Sincablar, dovşanlar, zebralar, kenqurular, tutuquşular, ceyranlar, tovuz quşları, kəpənəklər, balinalar, delfinlər, zürafələr, pələnglər, tısbağalar, dəvələr, dəniz ulduzları, qağayılar... Hər biri özü üçün ən uyğun mühitlərdə ən çox ehtiyac duyduqları sistemlərlə təchiz olunublar. Kimi iti gözlərlə, güclü əzələlərlə, kimi zəhərə dözümlü kisələrlə, kimisi də cəzbedici qoxularla ehtiyacı olan hər sistemə sahib olaraq həyata gözlərini açar. Bəs hələ görmədikləri bir mühit haqqında hazırlıqlı olmalı olduqlarına dair məlumatı onlara kim vermişdir?
Bengal kaplanının kürkü |
Quruda doğulacaq bir pişik oksigeni birbaşa istifadə edə biləcəyi ağciyərlərə, suda yaşayacaq olan bir balığa oksigeni suda həll olmuş şəkildə istifadə edə biləcəyi qəlsəmələrə sahib olmalı olduğunu haradan bilir? Quşlar uçmaq üçün yüngül skelet quruluşlarına, pinqvinlər su saxlamayan xüsusi bir yağla örtülmüş tüklərə, qartallar minlərlə metr yüksəklikdən ovunu görə biləcəkləri iti gözlərə, ağacdələnlər başlarını şiddətli zərbələrdən qoruyan xüsusi bir amortizator sisteminə sahib olmalı olduqlarını necə düşünmüşlər?
Nümunələrini səhifələrlə çoxalda biləcəyimiz bu məlumatları və buna uyğun sistemlərin dizaynını bu canlıların genlərinə kim şifrələmişdir? Yoxsa bu heyvanların həyatını itirərək təcrübə qazanmış olan uydurma əcdadları gələcək nəsilləri düşünərək genlərində dəyişiklik etməyə və onlara müxtəlif orqanlar hədiyyə etməyə mi qərar vermişlər? Yoxsa kor təsadüflər və şüursuz atomlar –necə olmuşsa olmuş- birindən mükəmməl dizayn möcüzəsi canlılar mı var etmişlər? Əlbəttə ki, xeyr ... Canlıları da, onların sahib olduqları mükəmməl sistemləri də yaradan, eyni zamanda bütün kainatı həyat üçün ən əlverişli şərtlərdə yaradan aləmlərin Rəbbi olan Allahdır.
Bir çox balina və delfin dəniz dibindəki qaranlıqda təbii “sonar” sistemindən istifadə edərək ov edər. Xüsusilə dişi balinalar səs dalğaları vasitəsilə “görə bilər”. Səs dalğaları, eyni görmə hadisəsində olduğu kimi, fokuslanar və bir nöqtəyə göndərilər. Geriyə qayıdan dalğalar heyvanın beynində analiz edilər və şərh olunar. Bu şərh heyvana qarşısındakı cismin forması, böyüklüyü, sürəti və mövqeyi haqda məlumat verər. Bu canlılardakı sonar sistemi inanılmaz dərəcədə həssasdır. Məsələn, delfin suya tullanan bir insanın “daxili orqanlarını” da hiss edə bilər.
Səs dalğaları istiqaməti təyin etməklə yanaşı xəbərləşmə üçün də istifadə edilir. Bir-birindən yüzlərlə kilometr uzaqdakı iki balina səslə əlaqə qura bilər.
Bu heyvanların xəbərləşmək və istiqamət tapmaq üçün çıxartdıqları səsi necə çıxardıqları sualı hələ də cavabsız qalıb. Ancaq bilinənlər arasında delfinin bədənindəki çox təəccüblü bir təfərrüat diqqət çəkir: Heyvanın kəllə quruluşu, beyini belə məhv edəcək qədər davamlı və şiddətli bir şəkildə yaydığı səs bombardmanından qorunmaq üçün səs izolyasiyalıdır.
"İnsanlardan, hayvanlardan ve davarlardan da renkleri böyle değişik olanlar vardır. Kulları içinde ise Allah'tan ancak alim olanlar 'içleri titreyerek-korkar'..."(Fatır Suresi, 28) |
İndi bütün bunların üzərində düşünək. Dəniz məməlilərinin sahib olduqları bütün bu təəccüblü xüsusiyyətlər təkamül nəzəriyyəsinin yeganə iki mexanizmi, yəni mutasiya və təbii seçmə vasitəsilə meydana gəlmiş ola bilərlər mi? Hansı mutasiya bir delfinin bədəninə sonar sistemi yerləşdirə və sonra da heyvanın beynini sonardan qorumaq üçün kəlləni səs izolyasiyalı edə bilər?
Əlbəttə, şüursuz proseslərin, təsadüflərin əsəri olaraq belə bir sistemin meydana gəlməsi mümkün deyil. Bütün bunlar Uca Allahın yaratmasının dəlilləridir.
"Onlara binmeniz ve süs için atları, katırları ve merkebleri (yarattı). Ve daha sizlerin bilmediğiniz neleri yaratmaktadır?"(Nahl Suresi, 8) |
Bal arıları digər bütün canlılar kimi öz növlərinə xas davranışlara sahibdirlər. Bu davranışlar təkamülçülər baxımından çıxılmaz vəziyyətlər yaradır. Məsələn, təkamülçülər pətəklərin quruluşu, on minlərlə arının eyni şanda yaşamasını təmin edən qüsursuz əlaqə kimi mövzulara “instinkt” anlayışıyla aydınlıq gətirməyə çalışırlar. Halbuki, Çarlz Darvin “Növlərin Mənşəyi” kitabında verdiyi bir sual ilə, qurucusu olduğu nəzəriyyənin instinkt iddiaları mövzusunda içinə düşdüyü ziddiyyəti belə vurğulayır:
... İnstinktlər təbii seçmə ilə qazanıla və ya dəyişikliyə uğradıla bilər mi? Arını, -böyük riyaziyyatçıların kəşflərindən çox qabaq- pətək gözlərini hazırlamağa yönəldən instinkt üçün nə deyəcəyik? (Çarlz Darvin, Növlərin Mənşəyi, s. 186)
"Rabbin bal arısına vahyetti: Dağlarda, ağaçlarda ve onların kurdukları çardaklarda kendine evler edin. Sonra meyvelerin tümünden ye, böylece Rabbinin sana kolaylaştırdığı yollarda yürü-uçuver. Onların karınlarından türlü renklerde şerbetler çıkar, onda insanlar için bir şifa vardır..."(Nahl Suresi, 68-69) |
"O Allah ki, Yaratan'dır, (en güzel bir biçimde) kusursuzca var edendir, 'şekil ve suret' verendir. En güzel isimler O'nundur. Göklerde ve yerde olanların tümü O'nu tesbih etmektedir..."(Haşr Suresi, 24) |
Kəpənəklərin hər iki qanadında eyni rəng tonu və eyni model, eyni yerdə mövcuddur. Hər şeyin təsadüflər nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsi kəpənək qanadlarında olduğu kimi təbiətdə sərgilənən sənət, rəng müxtəlifliyi və simmetriya kimi nümunələr qarşısında çıxılmaz vəziyyətdədir. Çarlz Darvin bu mövzuda içinə düşdüyü ziddiyyəti belə ifadə etmişdir:
Parlaq rənglər ..., parlaq dişi kəpənəklər, bu gözəlliyin təbii seleksiyanın nəzarəti altında reallaşdığını düşünə bilmirəm. (Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol.II, s. 305)
"Kendi rızkını taşıyamayan nice canlı vardır ki onu ve sizi Allah rızıklandırır. O, işitendir, bilendir."(Ankebut Suresi, 60) |
Keçmiş təkamülçü professor Gary E. Parker də -digər bir çox elm adamı kimi- paleontologiya və biologiya sahəsindəki fəaliyyətləri ilə elmin təkamülü təkzib etdiyi nəticəsinə varmış və növlərdəki müxtəliflik qarşısındakı səmimi düşüncələrini belə dilə gətirmişdir:
“Canlılarda nə qədər inanılmaz müxtəliflik var, həm növlərin öz içində göstərdiyi fərqliliklər, həm də böyük sayda müxtəlif növlər. Çoxumuz rəngdə, formada, ölçüdə, xüsusiyyətdə, funksiyada gördüyümüz bu müxtəliflik qarşısında hörmət dolu bir qorxu, vahimə hiss edirik. Niyə bu qədər çox növ mövcuddur?” (http://www.icr.org/pubs/imp/imp-008.htm; ımpact no. 88, Yaratılış, Seleksiyon ve Çeşitlilik, Gary E. Parker, ICR, Oktyabr 1980)
"...O'nun, alnından yakalayıp-denetlemediği hiçbir canlı yoktur..." (Hud Suresi, 56) |
Savannaların quru otları arasında ov edən bir aslan ətrafdan demək olar ki, heç seçilməz. Çünki aslanın rəngləri ətraf ilə qarışar. Eyni şəkildə uzun otların arasında bir hepardı da ayırd etmək çox çətindir. Allah bu canlıların hamısını olduqları mühitə uyğun xəzə sahib olaraq yaratmışdır. Beləliklə, bu canlılar həm ovlarına sezdirmədən yaxınlaşa, həm də düşmənlərindən qoruna bilir.
"Göğün boşluğunda boyun eğdirilmiş (musahhar kılınmış) kuşları görmüyorlar mı? Onları (böyle boşlukta) Allah'tan başkası tutmuyor..." (Nahl Suresi ,79) "Onlar, üstlerinde dizi dizi kanat açıp kapayarak uçan kuşları görmüyorlar mı? Onları Rahman (olan Allah')tan başkası (boşlukta) tutmuyor..."(Mülk Suresi, 19) |
Heyvanlar arasında müşahidə olunan fədakarlıqlar, darvinizmi çıxılmaz vəziyyətə salan ən əhəmiyyətli mövzulardan birini təşkil edir. Çünki darvinizm təbiətdə amansız bir mübarizə olduğunu, güclü olanın zəifləri hər zaman əzəcəyini irəli sürərkən, canlılar bu iddiaları yalanlayan bir çox davranış göstərirlər: Bir-birlərini təhlükələrdən qoruyub bəsləyərlər, təmizləyib müalicə edərlər, bir-birlərinə yuva hazırlayarlar... Hətta bəzən öz canlarını belə bir digəri üçün fəda edə bilərlər. Bu təkamülçülər baxımından çox çətin bir vəziyyətdir. Darvin bu vəziyyəti belə ifadə edər:
“Bir çox instinkt o qədər möcüzəvidir ki, böyük ehtimal bu instinklərin həyata keçməsi oxucuya nəzəriyyəmi hamısını yıxmaq üçün yetərli bir maneə olaraq görünəcək." (Animal Mind, sf. 22, [Charles Darwin, Türlerin Kökeni, 1859])
"Sizin için hayvanlarda da elbette ibretler vardır..." (Nahl Suresi, 66) |
Bir təkamülçü yayında canlılardakı fədakarlıq nümunələri mövzusunda yaşanan çətinlik belə dilə gətirilir:
“Problem, canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə hər canlı öz varlığını davam etdirmək və çoxalmaq üçün mübarizə aparır. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə uzun müddətli təkamüldə bu davranış itirilməli idi. Halbuki, canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir”. (Bilim ve Teknik Dergisi, sayı: 190, s. 4)
"Göklerde ve yerde bulunanlar O'nundur; hepsi O'na 'gönülden boyun eğmiş' bulunuyorlar." (Rum Suresi, 26) |
Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin nəzəriyyəsini əsassız edən canlılardakı mükəmməllikləri görməkdən duyduğu sıxıntını belə dilə gətirir:
“Gözü düşünməyin məni titrətdiyi günləri xatırlayıram. Amma indi bu şikayətlərimin öhdəsindən gəldim. İndi bu quruluşun kiçik əhəmiyyətsiz hissələri məni ümumiyyətlə olduqca narahat edir. Bir tovuzquşunun tükü isə, nə zaman baxsam məni xəstə edir . (Francis Darwin, The Life and Letters of Charles Darwin, Cild.II, s. 90 )
"Şüphesiz, mü'minler için göklerde ve yerde ayetler vardır. Sizin yaratılışınızda ve türetip-yaydığı canlılarda kesin bilgiyle inanan bir kavim için ayetler vardır." (Casiye Suresi, 3-4) |
"Allah, her canlıyı sudan yarattı. İşte bunlardan kimi karnı üzerinde yürümekte, kimi iki ayağı üzerinde yürümekte, kimi de dört (ayağı) üzerinde yürümektedir. Allah, dilediğini yaratır..." (Nur Suresi, 45) |