Bu kitab boyunca izah edilən həqiqətlər, dünyanın ən əhəmiyyətli həqiqətləridir. İnsanı Allah yaratmışdır və insan Ona geri dönəcək bir varlıqdır, buna görə, heç bir şey insanın Allahı tanımasından və Ona ibadət etməsindən daha əhəmiyyətli olmaz.
Buna görə, bu həqiqətlərə lazım olan əhəmiyyəti verməniz və həyatınızı bunlara görə nəzərdən keçirməniz, bəlkə yenidən tənzimləməniz lazımdır.
◉ Sizi yaradan Allahı tanıyırsınızmı?
◉ Ona şükür edirsinizmi?
◉ Onun sizə yol göstərici olaraq göndərdiyi kitabdan xəbəriniz varmı?
◉ Və ya bu kitabı həyata keçirmək üçün nələr edirsiniz?
Əmin olun ki, bunlar sizin həyatınızın ən əhəmiyyətli mövzularıdır. Başqa hər şey keçib gedəcək, hər şey yox olacaq, amma Allah baki qalacaq. Allahın vədi, yəni axirət və hesab da bakidir. Bir gün öləcək, sonra diriləcək və Allaha hesab verəcəksiniz.
Unutmayın ki, həm dünyada xoşbəxt həyat sürməniz, həm də axirətdəki sonsuz xoşbəxtliyiniz Allaha qulluq etmənizə bağlıdır. Onsuz da Allah sizi bunun üçün yaratmışdır. Yaradılış məqsədinizə təslim olun və Allaha yönəlib Rəbbimizə ibadət edin.
Və Ona ibadətdə, ayədə buyurulduğu kimi qərarlı olun:
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
(Bəqərə surəsi, 32)