Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
"Kamil" sifəti yetkin, nöqsansız, mükəmməl mənalarını ifadə edir. Bu kitabın mövzusu olan "Kamil iman" da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən üstün, ən mükəmməl dərəcəsini bildirir. Yaxşı, bir insanın imanının yetkinləşməsi, mükəmməlləşməsi necə reallaşır?
"Allah`a iman etmək", insanın Allah`ın hər şeyin yeganə yaradıcısı, yeganə sahibi və yeganə hakimi olduğunu qavramasıdır. Hər insanın Ona möhtac olduğunu bilib, Allah`ın heç bir şeyə ehtiyacı olmadığını və hər işi bir qədər (tale) ilə yaratdığını anlayaraq həyatın hər anında Ona təslim olmasıdır. "Allah`a təslim olmaq" isə Allah`dan çox qorxmaqla və Ona hər şeydən və hər kəsdən çox bağlanıb Onu çox sevməklə mümkün olur. Allah`a əsl mənada təslim olan bir insan özünə yalnız Allah`ı dost və vəli edir. Həyatı boyunca qarşısına çıxan hər hadisənin Allah`ın izni ilə reallaşdığını və bütün bunların xüsusi hikmətlərlə yaradıldığını bilir. Bu səbəblə, nə olursa-olsun, təslimiyyətli rəftarından dönmədən hər zaman Allah`a qarşı boyun əyici, şükür edici və itaətli davranır.
Kamil mənada bir imana sahib olmaq üçün Allah`ın Özünü tanıtdığı və qullarından istədiklərini bildirdiyi Qurana nöqsansız riayət etmək lazımdır. Bu səbəblə, mömin həyatının sonuna qədər Allah`ın bütün əmr və qadağaları mövzusunda son dərəcə diqqətli davranır. Allah`ın bəyəndiyi əxlaq modelini də usanmadan ölənə qədər səbirlə tətbiq edir. "Kamil iman" Kamil iman sahibi olan bir möminin göstərdiyi gözəl əxlaqda səbir olduqca əhəmiyyətli və təyinedici bir xüsusiyyətdir. Çünki Kamil iman sahibi bu xüsusiyyəti ilə insanlar arasında önə çıxır. Daha əvvəl də bəhs etdiyimiz kimi, Quranda bu şəkildə Allah`ın rizasını qazanmaq məqsədilə "yaxşı işlərdə öndə gedənlər"dən (Fatir surəsi, 32) danışılır. Ancaq Quranda "İnsanlardan eləsi də vardır ki, Allah`a şübhə ilə ibadət edir..." (Həcc surəsi, 11) ayəsində ifadə edildiyi kimi, imanı gərəyi kimi yaşamayanlardan da bəhs edilir.
Kamil imanın fərqi də bu məqamda ortaya çıxır. İmanı tam olaraq mənimsəyə bilməyənlər bir ucundan dinə yönələrkən Kamil iman sahibləri Quranı həyatlarının hər anında özlərinə rəhbər edərlər. Eyni şəkildə, bu səmimiyyətsiz insanların imanları müəyyən şərtlərə bağlı ikən, Kamil iman sahibləri qeyd-şərtsiz iman edərlər. Şərtli iman edənlər ancaq nemət içində olduqlarında və bütün hadisələr onların istədiyi kimi baş verdiyində dinə sadiq qalar və gözəl əxlaqı təqlid edə bilərlər. Ancaq nemətlərdə bir azalma olduğunda, ya da hər hansı bir çətinliklə qarşılaşdıqlarında asanlıqla din əxlaqından uzaqlaşa bilər və sədaqətlərini poza bilərlər. Kamil iman sahibləri isə Allah`a olan inanclarında və sədaqətlərində daimidirlər. Bunun əsl səbəbi onların "qəti bir məlumatla" iman etmələridir. "Qəti bir məlumatla iman etmək", adamın Allah`ın və axirətin varlığına ağlı, qəlbi və vicdanı ilə qəti olaraq qərara gəlməsidir. Qurandakı "O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar" (Bəqərə surəsi, 4) ayəsi ilə də iman edənlərin bu xüsusiyyəti vurğulanır.
Kamil imanın fərqliliyi özünü tamamilə vicdanın səsini dinləməklə müəyyən edir. "Vicdan" hər zaman Allah`ın əmrləri istiqamətində adamı həmişə doğruya dəvət edən səsdir. Kamil iman sahibi hər vəziyyətdə vicdanının səsini dinləyir. Bu da onun daim Qurana uyğun və Allah`ın məmnun olacağı əxlaq və rəftarları ortaya qoymasını təmin edir.
Qarşısına çıxan alternativlərdən ən doğrusunu, Allah`ın bəyənəcəyini ümid etdiyi rəftarı seçir. Heç bir zaman aza qane olmur. Gözəl olan rəftarı tətbiq edərkən önünə çıxan çətinliklər qarşısında ümidsizliyə qapılmır. Nəfsinin istək və həvəslərinə məğlub olaraq doğru və gözəl olandan vaz keçmir.
Bu mövzunu gündəlik həyatdan bir misal verərək açıqlaya bilərik: böyük bir fabrikdə yanğın baş verdiyini düşünək. Belə bir vəziyyətdə fabrik sahibinin qarşısına bir çox alternativ çıxır: fabrikin yanmasının qarşısını almaq üçün içəridə qalıb işçiləri də səfərbər edərək yanğını söndürməyə çalışa bilər; canını qurtarmaq üçün digər işçilərə xəbər vermədən fabriki tərk edə bilər; yanğın baş verdiyini eşitdirərək bütün fabrik işçilərinin dərhal çölə çıxmasını təmin edib, bir tərəfdən də vəziyyətdən çıxmaq üçün kömək istəyə bilər.
Bu alternativlərin hamısı da müəyyən dərəcəyə qədər məqbul görünə bilər. Vicdan insana içində olduğu şəraitə uyğun, bunların arasından hansının, həqiqətən də, ən doğru və ən ağıllı qərar, "Allah`ın rizasını qazanmağa" ən uyğun davranış şəkli olduğunu göstərər. Kamil iman da vicdanın göstərdiyi doğru rəftar və davranışı nəfsinə heç möhlət vermədən, qeyd-şərtsiz və içində heç bir büdrəmə və peşmanlıq duymadan tətbiq edən adamın imanıdır.
Peyğəmbərimiz (s.ə.v) bir hədisində Allah`a iman ilə əlaqədar olaraq belə buyurmuşdur:
Allah`dan başqa ilah yoxdur, O, təkdir, heç bir şəriki yoxdur. Göylərin və yerin mülkü Onundur. Bütün həmdlər Ona aiddir, O, hər şeyə qadirdir... Daşlanmış şeytandan Allah`a sığın. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, s. 311)