Hər bir kəs ölümü dadacaqdır.
Biz sizi, şərlə də, xeyirlə də sınayırıq və siz Bizə qaytarılacaqsınız.
(Ənbiya surəsi, 35)
Ölüm, insanın bu dünyadakı həyatı içində yaşayacağına əmin olduğu çox əhəmiyyətli bir həqiqətdir. Bir saat, hətta bir dəqiqə sonra yaşayacağımızı bilmədiyimiz kimi, nələr yaşayacağımızdan da əmin deyilik. Həyatımızı, əmin olmadığımız, aqibətini bilmədiyimiz hadisələrə görə istiqamətləndirməyimizin nə qədər səhv olacağı da ortadadır. Əmin olduğumuz tək şey ölümü yaşayacağımızdır. Həyatımızı bu qəti həqiqətə görə nizamlamalı olduğumuz, yalnız bu düşünüldüyündə aydın olur.
Ölüm də insanın imtahanının bir hissəsidir. Allah, Quranda həyatı və ölümü insanı imtahan etmək üçün yaratdığını belə bildirmişdir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)
Ölüm yalnız dünya həyatının, birbaşa imtahanın sonudur. Eyni zamanda, sonsuz olan axirət həyatının da başlanğıcıdır. İman edənlər bu səbəblə ölümdən qorxmazlar. Həyatlarını Uca Allahın razılığını güdərək, axirətə istiqamətli saleh əməllərlə keçirdikləri üçün Allahın vəd etdiyi cənnəti ümid edərək ölümü gözəl qarşılayarlar.
İman etməyənlər isə, ölümü yox olma zənn etdikləri üçün ölümdən çox qorxar və düşüncəsi belə onlara iztirab verər. Bu səbəblə, ölümü heç düşünməz, hətta ağıllarına belə gətirmək istəməzlər və ölümdən qaçarlar. Halbuki, bu boş səydir. Heç kim Allahın özünə təqdir etdiyi ölüm saatından qaça bilməz. Bir ayədə bu həqiqət belə vurğulanır:
Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. (Nisa surəsi, 78)
Ölümü düşünməmək, həqiqətən qaçmaqdır. Ölüm gec-tez insanı yaxalayacağına görə, ölümü düşünərək hərəkət etmək isə ağıllı davranmaqdır. Möminlər bu ağılla yaşayarlar. Ölüm gələnə qədər saleh əməllər edirlər. Çünki Allah Quranda bunu əmr etmişdir:
Sənə ölüm gələnədək Rəbbinə ibadət et. (Hicr surəsi, 99)
Ölümü düşünmək insanı güclü və iradəli edər. Nəfsinin, dünyanın aldadıcı zövqlərinə aldanaraq özünü səhv davranışlara sövq etməsinə mane olar. İnsana, dünyadakı keçici və saleh olmayan rəftarlara qapılmayacaq iradəni təmin edər. Bu səbəblə, mömin tez-tez ölümü düşünməli, özü də daxil olmaqla, bütün insanların yaxında bir gün öləcəyini təfəkkür etməli və dünyaya bu şüurla baxmalıdır.
Ölümlə əlaqədar Quranda xəbər verilən bir digər həqiqət, ölüm zamanı yaşanan hadisələrdir. Ölməkdə olan bir adamı görənlər, onun yalnız bioloji ölümünü seyr edir. Halbuki, əslində ölən adam yeni bir aləmə keçər və ölüm mələkləri ilə qarşılaşar. Əgər inkarçı bir adamdırsa, ölüm ona böyük ağrılar verər və ölüm mələkləri canını əzab verərək alarlar. Aşağıdakı ayələrdə, inkarçıların ölüm anındakı bu əzabı izah edilir:
...Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” – dediklərini bircə görəydin. (Ənam surəsi, 93)
Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. (Məhəmməd surəsi, 27-28)
Ölüm mömin üçün böyük xoşbəxtlik və sevincin başlanğıcıdır. Ruhu ən dərindən ağrıyla alınan kafirin əksinə, möminin ruhu, "yumşaq çəkib alanlar" tərəfindən (Naziat surəsi, 2) sanki yuxuda ruhun ağrı olmadan bədəndən ayrılıb fərqli bir aləmə keçməsi kimi (Zumər surəsi, 42) alınır. Ayələrdə iman edənlər üçün belə buyrulur:
Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin! (Nəhl surəsi, 31-32)
ADNAN OKTAR: Dinsiz olan üçün onsuz da ölümlə fəlakət başlayır, ölümdən əvvəl də onsuz dinsiz sevgisizliyin, ehtirasdan uzaq olmanın, insanlara həmişə şübhə ilə baxmanın, etibarsızlığın, təkliyin, eqoizmin acısıyla yanıb qovrular dünyada. Onlara çox bəlalar üz verər həmçinin, lakin onu həyatın axışı içində normal bir şey zənn edərlər. Lakin ölərkən çox faciəvi bir ölümlə ölər küfr əhli. Yəni "tikanlı bir kolun içindən sökülüb çıxarılması kimidir" deyir, "ruhu çıxarılır" deyir rəvayətdə və "döyülərək, kürəyinə vurularaq yəni çox şiddətli zərbələr alaraq canı alınar", artıq burada başlayır hadisə. Hər mərhələsi bir iztirabdır, amma qəbir həyatı deyilən hadisə çox qısadır. Çünki zaman nisbidir, izafi olduğu üçün göz açıb bağlamaq qədər qısa bir vaxtdır, o çox qısa bir vaxtdır. "Dərhal insanlar qiyamətin qopduğunu görəcək" deyir öldükdən sonra. Çünki məsələn, yatan bir insan bəzən 15 gün komada olur, oyandırırsan, insana əgər bir gün desən bir gün olduğuna inanır, 6 saatdır yatırsan desən, 6 saat olduğuna inanır, yəni sən nə desən ona görə 1 il desən 1 ilə də inanır. Zaman izafidir, bilə bilməz. O insanlar da belə olacaq, zaman nisbi olduğu üçün qalxanda onu bilə bilməzlər, çox tez keçəcək vaxt. Amma o mühitə gətirildiklərində onsuz da orada hadisə dərhal aydın olacaq. Yəni möminlərin önündəki və sağındakı işıq yanında sürücüləri olması, nurlu və çox gözəl olmaları, nurdan paltarları yəni üstləri örtülü olacaq. O, onların onsuz da əhli-i nicat, qurtuluş əhli olduğunu göstərir, qurtulduqlarını göstərir. Amma küfr onsuz da çox pərişandır, çirkli və pis hala gətiriləcək, onsuz da onun üçün bir qurtuluş yolu, dönüş yoxdur, Allahın diləməsi xaricində bir daha xilas ola bilməz.
Cəhənnəm ərazisinə daxil ediləcəklər məqsədli olaraq, hər kəs bir dəfə görsün. Çünki Allah daim cəhənnəmdən bəhs edir, amma cəhənnəmi insanlar görməmiş olar o zaman. Yəni sonsuza qədər bilməmiş olacaqlar, halbuki möminlərin hər kəsin maraqlandığı, bilmək istədiyi bir yerdir cəhənnəm. Yəni qalmaq istəməzlər, amma görmək istəyərlər, Allahın bir sənətidir o da, çünki xüsusi yaradılmışdır.
Orada müsəlmanlar cəm halında bir yerə gələcəklər, o küfr də bir yerə gələcəkdir, yəni "möminlərin liderləri, qabaqcılları və imamları ilə birlikdə bir yerə gətiriləcəklər" (İsra surəsi, 71) deyir Allah. Yəni biz Peyğəmbərimiz (s.ə.v)-in bayrağı ətrafında toplanacağıq, yəhudilər hz. Musa (ə.s)-ın bayrağı ətrafında toplanacaqlar, hər qrup bu cür toplanacaq. Sonra möminlərə Allah "Keçin" deyir, cənnətə. Cənnət qapıları son dərəcə möhtəşəmdir, son dərəcə gözəldir, möminlər oraya keçdikdən sonra küfr orada buraxılır. Ondan sonra da, onlar da cəhənnəmə aparılacaqlar, amma cəhənnəmə aparıldıqdan sonra onlar bölmələrinə göndərilir, məhz ən faciəvi əzab çəkəcəkləri şey odur. Münafiqlər ən alt dərin təbəqələrinə endirilir cəhənnəmin. Xüsusi cəhənnəm işçiləri var, sayları Quranda 19 olaraq keçir yəni güclü qüvvətli, yalvarsalar da onlar ondan təsirlənən varlıqlar deyil, xüsusi yaradılmışlar, cəhənnəm zəbaniləridir.
Yəni Allahın əmrindədirlər, güclü qüvvətlidir, sürüyərək götürüb aparırlar. Zorla edər yəni, Allah onlara xüsusi bir güc vermişdir, Allahın təcəllisidir onlar, amma onlar cəhənnəmdə yaşadıqları halda baxın çox əhəmiyyətlidir bu, cəhənnəmin narahatlığını hiss etməzlər, cəhənnəm onlara cənnət kimi gəlir, Allahın verdiyi güclə təsirlənməzlər, yəni tərs təsir edər onlara, küfr üçün əzabdır, yəni qavrayışa bağlıdır bu.
Onun üçün onlar orada Allahın qulu olaraq Allaha ram olmuş, Allaha bağlanmış xidmətçilər olaraq sonsuza qədər zəbanilər xidmət edəcəklər, cəhənnəmin ən dərin təbəqəsinə münafiqlər endiriləcək. Hz. Musa (ə.s) dövrünün münafiqləri, Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri, hz. Mehdi (ə.s) dövrünün münafiqləri hamısı bir yerə gətiriləcək, yerin ən alt təbəqəsinə, cəhənnəmim ən alt təbəqəsinə endirilər bunlar. Təbii o qaranlıq bir yer, çox iztirablı bir yer, çirkin bir yerdir, maqmanın, odun, pis qoxunun, kirin çox olduğu bir yerdir, lakin ən çox onları narahat edəcək olan şey müqayisədir. Yəni cənnətlə müqayisə etməkdir, cənnəti gördükcə yaxşı şəkildə əzabları artacaq, inşaAllah. (Adnan Oktar Çay TV reportajından, 25 fevral 2009)