Darvinizm bu quşu əmələ gətirən milyonlarla atomdan yalnız "bir dənəsinin" necə var olduğunu və tarazlılığını açıqlamaqdan belə acizdir. Allah`a iman gətirməyən hər kəs qaçılmaz məğlubiyyətlə gec-tez qarşılaşacaqdır. Bu həqiqətin fərqinə varmayan materialistlər və darvinistlər boşuna səy göstərdiklərini qəbul etməli və bu hissədə yer verilən iman həqiqətləri üzərində düşünməlidirlər.
Çəkisi 3 qram olan və Allah`ın olduqca gözəl rənglərə və xüsusiyyətlərə sahib olaraq yaratdığı kolibri quşunun uçuşunun insan gözü ilə görülməsi mümkün deyil. Saniyədə 30 və ya 40 dəfə qanad çalan kolibrinin ürəyi bu müddətdə dəqiqədə 1440 dəfə vura bilir.
İlk baxışda heç bir müdafiə vasitəsi olmayan kimi görünən qurbağa balıqları müvəqqəti özlərini şişirmə qabiliyyətinə sahibdirlər. Balıq hava və ya su udaraq bədənini iki qat artıraraq düşməninin onu udmasına mane olur. Bu qorunma üsulunu balığa ilham edən Allah`dır.
Ceyran hədsiz ürkək bir canlıdır, ancaq balası izlənilən ceyran tamamilə fərqli davranır və dırnaqları ilə çaqqalları təpikləyə bilir və ya heyvanları balalarından uzaqlaşdırmaq üçün qəsdən onların yaxınlığında qaçaraq diqqəti özünə çəkə bilir. Darvinistlər bu fədakar davranışların özbaşına ortaya çıxmadığını, bunları ceyrana Allah`ın ilham etdiyini düşünməzlər.
Bu belədir. Çünki Allah haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür. (Həcc surəsi, 62)
Kor təsadüflərin qütblərdə yaşayan bir canlının qoruyucu kürkünü, qalın yağ təbəqəsini var etməsi mümkün deyil. Buz və qar təbəqələri altında yaşayan qütb ayıları dondurucu soyuqlarda həyatlarını davam etdirə biləcəkləri hər şeyə sahib olaraq bir anda yaradılmışlar. Bu iri bədənli heyvanların balalarına göstərdikləri şəfqət və mərhəmət Allah`ın sonsuz şəfqət və mərhəmətindəndir.
İşığın rahat keçdiyi təmiz sularda yaşayan balıqlar yaxşı görürlər. Dərində yaşayanlarda gözlər olduqca böyük, bulanıq sularda yaşayan balıqlarda isə gözlər kiçikdir. Tək bir canlı növünün gözlərində var olan bu müxtəliflik təkamülçülərin təsadüf iddiaları ilə açıqlaya bilmədikləri mövzulardan yalnız biridir.
Dünyanın harasına getsəniz də, hər canlının tam ehtiyacına uyğun şəkildə və hamısının bir-birindən fərqli xüsusiyyətlərə sahib yaradıldığını görərsiniz. Məsələn, panda balaları təzə doğulduqda olduqca kiçik və müdafiəsizdir. Ana panda balasına qarşı çox şəfqətlidir və 1,5 ildən daha çox bir müddət ərzində balasına baxır. Bütün bunları ilham edən Allah`dır. Allah`dan başqa heç bir güc yoxdur.
Haqq hökmdar Allah ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı ərşin Rəbbidir. (Muminun surəsi, 116)