gibi- kendi kontrollerinde olmadığını onlara göstermektedir.

İnsan, həyatının heç bir anında Allahın, qədərində yazdığının xaricində bir şey yaşaya bilməz. Bu səbəbdən etməli olduğu Allaha təslim olmaq və təvəkkül etməkdir. Allaha qarşı təkəbbürlü bağ sahibi, bağının və məhsullarının başına sonsuza qədər bir şey gəlməyəcəyini iddia edərkən bu həqiqəti gözardı etmişdir. Bağını sulayan axar suyun sonsuza qədər axacağından, məhsullarına heç bir xəstəliyin müsəllət olmayacağından, quraqlıq kimi bir bəla ilə heç bir zaman üzləşməyəcəyindən əmindir. Zənginliyinin, zəkasının və səyinin mallarını qorumağa qadir olduğunu zənn edir.

Ancaq Allah üçün bunu tərsinə çevirmək çox asandır. Bağını sulayan axan su, kiçik bir yer hərəkətiylə bir anda yerin dərinliklərinə doğru axmağa başlaya bilər. Bu hadisə, bağ sahibinin gözləri qarşısında çox qısa zamanda reallaşa bilər. Beləcə o məhsuldar ərazi bir anda qupquru bir hala gələ bilər. İnsanın belə bir vəziyyətdə nə suyu geri gətirməyə, nə də tarlasını köhnə məhsuldar halına çevirməyə gücü çatmaz. Mədət umduğu malları və bütün zənginlikləri də özünə bir fayda verməz. Bunlar o insanın təkəbbürlənməsinin və nankorluğunun dünya həyatındakı qarşılığıdır. Axirət həyatında isə şirk qoşduğu, dəyər verdiyi, sahiblənib Allaha qarşı böhtan atmasına səbəb olan mallar özünə bir fayda verməyəcək. Ayələrdə inkar edənlərin bu vəziyyəti belə bildirilir:

O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. (Huməzə surəsi, 2-9)

Ayədə xatırladılan bir digər mövzu isə suyun yerin dərinliklərindən yer üzünə çıxmasının nə qədər böyük bir nemət olduğudur. Yerin kilometrlərlə dərinliklərində olan su, Allahın diləməsiylə yer üzünə çıxır, insanlar üçün şəfa olur. Əgər bu suyu istifadə etmə imkanı olmasaydı, insanlar üçün çox böyük çətinliklər və sıxıntılar meydana gələcəkdi. Ancaq su quyuları və suyu əldə etməyimizi təmin edən digər üsullar sayəsində yerin dibindəki tərtəmiz, mineral cəhətdən çox zəngin suları əldə edə bilər və bunları öz faydamız istiqamətində istifadə edə bilərik.

sulama teknikleri, kuraklık

Kəhf surəsi, 42-44

Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.
(Kəhf surəsi, 42-44)

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, Allahdan başqasından mədət uman, onlardan mərhəmət dilənən, onlara güvənən bir adam, ümid etdiyi qarşılığı heç vaxt tapa bilməz. Bu səbəblə həyatı boyunca, xüsusilə də çətin anlarında, böyük bir boşluq və sahibsizlik hissinə qapılar. Özünü, dünyanın min bir cür qarışıqlığı və çətinliyi qarşısında, güvəndiyi saxta ilahlar tərəfindən tərk edilmiş, çarəsiz, tək-tənha qalmış hiss edər.

Quranda bu həqiqətə, "Allah ilə yanaşı başqa tanrılar qəbul etmə, yoxsa qınanmış və tək başına (yalnız və köməksiz) buraxılmış olarsan ." (İsra surəsi, 22) ayəsiylə diqqət çəkilmişdir. Allah, eqoist bağ sahibini də -mallarını almaqla- tək-tənha buraxmış, bir fəlakətlə bütün zənginliyini bir anda ortadan qaldırmışdır. Məhz bu fəlakət zamanı da bağ sahibi də həqiqətləri, yəni Allaha şirk qoşaraq nə qədər böyük bir səhvə düşdüyünü görmüşdür.

üzüm bağı, kuraklık

Bu nümunədən də aydın olduğu kimi, özünü dünyada güc sahibi zənn edən hər insan, Allahın diləməsi ilə bir anda nə dərəcə aciz olduğunu anlayar. Nə özünə, nə də ətrafındakı insanlara kömək etməyə güc yetirə bilməz. Hər şey Allahın əlindədir. Ondan başqa zərər və fayda verməyə gücü yetən kimsə yoxdur. Bu həqiqət bir ayədə bu şəkildə xatırladılar:

Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir. (Ənam surəsi, 17)

kıtlık

İnsanın tək dost və vəlisi Allahdır. Allahın xaricindəki varlıqlar isə yalnız Onun yaratdıqlarıdır. Onun istəyi ilə var olmuşlar və yenə Onun diləməsi ilə varlıqlarını davam etdirirlər. Şəfanı və ruzini verən, güldürən də, ağladan da Allahdır. Allahdan başqa hər şey və hər kəs, sonsuz aciz, sonsuz kasıb, sonsuz möhtac varlıqlardır. Özlərinə aid bir gücləri, qabiliyyətləri yoxdur; elə ki, özlərinə belə yardım edə bilməzlər. O halda, Allahdan başqa güvəniləcək, kömək ümid ediləcək, bir şeylər istənəcək kimsə də yoxdur.

Kəhf surəsi, 45-46

Onlara dünya həyatını misal çək. Bu dünya həyatı göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.
(Kəhf surəsi, 45-46)

Kəhf surəsinin bu ayələrində "davamlı olan saleh davranışlara" diqqət çəkilir. Saleh davranış, yaxşı və xeyirli iş mənasını verər ki, bu da Allahın razılığına və Quran əxlaqına uyğun hər cür davranışı və hərəkəti ifadə edər.

İnsan, Allahın razılığını, rəhmətini və cənnətini qazana bilmək üçün saleh əməllər etməlidir. Çünki bu əməllər, müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısacası imanlarındakı bəsirətlərini ortaya qoyar.

İnsanın bir iş görərkən, içində daşıdığı niyyəti son dərəcə əhəmiyyətlidir. Bir əməlin saleh olması, yalnız Allah rizası üçün edilməsinə bağlıdır. Əgər edilən iş, qatqısız Allah rizasından uzaqlaşsa, o zaman saleh əməl olma xüsusiyyətini itirə bilər. Bu vəziyyət, insanın başqalarının razılığını axtarışı deməkdir ki, Allah, Özündən başqasının rizası üçün edilən ibadətləri ayələrində bu şəkildə təsvir edir:

Vay halına namaz qılanların –o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)

Oxşar vəziyyət infaq mövzusu üçün də keçərlidir. İnsanların bir hissəsi mallarından infaq edərkən yalnız Allahın razılığını güdər, bir qismi isə göstəriş məqsədli infaq edərlər. Bu kəslər arasındakı fərq Quranda belə xəbər verilir:

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür.(Bəqərə surəsi, 264-265)

kuraklık, kıtlık

Yaxşı iş görən bir müsəlmanın heç vaxt unutmamalı olduğu bir başqa əhəmiyyətli mövzu isə bu əməllərə ehtiyacı olanın yalnız özü olmasıdır. Allah möhtac deyildir; yəni hər cür qüsur və nöqsandan uzaqdır, heç bir şeyə ehtiyacı olmayandır. Bu səbəbdən, Allahın müsəlmanların edəcəkləri əməllərə ehtiyacı yoxdur. Bu həqiqət Quranda belə bildirilir:

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluqat gətirər. Bu, Allah üçün çətin deyildir.(Fatir surəsi, 15-17)

Rəbbimiz dilədiyi anda istədiyi şeyi edə bilər. "... İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? ..." (Rəd surəsi, 31) ayəsində bildirildiyi kimi, Allah hər şeyə qadirdir. Allahın dinini güclü etmək üçün göstərdikləri səy müsəlmanların öz faydalarınadır. Bu səbəbdən, bir insan saleh əməl işləməklə, əslində ancaq özünə fayda təmin edir, öz axirətini qazanır. Bu həqiqəti Allah Quranda, "kim cəhd etsə (səy göstərsə), yalnız öz nəfsi üçün cəhd etmiş olar. Həqiqətən, Allah aləmlərdən müstağnidir." (Ənkəbut surəsi, 6) ayəsiylə xəbər verir.

Saleh əməlin ayədə Allahın xəbər verdiyi bir başqa əhəmiyyətli xüsusiyyəti isə "davamlı" olmasıdır. Çünki bəzi insanlar üçün gündə bir neçə dəfə yaxşılıq etmək, mallarının bir qismini bir dəfə infaq etmək, bəzi mövzularda fədakarlıq etmək çox asan ola bilər. Bunları vərdişlə, ya da maraqlarına toxunmadığı üçün etmiş ola bilərlər. Ancaq əhəmiyyətli olan möminin həyatının hər anında xeyirli işlər etməsidir. Hər an Allahın razılığını qazanmaq üçün səy göstərməsi, davamlı fədakar olması, Allahın dinini təbliğ etmək üçün davamlı cəhd etməsi çox əhəmiyyətlidir. Üstəlik ətrafında başqa heç kim Allahın bu əmrlərini yerinə yetirməsə də, özü heç imtina etmədən davam etməlidir. Beləcə səbrini isbat etmiş və Allaha olan yaxınlığını nə qədər güclü olduğunu sərgiləmiş olacaq. Necə ki, Allah Məryəm surəsində bu şəkildə bildirir:

Allah, hidayət tapanlara hidayəti artırır. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, nəticə etibarilə daha yaxşıdır. (Məryəm surəsi, 76)

İman gətirib həyatı boyunca saleh əməllər işləyən bir möminin qovuşacağı qurtuluş isə Allahın razılığı və cənnətidir. Quranda möminləri Allah belə müjdələyir:

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 42-43)

Kəhf surəsi, 47-48

O gün Biz dağları hərəkətə gətirəcəyik. O vaxt yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini kənara buraxmayacağıq. Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. Biz deyəcəyik: “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.
(Kəhf surəsi, 47-48)

Bütün insanların ölüm vaxtlarının təyin olması kimi kainatın da bir ölüm anı vardır. Bu an Quranda "qiyamət" olaraq adlandırılmışdır. Ancaq qiyamət saatının nə vaxt olduğunun məlumatı yalnız Allahın yanındadır. Bu həqiqət bir ayədə belə bildirilir:

Qiyamət saatının məlumatı, şübhəsiz Allahın yanındadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kim də, hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz ki, Allah biləndir, xəbərdardır. (Loğman surəsi, 34)

Kəhf surəsinin bu ayələrində isə insanların qiyamət saatı mövzusundakı təxminlərinə işarə edilir. İnsanların uzaq zənn etdikləri qiyamət saatının yaxınlaşdığını Allah Quranda, "İnsanların haqq-hesab vaxtı (qiyamət) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər." (Ənbiya surəsi, 1) ayəsiylə bildirmişdir.

İnsanların böyük bir hissəsi bu dünya həyatının heç sona çatmayacağını inanır, qiyamət gününün də əsla gəlməyəcəyini iddia edərlər. Ölümün yox olmaq olduğunu düşünər, hesab gününün varlığını inkar edərlər. Qiyamətin, yer üzü, içində olanlar və kainatda var olan hər şey üçün yox olma olduğu doğrudur, ancaq bu yox olma onların zənn etdikləri kimi bir son deyil, əksinə sonsuz axirət həyatının başlanğıcıdır.

Allah hər insanı yoxdan var edər və qədərdə təyin etdiyi müddətdə canını alar. Hər insanın hansı gün, hansı saat, hətta hansı saniyə, harada və necə öləcəyi Allah Qatında müəyyəndir. Ölüm insan üçün bilinməyən olsa da, zamandan və məkandan münəzzəh olan Rəbbimiz bütün bu məlumatları əhatə etmişdir.

Allah qiyamət günündə necə bir mühit meydana gələcəyini də Quranda bildirmişdir. O gün möminlər "Ey bəndələrim, bu gün sizin üçün qorxu yoxdur və siz qəm-qüssə içində olmayacaqsınız." (Zuxruf surəsi, 68) ayəsində Allahın vəd etdiyi kimi qorxu hiss etməyəcəklər. İnkar edənlər üçün isə olduqca çətin bir gün olacaqdır.

bahçe dekorasyonu

Möminlər, həyatları boyunca Allahı razı etməyə, Allahın əmr etdiyi ibadətləri dəqiqliklə yerinə yetirməyə və Allahdan gərəyi kimi qorxub çəkinməyə qarşı göstərdikləri etinanın qarşılığını ən gözəl şəkildə alacaqlar. Allah onlara inkar edənlərin duyduğu çaxnaşmanı, peşmanlığı və bədbəxtliyi hiss etdirməyəcəkdir. Allah möminlərin axirətdəki vəziyyətlərini Quranda belə xəbər vermişdir:

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur. (Hədid surəsi, 12)

Kəhf surəsi, 49

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!
(Kəhf surəsi, 49)

eyfel kulesi

Resimdeki trenin yol boyunca geçtiği her yer, şu anda bulunduğu nokta ve gelecekte geçeceği yerler bir an olarak Allah Katında saklanmaktadır.

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!

Kəhf surəsi, 50

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!
(Kəhf surəsi, 50)

Bu ayədə itaətin əhəmiyyətinə diqqət çəkilir. Ayədə şeytanın Allahın əmrinə itaət etməyib, hz. Adəmə səcdə etmədiyi bildirilir. Şeytanın ən diqqət çəkən xüsusiyyəti itaətsizliyi ikən, möminlər Allaha, elçilərinə və Onun kitabına olan güclü itaətləriylə tanınarlar.

İtaətli olmaq, insan həyatının hər anında çox böyük əhəmiyyət kəsb edir. Bilindiyi kimi bir cəmiyyətdə hüzur və sükunət, insanların dövlətə və onun bütün sahələrinə göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Allah müsəlmanlara bir çox ayəsi ilə itaəti əmr edir. Bu səbəbdən Quran əxlaqına görə yaşayan insanların meydana gətirdiyi bir cəmiyyət eyni zamanda, dövlətə itaətin və hörmətin ən yüksək dərəcədə yaşandığı bir mühit olur.

Din əxlaqı, eyni zamanda insanları hər cür anarxiya və terror hərəkətindən də uzaq tutar. Çünki Allah Quranda insanları "təxribatçılığı" da qadağan etmişdir. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:

Allahın sənə verdiyindən özünə axirət qazan, dünyadan da öz payını (nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də ehsan et və yer üzündə fitnə-fəsad çıxarma. Çünki Allah fitnə-fəsad törədənləri sevməz. (Qəsas surəsi, 77)

... Ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.(Əraf surəsi, 85)

Din əxlaqını gərəyi kimi qavrayan və yaşayan bir insan, Allahın ayələrindəki bu əmrin tələbi olaraq, yer üzündə qarışıqlıq çıxarmaqdan şiddətlə çəkinər. Quran əxlaqına uyğun, hüzur və sükunət dolu, etidallı, tolerant, hadisələri şiddətləndirməyən, əksinə hər zaman uzlaşdırıcı bir əxlaq sərgiləyər.

Yuxarıdakı Quran ayələrində izah edilən, şeytanın yolu ilə getməyən əsl dindar modeli cəmiyyətdə yayılsa, ictimai həyatda sülh və əmin-amanlıq hakim olar. Polisin və digər təhlükəsizlik qüvvələrinin vəzifələrini yerinə yetirməyə imkan verməyən, onlara qəzəblə cavab verən və çətinlik çıxaran insanlar olmaz. Əksinə İslam əxlaqını yaşayan insanlar, köməksevər və xoşgörüşlü əxlaqlarıyla, təhlükəsizlik qüvvələrinin yanında olar, onların işlərini asanlaşdıracaq şəkildə hərəkət edərlər. Bu əxlaqdakı insanların varlığı sayəsində cəmiyyətdən anarxiya, terror, qarışıqlıq və düşmənçilik aradan qaldırılar. İnsanlar arasında davam edən döyüşlər, bağırtılar, mübahisələr tamamilə ortadan qalxar. Hər kəs küçəyə rahatca çıxa bilər, gecə-gündüz təhlükəsizlik içində hər yerdə gəzə bilər.

oyun parkı, çocuklar

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Kəhf surəsi, 01-10. Ayetler
  • Kəhf surəsi, 11-20. Ayetler
  • Kəhf surəsi, 21-30. Ayetler
  • Kəhf surəsi, 31-40. Ayetler
  • Kəhf surəsi, 41-50. Ayetler
  • Kəhf surəsi, 51-60. Ayetler
  • Kəhf surəsi, 61-70. Ayetler
  • Kəhf surəsi, 71-80. Ayetler
  • Kəhf surəsi, 81-90. Ayetler
  • Kehf Suresi, 92-100. Ayetler
  • Kehf Suresi, 101-110. Ayetler
  • Nəticə
  • Təkamül Yalanı