Din əxlaqından uzaq cəmiyyətlərdə insanların çatışmazlıqlarını araşdırmaq, qüsurlarını ortaya çıxarmağa çalışmaq çox geniş yayılmış davranış formasıdır. İnsanların bu yola yönəlmələrinin arxasında duran gizli səbəb isə dünyaya meyilli olmaları və üstün olma arzularıdır. Bu insanlar qarşı tərəfin səhvlərini ortaya çıxarmağı özlərinə üstünlük gətirəcəyinə inanırlar. Bunun üçün tez-tez əl atdıqları üsullardan biri də lağ etməkdir. İnsanların qüsurları, acizlikləri və ya səhvlərinə lağ etdiklərində öz qüsurlarının örtüləcəyini düşünürlər. Buna görə, cahil cəmiyyətdə lağ etmək tez-tez rast gəlinən əxlaqi pozuntudur. Quran əxlaqına sahib olmayan bu insanlar müntəzəm olaraq bir tərəfdən başqalarına lağ etməyə mövzu axtarır, digər tərəfdən də eyni şeyin özünə qarşı ediləcəyindən narahat olurlar. Buna görə də belə lazımsız hərəkətlərlə bir-birlərinə sanki əzab yaşadırlar.