Nəticə: Ağla Dəvət

“Kainatın hazırki quruluşunun tamamilə təsadüf əsəri ola biləcəyi düşüncəsi, tamamilə dəlisov düşüncədir. Dəlilik məfhumunu jarqon təhqir niyyəti ilə deyil, tamamilə psixologiyadakı texniki mənasıyla işlədirəm. Əslində, bu cür bir düşüncə tərzi ilə şizofrenik düşüncə tərzi arasında böyük bənzərliklər var”. Monreal Universitetinin psixiatrı Karl Stern 101

Bu kitabın əvvəlində bu gün elm aləmində geniş şəkildə qəbul olunan antrop prinsipi (“anthropic principle”) anlayışından bəhs etmişdik. Orada da ifadə etdiyimiz kimi, antrop prinsipi kainatın, məqsədsiz, nəzarətsiz, təsadüfi maddə yığını olmadığı, əksinə insanın yaşaması məqsədi üçün həssas şəkildə yaradıldığı mənasını verir.

Kitabın əvvəlində buraya qədər də, bu həqiqətin müxtəlif dəlillərini gördük. Böyük partlayışın partlayış sürətindən atomların fiziki tarazlıqlarına, dörd əsas qüvvənin nisbətlərindən ulduzların əlkimya əməliyyatlarına, kosmosun nizamlanmasındakı sirlərdən Günəş sisteminin xüsusiyyətlərinə qədər kainatın quruluşundakı fövqəladə tənzimləmələri araşdırdıq. Üzərində yaşadığımız planetin, onun atmosferinin, daxili quruluşunun və ya böyüklüyünün tam olması lazım gələn şəkildə olduğunu kəşf etdik. Günəşin bizə çatdırdığı şüaların, içdiyimiz suyun, bədənimizi meydana gətirən və ya hər saniyə ağciyərlərimizə çəkdiyimiz havanı təşkil edən atomların bizim həyatımız üçün fövqəladə dərəcədə uyğun olduqlarına şahid olduq.

Bir sözlə, kainat mövzusunda apardığımız hər cür araşdırma, bizə bu kainatda insanın yaşaması üçün fövqəladə nizam və yaradılış olduğunu göstərir. Bu mükəmməl yaradılışı rədd etməyə çalışmaq, psixiatr Karl Sternin sözlərində ifadə edildiyi kimi ağlın hüdudlarından kənara çıxmaq deməkdir.

Kainatdakı mükəmməl tarazlıq və nizamın nə demək olduğu isə aydındır. Əlbəttə ki, kainatın hər təfərrüatında gizlənmiş bir nizam, eyni zamanda kainatın hər təfərrüatına hakim olan sonsuz güc və ağıl sahibi bir Yaradıcının varlığının sübutudur. Necə ki, eyni Yaradıcı, böyük partlayış nəzəriyyəsinin göstərdiyi kimi, kainatı yoxdan yaratmışdır.

Elmin ortaya çıxartdığı bu nəticə Quranda bizə öyrədilmiş bir həqiqətdir. Allah kainatı yoxdan yaratmış və nizamlamışdır:

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur... (Əraf surəsi, 54)

Lakin qəribədir ki, bu həqiqətin dəlillərinin elm yolu ilə ortaya çıxması bəzi elm adamlarını çox narahat etmişdir və hələ də narahat edir. Bu elm adamları elmlə materialist fəlsəfəni eyni şey zənn edən insanlardır. Elmin dinlə əsla uyğunlaşmayacağına, elmə əsaslanmaqla ateist olmağın eyni olduğuna inandırılıblar. Kainata və canlılara, təsadüflərlə izah gətirilə biləcəyi yanlışlığı ilə öyrədiliblər. Bundan ötrü də, qarşılaşdıqları açıq-aydın yaradılış həqiqəti qarşısında olduqca təəccüblənib tərəddüd edirlər.

Materialistlərin düşdükləri bu vəziyyəti araşdırmaq üçün, son olaraq bir də qısa şəkildə həyatın mənşəyi məsələsinə baxılmalıdır.

Həyatın Mənşəyi

Basit bir bakteride bulunan 2000 çeşit proteinin rastlantısal olarak meydana gelme ihtimalini hesaplamıştır. (İnsan vücudunda ise yaklaşık 200.000 çeşit protein vardır.) Elde edilen rakam, 1040.000'de 1 ihtimaldir. (Bu sayı, 1 rakamının yanına 40 bin tane sıfır gelmesiyle oluşan ve evrende karşılığı bulunmayan bir sayıdır.)

Həyatın mənşəyi, yəni yer üzərindəki ilk canlıların necə meydana gəldiyi sualı, 150 ildir ki, materializmin ən böyük düyün nöqtələrindən biri olmuşdur. Çünki ən sadə canlı olaraq qəbul etdiyimiz hüceyrə, bəşər oğlunun yaratdığı heç bir texnologiya ilə müqayisə edilə bilməyəcək mürəkkəbliyə malikdir. Ehtimal hesablamaları, nəinki hüceyrənin, hüceyrənin ən təməl elementi olan zülalların belə, təsadüfən meydana gəlməyəcəklərini sübut edir. Bu isə əlbəttə ki, yaradılışın sübutudur.

Başqa əsərlərimizdə çox təfərrüatlı şəkildə ələ aldığımız bu mövzuya bir neçə nümunə ilə toxunaq.

Bu kitabın əvvəlki səhifələrində, kainatdakı tarazlıqların təsadüfi olaraq meydana gəlməsinin qeyri-mümkün olduğunu açıqlamışdıq. İndi isə, ən bəsit canlı orqanizmin belə, təsadüfən meydana gələ bilməyəcəyini açıqlayacağıq. Bu mövzuda müraciət etdiyimiz tədqiqatlardan biri, Nyu-York Universitetinin kimya professoru və DNT mütəxəssisi Robert Şapironun apardığı bir hesablamadır. Darvinist bir təkamülçü olan Şapiro təkcə bəsit bir bakteriyada olan 2000 növ zülalın təsadüfən meydana gəlmə ehtimalını hesablamışdır (insan bədənində isə təxminən 200 000 növ zülal var). Əldə edilən ədədsə, 1040 000-də 1 ehtimal olmuşdur102 (bu ədəd, 1-in yanına 40 min ədəd sıfırın yazılmasıyla meydana gələn və kainatda qarşılığı olmayan bir ədəddir).

Əlbəttə ki, bu ədədin nə demək olduğu aydındır: Canlılara təsadüflərlə izah gətirməyə çalışan materializm və onun təbiət elmlərindəki qarşılığı olan darvinizm, əsassızdır. Kardif Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Vikramasinqh Şapironun hesablamaları barəsində bunları söyləmişdir:

“Həyatın təsadüflər nəticəsində cansız maddələrdən yaranma ehtimalı 1 və onun arxasında da 40.000 ədəd sıfır qədərdir. Bu Darvin və onun bütün nəzəriyyəsini dəfn etmək üçün kifayət edər. Nə bu planetdə, nə də başqa birində ibtidai şorba olmamışdır və əgər həyatın başlanğıcları təsadüfi deyilsə, bu səbəbdən onlar məqsədli bir şüurun məhsulu olmalıdırlar...”103

Tanınmış astronom ser Fred Hoyl isə eyni mövzuda bu şərhi vermişdir:

“Əslində, həyatın üstün ağıl sahibi bir varlıq tərəfindən yaradıldığı o qədər açıqdır ki, insan bu açıq həqiqətin niyə geniş şəkildə qəbul edilmədiyinə təəccüblənir. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir.”104

Həm Hoyl həm də Vikramasinqh materializmi mənimsəyərək elmlə məşğul olmuş insanlardır. Lakin qarşılarına çıxan həqiqət həyatın yaradılmış olmasıdır və onlar da bunu təsdiqləyiblər. Bu gün elm aləmindəki daha bir çox bioloq və ya biokimyaçı həyatın təsadüflərlə meydana gəldiyi hekayəsindən əl çəkiblər.

Darvinizmə sədaqət göstərənlər, yəni həyatın hələ də təsadüf məhsulu olduğunu müdafiə edənlər isə başda ifadə etdiyimiz kimi, böyük çaşqınlıq içindədirlər. Tanınmış biokimyaçı Maykl Bihinin: "həyatın üstün ağıl tərəfindən dizayn edildiyi anlayışı həyatı bəsit təbiət qanunlarının nəticəsi kimi qəbul etməyə vərdiş etmiş bizdə şok təsiri yaratmışdır"105 deyərkən ifadə etdiyi kimi, hər şeyin Yaradıcısı olan Allahın varlığını qavramaq bu insanları şoka salmışdır.

Elbette göklerin ve yerin yaratılması, insanların yaratılmasından daha büyüktür. Ancak insanların çoğu bilmezler.
(Mümin Suresi, 57)

Materialist inanca sahib insanların düşdükləri bu ixtilaf onlar üçün qaçılmazdır. Çünki bu cür insanlar, açıq şəkildə gördükləri halda həqiqəti rədd etməyə çalışırlar. Allah, materialist inanca sahib olan insanların düşdükləri bu vəziyyəti Quranda belə bildirir:

Diqqətlə yollar və orbitlərlə təchiz edilmiş göyə and olsun! Sizin sözləriniz ziddiyyətlidir. Ondan dönən kimsə döndərilər. Məhv olsun zənn və təxminlə yalan söyləyənlər! O kəslər ki, cəhalət içində olan qafillərdir. (Zəriyət surəsi, 7-11)

Belə olan halda, bizə düşən şey isə materialist fəlsəfənin təsiriylə ağlın hüdudlarından kənara çıxmış insanları yenidən ağla dəvət etməkdir. Hər cür ön mühakiməni bir kənara qoyub düşünməyə, kainatdakı və canlılardakı fövqəladə strukturların Allahın yaratmasının açıq-aydın sübutu olduğunu qəbul etməyə çağırmaqdır.

Göyləri və yeri yoxdan yaradıb şəkilləndirmiş Allah, yaratmış olduğu insanları ağla dəvət edir:

Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Yenə də öyüd alıb düşünməyəcəksiniz? (Yunis surəsi, 3)

Allah digər bir ayədə isə belə buyurmuşdur:

Yaradan, heç yaratmayan kimi ola bilərmi? Artıq öyüd alıb düşünməyəcəksiniz? (Nəhl surəsi, 17)

Elm, yaradılış həqiqətini sübut etmişdir. Artıq növbə, elm aləminin bu həqiqəti görüb, öyüd alaraq düşünməsindədir. İllərdir ki, Allahın varlığını inkar etmiş və ya görməzlikdən gəlmiş insanlar, xüsusilə də bunu guya elm naminə edənlər, xeyli yanıldıqlarını görməli və bu yoldan dönməlidirlər.

Digər tərəfdən, elmin göstərdiyi bu həqiqətin: "mən Allahın varlığına və kainatı Onun yaratdığına onsuz da inanıram" deyə düşünənlər üçün də, verdiyi digər bir ibrət dərsi var. Bəlkə də, bu insanlar bu inanca səthi şəkildə sahib olmuş və bu inancın dəlilləri üzərində kifayət qədər düşünməmiş ola bilərlər. Buna görə də, imanın əsaslarını yerinə yetirməyə bilərlər. Allah, Quranda bu cür insanları belə təsvir edir:

De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun içində olanlar kimindir?”

Onlar: “Allahındır!” deyəcəklər. De: “Yenə də öyüd alıb düşünməyəcəksiniz?”

De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”

Onlar: “Allahdır!” deyəcəklər. De: “Yenə də çəkinməyəcəksiniz?”

De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özü isə himayə olunmayan kimdir?”

Onlar: “Allahdır!” deyəcəklər. De: “Bəs necə olur ki, belə ovsunlanırsınız?” (Muminun surəsi, 84-89)

İnsanın Allahın varlığını, eləcə də, hər şeyin Onun tərəfindən yaradıldığını görməsindən sonra bu həqiqətə əhəmiyyət verməməsi, bir növ "ovsunlanma"dır. Çünki, yaşadığımız kainatı və dünyanı bizim üçün mükəmməl şəkildə meydana gətirən, sonra isə bizi yaradan Allahdır və insan bu həqiqəti həyatının ən mühüm həqiqəti olaraq qəbul etməlidir. Göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi Allahdır. İnsan da Allahı Rəbb qəbul etməli, yəni Ona ibadət etməlidir. Allah bu həqiqəti bizə belə bildirir:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə qətiyyətli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

Dediler ki: "Sen Yücesin, bize öğrettiğinden başka bizim
hiçbir bilgimiz yok. Gerçekten Sen, her şeyi bilen,
hüküm ve hikmet sahibi olansın."
(Bakara Suresi, 32)

Iqtıbaslar

101. Jeremy Rifkin, Algeny, New York: The Viking Press, 1983, səh. 114

102.Robert Shapiro, Origins: A Sceptics Guide to the Creation of Life on Earth, New York, Summit Books, 1986. səh. 127

103. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York, Simon & Schuster, 1984, s. 148

104. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, səh. 130

105. Michael Behe, Darwin's Black Box: The Biochemical Challenge to Evolution, New York, The Free Press, 1996, səh. 252-53

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Materializmin Elmi Süqutu
  • I Fəsil: Kainatın Yoxdan Yaradılışı
  • II Fəsil: Partlayışdakı Tarazlıq
  • III Fəsil: Atomların Ritmi
  • IV Fəsil: Göylərdəki Nizam
  • V Fəsil: Mavi Planet
  • VI Fəsil: İşığın Mükəmməl Quruluşu
  • VII Fəsil: Suyun Mükəmməl Quruluşu
  • VIII Fəsil: Həyat Üçün Elementlər
  • Nəticə: Ağla Dəvət