Giriş

Din əxlaqından uzaq cəmiyyətlərdə insanların çatışmazlıqlarını araşdırmaq, qüsurlarını ortaya çıxarmağa çalışmaq çox geniş yayılmış davranış formasıdır. İnsanların bu yola yönəlmələrinin arxasında duran gizli səbəb isə dünyaya meyilli olmaları və üstün olma arzularıdır. Bu insanlar qarşı tərəfin səhvlərini ortaya çıxarmağı özlərinə üstünlük gətirəcəyinə inanırlar. Bunun üçün tez-tez əl atdıqları üsullardan biri də lağ etməkdir. İnsanların qüsurları, acizlikləri və ya səhvlərinə lağ etdiklərində öz qüsurlarının örtüləcəyini düşünürlər. Buna görə, cahil cəmiyyətdə lağ etmək tez-tez rast gəlinən əxlaqi pozuntudur. Quran əxlaqına sahib olmayan bu insanlar müntəzəm olaraq bir tərəfdən başqalarına lağ etməyə mövzu axtarır, digər tərəfdən də eyni şeyin özünə qarşı ediləcəyindən narahat olurlar. Buna görə də belə lazımsız hərəkətlərlə bir-birlərinə sanki əzab yaşadırlar.

Bura qədər cahiliyyənin məsxərəçi xüsusiyyətinin yalnız bir tərəfindən bəhs etdik. Əslində, bu insanlar doğru olduğunu qəbul etmək istəmədikləri bir fikirlə qarşılaşdıqlarında bu üsula əl atırlar.

Belə ki, inkar edənlərin dinə qarşı hərəkətlərində də bu təsir açıq şəkildə görünür. İnsanların bir qismi tarix boyunca Allah`ın elçiləri və kitabları vasitəsi ilə onları dəvət etdiyi doğru yola tabe olmaq istəməmişlər. Bir çoxu şeytanın yolunu izləmiş, Allah`ın dinini və hesab gününü inkar etmişlər. Şübhəsiz, bu ağılsız rəftarın təməlində təkəbbür hissi yatır. İnkar edənlərin bu vəziyyəti Quranda belə bildirilmişdir:

Sizin tanrınız tək olan İlahdır. Axirətə inanmayanların qəlbi (haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər. (Nəhl surəsi, 22)

Allah`a və axirətə iman etməyən bu insanlara haqq dindən bəhs edilərkən, həmçinin səhv yol tutduqlarını və bu yoldan ayrılmadıqda sonsuz cəhənnəm həyatı ilə qarşılaşacaqları xəbər verilərkən onlar bunu qəbul etməmiş, guya özlərinin doğru yolda olduğunu isbat etmək üçün dinə və dini yaşayanlara lağ etməyə cürət etmişlər. Bu çirkin yolla Quran əxlaqını ortadan qaldıra biləcəklərini zənn etmişlər.

Şübhəsiz, inkar edənlər çox yanlış düşünürlər. Onların bu şifahi, yaxud əməli səyləri heç bir şəkildə nəticə verməyəcək. Çünki Allah Quranda haqq dinin həmişə üstün olduğunu və inkar edənlərin cəhdinin boşa çıxacağını belə müjdələmişdir:

Amma (bilin ki,) kafirlərin hiyləsi boşa çıxar. (Mömin surəsi, 25)

Onlar ağızları ilə Allah`ın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)

Keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də inkar etdikləri və ya anlamaq qabiliyyətinə sahib olmadıqları üçün həqiqətlərə qarşı məsxərəçi rəftar göstərənlər olacaq. Amma onların aqibəti buna son vermədikləri təqdirdə, Allah`ın ayələrdə bildirdiyi kimi, çox pis olacaq:

Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri məsxərəyə qoyduqları şey bürüdü. (Ənam surəsi, 10)

Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq. (Ənam surəsi, 5-6)

Bundan başqa, bu insanlar bunu bilməlidirlər: möminlərə qarşı göstərdikləri bu davranışlarla və dinə qarşı böhtan dolu sözləri ilə özlərini sonsuz əzaba sürükləyirlər. Bununla yanaşı, böhtanları və kinayəli sözləri bunlara məruz qalan insanların axirətdəki dərəcələrini yüksəldir. Bu, Quranda xəbər verilən əhəmiyyətli bir sirdir:

Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki, müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər. (Bəqərə surəsi, 212)

Quranda bildirildiyi kimi, inkarçı xüsusiyyətə malik insanlar tarix boyunca hər dövrdə eyni əxlaqsız rəftarı göstərmişlər. Hətta eyni sözləri söyləmiş, eyni nümunələri vermiş, eyni davranış nümayiş etdirmişlər. Lağ etmək də bu davranışlardan biridir. Quran əxlaqını yaşamayan insanların göstərdiyi bu ortaq rəftar Allah`ın dəyişməz qanunudur. Bu səbəbdən, belə davranışlarla qarşılaşan mömin Quranda haqqında danışılan bir həqiqəti yaşamaq üçün şövqlənir. Bunun mömin olmanın göstəricisi olduğunu bildiyi üçün qarşılaşdığı vəziyyətə görə böyük şərəf hissi keçirər. Bu davranışlara səbir etdiyi üçün axirətdə alacağı qarşılığı bilmək isə şövqünü daha da artırar. Göründüyü kimi, din əxlaqını rədd edən və ya buna müxalif çıxan insanların inananlara zərər verməsi imkansızdır. Bu həqiqəti düşündükdə möminlərə lağ edilməsinin onlar üçün böyük şərəf olduğu daha yaxşı aydın olar. Allah Quranda "Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib qorxsanız, bu, əzmkarlıq (tələb edən) əməllərdəndir" (Ali-İmran surəsi, 186) şəklində xəbər vermiş və axirətdə möminləri ələ salanları alçaldacağını buyurmuşdur:

De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik". Kafir olduqlarının, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarının əvəzi cəhənnəmdir. İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı dəyişmək istəməyəcəklər. (Kəhf surəsi, 103-108)

Əlinizdəki kitabda bu həqiqətlər izah edilir, inkar edənlərin lağ etmək istəyərkən düşdükləri tələ açıqlanır. Bundan başqa, istehza anlayışı fərqli yönlərdə nəzərdən keçirilmiş və Quran ayələrinə görə açıqlanmışdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Lağ etməyin qaynağı qürurdur
  • Cahiliyyə cəmiyyətində məsxərəçilik
  • İnkarçılar dinə də lağ edirlər
  • İnkar edənlər əbəs yerə möminlərə istehza edirlər
  • İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar
  • İnkar edənlərin istehzalarına səbir etmək möminlər üçün şərəfdir
  • Allah inkar edənləri dünyada alçaldır
  • Məsxərəçiliyin sonu ilə əlaqədar Qurandan nümunələr
  • İnkar edənlərin qəflətdə olduqları böyük həqiqət
  • Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil
  • Maddənin ardındakı sirr
  • Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq
  • Nəticə
  • Təkamül yalanı