Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!” – dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!” – dedilər.
(Kəhf surəsi, 21)
Bu ayə Kəhf surəsində qiyamət əlamətlərinə və Axırzamana istiqamətli çox əhəmiyyətli işarələr olduğuna açıq şəkildə diqqət çəkir.
Kəhf Əhlinin insanlar tərəfindən tapılması isə, yaxşı insanların yaxşılarla öz-özlərinə görüşəcəklərinə, bir-birlərindən uzaqda olsalar da bir gün mütləq bir yerə gələcəklərinə işarə ola bilər. Allah, "... Elə isə xeyirlərdə yarışın. Hər harada olsanız, Allah sizi bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir!" (Bəqərə surəsi, 148) ayəsiylə də eyni həqiqəti xəbər vermişdir.
Ayədə həmçinin, insanların, Kəhf Əhlinin olduğu yerdə bir məscid tikdirmək haqqında danışdıqlarından da bəhs edilir. Bu ayədə, yaxşı və etibarlı insanların həyatlarını keçirdikləri yerlərə binalar və məscidlər tikmənin məqbulluğuna diqqət çəkilir. Bunun məqsədi həm sevilən insanları yada salmaq, həm də bu vəsilə ilə o məkanları bir növ təhsil və ibadət yeri halına gətirməkdir. Bunun sayəsində faydalı düşüncələrin və gözəl əxlaqın insanlar arasında yayılması təmin ediləcək. Bu kimi yerlər, iman edənlərin bir yerə gələcəkləri və birlikdə Allahın adını anacaqları məkanlar olacaq.
Quranda bir çox ayədə məscidlərdə yalnız Allahın anıldığına və məscidlərin əhəmiyyətinə diqqət çəkilir. Allah ayələrdə belə buyurur:
Onlar ancaq “Rəbbimiz Allahdır” – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc surəsi, 40)
Şübhəsiz ki, məscidlər (yalnız) Allaha aiddir. Elə isə, Allah ilə yanaşı başqa heç bir şeyə (və kimsəyə) ibadət etməyin (dua etməyin, sitayiş etməyin). (Cin surəsi, 18)
Bəziləri: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” – deyəcəklər. Digərləri isə “Onlar beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. Bununla da qeyb haqqında təxmini fikir yürüdəcəklər. Bəziləri də: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. İnsanlardan bunu bilən çox azdır!” Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) və kitab əhlinin heç birindən onlar barədə bir şey soruşma!
(Kəhf surəsi, 22)
Bu ayədə Kəhf Əhlinin neçə nəfər olduqları haqqında zənlə təxminlərdə olan insanların vəziyyətindən bəhs edilir. Halbuki ayədə bu sayı yalnız qeybin tək sahibi olan Rəbbimizin bildiyi və bu məlumatı də ancaq az saydakı qullarına bildirdiyi ifadə edilir.
Ayənin davamında, bilinməyən bir mövzu üzərində mübahisənin, davamlı yeni fikirlər gətirmənin, təxminlərdə olmağın doğru olmadığı da bildirilir. Belə bir mübahisə ayədə, "bilinməyənə-qeybə daş atma" olaraq ifadə edilir. Oxşar ifadə başqa ayələrdə də var. Məsələn, Səba surəsində insanların bu xüsusiyyətləri bu şəkildə təsvir edilir:
... " Onlar: “Biz ona inandıq!” – deyəcəklər. Amma uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?! Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər. Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər. (Səba surəsi, 52-54)
Allahın bəyənmədiyi bu əxlaqdan hər müsəlman uzaq durmalı, bu kimi müzakirələrdən, bilmədiyi mövzular üzərində fikir yürütməkdən şiddətlə çəkinməlidir. Belə bir vəziyyətdə edilməli olan şey "Ən doğrusunu Allah bilir" deyib, mötəbər olmayan sözlərə qiymət verməməkdir. Müsəlmanların bu tərz vəziyyətlərdə verdikləri cavab, "... Sən məndə olanları bilirsən, amma mən Səndən olanı bilmirəm. Həqiqətən, görünməyəni (qeybi ən yaxşı) bilən Sənsən Sən ..." (Maidə surəsi, 116) ayəsindəki kimi olmalıdır. Çünki Quranın bir çox ayəsində qeybi yalnız Allahın bildiyi xəbər verilir. Məsələn, bir ayədə belə buyurulur:
Qeybin açarları Onun yanındadır, Ondan başqa heç kəs qeybi bilməz. Quruda və dənizdə olanların hamısını O bilir, O istəməzsə, düşən bir yarpaq belə düşməz; Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.(Ənam surəsi, 59)
Ayədəki kimi mübahisələrin edildiyi hallarda insanların, üzərində fikir irəli sürdükləri mövzulardakı tək dayaqları xalqdan gələn ifadələr olur. Küçədən gələn uydurma rəvayətlərə, mövzu haqqında məlumat sahibi olmayan bir nəfərin söylədiyi bir sözə, bir başqasının etdiyi bir şərhə əsaslanan bu mübahisələrin doğru bir nəticəyə çatmayacağı isə açıqdır. İnsan "Haqqında məlumatın olmayan şeyin ardına düşmə; Çünki qulaq, göz və qəlb, bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaq" (İsra surəsi, 36) ayəsiylə də bildirildiyi kimi, bilmədiyi mövzular haqqında ətrafdan duyduğu əsassız şərhlərə qapılmamalıdır.
Ayədə keçən "onları çox az (insan) xaricində kimsə bilə bilməz" ifadəsi ilə də Allah, dərin məlumata sahib olan çox az sayda insanın, bu sayı biləcəyinə işarə edir. Məsələn, bu insan, kitabın sonrakı hissələrində möcüzəvi xüsusiyyətlərini ətraflı olaraq araşdıracağımız hz. Xızır ola bilər. Bununla yanaşı, hz. Xızırın elmindən keçmiş və ona tabe olmuş tələbələrinin də, Allahın diləməsi və bildirməsi ilə bu məlumata sahib olması mümkündür. Necə ki, Quranda Allahın vəhy etməsi ilə elçilərin qeybdən yana bəzi məlumatlara sahib olduqları bildirilir:
O, qeybi Biləndir. Öz qeybini (görülməz məlumat xəzinəsini) kimsəyə açıq tutmaz. Ancaq elçiləri (peyğəmbərləri) içində razı olduğu (seçdikləri kəslər) başqa. Çünki O, bunun önünə və arxasına (mələklərdən ibarət) gözətçilər qoyar.(Cin surəsi, 26-27)
Allah Peyğəmbərimiz (s.ə.v)-ə də qeybdən bəzi məlumatlar vəhy etmiş, sonra ona bu şəkildə səslənmişdir:
Bu, sənə (ey Məhəmməd) vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Yoxsa onlar, hiylə quraraq əlbir iş gördükləri qərar verdikləri zaman sən onların yanında deyildin. (Yusif surəsi, 102)
Hz. Nuha isə Allah, gələcəkdə yaşayacağı bəzi hadisələri bu şəkildə bildirir:
"Ey Nuh" deyildi. "Sənə və səninlə birlikdə olan ümmətlər üzərinə Bizdən salam və bərəkətlərlə (gəmidən) en. (Sizdən törəyəcək digər kafir) ümmətləri də yararlandıracağız, sonra onlara Bizdən acı bir əzab toxunacaqdır". Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bunları sən və qövmün bundan əvvəl bilirdi. Səbir et. Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir.(Hud surəsi, 48-49)
Ayənin davamında keçən "... açıq olan bir mübahisədən başqa mübahisə" ifadəsi isə Qurana uyğun müzakirəyə işarə edir. Möminlər, bir mövzu üzərində mübahisə edərkən Qurana uyğun dəlil gətirməyə əhəmiyyət verməlidirlər. Dini inkar edənlər tam əksinə bir əxlaq sərgiləyərlər. Onların yeganə məqsədi mübahisə çıxarmaq, bu vəsiləylə dinə və inananlara qarşı düşməncə rəftarlarını ortaya qoymaqdır. Necə ki, Allah Quranda bəzi insanların "yalnız bir mübahisə olsun deyə" (Zuxruf surəsi, 58) inkarçı nümunələr verdiklərinə diqqət çəkir. Bunun səbəbinin də, "höcətləşən və düşmən" bir qövm olmaları olduğunu vurğulayır. Bu səbəblə, Quran əxlaqını yaşayan insanların bütün bunlardan çəkinməyə və Allahın razı olacağı şəkildə davranmaları lazımdır. Allah iman edənlərin inkarçılarla danışarkən necə bir üslub istifadə etmələri lazım olduğunu bu örnəklə bildiririr:
Buna görə də sən tövhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır” (Şura surəsi, 15)
Kəhf surəsinin 22-ci ayəsinin sonunda bəhs edilən "onlar haqqında bunlardan heç kimsədən bir şey soruşma" şəklindəki ifadə isə iman edənlərin vəhylə bildirilənlərdən başqa heç bir məlumata rəğbət etməmələri lazım olduğunu ifadə edir. Çünki qeybi bilən Allahdır. İnsanların öz məlumatlarına, zənlərinə və şərhlərinə əsaslanaraq ortaya atdıqları səhv rəvayətlərin möminlər nəzdində heç bir qiyməti yoxdur. Bu səbəbdən, qaynağı bəlli olmayan, ağızdan ağıza gəzərək gəlib çatan, qulaqdan qulağa çatdırılan, uydurma rəvayətlərə, xəbərlərə əhəmiyyət verməməyi Allah bu ayə ilə qadağan edir.
Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə!
(Kəhf surəsi, 23)
Qədər həqiqətini unudan insanların bütün həyatları sabah, gələcək ay, gələcək il, ya da yaşlılıq dövrləri üçün qəti planlar qurmaqla keçər. Kimisi iş yerində karyera qurmağın, kimisi həyatını həsr etdiyi idman sahəsində alacağı mükafatların, kimisi isə sahib olacağı mal və mülkün hesabını edər. Bu ayədə isə Allah, insanın sabah nə edəcəyini belə bilməyəcəyini xatırladır.
Ayədə bildirildiyi kimi, gələcəyə istiqamətli qəti bir ifadə işlədən insan, qədərin fərqində deyil deməkdir. Halbuki, insan yalnız və yalnız Allahın qədərində yazdığı şeyləri yaşayar. Əgər ertəsi gün etməyi planladığı şey qədərində yazılıysa edər, əgər Allah bu hadisəni yaşamasını təqdir etməmişsə, o zaman yaşamaz. Ancaq ertəsi gün üçün qədərində yazılı olmayan bir şeyi planlaması da yenə o insanın qədərindədir. Kiçik-böyük hər cür hadisənin, Allahın məlumatı daxilində reallaşdığının və bir kitabda qeydli olduğunun xəbər verildiyi ayələrdən biri belədir:
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)
Qədər, Allahın keçmişdə yaşanan və gələcəkdə yaşanacaq olan bütün hadisələri bilməsidir. İnsanların bir çoxu isə, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini soruşarlar və qədəri qavraya bilməzlər. Halbuki yaşanmamış olan hadisələr, bizim üçün yaşanmamışdır. Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunları yaradan Özüdür. Bu səbəblə, Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir. Bizim bir xətkeşin əvvəlini, ortasını, sonunu və aralarındakı bütün rəqəmləri bir bütün olaraq tək bir anda asanlıqla görə bilməyimiz kimi, Allah bizim bağlı olduğumuz zamanı əvvəlindən sonuna qədər tək bir an olaraq bilir. İnsanlar isə yalnız zamanı gəlincə bu hadisələri yaşayıb, Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar.
Bunun əksini iddia etmək, yəni gələcəyə dair planlarının mütləq reallaşacağını qarşıya qoymaq, Allaha qarşı təkəbbür göstərmək deməkdir. Bunun sonu isə mütləq ziyandır. Ayədə bu kəslərin vəziyyətini Allah belə xəbər verir:
Resimde kırmızı daire içine alınmış insan için geride bıraktığı yol geçmişte, caddenin ilerisi ise gelecekte bulunacağı mekanlardır. Bu caddeye kuşbakışı bakan bir kişi için ise, caddede yürüyen kişinin geçmişi, geleceği ve şu anı tek bir andır. Allah, herşeyin tek Yaratıcısı olarak zamanın ve mekanın dışında olduğu için, tüm bu aşamaları tek bir an olarak bilmektedir. |
İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)
Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de.
(Kəhf surəsi, 24)
Ayədə hər hansı bir şeyi unudan zaman Allahın adının anılmasının, unudulan şeyi xatırlamada -əgər xatırlanması xeyirliysə- faydalı bir yol olduğuna işarə edilir. Belə bir unutma vəziyyətində Allahın adının zikr edilməsi insan üçün şəfa qaynağıdır. Ancaq insanın unutduğu şeyi xatırlaması da Allahın diləməsi ilə mümkündür. Əgər Allah diləməzsə xatırlatmaz, əgər bir xeyir görərsə də insanın xatırlamasını təmin edər.
Ayənin davamında isə Allah, Peyğəmbərimiz (s.ə.v)-ə yaxın olan bir müvəffəqiyyət üçün dua etməsini əmr edir. Dünya həyatında meydana gələn müvəfəqqiyyətlər bəzən uzun, bəzən də qısa vaxtda ola bilər. Bəzən insan çox çalışıb, səy sərf etdiyi bir işdə qısa müddətdə müvəffəqiyyət qazanmaya bilər. Uzun müddət iradə göstərməli, səbir etməli ola bilər. Bunun bir çox hikməti, insanı tərbiyələndirən istiqamətləri vardır. Ancaq bununla bərabər iman edənlər Allahdan, qısa dövrdə müvəffəqiyyətli olmağı da tələb edə bilərlər. Əhəmiyyətli olan hz. Şüeybin sözləriylə, "Mən müvəffəqiyyətim ancaq Allah ilədir; Ona təvəkkül etdim və Ona üz tuturam" (Hud surəsi, 88) ayəsində xəbər verildiyi kimi səmimi bir qəlblə Allaha yönəlməkdir. Allaha təvəkkül edən və hər cür işi edənin yalnız Allah olduğunu bilən insan Rəbbimizin dəstəyini hər an ümid edə bilər. Necə ki, Allah Əla surəsində Peyğəmbərimiz (s.ə.v)-ə "Və səni asan olan üçün müvəffəqiyyətli edəcəyik" (Əla surəsi, 8) şəklində səslənir və istədiyi insanı asanlıqla müvəffəqiyyətə çatdıracaq olanın yalnız Özü olduğunu xatırladır.
Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”
(Kəhf surəsi, 25-26)
Bu ayələrdə Əshabi-Kəhfin mağarada yuxu halında üç yüz il qaldıqları bildirilir. Oyanmalarına yaxın bir zamanda bu müddət uzadılmış və üç yüz ilin üzərinə doqquz il daha əlavə olunmuş ola bilər. Beləcə onlar mağarada üç yüz doqquz il qalmış ola bilərlər.
Kəhf surəsinin 26-cı ayəsində isə Allahın qeybə tam olaraq, hər istiqamətdən hakim olduğu bildirilir. Çünki göylərdə və yerdə olan hər cür hadisəni yaradan Allahdır. Ayələrdə Rəbbimizin bu sifəti bu şəkildə ifadə edilir:
Göylərin və yerin qeybi Allaha məxsusdur, bütün işlər Ona qayıdacaqdır; Elə isə Ona ibadət edin və Ona təvəkkül edin. Sənin Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir. (Hud surəsi, 123)
Allah ... Ondan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. (Onlar isə) Dilədiyi qədərinin xaricində, Onun elmindən heç bir şeyi qavrayıb-əhatə edə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onların qorunması Ona çətin gəlməz. O, Ucadır, çox böyükdür. (Bəqərə surəsi, 255)
Allah, zamanın da yaradıcısıdır. Bu səbəbdən, Özü zamandan müstəqil, münəzzəhdir. Bizim üçün milyonlarla, milyardlarla il davam edəcək hadisələr, Rəbbimizin Qatında tək bir an olaraq mövcuddur. Allah, hər şeyi, sonsuz əvvəli və sonsuz sonranı, ən mükəmməl şəkildə, hər istiqamətdən, cəhətli və cəhətsiz olaraq görür və eşidir. Səsin bildiyimiz ya da bilmədiyimiz hər şəklini ən yaxşı şəkildə eşidir. Ənbiya surəsində də bildirildiyi kimi "... Mənim Rəbbim göydə və yerdə deyilən-sözü bilir; O, Eşidəndir, Biləndir." (Ənbiya surəsi, 4)
İnsan, zamana və məkana tabe olduğu üçün Allah bildirmədiyi müddətcə- qeybə dair bir məlumata sahib ola bilməz. Ancaq zamanı və məkanı yaradan Rəbbimiz keçmişi də, gələcəyi də, bu anı da əskiksiz olaraq görür və eşidir. Allah zamana, hadisələrə, tarixə, qədərə, maddəyə və canlı-cansız hər şeyə, sonsuz əvvəldə və sonsuz sonrada tam olaraq hakimdir. Allah, Bəqərə surəsində belə buyurur:
"Şərq də, Qərb də. Hər səmtə yönəlsəniz, Allahın üzü (qibləsi) oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)
Kainatdakı hər şeyin tək vəlisi və tək qoruyucusudur. Heç bir canlının Ondan başqa bir vəlisi, dostu, qoruyucusu yoxdur. İnsan çox acizdir. Bu səbəblə hər an, hər cür çətinliklə qarşılaşa bilər. Maddi və mənəvi çətinliklərdən xilas olmanın tək yolu yeganə dostumuz və ixtiyar sahibimiz olan Allaha sığınmaq, tək qoruyucu olaraq Onu bilməkdir. Allah ayələrdə bu şəkildə bildirir:
... Bilmirsənmi ki, Allah, həqiqətən, hər şeyə qadirdir. (Yenə) Bilmirsənmi ki, həqiqətən göylərin və yerin mülkü Allaha məxsusdur. Sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur. (Bəqərə surəsi, 106-107)
Həqiqət budur ki, göylərin və yerin mülkü Allaha məxsusdur; dirildir və öldürür. Sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur. (Tövbə surəsi, 116)
Şübhəsiz ki, mənim vəlim Kitabı nazil edən Allahdır və O, əməlisalehlərə himayədarlıq (vəlilik) edir. (Əraf surəsi, 196)
Kəhf surəsinin bu ayəsinin sonunda bildirildiyi kimi Rəbbimizin heç bir şəriki yoxdur. Allah hər şeyə gücü çatan, zamana, məkana, bildiyimiz və bilmədiyimiz bütün aləmlərə hakim olan tək varlıqdır. Onun bir şəriki yoxdur və olması da mümkün deyil. İxlas surəsində Rəbbimiz belə bildirir:
De ki: O Allah birdir. Allah Saməddir (hər şey Ona möhtacdır, sonsuzdur, heç bir şeyə ehtiyacı olmayandır). O, doğmamışdır və doğulmuşdur. Və heç bir şey Onun tayı deyil. (İxlas surəsi, 1-4)
Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.
(Kəhf surəsi, 27)
bilməzsən. (Kəhf surəsi, 27)
İnsanın gerçək dini öyrənə biləcəyi ən doğru qaynaq Qurandır. Çünki Quran hər şeyi yaradan, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür. Allah insanlara ehtiyac duyacaqları hər mövzunu Quranda açıqlayır. Bu ayəsiylə Allah, Peyğəmbərimiz (s.ə.v)-ə də Quranla vəhy edilənləri oxumasını əmr etmişdir.
Ayənin davamında isə Quranın sözlərinin qətiyyən dəyişməyəcəyi bildirilir. Quranda Allahın xəbər verdiyi kimi, daha əvvəl göndərilən müqəddəs kitablar insanlar tərəfindən təhrif edilmiş, əlavə və çıxarışlarla dəyişdirilmişdir. Ancaq bu vəziyyət Quran üçün keçərli deyil. Allahın "Heç şübhəsiz, zikri (Quranı) Biz nazil etdik Biz; onun qoruyucuları da həqiqətən Bizik." (Hicr surəsi, 9) ayəsiylə də bildirdiyi kimi, Quran Allahın qoruması altındadır. Quranın bu xüsusiyyətini Rəbbimiz ayələrdə bu şəkildə xəbər verir:
Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Biləndir. (Ənam surəsi, 115)
Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)
Ayənin davamında bəhs edilən "... Onun xaricində qəti olaraq bir sığınacaq (mövqe) tapa bilməzsən" ifadəsi isə insanların düşdükləri böyük bir səhvə işarə edilir. İnsanların böyük bir hissəsi Allahın sonsuz qüdrətini təqdir edə bilməzlər. Başqa dost və vəlilər edər və bunların çətinlik anında özlərinə kömək edəcəklərinə, dəstək olacaqlarına inanırlar. Halbuki insan, Allahdan başqa sığındıqlarının da özü kimi Allahın yaratdığı aciz qullar olduqlarını unutmamalıdır. Özünə sığınan varlıqlara da Allah güc verir və hər biri Allahın təcəlliləridir. Kainatdakı hər varlıq ancaq Allahın diləməsiylə hərəkət edir:
Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər” (Əraf surəsi, 194-197)
Ayədə də bildirildiyi kimi insanların Allahı qoyub, dünya həyatında özünə dost və vəli olaraq seçdiyi kəslər Allah diləmədikcə heç bir şeyə güc yetirə bilməyən aciz varlıqlardır. Bu varlıqların insanı hər hansı bir çətinlikdən, fəlakətdən, ya da müsibətlərdən qurtarması qətiyyən mümkün deyil. Bir başqa ayədə bu həqiqət belə xəbər verilir:
Allahı buraxıb özlərinə zərər verməyəcək və faydaları toxunmayacaq şeylərə ibadət edərlər və: "Bunlar Allah yanında bizim şəfaətçilərimizdir" deyərlər. De ki: "Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz? O, sizin qoşduğunuz şəriklərdən uzaqdır və ucadır." (Yunis surəsi, 18)
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!
(Kəhf surəsi, 28)
Bu ayədə yalnız Allahın razılığını hədəfləyərək, səhər axşam daima Allaha dua etmənin əhəmiyyətinə diqqət çəkilir. Dua insan üçün çox böyük bir nemət və Allaha yaxınlaşmaq üçün bir yoldur. İnsan, günün hər anında, hər mühitdə Allaha dua edə bilər. Allah "Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi? ... " (Furqan surəsi, 77) ayəsiylə duanın əhəmiyyətini bildirir. Bir başqa ayədə Allah insanlara bu şəkildə səslənir:
Qullarım Məni sənə soruşacaq olsa, şübhəsiz ki, Mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə, onlar da Mənim çağırışıma cavab versinlər və Mənə iman etsinlər. Ola bilsin ki, irşad (doğru yolu tapmış) olarlar.(Bəqərə surəsi, 186)
Ayənin davamında Allah insanlara dünya həyatının keçici metalarından təsirlənməməli olduğunu təkrar xatırladır. Çünki bu dünya həyatı -daha əvvəl də ifadə etdiyimiz kimi- insanlar üçün bir sınaqdır. Kəhf surəsində dünya həyatındakı evlərin, avtomobillərin, gəmilərin, villaların, qızılların, gümüşlərin, dəbdəbəli paltarların və daha minlərlə bəzəyin yaradılış məqsədini Allah bu şəkildə bildirir:
Şübhəsiz ki, Biz yer üzündə olanları ona bir bəzək etdik; onların hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək. (Kəhf surəsi, 7)
İnsan dünyada yalnız bir neçə 10 il qalacaq və sonra bir anda özünü hesaba çəkilərkən tapacaq. Çünki dünya həyatı çox sürətli keçir. Allah "Şübhəsiz ki, bunlar tez keçib gedəni (fani dünyanı) sevirlər. Önlərində olan ağır bir günü buraxırlar" (İnsan surəsi, 27) ayəsiylə insanlara bu həqiqəti xatırladır. İnsanların gözardı etdikləri axirət həyatı isə sonsuza qədər davam edəcək və insanın, ondan qaça bilməyəcəyi bir həqiqətdir. O səbəblə insanın bu müvəqqəti dünya bəzəklərinə aldanıb, sonsuz axirət həyatını unutması çox böyük bir səhvdir. Allah ayələrində bu şəkildə bildirir:
Dünya həyatı yalnız bir oyun və əyləncədən başqa bir şey deyil. Qorxub-çəkinməkdə olanlar üçün axirət yurdu daha xeyirlidir. Yenə də dərk etmirsiniz? (Ənam surəsi, 32)
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Ayədə həmçinin iman edənlərin bir yerdə olmalarının əhəmiyyətinə də diqqət çəkilir. Allahı xatırlamaq, Ona dua etmək, hər şeyi yalnız Onun rizası üçün etmək saleh möminlərin davranışıdır. Saleh möminlərlə bir yerdə olmanın, Allahı hər an anan insanlarla birlikdə olmanın əhəmiyyəti açıqdır. Möminlərin vaxtlarını birlikdə keçirmələrinin hər baxımdan faydası vardır. Onlar aralarında davamlı Allahı zikr etdikləri, bir-birlərinə Quran ayələrini xatırlatdıqları üçün, birlikdəykən qəflətə düşmə, ya da ibadətlərində axsama ehtimalları minimuma enər. Birlikdə Allahı təsbih edər, insanlara yaxşılığı tövsiyə edər və onları pislikdən çəkindirər və məlumat və mədəniyyət cəhətdən bir-birlərini inkişaf etdirərlər. Hüzurlu, şən, təmiz, etibarlı və rahat bir mühit içində yaşayarlar. Bir-birlərini qoruyar və qayğısına qalarlar. Ayədə möminlərin bir-birlərinə düşkünlükləri bu şəkildə təsvir edilir:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)
Allahı inkar edənlərlə birlikdə olmanın isə bir çox mənfi istiqaməti vardır. İnkar edənlər həmişə Allaha iman edənlərin müqəddəs dəyərlərinə qarşı hücum və böhtan içindədirlər. İçlərindəki düşmənliyi hər zaman dilə gətirər, iman edənlərlə lağ edərlər. Allah, iman edənlərin bu kimi mühitlərdə olmasını belə qadağan etmişdir:
Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır. (Nisa surəsi, 140)
İnkar edənlərlə birlikdə olmanın bir başqa mənfi istiqaməti isə, Allaha yaxınlığı çox güclü olmayan bir insanın, Allahın zikrindən uzaq, nəfsinin arxasından qaçan bu insanlardan mənfi mənada təsirlənməsi ehtimalıdır. İmanda dərinləşmiş, saleh müsəlmanların inkarçılardan təsirlənməsi Allahın izni ilə mümkün deyil. Ancaq dini yeni tanıyan, Quran əxlaqını tam olaraq yaşamayan bir insan inkar edənlərə uya bilər, onların bəzəkli sözlərindən, aldadıcı söhbətlərindən təsirlənib, arxalarınca gedə bilər. Bu da onu, dünyada və axirətdə zərərə uğrada bilər.
De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!
(Kəhf surəsi, 29)
Möminlər insanlara Allahın dinini və Quran ayələrini izah edib, onları iman etməyə dəvət etdikdən sonra o kəslər üzərində bir təzyiq meydana gətirməzlər. Kitabın ilk hissələrində də izah etdiyimiz kimi hidayəti verəcək olan Allahdır. Möminlərin inkar edənlərə qarşı istifadə etdikləri üslub ayələrdə bu şəkildə bildirilir:
"Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm. Mənim ibadət etdiyimə siz ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim mənə." (Kafirun surəsi, 2-6)
Ancaq möminin vəzifəsi, qarşısındakı insanı inkar etdiyi təqdirdə, öldükdən sonra qarşılaşacağı cəhənnəm əzabıyla qorxutmaq və bu böyük təhlükəni xəbər verməkdir. Bu ayədə də inkar edənlərin qarşılaşacaqları sonsuz cəhənnəm əzabı izah edilir. O gün inkar edənlərin heç bir köməkçiləri və şəfaətçiləri olmayacaq.
Allah, "Cəhənnəm atəşinə, alçaldıcı bir şəkildə sürüdüləcəkləri gün" (Tur surəsi, 13) ayəsi ilə cəhənnəm əhlinin necə alçaldılacaqlarını bildirmişdir. Dünya həyatında yalnız mal və mövqe sahibi olduqları üçün təkəbbürlənənlər, insanlara zülm edənlər cəhənnəmdə çox yazıq və aciz olduqlarını anlayacaqlar. Cəhənnəm əhli "Əlləri boyunlarına bağlı olaraq ..." (Furqan surəsi, 13) atəşin dərin yerinə atılacaq, dumanlı bir kölgə içində qalacaqlar. Atəşin uğultulu səsini davamlı eşidəcək, sümükləri sızıldadan inləmələrə məruz qalacaq. Onlar bir əzabdan başqa bir əzaba sürüklənəcəklər, bütün yalvarışlarına baxmayaraq əzab onlardan qətiyyən yüngülləşdirilməyəcəkdir. Çünki cəhənnəm əzabından, "Qapıları kilidlənmiş bir atəş ..." (Bələd surəsi, 20) ayəsində ifadə edildiyi kimi qətiyyən bir qaçış yoxdur.
İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.
(Kəhf surəsi, 30)
Saleh əməlin əhəmiyyətini əvvəlki hissələrdə izah etmişdik. Bu ayədə də Allah ən gözəl davranışlar etməyin əhəmiyyətinə diqqət çəkir. Ən gözəl davranış Allahın ən çox razı olacağı, Quran əxlaqına tam uyğun və ixlasla edilən saleh davranışdır. Allah bir ayəsində gözəl davranışların əhəmiyyətini belə bildirir:
Göylərdə və yerdə olanlar Allaha məxsusdur; O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır. (Nəcm surəsi, 31)
Yuxarıdakı ayələrdə də göründüyü kimi, iman edən insanların Allahı razı edəcək gözəl davranışlarda olmaları da son dərəcə əhəmiyyətlidir. Rəbbimiz gözəl davranışlarda olanların daha gözəl bir qarşılığı uma biləcəklərini xəbər vermişdir. İnsan etdiyi gözəl davranışların qarşılığını yalnız Allahdan gözləməlidir.
Allah insanın hər etdiyini əhatə edəndir. Rəbbimizin etdiyimiz bütün gözəl davranışlardan xəbərdar olması kifayətdir. Çünki bizə bunların qarşılığını verəcək olan, qəlblərimizdə olanı bilən Allahdır. Allah, Quran əxlaqına uyğun, gözəl davranışlar edən möminlərin mükafatlarını tam verəcəyini söyləyir, onları cənnətlə belə müjdələyir:
Xəbəriniz olsun; Allahın vəliləri, onlar üçün qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman edənlər və (Allahdan) qorxanlardır. Müjdə, dünya həyatında və axirətdə onlarındır. Allahın sözləri üçün dəyişiklik yoxdur. Bu, böyük qurtuluş və xoşbəxtlik budur.(Yunis surəsi, 62-64)