Kəhf surəsi, 31-40. Ayetler

Kehf Suresi, 31

Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!
(Kəhf surəsi, 31)

Bu ayədə gözəl davranışlar göstərib, Allahın razılığını qazanmaq üçün cəhd edən möminlərin qarşılıq olaraq alacaqları sonsuz cənnət nemətləri təsvir edilir. Allah Qurandakı bir çox ayəsi ilə iman gətirənləri cənnət ilə müjdələmişdir. Məsələn, Nəhl surəsində möminlərin, gözəl bir qarşılanma ilə dəstə-dəstə cənnətə sövq ediləcəkləri bildirilir:

Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 31-32)

gül, gül bahçesi

Bu şərəfli qarşılanmadan sonra Allahın özləri üçün hazırlamış olduğu, saysız nemətlərlə dolu cənnətdə sonsuz həyatlarına başlayacaqlar. Cənnət həyatında möminlərin layiq görüldükləri bir çox gözəllik vardır. Ancaq bu gözəlliklərin hamısından üstün Allahı razı etmiş və Onun cənnətinə qovuşmuş olmanın verdiyi mənəvi həzz olacaq. İnkar edənlər, içinə atıldıqları cəhənnəm əzabında tərifsiz peşmanlıqlar içində əzab çəkərlərkən, möminlər Allahın sevdiyi və özlərindən razı olduğu qullar olaraq həyatlarını davam etdirəcəklər. Dar və sıxılmış olan cəhənnəmin əksinə "genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun Peyğəmbərinə iman edənlər üçün hazırlanmış" (Hədid surəsi, 21) olan cənnətdə yerləşəcəklər. Cənnətdə hər baxdıqları yerdə böyük bir mülk və gözəllik görən möminlər, ağır işlənmiş ipəkdən yataqlar üstünə söykənib, dərilməsi asan meyvələrdən yeyərlər. Ağaclar altından çaylar axan köşklərdə yerləşib, yüksək taxtlarda oturacaq, bir-birləriylə qarşılıqlı söhbət edəcəklər. Allahın Quranda tərifini etdiyi cənnətdə nə isti, nə soyuq tam qərarında kölgəliklər olacaq.

Kəhf surəsinin 31-ci ayəsində ifadə edildiyi kimi, yüngül ipək və ağır işlənmiş ipəkdən yaşıl paltarlar ilə qızıl bilərziklər cənnət əhlinə layiq qılınan geyimlərdir. Gözəl geyimləri ilə bərabər Allah cənnət əhlinə gözəl yeməklər və içkilər də verəcəkdir. Müxtəlif meyvələr, quş əti və içənlərə ləzzət verən içkilər, neçə-neçə bağlar və üzüm bağları, bənzərsiz xurma və nar ilə budaqları bükülmüş albalı ağacları, üst-üstə düzülmüş meyvələri sallanmış banan ağacları Quranda Allahın bildirdiyi cənnət ruziləri arasındadır.

gül, gül bahçesi

Bütün bu gözəlliklərlə bərabər dünya həyatında səbir edilməli olan çətinliklərin heç biri cənnətdə olmayacaq. Yorğunluq, qorxu, hüzn və ağıla gələ biləcək heç bir mənfiliyin olmadığı, sonsuz gözəlliklərlə dolu bir mühit olacaq. Bir ayədə Allah cənnət gözəlliklərini belə xəbər verir:

Müttəqilərə vəd olunan Cənnətin vəsfi (budur): orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və təmiz baldan bulaqlar vardır və orda onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir ... (Məhəmməd surəsi , 15)

Allah cənnət nemətlərini və cəhənnəm əzabını Quran ayələriylə ətraflı olaraq təsvir etmişdir. İnsanların bu açıq-aşkar həqiqəti anlamazlıqdan gəlmələri özlərinə itkidən başqa bir şey gətirməyəcək. Bu səbəblə də insan, cənnətin bənzərsiz nemətlərinə qovuşmaq üçün axirətə istiqamətli ciddi bir hazırlıq etməli və səy göstərməlidir.

Budur axirət yurdu; Biz onu yer üzündə təkəbbürlük və fitnə-fəsad törətməyənlərə (hədiyyə) edərik. (Gözəl) aqibət müttəqilərindir. (Qəsas surəsi, 83)

Kəhf surəsi, 32-34

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi.
(Kəhf surəsi, 32-34)

Ayələrdə verilən bu nümunə ilə Allah insanların, hidayət əhli bir insan ilə Allaha iman etdiyini söylədiyi halda əslində inkarçılardan olan bir insan arasında müqayisə etmələrini istəyir. Ayədə bəhs edilən bağ sahiblərindən biri digərindən daha zəngindir. Məhz maldakı bu üstünlük, haqqında bəhs etdiyimiz insanın Allaha qarşı təkəbbürlənməsinə, eqoizmə qapılmasına səbəb olmuşdur.

Halbuki hər şeyi yoxdan var edən Rəbbimiz mülkün tək sahibidir. Allah mal və mülk verərək insanların necə davranacaqlarını sınayır. Bəzi insanlar bu mal və mülkü öz müvəffəqiyyətləri, səyləri və zəkalarıyla əldə etdiklərini zənn edərək nankorluq edərlər. Malın çoxluğuyla sevinər, bunu insanlar arasında təkəbbürlənmə və nüfuz mövzusu halına gətirirlər. Saleh möminlərin rəftarı isə Ali İmran surəsində bildirildiyi kimidir:

De ki: "Ey mülkün sahibi Allahım, dilədiyinə mülkü verərsən və dilədiyindən mülkü çəkib-alarsan, dilədiyini əziz qılar, dilədiyini alçaldarsan; Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən."(Ali İmran surəsi, 26)

tarla, bahçe

Ayədə bildirilən bağ sahiblərindən biri, bağçaları və məhsulları özününkü olduğunu zənn edərək Allaha qarşı çox böyük bir nankorluq etmişdi. Əslində özünə aid olmayan, Allahın yalnız bir nemət və sınaq mövzusu olaraq verdiyi mallara öz ağlına görə sahib çıxmışdır. Bu sahiblənmə duyğusu ilə şiddətli bir eqoizmə qapılmışlar. Allah təkəbbürün çirkin olduğunu ayələrdə bu şəkildə xəbər verir:

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Bütün bu qadağan edilmiş pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir. (İsra surəsi, 37-38)

Allah Quranın daha bir çox ayəsində belə kəslərin alacağı qarşılığı təsvir etmişdir. Bu ayələrdən bəziləri bunlardır:

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız. (Təkasur surəsi, 1-8)

Kəhf surəsi, 35-36

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”
(Kəhf surəsi, 35-36)

Ayələrdə nankorluq edən bağ sahibinin açıq şəkildə Allaha qarşı təkəbbürləndiyi bildirilir. Bu insan, sahib olduğu bağların başına sonsuza qədər bir şey gəlməyəcəyini iddia edir, bu sözləri ilə bir növ ilahlıq iddiasında olur.

Halbuki sonsuz olan yalnız Allahdır. Vaxtı və məkanı yaradan Allah, bunlardan münəzzəhdir. Allahın Xaliq ismi "Hər şeyin varlığını və varlığı boyunca görüb keçirəcəyi halları, hadisələri təyin və təsbit edən, və ona görə yaradan, yoxdan var edən" mənasındadır. İnsanın, ilk var olduğu zamandan ölümünə qədər hər anı Allah Qatında canlı olaraq mövcuddur. Allahın sonsuz hafizəsində hər şey olduğu kimi durur. İnsanların yaşadıqları hadisələri, başlarına gələn hadisələri və həyatlarındakı hər cür təfərrüatı Allah yaratmışdır və bunların heç biri yox olmaz. " ... Bu, Allahın göylərdə və yerdə nə varsa hamısını bildiyini və Allahın, həqiqətən hər şeyi Bilən olduğunu anlamanız üçündür" (Maidə surəsi, 97) ayəsində bildirildiyi kimi, hər şey ən kiçik təfərrüata qədər Allah Qatında mühafizə edilir.

Allah zamandan münəzzəh olduğu üçün, Onun dərgahında hər şey bir anda baş vermiş və nəticəsinə çatmışdır. İnsan yaradılışına uyğun zamana bağlı olaraq yaşadığı üçün yaşadıqlarını keçmiş, indi və gələcək müddəti içində izləyər. Halbuki bizim yaddaşımızda bir xatirə olaraq var olan və "keçmiş" deyə təyin etdiyimiz hadisələr yalnız bizim üçün "keçmiş"dir. Planlarını qurduğumuz və "gələcək" deyə adlandırdığımız naməlum olanlar isə yenə yalnız bizim üçün naməlumdur. Allah üçün keçmiş, gələcək, indi hamısı birdir. Məhz bu səbəblə Allaha heç bir şey gizli qalmaz. Çünki bunların hamısını yaradan Allahdır və Allah hər şeyi tək bir anda bilir. Necə ki, Loğman surəsində də bu həqiqətə belə diqqət çəkilmişdir:

"Ey oğlum, (Gördüyün iş) həqiqətən bir xardal dənəsi ağırlığında olsa da, (bu,) bir qayanın içində, yaxud göylərdə və ya yer (in dərinliklərində) də olsa belə, Allah onu gətirər (aşkar edər). Həqiqətən, Allah Lətifdir, (hər şeydən) xəbərdardır." (Loğman surəsi, 16)

Bütün hadisələr Allahın "Ol" deməsiylə olmuş və bitmişdir. Bütün zamanların, aləmlərin, məkanların üstündə olan və bütün nöqsanlardan münəzzəh olan Allah üçün, yaratdığı kainatdakı bütün hadisələr tək bir an hökmündədir. Hz. Musanın, Kəhf Əhlinin, hz. Xızırın, hz. Zülqərneynin, hz. Məhəmməd (s.ə.v)-in və digər peyğəmbərlərin həyatlarından verilən nümunələrin reallaşdığı zamanla bizim yaşadığımız zaman da Allah qatında tək bir andır. Bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatları da eyni "an"ın içində davam edir. Allah qatında qiyamət qopmuş, bütün insanlar sonsuz həyatlarını keçirəcəkləri yerlərə getmişlər. Allaha iman edənlər hal-hazırda cənnətdə, inkarçılar isə hal-hazırda cəhənnəmdə əzab çəkirlər.

üzüm, üzüm bağı

İnsanlar arasında yayılmış olan batil bir inanca görə, Allah kainatı və insanı yaratmış, onlara bir müddət vermişdir və onların sınanmalarını gözləyir. Kainatın ömrü bitənə qədər də gözləyəcək. (Allahı tənzih edirik) Lakin həqiqətdə Allahın gözləməsindən əsla bəhs edilə bilməz. Gözləmək insana xas bir acizlikdir. Allah isə insanların yaşadığı bütün acizliklərdən uzaq və ucadır. Allahın Quranda Özünü tanıtdığı Kuddüs sifəti, "səhvdən, qəflətdən, acizlikdən və hər cür əskiklikdən çox uzaq" mənasındadır. Bu səbəblə Allah bütün insanların keçmişlərinə, gələcəklərinə və yaşadıqları bütün hadisələrə bütün təfərrüatlarıyla hakimdir. Lakin insan, sınanma yeri olan bu dünya həyatında zamanı, keçmişdən gələcəyə doğru axan, yəni başlanğıclı və sonlu olduğunu zənn edər. Halbuki Allah Qatında əvvəl-sonra, keçmiş-gələcək deyə bir şey yoxdur. Hər şey, bütün insanlar, bütün canlılar eyni anda yaşayar, bütün zamanlar, bütün dövrlər, bütün çağlar, bütün tarixlər və hətta bütün günlər, bütün saatlar, dəqiqələr eyni anda vardır. İnsan məhdud zehin həcmi səbəbiylə bunu görə bilməsə də bu həqiqət açıqdır.

Məhz möminlərin Allahın böyüklüyünü təqdir edə bilmələrinin, Allaha təslim olmalarının və güvənlərinin əsas səbəbi budur. Möminlər, Allahın özlərini və hər şeyi necə əhatə etdiyini və Allaha nə dərəcə möhtac olduqlarının, Onun böyüklüyü yanında nə cür kiçik olduqlarının şüurundadırlar.

Möminlər Allahın ucalığını və qüdrətini təqdir edə bilən, hadisələrin ardında gizli hikmətləri, incəlikləri qavraya bilən kəslərdir. Bu səbəbdən də Allaha könüldən boyun əymişlər.

Kəhf surəsinin 36-cı ayəsində bəhs edilən "... Buna baxmayaraq Rəbbimə qayıtmalı olsam, şübhəsiz bundan daha xeyirli bir nəticə tapacağam" ifadəsi isə Allahdan qorxmayaraq, Allahın hökmlərini yerinə yetirməyərək cənnətə gedəcəklərini zənn edən insanları təsvir edir. Bu insanlar özlərini müstağni görür, Allaha qarşı təkəbbürlənirlər.

Dünya üzərində Allaha iman etdiyini və Quranın haqq olduğuna inandığını söyləyən, ancaq Allahdan heç qorxmayan insanların sayı olduqca çoxdur. Bu insanlar Allahın hökmlərini yerinə yetirməz, halal və haramlara riayət etməz, elçinin yolunu izləməzlər. Ancaq buna baxmayaraq öldüklərində cənnətə gedəcəklərini dair çox güclü bir inancları vardır.

İman edənlər isə "Onlar, haqq-hesab gününü təsdiq edirlər. Rəbbinin əzabına qarşı (daimi) bir qorxu duyurlar. Şübhəsiz ki, Rəbbinin əzabından əmin olunmaz" (Məaric surəsi, 26-28) ayələrində bildirildiyi kimi cənnət nemətlərinə görə bir ümid, cəhənnəm əzabına qarşı bir qorxu içindədirlər. İman edənlərin bu ruh halına "Ona qorxaraq və ümid edərək dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır" (Əraf surəsi, 56) ayəsində də işarə edilir. Çünki Allah ayələrində heç bir insanın cəhənnəm əzabı ilə qarşılaşmaqdan əmin ola bilməyəcəyini xatırladır, inkar edənlərin isə şübhəsiz bu şiddətli əzabla qarşılıq tapacaqlarını xəbər verir:

Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi? (Yusif surəsi, 107)

Artıq “Alçaq hiylələrə, Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi? (Nəhl surəsi, 45)

Kəhf surəsi, 37

Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra bir damla sudan yaradan, daha sonra səni düzgün (sağlam və güclü) bir insan edən Rəbbinə küfrmü edirsən?
(Kəhf surəsi, 37)

Bu ayədə bir insanı gözəl əxlaqa dəvət edərkən, ya da xatırladarkən möminlərin necə bir yol seçdiyi təsvir edilir. Əgər bu insan Allah qarşısındakı acizliyini unutmuşsa və təkəbbürlənirsə, ediləcək ən yaxşı şey, ona acizliyini xatırlatmaqdır.

Necə ki, ayədə də digər bağın sahibi olan iman əhli insan, təkəbbürlənən insana "torpaqdan və bir damla sudan yaradıldığını" xatırladaraq onu gözəl əxlaqa dəvət edir. Bu dəvətin -Allah dilərsə- insan üzərində müsbət bir təsir meydana gətirəcəyi açıqdır. Digər bağın sahibi təkəbbürlərlənən bağ sahibinin imanının zəif olduğunu fərq etmiş, onun imanını möhkəmlətmə ehtiyacı olduğunu hiss etmişdir. İman həqiqəti izah etmək də bir insanın imanını gücləndirmədə təsirli ola biləcək ən gözəl yollardan biridir.

Öz məhsullarının daha üstün olduğunu iddia edən bağ sahibinin danışıqları bir müsəlmanın danışıqlarına bənzəmir; əksinə inkarçı bir üslubu xatırladır. Bu səbəblə də iman əhli olan bağ sahibi, sualının sonunu "inkarmı etdin?" şəklində bitirir. Bəlkə digər adam açıq şəkildə Allahı inkar etdiyini söyləmir, amma istifadə etdiyi sözlər Allaha qəti olaraq iman etmədiyini göstərir. Diliylə "inanıram" desə də, amma həqiqətən Allahın hökmlərinə əməl etmir. Bu ziddiyyət əslində açıq şəkildə dini və Allahı inkar etmək mənasına gəlir.

Xalq arasında belə ziddiyyətli xarakterlərə tez-tez rast gəlinir. İnsanların böyük hissəsi iman etdiklərini söyləyir, ancaq Allahın razı olacağı kimi bir həyat yaşamır. Quran əxlaqına zidd davranır və Peyğəmbərimiz (s.ə.v)-in yolu ilə getmir. Kitabın əvvəlki hissələrində də üzərində dayandığımız kimi, bu əxlaqa sahib olan insanlar bütün bu inkarı ifadə edən sözlərinə və davranışlarına baxmayaraq, cənnətə gedəcəklərini inanır, özlərini doğru yolda zənn edirlər. Amma əslində özlərini aldadırlar. Allah belə insanların vəziyyətinə Quranda belə diqqət çəkmişdir:

Ayələrimizi və axirətə qovuşmağı doğru hesab edən, onların əməlləri boşa çıxmışdır. Onlar etdiklərindən başqasıylamı cəzalandırılacaqlarını sanırlar? (Əraf surəsi, 147)

sevimli bebek, işadamı, okul, sınıf

Kəhf surəsi, 38

Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!
(Kəhf surəsi, 38)

Kəhf surəsi boyunca insanların çox böyük bir hissəsinin Allaha şirk qoşduqlarına tez-tez diqqət çəkilir. Quranda şirk, hər hansı bir şeyi, bir kimsəni və ya bir anlayışı, seçim etmə ya da qiymət vermə baxımından Allahla bərabər və ya daha üstün bir səviyyədə görmək və bu səhv baxış bucağı ilə hərəkət etmək mənasında istifadə edilər. Quranda bu mövqe, "Allahdan başqa ilah etmək" olaraq adlandırılar. İnsanın, Allahın rizasına zidd olacaq şəkildə özünə həyat məqsədi olaraq təyin etdiyi, ondan mədət umduğu, razılığını axtardığı hər varlıq, Allahın razılığına dəyişdiyi hər şey Allahdan başqa etdiyi bir ilahdır əslində.

Şirk, insanın çəkinməli olduğu günahların ən əvvəlində gəlir. Çünki bunun, Allaha qarşı ən böyük günah olduğu bildirilmişdir. Məhz buna görə Allah dilədiyi günahı bağışlayacağını, ancaq şirki əsla bağışlamayacağını bildirmişdir (Nisa surəsi, 116). Allahın bağışlamayacağını bildirdiyi, azğınlıq olaraq xarakterizə etdiyi bir günah, əlbəttə ki, müsəlmanların ən çox çəkinməli olduğu vəziyyətdir. Üstəlik Quranın bir çox yerində Allah möminləri şirkə qarşı xəbərdar etmiş, onları bu ən böyük pislikdən şiddətlə çəkindirmişdir. Hz. Loğmanın oğluna verdiyi, "Ey oğlum, Allaha şirk qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!" (Loğman Surəsi, 13) şəklindəki öyüd də bunlardan biridir. Şirkin bu dərəcə əhəmiyyətli bir mövzu olmasının bir digər səbəbi isə insanın əməllərinin hədər getməsinə və məhv olmasına səbəb olmasıdır. Bu həqiqət də Quranda belə bildirilir:

And olsun ki, sənə və səndən əvvəlkilərə belə vəhy olundu: Əgər şirk qoşsan, əməlin boşa çıxacaq və əlbəttə sən, ziyana uğrayanlardan olacaqsan. (Zumər surəsi, 65)

Ayələrdə də açıq şəkildə görüldüyü kimi, Allaha şərik qoşmağın düzəlişi mümkün olmayan, insanı cəhənnəmə qədər sürükləyən bir günahdır. Bu səbəblə Allahdan qorxan bir insanın bu təhlükəyə qarşı çox diqqətli olması lazımdır.

Kəhf surəsi, 39

Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,
(Kəhf surəsi, 39)

Bu ayədə "maşaAllah" sözünün əhəmiyyətinə diqqət çəkilir. MaşaAllah "Allahın diləməsiylə" mənasında istifadə edilən bir ifadədir. Möminlər Allahın yaratmasındakı üstün sənəti və qüdrəti ifadə etmək istədiklərində "maşaAllah" deyər və Allahı təsbih edərlər.

Bu sözü ürəkdən hiss edərək istifadə etmək, ətrafdakı şəxslərə də hər şeyin sahibinin Allah olduğunu, hər hadisənin qədərdə və Allah dilərsə reallaşdığını xatırladır. Hər şeyi edənin Allah olduğunu tez-tez xatırlatmaq isə, heç şübhəsiz ki, insanlara çox böyük fayda verir. Çünki insan öz acizliyini unutmağa və qəflətə düşməyə meyilli bir varlıqdır.

Məsələn, burada bəhs etdiyimiz inkara yönəlmiş olan bağ sahibi, bütün malın və mülkün özünə aid olduğunu ifadə edərkən əslində Allaha şirk qoşur. Bunu açıq şəkildə ifadə etməsə də buradakı ifadələrindən və rəftarından, "gizli şirk" içində ola biləcəyi aydın olur. Bu səbəblə, yoldaşı onu hər cür şirkə qarşı xəbərdar edir və hər şeyin Allaha aid olduğunu ona dəfələrlə xatırladır.

Xüsusilə yaşadığımız dövrdə, insanların belə bir təhlükəyə qarşı daim ayıq olmaları lazımdır. Çünki bu kimi mövzularla insanlar həyatlarında çox tez-tez rastlaşırlar. Məsələn, "Qani" yəni "Zəngin" termini Allahın bir xüsusiyyətidir. Ancaq eyni təsvirlər insanlar üçün də istifadə edilir. Hərçənd bu xüsusiyyəti istifadə etmənin, bu insanın maliyyə vəziyyətini təsvir etmək baxımından heç bir qorxusu yoxdur. Ancaq, şirkə yol açan vəziyyət, insanın bu zənginliyin səbəbi olaraq özünü, öz zəkasını, səyini görməsidir.

Vəziyyət belə olduqda -bağ sahibində olduğu kimi- zənginliyin həqiqi sahibinin Allah olduğu unudular. Bu adam sahib olduğu hər şeyi özünə Rəbbimizin verdiyini, Allahın Qani qismində onu zənginləşdirdiyini, verdiyi hər şeyi istəsə bir anda ala biləcəyini gözardı etmiş olur. Bu səbəbdən, Allahdan başqa hər kəsin mütləq kasıb və aciz olduğunu, Allahın dilədiyi qulları üzərində dilədiyi sifətləriylə təcəlli edə biləcəyini düşünməz. Bu, çox cahil bir yanaşmadır və insanı şirkə sürükləyən bir düşüncə tərzidir. Çünki bu baxış bucağıyla hərəkət edildiyində Allahın sonsuz qüdrəti və hakimiyyəti tamamilə unudular və insan haqqı olmayan ilahlıq vəsfini özünə verər.

Doğru olan rəftar isə zənginliyin əsl sahibinin Allah olduğunu bilməkdir. Onun, göylərin və yerin tək hakimi olduğunu təqdir etmək və insana verdiyi bu zənginliyi dilədiyi anda ala biləcəyinin şüurunda olmaqdır. Zənginlik verilən insanı qiymətləndirərkən də onun zəngin, ya da kasıb olması əhəmiyyətli olmamalı, onun Allahın nemət verdiyi bir qulu olduğu düşünülməlidir. Məsələn, bu insanın ailə üzvləri malın əsl sahibi olaraq onu görsələr, yalnız ondan mədət umarlarsa, malın əsas malikinin Allah olduğunu unudub, bu insana da bu həqiqəti heç xatırlatmazlarsa, bu çox səhv bir baxış bucağı olar. Eyni şəkildə bu insanın yanında işləyən insanlar da özlərini yedirdənin də, içirdənin də, ehtiva edənin də Allah olduğunu unutmamalıdırlar. Allahı unudub, yanında işlədikləri insanı bir çox şeyə qadir, Allahdan müstəqil bir gücə sahib olaraq dəyərləndirirlərsə, bu çox böyük bir ağılsızlıq olar. Necə ki, bu həqiqət insanlara Quranda da bildirilmişdir:

"... Şübhəsiz ki, sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız." (Ənkəbut surəsi, 17)

Kəhf surəsi, 40-41

Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”
(Kəhf surəsi, 40-41)

Bu ayələrdə də iman əhli olan bağ sahibi, lovğalanan yoldaşına acizliyini xatırladır. Allahdan gələcək hər hansı bir bəlanın qarşısını ala bilməyəcəyini, buna baxmayaraq təkəbbürlənməsinin nə qədər böyük bir ağılsızlıq olduğunu izah edir.

Sahib olduqları mallarla və zənginliklərlə öyünən insanların ən böyük səhvlərindən biri də, dünya həyatındakı bütün gözəlliklər kimi, bunların keçici olduğunu unutmalarıdır. Gözəllik və gənclik bir neçə on ildən sonra gedəcək, yerini qocalığa verəcəkdir. Sağlamlıq da eyni şəkildə yerini xəstəliklərə, acizliklərə və zəifliklərə verəcəkdir.

Əvvəlki ayədə də açıqladığımız kimi zənginlik də keçicidir. Allah dilədiyi zaman kasıb bir insanı bir anda zənginləşdirə, ya da zəngin olanın malını bir anda yox edə bilər. İnsan evlərini, yaxtalarını, avtomobillərini, ləl-cəvahiratlarını bir sellə, zəlzələ, ya da başqa bir fəlakətlə bir anda itirə bilər. Kimsənin Allahdan gələn bir fəlakəti əngəlləməyə gücü çatmaz. İnsan, heç ümid etmədiyi bir anda bütün yaxınlarını itirə bilər, özü də heç gözləmədiyi bir anda ölümlə üzləşə, qəza keçirərək şikəst qala bilər, qalıcı bir şəkildə yaralana bilər, yaddaşını itirib bütün qabiliyyətlərini itirə bilər. Bu fəlakətlərin hamısı, "Allahın izni olmadan heç bir müsibət (heç kəsə) baş verməz ... " (Təğabun surəsi, 11) ayəsində bildirildiyi kimi Allahın diləməsiylə və Allahın istədiyi zaman reallaşa bilər. Heç kim bu fəlakəti əngəlləyə bilməz, təxirə sala bilməz, ya da vaxtını uzada bilməz. Belə bir gündə nə malı, nə də zənginliyi insana heç bir fayda verməz. Allahın ayəsiylə də bildirdiyi kimi, "Şübhəsiz inkar edənlər, onların malları da, uşaqları da özlərinə Allahdan (gələcək əzaba qarşı) heç bir şey qazandırmaz ." (Ali İmran surəsi, 10)

deprem

Yatlarının, villalarının ve diğer mallarının başına sonsuza kadar birşey gelmeyeceğini iddia eden insan, bir kasırga sonrasında ne kadar aciz ve çaresiz olduğunu hemen fark eder.

İnsana güç, zenginlik, sağlık, dinçlik veren Allah'tır. Allah, dünya hayatında insanları bir ibret olarak yaşlandırmakta, bedenlerinin de -tıpkı diğer dünya nimetleri gibi- kendi kontrollerinde olmadığını onlara göstermektedir.

İnsan, həyatının heç bir anında Allahın, qədərində yazdığının xaricində bir şey yaşaya bilməz. Bu səbəbdən etməli olduğu Allaha təslim olmaq və təvəkkül etməkdir. Allaha qarşı təkəbbürlü bağ sahibi, bağının və məhsullarının başına sonsuza qədər bir şey gəlməyəcəyini iddia edərkən bu həqiqəti gözardı etmişdir. Bağını sulayan axar suyun sonsuza qədər axacağından, məhsullarına heç bir xəstəliyin müsəllət olmayacağından, quraqlıq kimi bir bəla ilə heç bir zaman üzləşməyəcəyindən əmindir. Zənginliyinin, zəkasının və səyinin mallarını qorumağa qadir olduğunu zənn edir.

Ancaq Allah üçün bunu tərsinə çevirmək çox asandır. Bağını sulayan axan su, kiçik bir yer hərəkətiylə bir anda yerin dərinliklərinə doğru axmağa başlaya bilər. Bu hadisə, bağ sahibinin gözləri qarşısında çox qısa zamanda reallaşa bilər. Beləcə o məhsuldar ərazi bir anda qupquru bir hala gələ bilər. İnsanın belə bir vəziyyətdə nə suyu geri gətirməyə, nə də tarlasını köhnə məhsuldar halına çevirməyə gücü çatmaz. Mədət umduğu malları və bütün zənginlikləri də özünə bir fayda verməz. Bunlar o insanın təkəbbürlənməsinin və nankorluğunun dünya həyatındakı qarşılığıdır. Axirət həyatında isə şirk qoşduğu, dəyər verdiyi, sahiblənib Allaha qarşı böhtan atmasına səbəb olan mallar özünə bir fayda verməyəcək. Ayələrdə inkar edənlərin bu vəziyyəti belə bildirilir:

O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. (Huməzə surəsi, 2-9)

Ayədə xatırladılan bir digər mövzu isə suyun yerin dərinliklərindən yer üzünə çıxmasının nə qədər böyük bir nemət olduğudur. Yerin kilometrlərlə dərinliklərində olan su, Allahın diləməsiylə yer üzünə çıxır, insanlar üçün şəfa olur. Əgər bu suyu istifadə etmə imkanı olmasaydı, insanlar üçün çox böyük çətinliklər və sıxıntılar meydana gələcəkdi. Ancaq su quyuları və suyu əldə etməyimizi təmin edən digər üsullar sayəsində yerin dibindəki tərtəmiz, mineral cəhətdən çox zəngin suları əldə edə bilər və bunları öz faydamız istiqamətində istifadə edə bilərik.

sulama teknikleri, kuraklık

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Kəhf surəsi, 01-10. Ayetler
  • Kəhf surəsi, 11-20. Ayetler
  • Kəhf surəsi, 21-30. Ayetler
  • Kəhf surəsi, 31-40. Ayetler
  • Kəhf surəsi, 41-50. Ayetler
  • Kəhf surəsi, 51-60. Ayetler
  • Kəhf surəsi, 61-70. Ayetler
  • Kəhf surəsi, 71-80. Ayetler
  • Kəhf surəsi, 81-90. Ayetler
  • Kehf Suresi, 92-100. Ayetler
  • Kehf Suresi, 101-110. Ayetler
  • Nəticə
  • Təkamül Yalanı