Kəhf surəsi, 01-10. Ayetler

Kəhf surəsi, 1

Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!
(Kəhf surəsi, 1)

Kəhf surəsinin ilk ayəsində Allah şükür etmənin əhəmiyyətinə diqqət çəkir. Allah insana sahib olduğu hər şeyi; mükəmməl işləyən vücudunu, dünyadakı yaşanan mühiti, səmadakı nizamı, yeməkləri, suyu və daha nələri verəndir. Allah sonsuz comərd olandır. Rəbbimiz insanlara dünya həyatında ümumiləşdirməylə belə sayıla bilməyəcək qədər çox nemətlər vermişdir. Bu həqiqət, bir ayədə belə xatırladılır:

Əgər Allahın nemətlərini saymalı olsanız, ümumiləşdirmə edərək belə onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. (Nəhl surəsi, 18)

Allaha, verdiyi bütün nemətlərdən ötrü həmişə şükür etmək iman edənlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Unudulmamalıdır ki, Allah bütün bu nemətlərlə insanları sınayır. Allah, Nisa surəsinin 147-ci ayəsində "şükrün əvəzini verən" olduğunu xəbər verir. Buna baxmayaraq, insanların böyük bir hissəsi özlərinə verilən nemətlərə nankorluq edirlər. Hz. Süleymanın Nəml surəsindəki sözləri belədir:

... "Bu, Rəbbimin fəzlindəndir, Ona şükür edəcəyəm, yoxsa nankor olacağam deyə məni sınadığı üçün (bu qeyri-adi hadisə reallaşdı). Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim Qani (heç bir şeyə və kimsəyə ehtiyacı olmayan) dır, Kərim olandır. " (Nəml surəsi, 40)

Axırzaman isə insanların şükürdən tamamilə uzaqlaşdıqları bir dövrdür. Bu dövrdə insanlar bütün nemətləri verənin Allah olduğunu unudar, dünya həyatına böyük bir ehtirasla bağlanarlar. Sahib olduqları maddi-mənəvi hər cür zənginliyi özlərindən bilərlər. Bu nemətləri öz səyləriylə, zəkalarıyla və layiq olaraq əldə etdiklərinə inanarlar. Ancaq bu şəkildə düşünən kəslər, əslində Allaha qarşı çox böyük bir nankorluq içində olduqlarını qəti olaraq bilməlidirlər. Çünki insana sahib olduğu bütün nemətləri verən Allahdır. Necə ki, ayələrdə bu həqiqət belə bildirilir:

Sizə hər istədiyiniz şeyi verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqət budur ki, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Nemət olaraq sizə çatan nə varsa, Allahdandır, sonra sizə bir zərər toxunduğu zaman (yenə) ancaq Ona yalvarırsınız. Sonra sizdən zərəri aradan qaldırdığında, sizdən bir qrup (dərhal) Rəbbinə şərik qoşar; Özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün belə edirlər. Hələlik faydalanın! Tezliklə biləcəksiniz. (Nəhl surəsi, 53-55)

Nəhl surəsinin yuxarıdakı ayələrində bildirildiyi kimi, insanlar Allahın verdiyi nemətləri unudur və Ona şərik qoşarlar. İnsanları Allahın nemətlərinə qarşı nankorluq etməyə məcbur etmək və şükürdən uzaqlaşdırmaq isə şeytanın bir taktikasıdır. Bu şəkildə onları inkara yaxınlaşdırır və Allahın yolundan azdırır. Şeytanın bu hiyləgər taktikası və əsil məqsədi Quranda belə bildirilir:

"Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm. Onların əksəriyyətini şükür edən görməyəcəksən". (Allah) dedi: "Oradan mənfur və qovulmuş olaraq çıx. Onlardan kim sənin ardınca getsə, cəhənnəmi sizlərlə dolduracağam." (Əraf surəsi, 17-18)

kelebek, geyik, meyveler

Allaha şükür etmənin əhəmiyyətinə ayələrdə diqqət çəkilməsinə baxmayaraq, insanların şükürdən uzaqlaşmalarının əlbəttə ki, dünyada da bir qarşılığı vardır. Dünya üzərindəki yoxluq, qıtlıq, səfalət, əxlaqi çöküş kimi çətinliklərin təməlində insanların Allahı unutduqları və şükür etməmələri durur. Şükür insana nemətlərin, rifahın və əmin-amanlığın qapılarını açarkən, şükürdən uzaqlaşıb, nankorluq etmək isə böyük bir əzab gətirir. Allah bir ayəsində bu şəkildə buyurur:

"Rəbbiniz belə buyurmuşdu:" And olsun ki, əgər şükür etsəniz sizə artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir." (İbrahim surəsi, 7)

Ayədə də bildirildiyi kimi, şükür etməyən, Allahın nemətlərinə nankorluq edən bir insan şiddətli bir əzaba layiqdir. Necə ki, Allah bəhs edilən kəslərə həm dünyada, həm də axirətdə əzab verir.

şelale, manzara

Keçmişdə yaşanan hadisələr bu mövzuda əhəmiyyətli ibrət dərsləri verir. Ötən əsrdə dünyanı, Allahın dinini inkar üzərinə qurulmuş ideologiyaları mənimsəmiş kəslər idarə etmişdir. Faşizm və kommunizm kimi ideologiyalar, insanları haqq dinin gözəlliklərindən uzaqlaşdırmış, onlara inkarı cazibədar göstərmişdir. Bu zalım ideologiyaların arxasından sürüklənərək Allahı inkar edən insanlar, şükür etməyi də bunun bir nəticəsi olaraq unutmuş və illər boyu çox böyük bəlalarla qarşılıq görmüşlər. İnsanlar Allahın nemətlərinə nankorluq etmələrinin qarşılığını, nemət əskikliyi olaraq almışlar. Quranda nankorluğun qarşılığı belə xəbər verilmişdir:

Allah bir şəhəri misal çəkdi: (Xalqı) Təhlükəsizlik və hüzur içində idi, onun ruzisi də hər yerdən bol-bol gəlirdi; lakin Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı.(Nəhl surəsi, 112)

XX əsr boyunca bütün dünyanın aclıq, yoxsulluq, qorxu və acı yaşamalarının təməlində də bu nankor əxlaqları var. Quranda Allahın nemətlərinə nankorluq edən insanların cəzalandırılacağı belə xəbər verilmişdir:

Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz (nemətə) nankorluq edəndən başqasına cəzalandırarıq mı?(Səba surəsi, 17)

Kəhf suresi, 2

Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi.
(Kəhf surəsi, 2)

Kəhf surəsinin 2-ci ayəsində Quranın əhəmiyyətinə və doğru bir kitab olduğuna diqqət çəkilir. Quran, Allahın izni ilə insanlara öyüd-nəsihət verən və sonsuz həyatları üçün onları xəbərdar edən və doğru yolu göstərən, Allahın vəhyidir. Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazanmaq üçün sarılmalı olduğumuz yeganə yol göstəricidir. Doğru ilə yanlışı bir-birindən ayıran mütləq ölçüdür. Bəqərə surəsinin 120-ci ayəsində də bildirildiyi kimi "Şübhəsiz ki, doğru yol, Allahın yoludur." Rəbbimiz iman edənlərə yol olaraq Qurana möhkəm sarılmalı olduğumuzu belə açıqlayır:

"Bu halda, sənə vəhy olunana sarıl; çünki sən düz yoldasan. Və şübhəsiz o (Quran), sənin və sənin qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual olunacaqsınız." (Zuxruf surəsi, 43-44)

Kəhf surəsinin 2-ci ayəsində eyni zamanda ayələrə riayət etməyin əhəmiyyətinə də Allah diqqət çəkir. İman edən bir insan bütün həyatı boyunca Allahın hökmlərinə, əmr və tövsiyələrinə diqqətlə riayət etməklə məsuldur. Heç bir çətinlik, təzyiq ya da sıxıntı onu bu mövzuda ruh düşkünlüyünə salmaz və qəflətə sürükləməz. Şərtlər nə olursa olsun hər zaman bu mövzularda diqqətli, çalışqan və qətiyyətlidir.

Ayədə diqqət çəkilən hökmlərdən digəri də insanları xəbərdar edib qorxutmaqdır. Allah Quranın bir çox ayəsində iman edənlərə bu əhəmiyyətli məsuliyyəti xatırladır, insanlara yaxşılığı əmr etmək və onları pislikdən çəkindirməyin əhəmiyyətinə işarə edir. Həmçinin, Allah Quranda bu vəzifənin bir ibadət olaraq yerinə yetirilməsini əmr etmiş və bunu edən insanların qurtuluş tapacağını da müjdələmişdir. Bu mövzudakı bir ayə belədir:

Tövbə edənlər, ibadət edənlər, həmd edənlər, (İslam uğrunda) səyahət edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri görməyi qadağan edənlər və Allahın hədlərini qoruyanlar; sən (bütün) möminləri müjdələ. (Tövbə surəsi, 112)

Hər mövzuda olduğu kimi bu mövzuda da ən gözəl nümunələr peyğəmbərlərdədir. Bu şərəfli vəzifəni boynuna götürən elçilər, tarix boyunca insanları hər cür şəkillərdə xəbərdar etmişlər və Allaha iman etməyə dəvət etmişlər. Elçilər insanları xəbərdar edərkən, onlara cəhənnəmin varlığını xatırladıb, sonsuz bir əzabla da qorxutmuşlar. Allah bu həqiqəti Leyl surəsində bu şəkildə bildirir:

Mən sizi alov saçan bir odla qorxutdum. Ona ancaq ən bədbəxt kimsə girər. (Leyl surəsi, 14-15)

Kəhf surəsinin 2-ci ayəsində diqqət çəkilən bir başqa əhəmiyyətli mövzu da saleh əməlin əhəmiyyətidir. Saleh əməl insanın yalnız Allahın razılığını, rəhmətini və cənnətini hədəfləyərək, səmimi bir ürəklə etdiyi xeyirli hərəkətlərdir. Saleh əməlin əhəmiyyəti ilə əlaqədar bir başqa ayə belədir:

Kim izzəti istəyirsə, artıq bütün izzət Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksələr və saleh əməl də onu yüksəldər. Pislikləri qurub düzəldənlər isə; onlar üçün şiddətli bir əzab vardır. Onların qurduqları “boşa çıxıb pozular”. (Fatir surəsi, 10)

Quranın daha bir çox ayəsində Rəbbimiz saleh əməl işləməyin əhəmiyyətini bildirmiş və saleh əməlin Öz Qatında gözəl bir qarşılıq tapacağını müjdə vermişdir. Bu ayələrdən bəziləri belədir:

(Ey Məhəmməd) iman gətirib saleh əməllər edənlərə müjdə ver. Həqiqətən onlar üçün ağacları altından çaylar axan cənnətlər gözləyir. Özlərinə ruzi olaraq bu məhsullardan hər dəfə yedizdirildiyində: "Bu daha əvvəl də bizə verilən ruzidir" deyərlər. Bu, onlara, (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Artıq, onlar üçün pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

Şübhəsiz ki, iman edənlər yəhudilər, xristianlar və sabiilər (dən kim) Allaha və axirət gününə iman edər və yaxşı işlər görərsə, artıq onların Allah yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

İman gətirib yaxşı işlər görənlər və “Rəbbinə qəlbləri razı olaraq bağlananlar”, məhz bunlar da cənnətin sakinləridir. Onlar orada əbədi qalacaqlar. (Hud surəsi, 23)

Kəhf surəsinin 2-ci ayəsində Allahın diqqət çəkdiyi bir başqa əhəmiyyətli mövzu da möminlərə müjdə verməkdir. Quranın bir çox ayəsində elçilərə iman edənlərə müjdə vermələri əmr edilmişdir. Dünya həyatının bütün çətinliklərinin, sıxıntılarının, əksikliklərinin müvəqqəti olduğu, Allahın köməyinin, rəhmət və mərhəmətinin daima iman gətirənlərlə birlikdə olduğu kimi xəbərlərlə müjdələnmələri möminlər üçün çox böyük bir sevinc vəsiləsidir. Sonsuz axirət nemətlərinin yaxınlığı da heç şübhəsiz möminlərin şövqünü, səylərini və əzmlərini artıracaq. Bir ayədə Allah belə buyurur:

Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq, təqva sahiblərinə müjdə vermək və müqavimət göstərən bir qövmü xəbərdar edib-qorxutmağın üçün. (Məryəm surəsi, 97)

Kəhf surəsinin 2-ci ayəsində diqqət çəkilən məsələlərin hamısı, Axırzamanda da bütün müsəlmanların diqqətlə üzərində dayanmaları lazım olan mövzulardır. Axırzamanda yaşanacaq olan fitnə və təxribatçılıqdan, dinsiz ideologiyaların gətirdiyi bəlalardan insanları qoruyacaq olan, bu ayədə də diqqət çəkildiyi kimi Qurana bərk-bərk sarılmaq olacaq. Quranın rəhbərliyində saleh əməllər etmək, insanlara yaxşılığı əmr etmək və onları sonsuz cənnət nemətləri ilə müjdələmək, eyni zamanda da əbədi cəhənnəm əzabı ilə qorxudaraq Quranın hökmlərindən güzəşt verməmə istiqamətində xəbərdar etmək, Axırzamanda vicdan sahibi müsəlmanların ən əhəmiyyətli vəzifələrindəndir.

Kəhf surəsi, 3

Onlar orda ebedi olarak kalıcıdırlar.
(Kehf Suresi, 3)

İnsanların böyük bir hissəsi Allahın varlığını, cənnət və cəhənnəm həyatının yaxınlığını inkar edərlər. Bu kəslərə görə ölüm yox olmaqdır. Hesab günü yoxdur. Bəzi insanlar isə cəhənnəm əzabının varlığını qəbul edər, ancaq bu əzabın az bir müddət davam edəcəyinə inanarlar. Buna görə insan cəhənnəmdə qısa bir müddət qalacaq, günahlarının kəffarəsini ödəyəcək, daha sonra da buradan çıxıb, sonsuz cənnət nemətlərinə qovuşacaq. Halbuki, Quran ayələrində bu şəkildə müvəqqəti bir əzabdan bəhs edilmir. Allah Ali İmran surəsində bu şəkildə bildirir:

Bu, onların: "Od bizə ancaq bir neçə gün toxunar" demələrinə görədir. Onların bu uydurduqları şeylər, dinləri mövzusunda özlərini aldadıb yoldan çıxartdı. (Ali İmran surəsi, 24)

Məhz Kəhf surəsinin 3-cü ayəsində bəhs edilən ifadədə də Allah, insanların cəhənnəm mövzusundakı bu xətalarına diqqət çəkir və cəhənnəm əzabının inkar etməkdə israrlı olanlar üçün üçün əbədi olduğunu bildirir. Dünya həyatına qapılıb Allahın varlığını inkar edən, Allahın Rəsulunun yolunu izləməyən, ayələrdəki hökmləri tətbiq etməyən insanların qalacağı yer, -Rabbimizin diləməsi xaricində əbədiyyətə qədər cəhənnəmdir. Bu, Allahın ədalətidir. Quranda inkarda dirənən insanların cəhənnəmdə də azğınlıqlarını davam etdirdikləri xəbər verilir:

Şübhəsiz ki, günahkarlar cəhənnəm əzabı içində əbədi qalacaqlar. Onlardan (əzab) yüngülləşdirilməyəcək və orada onlar ümidlərini itirmiş şəxslərdir. Biz onlara zülm etmədik; ancaq onların özləri zalımlardır. (Cəhənnəm gözətçisinə:) "Ey Malik (gözətçi), Rəbbin bizim işimizi bitirsin" deyə hayqırdılar. O: "Həqiqət budur ki, siz, (burada) qalacaq insanlarsınız" dedi. (Zuxruf surəsi, 74-77)

Yuxarıdakı ayələrdə görüldüyü kimi, inkar edənlər cəhənnəmdə belə acizliklərini görmür, təkəbbürlülüklərini davam etdirirlər. Allaha yönəlmir, bunun yerinə "Rəbbin bizim işimizi bitirsin" deyə bir mələyə səslənirlər. Bu, onların azğın xarakterlərini davam etdirdiklərinin bir dəlilidir. Necə ki, Allah ayələrində "geri qaytarılsaq da etdiyimiz əməllərdən başqasını edək" (Əraf surəsi, 53) deyən inkarçıların yalançı olduqlarını da bildirmişdir:

Atəşin üstündə saxlandıqları zaman sən onları bir görsən; deyərlər ki: "Kaş ki, (dünyaya bir daha) qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq." Xeyr, əvvəldən gizli tutduqları özlərinə açıqlandı. Əgər (dünyaya) geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə şübhəsiz qayıdardılar. Çünki onlar, həqiqətən kafirlərdir. (Ənam surəsi, 27-28)

Başqa ayələrdə də dünyada insanlara kifayət qədər möhlət verildiyi, ancaq onların təkəbbürlənməkdən imtina etmədikləri bildirilir:

Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olaydım!” Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”. (Zumər surəsi, 58-59)

Bütün bunlardan aydın olduğu kimi bu cür insanlar düzəlməzlər. Allah möminlərə qarşı çox mərhəmətli olduğu üçün, bu tip azğın insanları cənnətə, möminlərin arasına qoymaz. Cənnət, içindəki bütün nemətlər və bütün insanlarla gözəllik məkanıdır; Allahın məmnun olmadığı heç bir varlıq cənnətdə yoxdur. Bu da Allahın saleh qullarına olan şəfqətinin və ədalətinin nəticələrindən biridir.

Sonsuz cənnət nemətləri isə yalnız saleh möminlərə məxsusdur. Allah ayələrində belə bildirir:

Məhz bunların qarşılığı, Rəbbindən bağışlanma və içində əbədi qalacaqları, altından çaylar axan cənnətlərdir. Yaxşı əməl sahiblərinin mükafatı nə gözəldir. (Ali İmran surəsi, 136)

Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 14)

Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları cəhənnəm odu vardır? Məhz bu ən böyük rüsvayçılıqdır. (Tövbə surəsi, 63)

Kəhf surəsi, 4-5

Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutmaq üçün nazil etdi. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.
(Kəhf surəsi, 4-5)

Kəhf surəsinin 4-cü və 5-ci ayələrində xristianların Allah haqqındakı böyük böhtanlarına diqqət çəkilir. Xristianlar ortaya atdıqları azğın təslis inancı ilə öz dinlərini pozmuş və batil bir din meydana gətirmişlər. Ayələrdə onların etdikləri bu böyük saxtakarlıq bu şəkildə ifadə edilir:

Ey kitab əhli, dininizdə həddi aşmayın, Allaha qarşı yalnız haqqı deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi və sözüdür. Onu (“OL” sözünü) Məryəmə göndərmişdir və Ondan bir ruhdur. Elə isə Allaha və Onun elçilərinə iman gətirin; "üçdür" deməyin. (Bundan) çəkinin, sizin üçün xeyirlidir. Allah, ancaq bir tək ilahdır. O, uşaq sahibi olmaqdan münəzzəhdir. Göylərdə və yerdə hər nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər.(Nisa surəsi, 171)

"Allah Özünə övlad götürdü!" Dedilər. O, (bundan) ucadır; O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Özünüzdə buna bağlı bir dəlil də yoxdur. Allaha qarşı bilmədiyiniz bir şeyi mi deyirsiniz? (Yunis surəsi, 68)

Məhz Məryəm oğlu İsa; haqqında şübhəyə düşdükləri "Haqq Söz"dür. Allaha övlad götürmək yaraşmaz. O ucadır. Bir işin yaranmasını istədiyi zaman, ancaq ona: "Ol!" Deyər, o da dərhal olar. (Məryəm surəsi, 34-35)

Şübhəsiz, Kəhf surəsinin bu ayələrində və yuxarıdakı ayələrdə diqqət çəkilən bu zehniyyət tam olaraq müşrik inancıdır. Quranda bildirildiyi kimi, Allah oxşarı və bənzəri olmayan, övlad sahibi olmaqdan uzaq olan, hər şeyin tək hakimi və hökmdarı, göylərin və yerin Rəbbidir. Axırzamanda yaşayan müsəlmanlar, xristianlar öz müqəddəs kitablarını təhrif edərək ortaya atdıqları bu azğın iddialarının etibarsızlığını insanlara izah etməklə məsuldurlar.

Kəhf surəsi, 6

Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?
(Kəhf surəsi, 6)

Bu ayədə Allahın elçisinin və iman edənlərin etdiyi təbliği dinləməyənlərə diqqət çəkilir. Saleh möminlər Allahın Quranda əmr etdiyi yaxşılığı əmr etmə və pislikdən məhrum etmə məsuliyyəti gərəyi, insanları Allaha iman etməyə dəvət edər, onlara Quran ayələrində bildirilən həqiqətləri xəbər verirlər. Ancaq insanların böyük bir hissəsi elçilərin təbliğindən üz çevirər, inkarda təkid edərlər. Bu, Allahın, "Şübhəsiz ki, qiyamət saatı, yaxınlaşaraq gəlir; bunda heç bir şübhə yoxdur. Ancaq insanların çoxu iman gətirmirlər." (Mömin surəsi, 59) ayəsiylə bildirdiyi bir həqiqətdir.

İman edənlərin təbliği qarşısında inkar edənlər çox müxtəlif mənfi rəftarlar göstərirlər. Bəziləri İsra surəsinin 90-cı ayəsində xəbər verilən, "Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik" bənzəri ifadələrlə Allahın elçisinin bir möcüzə gətirməsini gözləyər, bəziləri isə iman edənlərlə lağ edərlər. İnkarçıların məsxərələrinə Bəqərə surəsində belə bir nümunə verilir:

Və (yenə) özlərinə: "İnsanların iman etdiyi kimi siz də iman gətirin!" –deyildiyində: "Biz də ağılsızların iman gətirdikləri kimi iman gətirək?" deyərlər. Bilin ki, həqiqətən ağılsızlar onların özləridir, amma bilməzlər. (Bəqərə surəsi, 13)

Hər peyğəmbər göndərildiyi qövmdən bu ayələrdəkinə bənzər rəftarlar görmüş, çox vaxt təzyiq ilə qarşılaşmışdır. Məsələn, hz. Nuhun hər yolu sınayaraq etdiyi ixlaslı təbliğinə qarşılıq, qövmünün mənfi reaksiyaları Quranda bu şəkildə izah edilir:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır. (Nuh surəsi, 5-10)

Ayələrdə də bildirildiyi kimi, insanlar hər dövrdə özlərinə haqq dinin təbliğ edilməsinə ümumiyyətlə mənfi cavab vermişlər. Ancaq burada unudulmamalı olan çox əhəmiyyətli bir nöqtə vardır: Təbliğ edilən insanın verdiyi cavab, təbliğ edən müsəlmana heç bir zaman mənfi istiqamətdə təsir etməz. Çünki hidayəti verəcək olan Allahdır. İnsan nə qədər gözəl izah edərsə etsin, nə qədər təsirli və hikmətli danışarsa danışsın, Allah istəməsə, qarşısındakı insanın ürəyində təsir meydana gətirə bilməz. Quranda bu həqiqəti bildirən başqa ayələr də vardır. Məsələn, Allah Nəhl surəsində belə hökm edir:

And olsun ki, Biz hər ümmətə: "Allaha ibadət edin və tağuttan çəkinin" (deyə təbliğ etməsi üçün) bir elçi göndərdik. Beləliklə, onlardan kimisinə Allah hidayət verdi, onlardan kimisinin üzərinə azğınlıq haqq oldu. Artıq, yer üzündə dolaşıb haqqı təkzib edənlərin aqibətini görün. Sən onların doğru yolu tapmalarını nə qədər ehtirasla istəsən də, Allah, şübhəsiz ki, yoldan çıxartdıqlarını doğru yola yönəltməz, onlar üçün kömək edəcək kimsə yoxdur. (Nəhl surəsi, 36-37)

Allahın bu ayələrində bildirdiyi kimi, insanın digər insanlar üzərində hidayət verici bir təsirinin olması mümkün deyil. O halda iman edənlərin tək məsuliyyətləri təbliğ etmək və hidayət verməyi Allahın təqdirinə buraxmaqdır. Təvəkküllü davranmaq, səbir göstərmək, gözəl sözlə Allahın dininə dəvət etmək heç şübhəsiz insanların ürəklərində çox böyük bir təsir yaradacaq. Ayələrdə Allah belə buyurur:

Artıq sən, öyüd-nəsihət verib xatırlat. Sən, yalnız öyüdverici-xəbərdar edənsən. Onlara güc və təzyiq göstərən deyilsən. Ancaq kim üz çevirər və inkar etməkdə davam edərsə, Allah onu ən böyük əzaba ilə azablandırır. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları hesaba çəkmək də əlbəttə Bizə aiddir. (Ğaşiyə surəsi, 21-26)

Hidayəti verəcək olan, təbliğ edilən insanın iman etməsini təmin edəcək olan Allahdır. Başqa ayələrdə də hidayəti verənin yalnız Allah olduğu bu şəkildə bildirilir:

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. Elə isə, onlar mömin olana qədər insanları sən mi məcbur edəcəksən? Allahın izni olmadan heç kəsin iman etmə (imkanı) yoxdur ... (Yunis surəsi, 99-100)

Həqiqət budur ki, sən istədiyini doğru yola yönəldə bilməzsən, ancaq Allah, dilədiyini hidayətə çatdırar; O, hidayətə çatacaq olanları daha yaxşı biləndir. (Qəsas surəsi, 56)

Yusif surəsində də yenə eyni mövzuya diqqət çəkilmişdir. Bir müsəlman, nə qədər yaxşı niyyətlə təbliğ etsə də, Allahın hidayət vermədiyi insanların iman etməsi mümkün deyil. Müsəlmana düşən öyüd vermək və xatırlatmaqdır; bir mömin bu məsuliyyətini yerinə yetirərkən, qarşısındakı insanın hidayətinin Allahın təqdirində olduğunu bilir. Ancaq bunu da unutmamaq lazımdır ki, iman edən bir insanın göstərdiyi səy Allahın izni ilə ona bir əcr olaraq yazılacaq, onun haqqı söyləməsinə qarşı müqavimət göstərənlər isə etdiklərinin qarşılığında əzaba uğrayacaqlar. Allah Yusif surəsində bu həqiqətə belə diqqət çəkər:

Sən şiddətlə arzu etsən belə, insanların əksəriyyəti iman gətirən deyildir. Halbuki sən buna qarşı onlardan bir mükafat istəmirsən. O, aləmlər üçün yalnız “öyüd-nəsihətdir.” Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, üzərindən keçərlər, ona arxalarını çevirib gedərlər. Onların çoxu Allaha iman etməzlər ancaq şirk qoşarlar. Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları əhatə etməyəcəyinə və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi? De ki: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm." (Yusif surəsi, 103-108)

Kəhf surəsi, 7

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.
(Kəhf surəsi, 7)

İnsanların böyük bir hissəsi dünya həyatının sınaq olaraq yaradıldığı həqiqətini bilməz, ya da bildiyi halda bu böyük həqiqəti görməzlikdən gələr. Bu səbəblə də, dünya həyatına şiddətlə bağlanar, ölümü və axirətin varlığını ağlına belə gətirmək istəməz. Halbuki Allah, "And olsun ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver." (Bəqərə surəsi, 155) ayəsiylə insanların dünya həyatında bir sınaqdan keçirildiklərini bildirmişdir. Mülk surəsində də dünya həyatının və ölümün yaradılış məqsədi bu şəkildə bildirilir:

O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. O, üstün və güclü olandır, çox bağışlayandır. (Mülk surəsi, 2)

Unudulmamalıdır ki, insanın "iman edirəm" deməsi Allahın razılığını, rəhmətini və cənnətini qazanması üçün kafi deyil. İnsanın imanının sağlamlığını və Allahın ayələrinə olan diqqətliliyini bütün həyatı boyunca, hər vəziyyətdə göstərməsi şərtdir. Bir çətinlik, xəstəlik, sıxıntı, ya da aclıq vaxtında olduğu kimi zənginlik, güc, iqtidar sahibi olduğunda da hər zaman Allaha yönəlməli və Allahın hökmlərini diqqətlə tətbiq etməlidir. Allah Ənkəbut surəsində bu şəkildə bildirir:

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)

yelkenli, altın, gökdelen

Ancaq insanların böyük bir hissəsi dünya həyatının bəzəklərini axirət həyatından üstün tutarlar. Son model sport avtomobil, lüks bir villa, ləl-cəvahiratlar, ya da dəbdəbəli paltarlara sahib olmanın bu dünya həyatının tək məqsədi olduğu yanılmasına düşərlər. Daha zəngin, daha gözəl, daha məşhur ola bilmək üçün yarışar, həyatlarını bu dəyərlərin arxasında qaçaraq keçirərlər. Halbuki, bunlar məqsədinə uyğun istifadə edilmədiyi təqdirdə insana heç bir qazanc gətirməyəcək. Bu həqiqət Ali İmran surəsində bu şəkildə bildirilir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür. (Ali İmran surəsi, 14-15)

Ayələrdə də bildirildiyi kimi, dünya həyatı keçicidir və dünya həyatının bəzəkləri də aldadıcıdır. Tarix boyunca olduğu kimi Axırzamanda da dünya üzərində var olan bütün saraylar, qalalar, nəhəng fabriklər, körpülər, seyflərlə dolu qızıl və ləl-cəvahiratlar, banklarda yığılan pullar, səhmlər, avtomobillər, sürət mühərrikləri, təyyarələr qısacası hər şey insanların sınanması üçün yaradılmışdır. Bunlara sahib olmaq bir üstünlük olmadığı kimi, bunlara sahib olmamaq da bir itki deyil.

Əsil əhəmiyyətli olan insanın Allaha imanı, səmimiyyəti, gözəl əxlaqıdır. Hər insan mütləq ölümlə qarşılaşacaq və sonsuz axirət həyatının bir həqiqət olduğunu mütləq anlayacaq. O halda dünya həyatının bəzəklərinə aldanmaq çox böyük səhv, çox pis alış-veriş olar.

Doğru olan inananların davranışlarıdır ki, onlar sonsuz axirət həyatı qarşılığında canlarını və mallarını satmışlar. Və bu alış-verişdən ötrü çox böyük bir sevinc içindədirlər. Allah möminləri bir ayəsində belə müjdələyir:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

Kəhf surəsi, 8

Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik.
(Kəhf surəsi, 8)

Əvvəlki hissədə açıqladığımız kimi yer üzündəki bütün gözəllik və zənginliklər insanları sınamaq üçün Allahın yaratdığı metalardır. Bu ayədə isə Rəbbimiz, insanlara sahib olduqları metalar nə qədər qiymətli, nə qədər ehtişamlı, nə qədər gözəl olursa olsun, bunların hamısının şübhəsiz quru bir torpağa çevriləcəyini xatırladır.

Allah dilərsə, dünya həyatının bəzəklərinə qapılıb Allahın varlığını unudan insanların əllərindəki bütün varlıqlarını bir anda alıb, onları yoxluq içində buraxa bilər. Allah hər şeyə qadirdir. Dilədiyini zəngin edər, istədiyini müflisləşdirər. Bütün mülkün sahibidir və mülkü istədiyinə verər. Bu həqiqət Quranın bir çox ayəsində bildirilmişdir. Bu ayələrdən bir neçəsi belədir:

Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyini də azaldar. Çünki O, hər şeyi biləndir. (Şura surəsi, 12)

Məgər onlar görmürlər ki, Allah istədiyinin ruzisini bol edər və azaldar da. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır. (Rum surəsi, 37)

Allah, qullarından istədiyinin ruzisini artırar, (və) azaldar da. Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Ənkəbut surəsi, 62)

Kəhf surəsi, 9-10

Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər.
(Kəhf surəsi, 9-10)

Bu ayələrdə Kəhf və Rəqim əhlinin fövqəladə vəziyyətlərinə diqqət çəkir. Hekayənin davamında da görüləcəyi kimi, Kəhf Əhlinin yaşadıqları qeyri-adi, metafizik hadisələrdir. Həyatlarının hər anı möcüzəvi inkişaflarla doludur. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Axırzamanla əlaqəsinə diqqət çəkilən Kəhf Əhlinin Quranda izah edilən bu vəziyyəti, Axırzamanda da insanların qeyri-adi, metafizik hadisələrlə qarşılaşacağına bir işarədir.

Ayənin davamında Axırzamanda gənclərin böyük məsuliyyətlər boyunlarına götürəcəklərini işarə edilmiş ola bilər. Bu dövrdə inkarçı fəlsəfələrlə fikri mübarizə aparılmasında, haqq dinin izahında, insanlara istiqamətli zülmün qaldırılmasında gənclər əhəmiyyətli vəzifələr boyunlarına götürəcəklər. Quranda dinin izahı mövzusunda gənclərin daşıdığı əhəmiyyətə başqa ayələrdə də diqqət çəkilir. Məsələn, Kəhf surəsində hz. Musanın "gənc bir köməkçisi" olduğu xəbər verilir. Bir ayədə isə hz. Musaya öz qövmündən yalnız gənc bir birliyin iman etdiyini Allah belə bildirir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil (gənclər) iman gətirdi... (Yunis surəsi, 83)

Kəhf surəsinin 10-cu ayəsində gənclərin bir yerə "sığındıqları" bildirilir. Hekayənin sonrakı ayələrindən aydın olduğuna görə, Kəhf Əhlinin mağaraya sığınmalarının səbəbi dövrün təzyiqçi sisteminin meydana gətirdiyi mühitdir. Öz fikirlərini rahat şəkildə söyləyə bilməyən, doğruları izah edə bilməyən, Allahın dinini lazım olduğu kimi təbliğ etmələri əngəllənən Kəhf Əhli, həll yolunu bu cəmiyyətdən uzaqlaşmaqda tapmışdır.

Bu ayədə, Axırzamanda da kommunist, faşist və ya başqa ideologiyadakı totalitar rəhbərliklər səbəbiylə bənzər bir mühit meydana gələcəyinə, bu rəhbərliklərin fikir və düşüncə azadlığını məhdudlaşdıracağına və dini yaşamaq istəyənlərin üzərində təzyiq meydana gətirəcəyinə işarə edilmiş ola bilər. Öz dövrlərindəki bənzər təzyiq səbəbiylə Kəhf Əhli mağaraya sığınmış və inkarçı qövmlərdən ayrılmışlar. Axırzamanda da insanlığa bəlalar gətirən kommunist və faşist sistemlərin təzyiqindən xilas olmaq üçün səmimi müsəlmanların gözlərdən uzaq olmaları, qeybət yəni, gizlilik içində olmaları ehtimaldır. Bu təzyiqdən uzaqlaşan müsəlmanlar, insanlar arasında çox görünməyəcəklər, özlərini cəmiyyətdən uzaqda tutacaqlar.

Ancaq bu vəziyyət, uzaqlaşıb gözləmə mənasında deyil. Kəhf Əhli mağaraya sığınmış, etdikləri işləri Allahın asanlaşdırması, özlərinə rəhmətindən yayması üçün dua etmişlər. Qısacası, Kəhf Əhlinin mağaraya sığınmasının səbəbi yalnız gözləmək deyil, özlərini bu müddət içində təkmilləşdirmək olmuşdur. Axırzamanda da totalitar rejimlərin olduğu yerlərdə təzyiq altında olan müsəlmanlar özlərini gizlədəcəklər. Bu vəsiləylə Allahın öz üzərlərindəki rəhmətini artırmasını, işlərini və dinə düşmən fikir axınlarına qarşı apardıqları mübarizəni daha da asanlaşdırmasını ümid edəcəklər.

Kəhf Əhlinin duasını Allahın bildirdiyi 10-cu ayədə çox əhəmiyyətli bir mövzuya daha diqqət çəkilir. İman edənlər hər işi edənin yalnız Allah olduğunu heç zaman unutmamalıdırlar. İnsan hər zaman ehtiyac içindədir, Allah qarşısında aciz və möhtacdır. Öz ağlı, öz səyi və gücü ilə bir şey etməsi mümkün deyil. Allah diləmədiyi zaman insanın nəinki bir işi nəticələndirməsi, əlini qaldırması, gəzməsi, hətta nəfəs alması belə mümkün olmaz. İnsanın hər an Allahın köməyinə, dəstəyinə və rəhmətinə ehtiyacı vardır. Quranda da insanın bu acizliyini və hər işi edənin Allah olduğuna dair bir çox ayə var. Allah Ənfal surəsində bu şəkildə buyurur:

Onları siz öldürmədiniz, Allah öldürdü; atdığın zaman sən atmadın, Allah atdı. Möminləri yaxşı bir imtahandan keçirmək üçün (etdi.) Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)

Hər şeyi yaradan, bütün işləri idarə edən Allahdır. İnsan isə səmimiyyəti və təslimiyyətiylə sınanır. Kəhf Əhli də bu həqiqəti bilən səmimi müsəlmanlar olduqları üçün mağaraya sığındıqları anda dərhal Allaha yönəlmiş, dualarla Allaha təslimiyyətlərini ifadə etmişlər. Kəhf Əhli, elmdə dərinləşməni təmin edəcək olanın da, hər istiqamətdən işlərini asanlaşdıracaq olanın də Allah olduğunu bilir, bu səbəblə, əvvəlcə Allahdan kömək istəyirlər. Bu vəziyyətdən da aydın olur ki, əsas olan insanın səmimi müsəlman olması və Rəbbimizə dua edib hər şeyi Ondan istəməsidir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Kəhf surəsi, 01-10. Ayetler
  • Kəhf surəsi, 11-20. Ayetler
  • Kəhf surəsi, 21-30. Ayetler
  • Kəhf surəsi, 31-40. Ayetler
  • Kəhf surəsi, 41-50. Ayetler
  • Kəhf surəsi, 51-60. Ayetler
  • Kəhf surəsi, 61-70. Ayetler
  • Kəhf surəsi, 71-80. Ayetler
  • Kəhf surəsi, 81-90. Ayetler
  • Kehf Suresi, 92-100. Ayetler
  • Kehf Suresi, 101-110. Ayetler
  • Nəticə
  • Təkamül Yalanı