Peyğəmbərlərin Quranda çatdırılan həyatları və qövmlərinə etdikləri məruzələr iman edənlər üçün bir nümunədir. Bununla yanaşı, Quranda gələcəyə dair işarələr və üzərində düşünülməli olan bəzi sirlərdən də bəhs edilir. Bu sirlərdən bəziləri isə Kəhf surəsindədir.
Kəhf surəsi, Peyğəmbərimiz (s.ə.v)-in və bir çox İslam aliminin diqqət çəkdiyi bir surədir. Bu surədə çatdırılan Kəhf və Rəqim əhlində, hz. Musa və elm sahibi biri ilə əlaqədar hadisələrdə və hz. Zülqərneyn hekayəsində bir çox sirlər və Axırzamana işarələr var. Peyğəmbərimiz (s.ə.v) də, Kəhf surəsinin Axırzamanla əlaqəli olduğunu bildirmişdir. Bir hədisdə "... kim onun (Dəccalın) cəhənnəminin bəlasına uğrasa Allahdan kömək diləsin və Kəhf surəsinin ilk ayələrini oxusun ki, atəş İbrahimə olduğu kimi, bu atəş də o kimsəyə soyuq və salamatlıq olsun. " şəklində bildirilmişdir.
Kəhf surəsində, Axırzamanda çıxacaq olan dəccaldan və onun yer üzünə yaymaq istədiyi dinsizlik axınlarından qorunmaq və insanlığa bəla gətirəcək olan bu fitnəyə qarşı mübarizə apara bilmək üçün lazımlı işarələr, həmçinin müsəlmanların almalı olduğu dərslər var. Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda bu surəni oxumağı tövsiyə etməsi, bu vəziyyətə açıq bir işarədir.
Bu kitabın yazılmasındakı məqsəd isə, ayələrində dövrümüzə aid əhəmiyyətli işarələr olan Kəhf surəsi üzərində düşünmək, dərin bir təfəkkürlə bu sirlərə yiyələnmək üçün səy sərf etmək və Peyğəmbərimiz (s.ə.v)-in tövsiyəsinə əməl etməkdir. Diqqətlə oxuyanlar görəcəklər ki, bu surədə qiyamətə yaxın bir dövr olan Axırzamana, Axırzamanda yayılacaq olan inkarçı sistemlərin tətbiqlərinə və Allahın bu batil sistemləri, haqqı göndərərək darmadağın etməsinə istiqamətli çox əhəmiyyətli işarələr var.
Bəhs etdiyimiz etdiyimiz bu dövr Allahın izni ilə çox yaxındır. Bu səbəblə, bütün müsəlmanların Kəhf surəsi üzərində diqqətlə düşünmələri, hər bir ayəni digər Quran ayələri əsasında araşdırmaları və yaddaşda saxlamaları son dərəcə əhəmiyyətlidir.