O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər,
özləri də eşidə bilmirdilər.
(Kəhf surəsi, 101)
Kəhf surəsinin bu ayəsində Allah inkar edənlərin zikr etməkdə qəflət içində olduqlarını bildirir. Rəbbimiz bir başqa ayəsində də "Xeyr, onlar öz Rəbbini zikr etməkdən üz çevirənlərdir" (Ənbiya surəsi, 42) şəklində buyurur. Onlar Allahın ayələrini inkar edir, kainatın hər bir təfərrüatındakı yaradılış dəlillərini görməzlikdən gəlir və Allahın insanlara bir hidayət rəhbəri olaraq endirdiyi Quranı dinləməkdən şiddətlə qaçırlar. Halbuki Allah zikrin əhəmiyyətini bir çox ayədə vurğulayır və əksinin qəflət halı olacağını bildirir:
"Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma." (Əraf surəsi, 205)
İnsan, Quran əxlaqını yaşamaqla, hər etdiyi işdə Allahın razılığını axtarmaqla və Allahın əmr və tövsiyələrinə dəqiqliklə riayət etməklə məsuldur. Zikrin əhəmiyyəti Ənkəbut surəsində də bu şəkildə bildirilir:
Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı zikr etmək isə şübhəsiz ən böyük (ibadət) dir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
Möminlər üçün isə Allahın "Ey iman gətirənlər, nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, artıq onlar ziyana uğrayanlardır." (Münafiqun surəsi, 9) əmri gərəyi zikr hər şeydən əhəmiyyətlidir. Allah "Rəbbinin adını zikr et və hər şeydə özünü tamamilə Ona həsr et" (Müzzəmmil surəsi, 8) şəklində buyurmuşdur. Müsəlmanların Allahı zikr etmə mövzusundakı qətiyyətləri bir ayədə də bu şəkildə bildirilir:
(Elə) Adamlar ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz”; onlar, qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən alt-üst olacağı) bir gündən qorxurlar. (Nur surəsi, 37)
Kəhf surəsinin 101-ci ayəsində diqqət çəkilən bir başqa mövzu isə inkar edənlərin Quranı dinləməyə dözə bilməmələridir. Onlar özləri kimi, digər insanların da Qurandan uzaq olmalarını istəyərlər. Çünki Quranı dinləyən bir adam vicdanının səsinə uyaraq, yaxşıların tərəfinə keçə bilər; haqqı tətbiq edərək yaşamağa və yaşatmağa başlaya bilər. Məhz bu səbəblə də inkar edənlər, özlərinə edilən təbliği dinləməmək üçün hər cür üsullardan istifadə edərlər. Allah "İnkar edənlər dedilər ki: "Bu Quranı dinləməyin və oxunarkən hay-küy qoparın. Bəlkə, qalib gələsiniz." (Fussilət surəsi, 26) ayəsi ilə bu kəslərin istifadə etdikləri metodu da bildirmişdir.
İnkar edənlər Quranı dinləməmək üçün yuxarıdakı ayədə ifadə edildiyi kimi, yüksək səslə üstün gəlməyə cəhd göstərər, mövzunu dəyişdirməyə çalışar və ya təcavüzkar bir üslubla ayələrin oxunmasını əngəlləəyə cəhd edərlər. Bu üsullar işə yaramazsa, bu dəfə iman edənləri susdurmaq üçün şiddətə, təhdidə və hər cür təzyiq üsullarına müraciət edə bilərlər. Bunları etmələrinin tək səbəbi isə duyduqları həqiqətlərdən təsirlənəcəklərini, vicdanlarının hərəkətə keçəcəyindən və bəzi düşüncələrinin nə qədər səhv olduğunu fərq edəcəklərindən qorxmalarıdır. Bu qorxularını onların üz ifadələrindən, rəftarlarından, Quran ayələri oxunarkən və yaradılış həqiqəti izah edilərkən bir anda çaxnaşmaya düşmələrindən dərhal anlamaq mümkündür. Tək qurtuluşları Quran əxlaqına tabe olmaq olmasına baxmayaraq inkar edənlərin haqqı dinləməkdən qaçacaqlarını Allah Yasin surəsində belə bildirir:
Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!” – deyildikdə üz çevirirlər. Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər. (Yasin surəsi, 45-46)
Halbuki Quranı dinləməmək üçün qulaqlarını tıxayanlar bilməlidirlər ki, haqq-hesab günü çox böyük bir peşmanlıq yaşayacaqlar. O gün tək istədikləri şey isə ölümün hər şeyi bitirməsi olacaq. Bu vəziyyət Quranda belə xəbər verilir:
Kitabı sol əlinə verilən isə; o da, deyər ki: "Kaş əməl dəftərim mənə verilməyəydi. Hesabımı heç bilməsəydim. Kaş o (ölüm hər şeyi) kəsib bitirsəydi. Malım mənə heç bir fayda təmin edə bilmədi. Güc və qüdrətim yox olub getdi." (Haqqə surəsi, 25-29)
Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.
(Kəhf surəsi, 102)
Ayədə bəzi insanların Allahı unudub, Ondan başqa dost və vəlilər etdikləri vurğulanır. Haqqında bəhs etdiyimiz insanlar bir çətinliklə qarşılaşdıqlarında, bir çətinlikləri olduqda, köməyə ehtiyac duyduqları zaman "vəli" seçdikləri kəslərin özlərinə kömək edə biləcəkləri, çətinliklərini aradan qaldıra biləcəkləri kimi səhv düşüncələri olar. Halbuki insanlardan mədət ummaq, kömək gözləmək çox böyük bir səhvdir. Allah diləmədikcə heç bir insanın bir digərinə yardım etməsi mümkün deyil. Çünki Allahın xaricindəki varlıqlar da yalnız Onun yaratdıqlarıdır. Onun istəyi ilə var olmuşlar. Onun istəyi ilə varlıqlarını davam etdirərlər. Çətinlikləri aradan qaldırıb asanlaşdıran, sıxıntıları ortadan qaldıran, şəfanı və ruzini verən, güldürən də, ağladan da Allahdır. Qısacası, Allahdan başqa hər şey və hər kəs, sonsuz aciz, sonsuz kasıb, sonsuz möhtacı olan varlıqlardır. Bunların özlərinə aid bir gücləri, qabiliyyətləri yoxdur; elə ki, özlərinə belə yardım edə bilməzlər. O halda, ortada Allahdan başqa güvəniləcək, kömək ümid ediləcək, bir şeylər istənəcək, gözləniləcək kimsə də yoxdur.
Bu səbəblə, Allahdan deyil də başqalarından kömək istəmək, onları vəli seçmək, Allahı unutmaq, Allaha güvənməyib, səbəblərə, vasitəçilərə, insanlara güvənmək, Allahın yaratdıqlarını Allahdan müstəqil bir güc, iradə və təsir sahibi olaraq görmək deməkdir ki, bu da açıq-aşkar şirkdir. Allahı buraxıb qullarından kömək gözləyənlərin düşdükləri azğınlıq Quranda belə ifadə edilir:
Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 74-75)
Bir əzab yurdu olan cəhənnəmdə, Allahın "Qəhhar" (qəhr edici), "Cabbar" (istədiyini zorla etdirən), "Muntakim" (intiqam alan) kimi adları sonsuza qədər təcəlli edəcək. Kəhf surəsinin bu ayəsində isə bu sonsuz əzabın inkar edənlər üçün bir dayanacaq olduğu bildirilir.
İnkar edənlər, Allahın hüzurunda hesaba çəkildikdən sonra kitablarını sol tərəflərindən alarlar. Bu an, sonsuza qədər içində qalacaqları cəhənnəmə sürüklənəcəkləri andır. İnkar edənlər üçün heç bir qaçış imkanı yoxdur. Cəhənnəm əhlinin hər biri, özü üçün vəzifələndirilmiş bir şahid, bir də sürücü mələklə gəlir. Mövzuyla əlaqədar bəzi ayələr belədir:
Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!” Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyirə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”(Qaf surəsi, 20-26)
Budur inkar edənlər bu qorxunc yerə doğru üzüstə sürüklənərək gətiriləcəklər. Quranda keçən ifadəylə "dəstə-dəstə" cəhənnəmə doğru sövq edilərlər. Cəhənnəmin dəhşətli uğultusunu uzaqdan duyarlar.(Mülk surəsi, 7-8)
Ayələrdə bildirildiyinə görə, inkar edənlər, dirilişlə birlikdə başlarına gələcəkləri hiss etməyə başlayırlar. Boyunları alçaldıldıqları və utandıqları üçün bükülmüşdür. Başları əyilmiş, dostsuz, köməksiz qalmış, qürurları qırılmış, çökmüş vəziyyətdədirlər. Utandıqlarından ötrü başlarını qaldırmadan gözlərinin ucuyla baxarlar. Bir ayədə Rəbbimiz belə bildirir:
Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar.(Şura surəsi, 45)
Cəhənnəmin qapısında isə inkar edənlər belə qarşılanacaqlar:
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!” – deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! (Zumər surəsi, 71-72)
İnkar edənlər cəhənnəmə girdikdə cəhənnəmin qapıları üzərlərinə bağlanılar. Qarşı-qarşıya qaldıqları əzab, Quranda "böyük bir əzab" (Ali İmran surəsi, 176), "şiddətli bir əzab " (Ali İmran surəsi, 4) və "ağrılı-acılı bir əzab " (Ali İmran surəsi, 21) olaraq təsvir edilmişdir. İnsanın dünya həyatında bildiyi meyarlar, cəhənnəm əzabını tam olaraq dərk etməyə yetərli deyil. Allahın əzabının bir bənzərinin olmadığı ayələrdə belə xəbər verilir:
O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)
Cəhənnəm əhli, cəhənnəmdə "alovlanaraq yanan" (Məaric surəsi, 15), "alovları yüksəldikcə yüksələn" (Leyl surəsi, 14), "dəlicə yanan" (Furqan surəsi, 11) bu atəşin içinə atılırlar. Ayələrdə belə buyrulur:
Tərəziləri yüngül gələnlər. Artıq onun da anası (son dayanacağı) "Haviye"dir (uçurum). Onun nə olduğunu sən haradan bilirsən nədir? O, çox qızmar bir oddur. (Qariə surəsi, 8-11)
Atəş, cəhənnəmdəki əzablardan sadəcə biridir. Cəhənnəmdə insanı həm fiziki, həm də psixoloji cəhətdən əzab verəcək çox müxtəlif üsullar vardır. Quranda keçən ifadəylə, əzab cəhənnəmdə hər istiqamətdən gəlir. Əzabdan özlərini qorumağa fürsətləri yoxdur, əzab hər tərəfdən onları əhatə edir. Onlar üstlərindən, altlarından gələn əzabı dəff etməyə malik deyillər və bu sonsuza qədər davam edər.
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.
(Kəhf surəsi, 103-105)
Bu ayələrdə dünya həyatı boyunca çalışıb əlləşmiş, bəlkə maddi baxımdan müvəffəqiyyətli olmuş, müəyyən bir kariyeraya sahib olmuş, sənət əsərləri, elmi kəşflər ortaya qoymuş, ancaq Allahın varlığını və ayələrini inkar etdikləri üçün axirətdə səyləri boşa getmiş olan insanlardan bəhs edilir.
Bir insan Allaha inanmaz, Quran ayələrini inkar edər və edilən xəbərdarlıqlardan üz döndərsə, bu adam -böyük əsərlər meydana gətirsə və ya çox əhəmiyyətli ixtiralar etsə də- axirəti baxımından böyük bir itkiyə məruz qalacaq. Ayələrdə bu şəxslərin vəziyyəti bu şəkildə ifadə edilir:
... İmanı inkar edərsə, əlbəttə onun etdiyi boşa çıxmışdır. O, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)
Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlər, onların əməlləri boşa çıxmışdır. Onlar etdiklərindən başqasıylamı cəzalandırılacaqdılar? (Əraf surəsi, 147)
... Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır. (Tövbə surəsi, 69)
Ayələrdə inkar edənlərin bütün səyləri boşa gedərkən, iman edənlərin hər yaxşılıqlarının ən gözəliylə qarşılıq tapacağı da müjdələnir. Onların heç bir əməllərinin boşa çıxarılmayacağı bir ayədə belə xəbər verilir:
Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”. (Ali İmran surəsi, 195)
Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.
(Kəhf surəsi, 106)
Kəhf surəsinin 106-cı ayəsində də inkar edənlərin Allahı, peyğəmbərini və ayələrini məsxərəyə qoyduqları üçün cəhənnəm əzabıyla cəzalandıracaqlarından bəhs edilir. Lağ, inkar edənlərin Quranı dinləməmək üçün ən tez müraciət etdikləri üsuldur. Allah inkar edənlərin bir-birlərinə sanki vəsiyyət etdikləri bu əxlaq pozğunluğunu bir ayəsində belə bildirir:
Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər. Onlara haqq gəldikdə onu yalan saydılar; lakin lağ etdiklərinin xəbərləri onlara gələcəkdir. (Ənam surəsi, 4-5)
Bir başqa ayədə isə bu şəkildə ifadə edilir:
Dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər. (Zuxruf surəsi, 47)
Bu kəslərin lağ etmələrinin arxasında duran ən əhəmiyyətli səbəb isə izah edilənləri dinləmək istəməmələridir. Çünki daha əvvəl də ifadə etdiyimiz kimi bu həqiqətlərə qulaq asdıqlarında vicdanlarının hərəkətə keçəcəyindən, axirətin varlığının, ölümün və dünya həyatındakı məsuliyyətlərinin ağıllarına gələcəyindən qorxurlar. Bu səbəblə də lağ edərlər. Allahın elçiləri vasitəsiylə endirdiyi dinlərlə lağ etmək qəsdiylə öz ağıllarına görə karikaturalar çəkər, yumorlu yazılar yazar, bununla əylənər və Quranda bildirilən həqiqətləri unutmağa çalışarlar.
Məsxərə, bir fikri açıqlaması, qarşısındakı fikrə qarşı gətirə biləcək bir dəlili olmayan kəslərin, bu zəifliklərini və komplekslərini gizlətmək üçün istifadə etdikləri cahilcə bir üsuldur. Məsxərə edərək öz küfrünü haqlı göstərməyə çalışan bu kəslər, Allahın "(Əsl) Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər" (Bəqərə surəsi, 15) ayəsiylə də bildirdiyi kimi, ancaq qısa bir müddət bu məsxərələrini davam etdirə biləcəklər. Ölüm gəldiyi zaman "... istehza etdikləri şey də onları bürüyəcəkdir" (Zumər surəsi, 48) ayəsinə uyğun bir mühitlə qarşılaşacaqlar. Allah başqa ayələrində də Quran ayələri ilə istehza edənlərin cəhənnəm əzabı qarşısındakı vəziyyətlərini bu şəkildə təsvir edir:
Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edir və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı dirildiləcəklər?” De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar. Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!” Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür! (Saffat surəsi, 12-21)
İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır.
Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər.
(Kəhf surəsi, 107-108)
Daha əvvəl də vurğuladığımız kimi qiyamət günündə saleh möminlər, bütün həyatları boyunca etdikləri əməllərin yazılmış olduğu hesab dəftərlərini "sağ tərəflərindən" alacaqlar. Bu tərif, Quranda "asan" hesaba çəkiləcək və cənnətlə mükafatlandırılacaq insanlar üçün istifadə edilmişdir. Bu mövzuyla əlaqədar bəzi ayələr belədir:
Artıq kimin kitabı sağ əlinə verilsə. O, asan bir hesab (sorğu) ilə sorğuya çəkiləcək. Və öz yaxınlarına sevinc içində dönmüş olacaq.(İnşiqaq surəsi, 205)
Hesaba çəkilmələri bitdiyində artıq möminlər, xilas olmanın sevinci içindədirlər. Ayədə möminlər üçün belə hökm edilir:
"Oraya sağ-salamat və təhlükəsizliklə daxil olun."(Hicr surəsi, 46).
Özünə "cənnətə gir" deyilən mömin bir adam isə, belə söyləyər:
... Kaş qövmüm də bir bilsəydi, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindənəm. (Yasin surəsi, 26-27)
Bir başqa ayədə də Allah, cənnət əhlini belə müjdələyir:
... Bu, doğru danışanlara, doğru ifadəyələrinin fayda verəcəyi gündür. Onlar üçün, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlər vardır ...(Maidə surəsi, 119)
Cənnətdə möminləri sonsuz nemətlər gözləyir. Ayələrdə cənnət nemətlərindən bu şəkildə bəhs edilir:
Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”(Fatir surəsi, 33-35)
Cənnətdəki nemətlərin göz qamaşdırıcılığını sözlərlə təsvir etmək mümkün deyil. Ayələrdə də bildirildiyi kimi cənnət, insanın beş duyğusuna mümkün qədər ən böyük zövq və ləzzətlərin daddırıldığı bir məkandır.
Ancaq cənnətin bütün bunlardan çox daha üstün olan ən böyük neməti, Allahın razılığıdır. Möminin Allahın razılığını qazandığından ötrü hiss etdiyi sevinc və hüzurdur. Bundan əlavə, Allahın verdiyi hər şey üçün Ondan razı olmağın, Ona daimi şükür içində olmağın verdiyi əsl xoşbəxtlikdir. Quranda, cənnət əhlinin bu xüsusiyyətinə bu şəkildə diqqət çəkilir:
"... Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur."(Maidə surəsi, 119)
De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı”.
(Kəhf surəsi, 109)
Bu ayədə Allahın sonsuz elmi bir örnəklə insanlara təsvir edilir. Allah göylərin, yerin, bu ikisi arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, elmlərin, hər an meydana gələn bütün hadisələrin məlumatına malikdir. Çünki hamısının Yaradıcısı Odur.
Allahın “bilməsi” sərhədsizdir; O eyni anda dünya üzərində doğan və ölən insanların şəxsiyyətlərini, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktika içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da əsla tamamlaya bilməyəcəyimiz hər şeyi bilir. Allah, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın və bitkinin hüceyrələrində kodlu olan şifrələri də bilir. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah insanın içinə və xaricinə da hakimdir. Necə ki, Allahın bu sonsuz məlumatı bir çox ayə ilə də bildirilmişdir. Ayələrdən bəziləri belədir:
Məgər görmürsənmi ki, göylərdə və yerdə olanlar və qanad açıb uçan quşlar Allahın şəninə təriflər deyir. Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini biləndir. (Nur surəsi, 41)
Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.(Hud surəsi, 5)
O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”
(Kəhf surəsi, 110)
Gəlmiş keçmiş bütün ümmətlərə onları Allahın doğru yoluna çağıran elçilər göndərilmişdir. Elçilər insanlara Allahın varlığını və birliyini izah edən, onlara Allahın dinini təbliğ edən, Allahın onlardan istədiklərini, digər bir ifadə ilə etməli olduqlarını və çəkinmələri lazım olan şeyləri bildirən, onları cəhənnəm əzabına qarşı xəbərdar edən və cənnətlə müjdələyən mübarək insanlardır.
Elçilərin həyatları və mübarizələri, düşünən və öyüd almasını bilən möminlər üçün çox hikmətli dərslərlə doludur. Möminlər, rəsullar arasında heç bir ayrı-seçkilik etmədən onların Quranda çatdırılan gözəl rəftar və davranışlarını, üstün əxlaqlarını özlərinə nümunə götürməli, onların öyüd və tövsiyələrini götürüb, xəbərdarlıqlarına böyük əhəmiyyət verməlidirlər.
Allahın elçilərinin Quranda bildirilən təbliğləri bir-birinə bənzəyir. Hər elçi, insanları Allaha iman etməyə, haqq kitablarına uymağa, qorxub-çəkinməyə və Allahın əmrlərini dəqiqliklə yerinə yetirməyə dəvət etmişdir. Bu səbəblə də iman edənlərin rəsullardan heç birini ayırmadan, hamısına endirilənə iman etmələri, onların Quranda bildirilən təbliğlərinə böyük dəqiqliklə əməl etmələri lazımdır. Ayədə belə əmr edilir:
Deyin ki: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Onlardan heç birini digərindən ayırmırıq və biz Ona təslim oluruq!". (Bəqərə surəsi, 136)
Bütün rəsullar insanları haqq dinə və ən doğru yola çağırmışlar. Bu çağırış onların ümmətləri üçün keçərli olduğu kimi, bizim üçün də keçərlidir. Hamısının dəvət etdiyi təməl imani və əxlaqi həqiqətlər, sərgilədikləri üstün xarakter xüsusiyyətləri, hər dövr üçün, bu səbəbdən bizlər üçün də riayət edilməli və nümunə alınmalı olan mövzulardır. Allah Quranda onların dəvət etdikləri həqiqətləri və sahib olduqları üstün əxlaqi xüsusiyyətləri bizlərə bir çox baxımdan, köklü və ətraflı bir şəkildə bildirmişdir. Və Peyğəmbərlərinin şəxsində bütün möminlərə doğru yola tabe olmağı əmr etmişdir:
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik. Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır”. (Ənam surəsi, 89-90)
Elə isə möminlərə düşən Quranda elçilərin hekayələrini diqqətlə oxuyub, onların göstərdikləri doğru yola, etdikləri öyüdlərə və xəbərdarlıqlara dəqiqliklə əməl etməyə çalışmaqdır.
Kitab boyunca Kəhf surəsində Axırzamana istiqamətli bir çox işarə olduğunu ifadə etdik. Necə ki, bəzi ayələrin əbcəd dəyərləri də dövrümüzə çox yaxın zamanlara xitab edir. Bu ayələrdən bəziləri bu şəkildədir:
Onların qəlbinə qüvvət verdik... (Kəhf surəsi, 14) HİCRİ: 1400 MİLADİ: 1979 |
O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. ... (Kəhf surəsi, 95) HİCRİ:1409, MİLADİ:1988 (şəddəsiz) |
Həqiqətən Biz ona yer üzündə möhkəm bir iqtidar verdik... (Kəhf surəsi, 84) HİCRİ:1440, MİLADİ:2019 (şəddəli) |
Gerçekten Biz ona yeryüzünde sapasağlam bir iktidar verdik... (Kehf Suresi, 84) HİCRİ:1440, MİLADİ:2019 (Şeddeli) |
Kəhf surəsində hicri 14-cü əsrin əvvəlinə, yəni miladi olaraq XX əsrin sonu və XXl əsrin əvvəlinə baxan bir işarə isə Kəhf surəsinin sıra nömrəsi ilə ayə sayının bir-birinə vurduqda əldə edilən 1980 rəqəmidir. Bu rəqəm hicri 14-cü əsrin əvvəllərinə uyğun gəlir.
18-ci surə Kəhf surəsi 110 ayə 18 x 110 = 1980 |
Bədiüzzaman Səid Nursi də bir çox sözündə Axırzamanın başlanğıcı olaraq eyni tarixlərə işarə etmişdir. Məsələn, bir sözü bu şəkildədir:
Məhz bu həqiqəti bilməyən insafsız insanlar deyirlər ki: "Axirətin təfsilatını dərs alan ayıq qəlbli, kəskin nəzərli olan səhabələrin fikirləri nə üçün min il həqiqətdən uzaq olaraq fikirlərindən çıxmış kimi, istikbal-i dünyəvidə min dörd yüz il sonra gələcək bir həqiqəti əsrlərində yaxın zənn etmişdilər? (9)
Ustad burada, səhabələrin yaşadığı dövrdən "1400 il sonra"sından bəhs edərək, Axırzamanın 1980-ci illərə uyğun gəldiyini işarə etmişdir. Burada nə 1373, nə 1378, nə də 1398 deyilməmiş, tam 1400 deyilmişdir. Yəni hz. Mehdinin hicri 1400-cü illərdə vəzifəyə başlayacağını açıq və dəqiq olaraq ifadə etmişdir.