"Kamil" sifəti, yetkin, əksiksiz, mükəmməl mənalarını ifadə edir. Bu kitabın mövzusu olan "Kamil İman" da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən mükəmməl dərəcəsini bildirir.
Hər fövqəlinsan bir əxlaqı hədəfləməklə və buna cəhd göstərməklə məsuldur. Bu mövzuda insanların önünə hər hansı bir sərhəd qoyulmamışdır. Allaha qəlbən iman edən, ONA səmimiyyətlə yaxınlaşmağa çalışan hər mömin bu əxlaqı qazana bilər və "imani yetkinliyə" çata bilər.
Bu kitabın yazılmasında məqsəd hər işdə Allaha yönəlmənin, daim Allahın razılığını və dostluğunu qazanmağın və qeyd-şərtsiz gözəl əxlaq göstərməyin nəticəsində yaranan "imani yetkinliyi", yəni "Kamil İman"ı təyin etmək, dinə səmimiyyətlə sarılan hər insanın bu üstün əxlaqı yaşamasına vəsilə olmaqdır. Bir başqa məqsəd isə Allah qorxusu və səmimiyyətlə yaxınlaşıldıqdan sonra "peyğəmbər əxlaqı"na çata bilmənin qarşısında heç bir maneə olmadığını bildirməkdir.