Hökmü qiyamətə qədər keçərli olan, möminlərin bütün həyatını əhatə edən əmr və məlumatların yerləşdiyi Quranı Kərim, Allahın kitabıdır. Quranın ən böyük möcüzələrindən biri, ilk vəhyin enməsindən bəri, hər əsrdə yaşayan bütün insanlara xitab etməsidir. Allah Quranı, qiyamətə qədər insanlara yol göstərici və hidayət rəhbəri olaraq nazil etmişdir.
Quranda bəhs edilən keçmiş qövmlərə dair hekayələr də insanlara bir çox mövzuda yol göstəricidir. Peyğəmbərlərin həyatları, qövmlərinə etdikləri təbliğlər və əməlləri iman edənlər üçün nümunədir. Bununla yanaşı, Quranda gələcəyə dair işarələr və möminlərin üzərində düşünməli olduğu olan bəzi sirlər də vardır. Kəhf surəsi bunlardan biridir.
Kəhf surəsi Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in və bir çox İslam aliminin diqqət çəkdiyi bir surədir. Kəhf surəsində çatdırılan Kəhf və Rəqim əhlinə, hz. Musa və elm sahibi biri ilə əlaqədar hadisələrdə və hz. Zülqərneyn hekayəsində bir çox sirlər və Axırzamana işarə edən bir çox ifadələr var.
Kəhf surəsinin Axırzamanla əlaqəsi olduğuna dair Peyğəmbərimiz (s.ə.v)-in də bir çox hədisi mövcuddur. Bu hədislərdən bəziləri bu şəkildədir:
"Sizden kim Deccal'e yetişirse Kehf Suresi'nin evvelini onun üzerine okusun. Bu surenin sonu Deccal'ın fitnesinden kurtuluşunuzdur.1
Əbu Ümamə əl-Bahilidən rəvayət edilmişdir.
... Kim onun (Dəccalın) cəhənnəminin bəlasına uğrasa, Allahdan kömək diləsin və Kəhf surəsinin ilk ayələrini oxusun ki, atəş İbrahim (ə.s)-a olduğu kimi bu atəş də o kimsəyə soyuq və salamat olsun.2
... Hər kim Dəccalın atəşi ilə sıxıntıya düşsə və imtahan edilsə, Allahdan kömək istəsin və Kəhf surəsinin baş tərəfindəki ayələri oxusun. Bu surətlə Dəccalın atəşi ona qarşı soyuq və salamat olar.3
Hz. Məhəmməd (s.ə.v)-in müsəlmanlara Kəhf surəsini mütləq oxumalarını tövsiyə etməsinin hikmətlərindən biri, Kəhf surəsinin Axırzamana aid çox əhəmiyyətli işarələr daşımasıdır. Kəhf surəsində, Axırzamanda çıxacaq olan Dəccaldan və onun yer üzünə yaymaq istədiyi dinsizlik axınlarından qorunmaq və insanlığa bəla gətirəcək olan bu fitnəyə qarşı mübarizə apara bilmək üçün lazımlı işarələr, həmçinin müsəlmanların istifadə edə biləcəyi hikmətlər var. Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda bu surəni diqqətlə oxumağı və yaddaşda saxlaması tövsiyə etməsi, bu vəziyyətə açıq bir işarədir. Həmçinin kitab boyunca görəcəyimiz kimi, Əshabi-Kəhfin inkarçı qövm içində yaşadıqları, sonra hz. Musanın Allahın rəhmət verdiyi bir insandan öyrəndiyi dərin elm və bunun davamında hz. Zülqərneynin bütün dünyaya hakimiyyət quraraq İslam əxlaqını yayması üzərində düşünülməli olan mövzulardır.
Bu hadisələrin hikmətlərini kitab boyunca ətraflı olaraq izah edəcəyik. Çünki bu kitabın yazılmasındakı məqsəd; ayələrində zəmanəmizə dair əhəmiyyətli işarələr olan Kəhf surəsi üzərində diqqətlə düşünmək, dərin bir təfəkkürlə bu sirləri anlamaq üçün cəhd etmək və Peyğəmbərimiz (s.ə.v)-in tövsiyəsinə əməl etməkdir. Diqqətlə oxuyanlar görəcəklər ki, bu surədə qiyamətə yaxın bir dövr olan Axırzamana, Axırzamanda geniş vüsət alan inkarçı sistemlərin tətbiqlərinə və Allahın bu batil sistemləri, haqqı göndərərək darmadağın etməsinə istiqamətli çox əhəmiyyətli işarələr var.
Bəhs etdiyimiz bu dövr Allahın izni ilə çox yaxındır və insanların bu mövzu üzərində dərin-dərin düşünmələri çox daha böyük bir əhəmiyyət qazanmışdır. Bu səbəblə, bütün müsəlmanlar Kəhf surəsi üzərində diqqətlə düşünməli, hər bir ayəni digər Quran ayələri ilə tutuşdurulmalı və yaddaşda saxlamaları son dərəcə əhəmiyyətlidir.
1. Sünen-i Ebu Davud, 5/121
2. Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Haydar Hatipoğlu, Kahraman Yayınları, c. 10, s. 332
3. Ölüm-Kıyamet-ahiret ve ahir Zaman Alametleri, İmam Şa'rani, Bedir Yayınevi, s. 494