Allah inkar edənləri dünyada alçaldır

Din əxlaqından uzaq yaşayan insanların dinə və Allah`ın ayələrinə qarşı istehzalı yanaşmaları, göndərilən elçilərə və elçilərin ətrafındakı möminlərə lağ etmələri tarix boyu davam edən bir vəziyyətdir. Allah`ın gücünü və böyüklüyünü təqdir edə bilməyən bu insanlar etdiklərinin qarşılığını mütləq alacaqlarını anlamayaraq həyatlarını davam etdirmişlər. Halbuki, Quranda bu insanların özlərindən uzaq gördükləri əzablarla mütləq qarşılaşacaqları xəbər verilmişdir:

Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. (Ənam surəsi, 5)

(Allah`ın) səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri (həmin o) istehza etdikləri şey məhv etdi. (Ənbiya surəsi, 41)

…(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: "Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz". (Hud surəsi, 38-39)

Bu insanlar etdikləri günahların qarşılığını, şübhəsiz, axirətdə görəcəklər, ancaq hələ dünyada olarkən də bu qarşılığı görəcəklər. Özləri dinlə, müsəlmanlarla, Allah`ın elçiləri və ayələri ilə lağ edərkən, əslində, Allah onlara lağ etməkdədir. Allah bu həqiqəti bir ayəsində qəti olaraq xəbər vermişdir:

Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)

Əslində, bu inkarçı insanlar yuxarıdakı ayələrdə bildirildiyi kimi, özlərinə verilən müddətə aldanaraq çox böyük tələyə düşmüşlər. Həyatları boyunca din əxlaqına, Allah`ın elçilərinə və möminlərə qarşı mübarizə aparmış və bundan ötrü heç bir qarşılıq görməyəcəklərini zənn etmişlər. Halbuki, bu dünyada nə qədər təkəbbürlənsələr də, Allah`ın müəyyən etdiyi vaxtda öləcək və torpağa basdırılacaqlar. Allah özü ilə öyündükləri mallarını yox edəcək, bədənləri isə torpağın altında çürüyəcəkdir. Bütün bunlar qaçılmazdır, onlar da hər insan kimi öləcəklər. Ölümlü olmaları və özlərindən ölümü uzaqlaşdıra bilməmələri, əslində, nə qədər aciz bir vəziyyətdə olduqlarının ən əhəmiyyətli dəlilidir.

Bundan başqa, bu insanlara həyatları boyunca da Allah bir çox çətinlik və bəla verir. Onlar özlərini üstün zənn edərkən qarşılaşdıqları hadisələrlə nə qədər aciz bir qul olduqlarını görürlər. Allah Quranda bu vəziyyətə düşən inkar edənlərlə bağlı bir çox nümunə vermişdir. Sonrakı səhifələrdə Quranda bəhs edilən bu məsxərəçilərdən və uğradıqları sondan danışılacaqdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Lağ etməyin qaynağı qürurdur
  • Cahiliyyə cəmiyyətində məsxərəçilik
  • İnkarçılar dinə də lağ edirlər
  • İnkar edənlər əbəs yerə möminlərə istehza edirlər
  • İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar
  • İnkar edənlərin istehzalarına səbir etmək möminlər üçün şərəfdir
  • Allah inkar edənləri dünyada alçaldır
  • Məsxərəçiliyin sonu ilə əlaqədar Qurandan nümunələr
  • İnkar edənlərin qəflətdə olduqları böyük həqiqət
  • Maddənin ardındakı sirr mövzusu vəhdəti-vücud deyil
  • Maddənin ardındakı sirr
  • Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq
  • Nəticə
  • Təkamül yalanı