Quran Yol Göstəricidir

Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.
(Bəqərə surəsi, 2)

Quran Allahın sözüdür. Allah, Özünü tanıtmaq, insanların yaradılış məqsədini bildirmək, dünyanın mahiyyətini, imtahanın xüsusiyyətlərini və insanlardan nələr istədiyini xəbər vermək, axirəti müjdələmək və gözəl əxlaqı təsvir etmək kimi bir çox hikmət üzərinə Quranı nazil etmişdir. Cəbrayıl vasitəsiylə hz. Məhəmməd (s.ə.v)-ə vəhy olunan Quran, son kitab olması etibarilə, qiyamətə qədər keçərli olacaq və insan əlinin əsla müdaxilə edə bilməyəcəyi bir kitabdır. Allah, Quranın mühafizə altında olduğunu bir ayədə belə xəbər verir:

Heç şübhəsiz, zikri (Quranı) Biz nazil etdik Biz; onun qoruyucuları da həqiqətən Bizik. (Hicr surəsi, 9)

Quranın bənzərsiz üslubu və ehtiva etdiyi üstün hikmət, onun sonsuz elm sahibi Rəbbimiz Allahın sözü olduğunun qəti dəlilidir. Bunlarla bərabər, Quranın Allah qatından endirildiyini isbat edən xeyli çox möcüzəvi xüsusiyyəti də vardır. Bu xüsusiyyətlərdən biri, XX və XXl əsr texnologiyasıyla əldə etdiyimiz bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilmiş olmasıdır. Quranın endirildiyi dövrdə elmi olaraq müəyyən olunması mümkün olmayan bu məlumatlar dövrümüzdə insanlara Quranın Allah sözü olduğunu bir daha isbat etmişdir.

Quranın bir başqa əhəmiyyətli xüsusiyyəti isə, (təhrif edilmiş Tövrat və İncilin əksinə) içində heç bir ziddiyyət olmamasıdır və bu da Quranın Allah sözü olduğunun bir başqa isbatıdır, Allah bu həqiqəti insanlara belə xatırladır:

Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)

Quran insanlar üçün yol göstəricidir. Eyni zamanda doğru ilə yanlışı bir-birindən ayıran mütləq doğru ölçüdür ki, bu səbəblə, Quranın bir adı da "Furqan", yəni "ayırd edən" dir:

... Doğrunu yanlışdan ayıran (Furqan)ı da endirdi. Həqiqət budur ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır... (Ali İmran surəsi, 4)

Quran; insanlara öyüd-nəsihət verən, sonsuz axirət həyatları üçün onları xəbərdar edən bir kitabdır:

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 52)

Quran, Allahın endirdiyi son və qiyamətə qədər keçərli olacaq tək haqq kitabdır. Allahın bundan əvvəl nazil etdiyi Tövrat və İncil də endirildikləri dövrlərdə haqq kitab olmalarına baxmayaraq, əvvəlki səhifələrdə də izah etdiyimiz kimi sonradan insan əliylə əlavə və çıxarılmalar edilərək dəyişdirildiyi üçün, hal-hazırda keçərli olma xüsusiyyətlərini itirmişlər. Allah, Öz Qatında İslamı tək keçərli din olaraq qəbul etdiyini də bir ayədə belə bildirmişdir:

Kim İslamdan başqa bir din ardınca gedərsə, əsla ondan qəbul edilməz. O, axirətdə zərər çəkənlərdəndir. (Ali İmran surəsi, 85)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Allahdan Başqa İlah Yoxdur
  • Allah Hər Yeri Əhatə Etmişdir
  • Allah İnsana Çox Yaxindir
  • Allah Hər Şeyi Bir Qədər ilə Yaratmişdir
  • Allah Hər Şeyə Qadirdir
  • Hər Varliq Allaha Boyun Əymişdir
  • Allah Hər Şeyi Bilir və Görür
  • Allah Haqqindaki Batil İnanclar
  • Allaha Şirk Qoşmadan İman Etmək
  • Allahin Böyüklüyünü Təqdir Edə Bilmək
  • Allahin Sonsuz Büyüklüyü və Qüdrəti
  • Allah Sevgisi və Allah Qorxusu
  • Quran Yol Göstəricidir
  • Allahin Endirdiyi Kitablara və Peyğəmbərlərinə İman
  • Mələklərə İman
  • Dünya Həyatinin Keçiciliyi
  • İnsan İmtahan Olunur
  • Ölüm Son Deyil
  • Axirətə İman
  • Qiyamətə İman
  • Diriliş
  • Hesab Günü
  • Cənnət və Cəhənnəm
  • Məqsəd Allahin Məmnuniyyətini Qazanmaqdir
  • Günah və Tövbə
  • İbadətlərdə Dəqiqlik Göstərmək
  • Din Əxlaqi İnsanin Yaradilişina Uyğundur
  • Möminlər Birlik və Bərabərlik İçində Olmalidir
  • Son Söz
  • Təkamül Yalanı
Quran Yol Göstəricidir - İslamın İnanc Əsasları - Harun Yəhya