O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)
Cəhənnəmdə yaşanan ağrı və əzabın şiddəti, şübhəsiz ki, dünyada yaşanan heç bir ağrı ilə müqayisə edilə bilməz. Yalnız atəş əzabının belə saysız növü vardır. Cəhənnəm əhli qışqırıqlar içində yanar, əlləri boyunlarına bağlı şəkildə atəşin dar yerinə atılar, başlarının üstündən qaynar su tökülər, dəmirdən qamçılarla qamçılanar, aclıq və susuzluqdan qıvrılarkən əzabdan-əzaba sürüklənərlər. Sonsuza qədər acıları bitməz. Duyduqları peşmanlıq, çarəsizlik və ümidsizlik hissi onları mənən əzər, yox olmaq istərlər. Amma bu, əsla reallaşmaz. Yaşadıqları dözülməz ağrıların şiddəti getdikcə daha da artar. Onlara belə deyilər:
Yanın orada! Dözsəniz də, dözməsəniz də, sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir. (Tur surəsi, 16)
Məhz Kamil iman sahibi olan bir mömin Quran ayələrində təsvir edilən bu mühiti və əzabı həmişə düşünər və Allah`a yönələr. Hər an ölüm mələkləri ilə qarşılaşa biləcəyini və beləliklə, axirətə keçə biləcəyini heç unutmadan hərəkət edər. Verdiyi qərarlarla, göstərdiyi rəftar və davranışı ilə həmişə cənnəti qazanmağı və cəhənnəm əzabından uzaqlaşmağı istərlər. Çünki dünyada heç kim Allah`ın əzabından etibarda ola bilməz.
Qarşısına çıxan zərrə qədər bir əcr imkanını belə qaçırmaq istəməz. Hesab günündə "həssas tərəzilərin" (Ənbiya surəsi, 47) qurulacağını bilər. O gün yaxşılıqlarının ağır gəlməsi üçün qarşılaşdığı hər fürsəti qiymətləndirməli olduğunu düşünərək hərəkət edər. Çünki Allah insanları bu mövzuda belə xəbərdar etmişdir:
O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır.
Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)
Kamil iman sahibi Allah`ın rizasına əks olan hər rəftardan da şiddətlə çəkinər. Çünki etdiyi hər hərəkət onu ya cənnətə, ya da cəhənnəmə yaxınlaşdıracaq. Bu ikisindən başqa gediləcək bir yer isə yoxdur.
Bu həqiqəti bilən Kamil iman sahibləri həyatları boyunca "qorxu və ümid içində" olarlar. Hesab günü qorxu içində cənnətə və ya cəhənnəmə girməyi gözləyən insanların ruh hallarını xatirlərindən çıxarmazlar.
İnsanlar bu an cənnətlə cəhənnəm arasında seçim etməli olsalar və bir azdan sorğu ilə sonsuz həyata başlayacaqlarını anlasalar, hansı rəftarı göstərərlər?
Bu şərtlər altındakı bir insana yaxın olan və bəlkə də bir an sonra içərisinə atılacağı cəhənnəmi görə-görə Allah`ın razı olmayacağı bir rəftar göstərməsi mümkün olarmı?
Şübhəsiz ki, xeyr. Əksinə, belə bir vəziyyətlə qarşı-qarşıya gələn hər insan son da olsa bir fürsətinin olduğunu düşünərək cənnətə girə bilmək üçün ağıl və vicdanından tam istifadə edər, Allah`ın ən bəyəndiyi rəftarı tətbiq etməyə çalışar. Dünyada ikən bu vəziyyəti özündən çox uzaq görən və axirət həyatı üçün heç bir hazırlıq etməyə ehtiyac duymayan bir insan belə böyük bir çaxnaşma içərisində əvəz verməyə çalışacaq. Ancaq o gün artıq əvəz vermək üçün vaxt yoxdur. Çünki Allah`ın qullarına təyin etdiyi imtahan müddəti ölümləri ilə birlikdə sona çatmış və hesab dəftərləri bağlanmışdır. O ana qədər yaxşılıqdan, ya da pislikdən yana nə etdilərsə, yalnız bunlarla əvəz görəcəklər.
Məhz Kamil iman sahiblərinin dünya həyatında göstərdikləri səy axirətə - sonsuz cənnət və cəhənnəm həyatına qəti məlumatla iman etmələri, bunu ağıllarından çıxarmamaları və hər an ölümlə qarşılaşa biləcəklərindən qaynaqlanır. Onlar axirətdə bu qorxu və peşmanlığı yaşamamaq üçün dünya həyatı boyunca özlərini hər an bu toplanma yerində barələrində qərar verilməsini gözləyirmiş kimi düşünərlər. Sanki oraya getmiş, cənnətin gözəlliyini və cəhənnəmin qorxuncluğunu görüb dünyaya geri dönmüşlər. Bu açıq şüur və imanla axirətə hazırlıq görərlər. Və beləcə, qarşılaşdıqları hər hadisədə ən vicdanlı və ən gözəl rəftarı ortaya qoyarlar. Çünki bilirlər ki, göstərdikləri ən kiçik bir zəiflik, ya da bir vicdansızlıq o gün ürək ağrısı olacaq peşmanlığa səbəb ola bilər.
Nəticə olaraq, Kamil iman sahiblərinin axirətə iman etmələri, onların Allah`a yaxınlaşmaqda və qorxub-çəkinməkdə sərhəd tanımamalarını təmin edir. Quranda "Nə qədər bacarırsınızsa Allah`dan qorxun..." (Təğabun surəsi, 16) ayəsində ifadə edildiyi kimi, bütün gücləri ilə Allah`dan qorxub-çəkinir və sonsuz məkanlarının cənnət olmasını ümid edirlər.