Biq Bənq nəzəriyyəsi kainatın bütün hissələrinin ani genişlənməyə başladığını qəbul edir. Bəs kainatın bütün hissələri eyni anda genişlənməyə necə başlayıb? Əmri verən kimdir? Kosmologiya professoru Andrey Linde 2
Kainatın yaradılışı bir əsr əvvəl astronomların böyük əksəriyyətinin barmaqarası yanaşdığı məfhum idi. Bunun səbəbi isə o idi ki, 19-cu əsrdə elm kainatın sonsuzluqdan bəri mövcud olduğunu müdafiə edirdi. Kainatı tədqiq edən elm adamlarının çoxu onun sonsuzluqdan bəri mövcud olan maddələr yığını olduğunu zənn edir və kainatın yaradıldığını, yəni başlanğıcı olduğunu ağıllarına belə gətirmirdilər.
“Sonsuzluqdan bəri mövcud olan kainat” fikri qərbdə elm sahəsinə materialist fəlsəfə ilə birlikdə gəlmişdi. Qədim Yunanıstanda meydana gələn bu fəlsəfə maddədən başqa nəsnənin olmadığını iddia edir və kainatın sonsuzluqdan bəri mövcud olub əbədiyyən mövcud olacağını irəli sürürdü. Əslində, materializm kilsənin hakim olduğu dövrdə aradan qaldırılmışdı. Ancaq intibah dövründən sonra qərbli elm adamlarının və mütəfəkkirlərin yenidən qədim yunan mənbələrinə müraciət etmələri ilə materializm də qəbul edilməyə başlandı.
Alman filosof İmmanuel Kant “əbədi kainat” iddiasını yeni dövrdə ilk dəfə gündəmə gətirən şəxs idi. Ancaq elmi kəşflər Kantın bu iddiasını təkzib etdi. |
Materialist kainat anlayışını yeni dövrdə ilk dəfə müdafiə edən şəxs isə məşhur alman mütəfəkkir İmmanuel Kant oldu. Kant kainatın sonsuzluqdan bəri mövcud olduğunu və bu sonsuzluq içində hər ehtimalın mümkün olduğunu irəli sürdü. Kantın yolunu davam etdirənlər sonsuz kainat fikrini materializmlə birlikdə müdafiə etdilər. 19-cu əsrdə isə kainatın bir başlanğıcı, yəni yaradılış anı olmadığı fikri artıq geniş şəkildə qəbul edilirdi. Karl Marks, Fridrix Engels kimi dialektik materialistlərin ciddi müdafiə etdikləri bu iddia 20-ci əsrə də ötürüldü.
“Sonsuz kainat” fikrini həmişə ateizm dəstəkləyib. Çünki kainatın bir başlanğıcı olması Allah tərəfindən yaradılması demək idi və buna qarşı çıxmanın yeganə yolu da heç bir elmi əsası olmadığı halda, “kainat sonsuzluqdan bəri mövcuddur” iddiasını irəli sürmək idi. Bu iddianı israrla müdafiə edənlərdən biri 20-ci əsrin birinci yarısında yazdığı kitablarla materializmin və marksizmin məşhur müdafiəçilərindən olan Corc Politzer idi. Politzer “Fəlsəfənin təməl prinsipləri” adlı kitabında “sonsuz kainat” modelinin “əsaslılığına” güvənərək Yaradılışa belə qarşı çıxırdı:
Politzer Yaradılışa qarşı sonsuz kainat fikrini müdafiə edərkən elmin öz tərəfində olduğunu zənn edirdi. Halbuki çox keçmədən Politzerin “əgər elə olsa, bir Yaradan olduğunu qəbul etməliyik” - dediyini, yəni kainatın başlanğıcı olduğunu elm sübut etdi.
Edvin Habbl |
XX əsrin 20-ci illəri müasir astronomiyanın inkişaf etdiyi illər idi. 1922-ci ildə rus fizik Aleksandr Fridman Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən kainatın sabit olmadığını, ən kiçik təsirin kainatın genişlənməsinə və ya büzüşməsinə səbəb olacağını hesabladı. Fridmanın kəşfinin əhəmiyyətini ilk dəfə anlayan şəxs isə belçikalı astronom Corc Lemetr oldu. Lemetr bu hesablamalara əsaslanaraq kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən sürəkli genişləndiyini irəli sürdü. Bundan əlavə, bu başlanğıc anından qalan radiasiyanın da müəyyən edilə biləcəyini bildirdi.
Bu elm adamlarının nəzəri hesablamaları həmin dövrdə çox diqqət çəkməmişdi. Ancaq 1929-cu ildə bir müşahidə zamanı əldə edilən dəlil elm dünyasına bomba kimi düşəcəkdi. Həmin il Kaliforniya Maunt-Vilson rəsədxanasında amerikalı astronom Edvin Habbl astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habbl nəhəng teleskopla səmanı tədqiq edərkən ulduzların məsafələrindən asılı olaraq qırmızı rəngə doğru sürüşən işıq yaydıqlarını müşahidə etdi. Bu kəşf həmin vaxta qədər qəbul edilmiş kainat anlayışını kökündən sarsıtdı.
Edvin Habbl nəhəng teleskopu ilə apardığı müşahidələrdə kainatın genişləndiyini müəyyən etdi. Beləcə, Habbl “sonsuz kainat” əfsanəsini məhv edən Biq Bənq nəzəriyyəsinin də ilk dəlilini tapmış oldu. |
Çünki fiziki qanunlara əsasən müşahidə aparılan nöqtəyə doğru hərəkət edən işıq spektri bənövşəyi rəngə, müşahidə aparılan nöqtədən uzaqlaşan işıqların spektri qırmızı istiqamətinə doğru dəyişir (müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə zəifləməsi kimi). Habblın müşahidəsi isə bu qanuna əsasən göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habbl çox keçmədən bir vacib şeyi də tapdı: ulduzlar və qalaktikalar təkcə bizdən deyil, bir-birlərindən də uzaqlaşırdı. Hər şeyin bir-birindən uzaqlaşdığı kainat bu nəticəni göstərirdi: kainat genişlənir!
Bir müddət əvvəl Corc Lemetrın irəli sürdüyü bu həqiqət, əslində, əsrin ən tanınmış elm adamı olan Albert Eynşteyn tərəfindən daha əvvəl dilə gətirilmişdi. Eynşteyn 1915-ci ildə irəli sürdüyü ümumi nisbilik nəzəriyyəsi ilə apardığı hesablamalarda kainatın sabit olmadığı nəticəsinə gəlmişdi. Ancaq bu kəşfdən çox təəccüblənən Eynşteyn bu “uyğunsuz” nəticəni aradan qaldırmaq üçün düsturlarına “kosmoloji sabit” adlandırdığı faktor əlavə etmişdi. Çünki həmin vaxtlar astronomlar ona kainatın sabit olduğunu deyirdilər, o da nəzəriyyəsinin bu modelə uyğun olmasını istəyirdi. Ancaq sonralar bu kosmoloji sabiti “karyerasının ən böyük xətası” adlandırdı.
Habblın kainatın genişləndiyini üzə çıxarması qısa müddət sonra yeni kainat modelini doğurdu. Kainat genişləndiyinə görə zamanda geriyə getdikdə daha kiçik kainat, daha da geriyə getdikdə “bir nöqtə” ortaya çıxırdı.
Aparılan hesablamalar kainatın bütün maddəsini özündə cəmləyən bu “nöqtə”nin olduqca böyük cazibə qüvvəsinə görə sıfır həcmə malik olduğunu göstərdi. Kainat sıfır həcmli bu nöqtənin partlaması ilə ortaya çıxmışdı. Bu partlayış “Biq Bənq” (Böyük Partlayış) adlandırıldı və nəzəriyyəyə də eyni ad verildi.
Biq Bənq mühüm həqiqəti göstərirdi: sıfır həcm yoxluq olduğuna görə kainat yox ikən var olmuşdu. Bu isə kainatın başlanğıcı olması demək idi və beləcə, materializmin “kainat sonsuzluqdan bəri mövcuddur” fərziyyəsini təkzib edirdi.
“Biq Bənq” nəzəriyyəsi güclü dəlillərə görə qısa müddətdə elm dünyasında qəbul edilməyə başlandı. Ancaq materialist fəlsəfəyə və bu fəlsəfənin təməlindəki “sonsuz kainat” fikrinə bağlı olan astronomlar “Biq Bənq” nəzəriyyəsinə qarşı çıxmağa və sonsuz kainat fikrini dirçəltməyə çalışdılar. Bu cəhdin səbəbi qabaqcıl materialist fiziklərdən Artur Eddinqtonun “fəlsəfi cəhətdən təbiətin hazırkı nizamının birdən-birə ortaya çıxması fikri mənə cəlbedici gəlmir” sözündən bəlli olurdu.4
“Biq Bənq” nəzəriyyəsindən narahat olanların başında məşhur ingilis astronom ateist Fred Hoyl gəlirdi. Hoyl XX əsrin ortalarında “steady-state” (sabit vəziyyət – stasionar kainat) adlı yeni bir kainat modelini irəli sürdü. Bu model 19-cu əsrdəki sonsuz kainat fikrinin davamı idi. Hoyl kainatın genişləndiyini qəbul etməklə yanaşı, kainatın məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə maddə lazımi miqdarda, birdən-birə, öz-özünə var olmağa başlayırdı. Yeganə məqsədi materialist fəlsəfənin təməli olan “sonsuzluqdan bəri mövcud olan maddə” ehkamını dəstəkləmək olan bu nəzəriyyə kainatın başlanğıcı olduğunu müdafiə edən “Biq Bənq” modelinə tamamilə zidd idi.
Stasionar kainat nəzəriyyəsini müdafiə edənlər uzun müddət Biq Bənqə qarşı çıxsalar da elm onların əleyhinə idi.
Tanınmış astronom Ser Artur Eddinqton “kainatın birdən-birə başlaması fikri fəlsəfi cəhətdən mənə cəlbedici gəlmir” sözü ilə materialistlərin Biq Bənqdən narahat olduqlarını ifadə edirdi. |
1948-ci ildə Georgi Qamov Corc Lemetrin hesablamalarını təkmilləşdirdi və Biq Bənqə əsaslanan yeni tezis irəli sürdü. Buna əsasən kainat böyük partlayış ilə əmələ gəlibsə, onda kainatda bu partlayışdan qalan müəyyən miqdarda radiasiya olmalı idi. Üstəlik bu radiasiya kainatın hər tərəfinə bərabər paylanmalı idi.
Bu dəlil də çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı bu dalğaları kəşf etdilər. “Kainatın mikrodalğalı fon şüalanması” adlanan bu radiasiya kosmosun məlum istiqamətdən gələn radiasiyadan fərqlənirdi. Bu radiasiya yer mənşəli deyildi, yəni müəyyən mənbəyi yox idi, kainatın hər yerinə paylanmış radiasiya idi. Beləcə, uzun müddətdir ki, kainatın hər yerindən bərabər ölçüdə qəbul edilən istilik dalğasının Biq Bənqin ilk dövrlərindən qaldığı üzə çıxdı. Üstəlik bu rəqəm elm adamlarının əvvəlcədən irəli sürdükləri rəqəmə çox yaxın idi. Penzias və Uilson Biq Bənqin sübutunu təcrübə əsasında göstərən ilk şəxslər olduqlarına görə Nobel mükafatına layiq görüldülər.
1989-cu ildə isə Corc Smut (George Smoot) və onun NASA qrupu Kainatın Fon Şüalanması Kəşfiyyatçı Peykini (COBE) kosmosa göndərdilər. Bu peykə yerləşdirilmiş həssas skanerlərin Penzias və Uilsonun ölçmələrini təsdiqləməsi səkkiz dəqiqə çəkdi. Nəticələr skanerlərin kainatın başlanğıcındakı böyük partlayışın isti, sıx qalıqlarını göstərdi. Elm adamları COBE-nin uğurunu Biq Bənqin təsdiqlənməsi kimi ifadə etdilər.
Penzias və Uilsonun kəşf etdiyi kainatın mikrodalğalı fon şüalanması Biq Bənqin qəti dəlili kimi elm tarixinə düşdü. |
Biq Bənqin digər mühüm dəlili isə kosmosdakı hidrogen və helium qazlarının miqdarı oldu. Dövrümüzdə aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, kainatdakı hidrogen-helium qazlarının miqdarı Biq Bənqdən qalan hidrogen-helium miqdarının nəzəri hesablamaları ilə uyğundur. Əgər kainat bir başlanğıcı olmadan, sonsuzluqdan bəri mövcud olsaydı, kainatdakı hidrogen tamamilə yanaraq heliuma çevrilərdi.
Beləliklə, Biq Bənq elm dünyasında qəti qəbul edildi. “Scientific American” jurnalının 1994-cü il oktyabr buraxılışında dərc olunan bir məqaləyə əsasən “kainat sürəkli, nizamlı şəkildə genişlənir” və Biq Bənq modeli əsrimizin qəbul edilmiş yeganə modeli idi.
Fred Hoyl ilə birlikdə uzun illər stasionar kainat nəzəriyyəsini müdafiə edən Dennis Siama ardıcıl kəşf edilən Biq Bənqi sübut edən dəlillər qarşısında düşdükləri vəziyyəti belə izah edir:
Biq Bənqin qələbəsi ilə materialist ehkamının təməli olan “sonsuz kainat” məfhumu da tarixə qarışdı. Bəs Biq Bənqdən əvvəl nə vardı və “yoxluq” olan kainatı böyük partlayışla “varlıq” edən qüvvə nə idi?
Əlbəttə, bu sual Artur Eddinqton kimi digər materialistlərin də xoşuna gəlməyən həqiqəti, yəni yaradılışı göstərir. Əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən tanınmış filosoflardan Entoni Flyu keçmişdə bununla bağlı belə demişdi:
Özünü ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı bu gün kainatın yaradılışında sonsuz qüvvət sahibi olan Allahın varlığını qəbul edir. Məsələn, tanınmış amerikalı astrofizik Hyu Ross kainatın Yaradanının fövqəltəbii varlıq olduğunu belə açıqlayır:
Buraya qədər təhlil etdiyimiz kimi, Biq Bənq kainatın yoxdan yaradıldığını sübut edir. Ona görə də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər bu həqiqətə qarşı çıxmaq üçün bəzi alternativ açıqlamalar verməyə çalışmışlar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsindən əvvəlki səhifələrdə bəhs etmiş və bu nəzəriyyənin kainatın yaradıldığı fikrindən narahat olan bəzi elm adamlarının ümidsiz cəhdi olduğunu bildirmişdik.
Materialistlərin irəli sürdüyü digər iki alternativ isə Biq Bənqi qəbul edən, ancaq Biq Bənqi yaradılışdan fərqli açıqlamağa çalışan modellərdir. Bunlardan birincisi “dövrü (tsiklik) kainat” modeli, ikincisi isə “kvant kainat” modelidir. İndi sıra ilə bu nəzəriyyələri və nə üçün əsassız olduqlarını təhlil edək.
Dövrü kainat modeli Biq Bənqi kainatın başlanğıcı kimi qəbul edə bilməyən astronomlar tərəfindən irəli sürülmüşdür. Bu modeldə kainatın Biq Bənqdən sonra yenidən öz içinə yığılaraq bir nöqtədə toplanacağı, sonra yenidən partlayıb açılacağı, yenidən içinə yığılacağı və bu tsiklin əbədiyyən davam edəcəyi irəli sürülür. Bu modelə əsasən Biq Bənqdən əvvəl də kainat sonsuz dəfə partlayıb büzülmüşdür. Yəni iddianı irəli sürənlərə görə, kainat və maddə sonsuzluqdan bəri mövcuddur, ancaq müəyyən zaman intervallarında partlayır və içinə yığılır. Hal-hazırda yaşadığımız kainat isə bu qapalı tsiklin daxilində meydana gələn sonsuz sayda kainatdan biridir.
Bu modeli irəli sürənlər sadəcə Biq Bənqi sonsuz kainat iddiasına uyğunlaşdırmaq üçün düşünüb ssenari qurublar. Ancaq bu, elmdənkənar ssenaridir, çünki son 15-20 ildə tədqiqatlar dövrü kainat modelinin mümkün olmadığını göstərmişdir. Kainat öz içinə yığılsa da, elmə məlum olan heç bir fiziki qanun Böyük Yığılmanı geri qaytara və kainatı yeni Böyük Partlayış ilə yenidən əmələ gətirə bilməz.8
Bu modeli təkzib edən ən mühüm amil budur: həqiqətən də, kainat müntəzəm açılıb-yığılsa belə, bu dövriyyə əbədiyyən davam edə bilməz. Çünki hesablamalar dövrü kainatların bir-birlərinə entropiya ötürəcəyini göstərir. Yəni enerji hər kainatda daha yararsız hala düşəcək və hər yeni “açılan” kainat daha yavaş açılıb daha geniş diametrə malik olacaq. Bu təqdirdə zamanda geri qayıtdıqda getdikcə daha kiçik kainatlar olar və yenə “ilk kainat” qarşımıza çıxar. Yəni müntəzəm yığılıb-açılan kainatlar olsa da, bunların lap başlanğıcda yenə də yoxluqdan var olmaları labüddür.9
Stiven Hokinq də Biq Bənqi yaradılışdan fərqli açıqlamağa çalışan digər materialist elm adamları kimi bəzi fantastik məfhumlara əsaslanır və ziddiyyətli danışır. |
Qısası, “açılıb-yığılan” sonsuz kainat modeli fiziki cəhətdən baş verməsi mümkün olmayan fantaziyadır.
Əvvəldə qeyd etdiyimiz kimi, Biq Bənqi Yaradılışdan fərqli açıqlamaq üçün irəli sürülmüş ikinci model isə “kvant kainat” modelidir. Bu nəzəriyyəni müdafiə edənlər kvant (subatom) fizikasında aparılan bir müşahidəyə əsaslanaraq ssenari qurublar. Kvant fizikasında subatom zərrəciklərin boşluq (vakuum) içində ani əmələ gəldikləri və yox olduqları müşahidə olunur. Bu müşahidəni “maddə kvant səviyyəsində yoxdan əmələ gəlir, bu, maddənin özünəməxsus xüsusiyyətidir” - deyə şərh edən bəzi fiziklər kainatın yaradılışı əsnasında maddənin yoxdan var olmasını da “maddənin özünəməxsus xüsusiyyəti” adlandırır və təbii qanunların bir hissəsi kimi göstərməyə çalışırlar. Kvant modelində bizim yaşadığımız kainat daha nəhəng kainatın subatom zərrəciyi kimi şərh edilir.
Halbuki kvant fizikasına bənzətmə tamamilə əlaqəsizdir və kainatın yaradılışını açıqlaya bilməz. “Böyük Partlayış, teizm və ateizm” kitabının müəllifi olan Uilyam Leyn Kreyq bu barədə belə açıqlama verir:
Yəni kvant fizikasında da maddə “yoxdan var olmur”. Sadəcə həmin mühitdə mövcud olan enerji ani surətdə maddəyə çevrilir, sonra bu maddə parçalanaraq yenidən enerji şəklinə düşür. Qısası, “öz-özünə yoxdan var olma” baş vermir. Ancaq bütün elm sahələrində olduğu kimi, fizikada da ateist elm adamları müxtəlif kritik xüsusları və detalları görməzliyə vuraraq həqiqətləri materialist düşüncə tərzi ilə təhrif etməkdən çəkinmirlər. Çünki onlar üçün materializmə, dolayısilə ateizmə dayaq verilməsi elmi həqiqətlərin üzə çıxarılmasından və açıqlanmasından daha çox həyati əhəmiyyət daşıyır.
Yuxarıda izah etdiyimiz həqiqətin başa düşülməsi kvant kainat modelinin əksər elm adamları tərəfindən inkar edilməsinə səbəb olmuşdur. Tanınmış fizik Kristofer Ayşemin ifadəsi ilə: “nəzəriyyənin qarşısına çıxan təməl çətinliklərə görə kvant kainat modeli geniş şəkildə qəbul edilməmişdir”.11 Belə ki, bu model hazırda onu ilk dəfə irəli sürən R. Braut və F.Spindel kimi fiziklər tərəfindən də tərk edilib.12
Kvant modelinin son illərdə məşhurlaşmış versiyası isə fizik Stiven Hokinq tərəfindən irəli sürülüb. Hokinq “Zamanın qısa tarixi” adlı kitabı ilə maraq toplayan modelində Biq Bənqin “yoxluqdan var olma” mənasına gəlmədiyini iddia edir. Biq Bənqdən əvvəl zaman olmadığı faktına isə “xəyali zaman” kimi bəzi məfhumlar uydurmuşdur. Hokinqin fikrincə, Biq Bənqin 10-43 saniyəsinə qədər sadəcə xəyali zaman var idi və həqiqi zaman həmin andan sonra meydana gəlmişdir. Hokinq bu xəyali zaman məfhumu ilə Biq Bənqdən əvvəl zamansızlıq olduğu faktını inkar edəcəyinə ümid bəsləyir.
Halbuki xəyali zaman “bir otaqdakı xəyali insanların sayı” və ya “bir yoldakı xəyali avtomobillərin cəmi” kimi, əslində, sıfıra, yoxluğa bərabər olan məfhumdur. Hokinq bununla yalnız bir söz oyunu edir. Xəyali zamanla qurduğu riyazi düsturların doğru olduğunu irəli sürür, ancaq bunun heç bir mənası yoxdur. Mövcud olmayan şeylərin riyaziyyatda doğru kimi göstərilməsinin mümkün olduğunu tanınmış riyaziyyatçı ser Herbert Dinql belə açıqlayır:
Qısası, riyaziyyatda mücərrəd, nəzəri cəhətdən əldə edilən nəticə bunun real qarşılığının olmasını tələb etmir. Hokinq riyaziyyatın bu mücərrəd xüsusiyyətindən istifadə edir və heç bir reallığa uyğun gəlməyən fərziyyələr uydurur. Bəs bu səyinin səbəbi nədir? Cavabı öz sözlərində tapmaq mümkündür. Hokinq “Biq Bənq ilahi yaradılışı xatırlatdığına” görə alternativ kainat modellərinin irəli sürüldüyünü qəbul edir.14
Bütün bunlar göstərir ki, Biq Bənqə alternativ kimi irəli sürülən stasionar kainat nəzəriyyəsi, dövrü kainat, kvant kainat modelləri və Hokinqin modeli kimi nəzəriyyələr, əslində, materialistlərin fəlsəfi ön mühakimələrindən qaynaqlanır. Elmi kəşflər Biq Bənqin açıq-aydın həqiqət olduğunu və “yoxluqdan var olma” mənasına gəldiyini göstərir. Kainatın yoxdan var edilməsi Allah tərəfindən yaradıldığının qəti göstəricisidir, ancaq materialistlər bunu qəbul edə bilmirlər.
Biq Bənqə dair bu materialist münasibətin bir nümunəsi ən məşhur materialist elmi jurnallardan olan “Nature” jurnalının redaktoru Con Maddoksun 1989-cu ildə yazdığı bir məqalədə ifadə edilmişdir. Maddoks “Lənətə gəlsin Biq Bənq” başlığı altında yazdığı məqalədə “Biq Bənqin fəlsəfi cəhətdən qəbuledilməz olduğunu”, çünki “Biq Bənq ilə teoloqların Yaradılış fikrinə güclü dəstək tapdıqlarını” bildirmiş və “Biq Bənq qarşıdakı on ildən irəli getməyəcək” - demişdir.15 Halbuki Maddoksun bu ümidinə baxmayaraq, Biq Bənq o gündən bəri keçən 10 il ərzində daha da güclənmiş, kainatın yaradılışını sübut edən bir çox dəlil tapılmışdır.15 Oysa Maddox'un bu ümit dolu beklentisine rağmen, Big Bang o günden bu yana geçen 10 yıl içinde çok daha güçlenmiş, evrenin yaratılışını ispatlayan daha pek çok bulgu elde edilmiştir.
Bəzi materialistlər isə bu barədə daha “ehtiyatlı” davranırlar. Məsələn, ingilis materialist fizik H. Lipson Yaradılışın elmi həqiqət olduğunu “istəmədən də olsa” belə qəbul edir:
Beləliklə, dövrümüzdə elmin əldə etdiyi fakt budur: maddə və zamanı yaradan, hər ikisindən də müstəqil olan sonsuz qüvvət sahibi Allahdır.
Biq Bənq modeli bəşəriyyətin kainatı tanımasına yardım etməklə bərabər, çox mühüm vəzifəni də yerinə yetirmişdir. Əvvəlki səhifələrdə sitat gətirdiyimiz əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən məşhur filosof Entoni Flyunun ifadəsi ilə desək, Biq Bənq vasitəsilə “elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut etmişdir”.
Kainatın yoxdan yaradıldığı həqiqətdir. Bu, elmi kəşflərdən minlərlə il əvvəl Allahın insanlara yolgöstərici kimi nazil etdiyi müqəddəs kitablarda bildirilmişdir.
İlahi mənbələr arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılması, həm də bu yaradılışın forması ilə bağlı məlumatlar verilir. 14 əsr əvvəl vəhy edilmiş bu məlumatlar XX əsrdə elmin kəşflərinə tamamilə uyğundur.
Əvvəla, kainatın yox ikən var olduğu Quranda belə xəbər verilir:
O, göyləri və yeri (yoxdan) var edəndir... (Ənam surəsi, 101)
Dövrümüzdən 14 əsr əvvəl, insanların kainat haqqında məlumatlarının çox məhdud olduğu dövrlərdə Quranda bildirilən başqa bir həqiqət də var: eynilə Biq Bənq nəzəriyyəsinin irəli sürdüyü kimi, bütün kainat çox kiçik həcmdə bitişik ikən ayrılıb və genişlənməklə meydana gəlmişdir:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)
Yuxarıdakı ayənin ərəb dilindəki orijinal variantında çox mühüm söz işlədilmişdir. Ayədə “göy ilə yer bitişik ikən” şəklində tərcümə edilən “ratq” sözü ərəb dili lüğətlərində “bir-biri ilə iç-içə, ayrılmaz vəziyyətdə, qarışmış” mənalarını verir. Yəni bir bütünü təşkil edən iki maddəni təsvir etmək üçün işlədilir. Ayədəki “ayırdıq” sözü də ərəb dilində “fatq” deməkdir. Bu feil “ratq” şəklindəki bir cismin yarıb, parçalayıb çölə çıxması mənasını verir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması da bu feillə ifadə edilir.
Bu məlumatdan sonra ayəyə yenidən baxaq. Ayədə göylərlə yerin “ratq” vəziyyətində olduğundan bəhs edilir. Ardınca bu ikisi “fatq” feili ilə ayrılır. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də, Biq Bənqin ilk anını xatırladıqda “kosmik yumurta” adlanan nöqtənin kainatın bütün maddəsini ehtiva etdiyini görürük. Yəni hər şey, başqa sözlə, “göylər və yer” bu nöqtənin içində “ratq” şəklindədir. Ardınca bu kosmik yumurta şiddətlə partlamış, bu yolla maddələr “fatq” olmuşdur, yəni çölə çıxaraq bütün kainatı əmələ gətirmişdir.
Quranda bildirilən başqa bir həqiqət isə elm tərəfindən ancaq XX-ci əsrin 20-ci illərinin sonunda aşkar edilən kainatın genişlənməsidir. Habblın ulduzların işıq spektrlərinin qızılı rəngə çalmasını müəyyən etməsi ilə ilk dəfə üzə çıxan bu həqiqət Quranda belə bildirilir:
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət surəsi, 47)
Qısası, müasir elmin kəşfləri bir tərəfdən materialist ehkamı təkzib edir, digər tərəfdən də Quran ayələri ilə xəbər verilən həqiqətləri bir daha ortaya qoyur. Çünki kainat materialistlərin düşündüyü kimi, maddənin daxilindəki bir sıra təsadüflərlə deyil, Allahın yaratması ilə əmələ gəlmişdir və Allahdan gələn elm, şübhəsiz ki, kainatın mənşəyi haqqında ən doğru məlumatdır.
Andrei Linde, "The Self-Reproducing Inflationary Universe", Scientific American, vol. 271, 1994, səh. 48
3. George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul: Sosyal nəşriyyatı, 1989, səh. 84
4. S. Jaki, Cosmos and Creator, Regnery Gateway, Chicago, 1980, səh. 54
5. Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım Kitapçılık ve Yayıncılık, 1993, səh. 62-63
6. Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, səh. 241
7. Hugh Ross, The Creator and the Cosmos: How Greatest Scientific Discoveries of The Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, səh. 76
8. William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 19
9. William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 19
10. William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 20
11.Christopher Isham, "Space, Time and Quantum Cosmology", paper presented at the conference "God, Time and Modern Physics", mart 1990, Origins & Design, yaz 1996, vol. 17, səh. 27
12. R. Brout, Ph. Spindel, "Black Holes Dispute", Nature, vol 337, 1989, səh. 216
13. Herbert Dingle, Science at the Crossroads, London: Martin Brian & O'Keefe, 1972, səh. 31-32
14. Stephen Hawking, A Brief History of Time, New York: Bantam Books, 1988, səh. 46
15. John Maddox, "Down with the Big Bang", Nature, vol. 340, 1989, səh. 378
16.H. P. Lipson, "A Physicist Looks at Evolution", Physics Bulletin, vol. 138, 1980, səh. 138