İnsan İmtahan Olunur

Allah, hər şeyi hikmətlə yaratmışdır. Kainatdakı bir çox şeyi də insanın xidmətinə vermişdir. Günəş sistemindən atmosferdəki oksigen nisbətinə, ətindən, südündən faydalandığımız heyvanlardan suya və daha nə qədər kainatdakı bir çox varlığın insanın həyatına xidmət edəcək şəkildə yaradıldığı açıq şəkildə görünür. Bu həqiqət ortadaykən, insan həyatının bir məqsədi olmadığını düşünmək, böyük bir cəhalət və ağılsızlıq olar. Əlbəttə insanın da bir yaradılış məqsədi vardır və Allah bu məqsədi belə izah edir:

... İnsanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)

Ancaq insanların yalnız az bir qismi bu yaradılış məqsədini qavrayar və buna uyğun olaraq yaşayar. Allah dünya üzərindəki həyatımızı isə, bu məqsədə uyub-uymadığımızı sınamaq üçün yaratmışdır. Allaha könüldən qulluq edənlərlə Ona üsyan edənlər bu dünyada ayırd ediləcəkdir. İnsana verilən bütün imkanlar (bədəni, duyğuları, malları ...) bu imtahan üçündür. Bir ayədə Allah belə buyurur:

Şübhəsiz ki, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Bundan ötəri onu eşidən və görən etdik. (İnsan surəsi, 2)

İnsanın dünyadakı vəzifəsi, Allaha və axirətə iman etmək, Quranda ifadə edildiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Bunları kimin edəcəyini isə ancaq yaşadığımız bu dünya həyatındakı imtahan nəticəsində görə biləcəyik. Çünki Allah insanlardan həqiqi və səmimi bir iman istəyir. Bu isə insanın yalnız "mən inandım" deməsi ilə əldə edilməsi mümkün olmaz. İnsan, Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın özünü azdırmaq üçün göstərəcəyi böyük səylərə baxmayaraq doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə inkarçılara uymayacağını, öz nəfsinin ehtiraslarını Allahın razılığından üstün tutmayacağını da isbatlamalıdır. Bunu isə qarşılaşdığı hadisələrə verdiyi reaksiyalarla ortaya qoyacaq. Allah, dini qəbul edən insanın qarşısına səbir etməli olan bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi rəftarlarla onu imtahan edəcəkdir. Bu həqiqət, Quran ayələrində bu şəkildə izah edilir:

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)

Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 142)

Həqiqət bu ikən iman edən bir insanın qarşılaşdığı çətinliklərə təəccüblənməsi, əlbəttə, doğru olmaz. Bu çətinliklər gündəlik həyatın sanki adi kimi görünən problemləri də ola bilər, ilk baxışda böyük bir fəlakət kimi görünən hadisələr də ola bilər. Mömin bütün bunların hamısına imtahan gözüylə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun olan rəftarı göstərməlidir. Bir ayədə möminlərin qarşılaşacaqları çətinliklərdən belə bəhs edilir:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanıdır. Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükür edici olub-olmadığını sınayar. Nemətlərlə yanaşı, Allah insanın qarşısına həyatı boyunca üzərində qərar verməli olan bir çox hadisələr çıxardar. Bu hadisələrin hamısında insan ya Allah rizasına, ya da nəfsinə uyğun bir qərar vermə şansına sahibdir. Əgər hadisənin bir imtahan olduğunun fərqində olar və Allahın razılığına uyğun qərarı versə, imtahanı qazanar. Nəfsi lehində qərar verdiyi halda isə bu, həm də axirətdə özünü peşman edəcək bir günah olacaq, həm də onu dünyada ikən mənəvi cəhətdən narahat etməyə və yormağa başlayacaq. Allah dünya həyatındakı hadisələri onsuz da imtahan məqsədi ilə yaradır. Qafil insanların "təsadüf" və ya "çatışmazlıq" deyə xarakterizə etdikləri hadisələr, əslində qədərlərində sonsuz hikmətlə yaradılır. Allah Quranda buna nümunə olaraq, yəhudilərin bir imtahanından bəhs edir; Yəhudilərin şənbə günü iş görmələri qadağan edilmiş, amma ovlamaq istədikləri balıqlar da özlərinə həmişə o gün gəlmişdir:

Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq (Əraf surəsi, 163)

Burada haqqında danışılan yəhudilərin çoxu, balıqların "təsadüfən" şənbə günləri şəhərlərinə axın etdiklərini sanmış ola bilər, halbuki bu Allahın yaratdığı xüsusi bir imtahandır. Eynilə bunun kimi bizim yaşadığımız hər hadisədə bir İlahi hikmət və imtahan vardır. Möminə düşən, bu həqiqəti hər zaman yadda saxlamaq və daim Allahın razılığına görə davranışlar göstərərək, dünya imtahanını qazanmağa çalışmaqdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Allahdan Başqa İlah Yoxdur
  • Allah Hər Yeri Əhatə Etmişdir
  • Allah İnsana Çox Yaxindir
  • Allah Hər Şeyi Bir Qədər ilə Yaratmişdir
  • Allah Hər Şeyə Qadirdir
  • Hər Varliq Allaha Boyun Əymişdir
  • Allah Hər Şeyi Bilir və Görür
  • Allah Haqqindaki Batil İnanclar
  • Allaha Şirk Qoşmadan İman Etmək
  • Allahin Böyüklüyünü Təqdir Edə Bilmək
  • Allahin Sonsuz Büyüklüyü və Qüdrəti
  • Allah Sevgisi və Allah Qorxusu
  • Quran Yol Göstəricidir
  • Allahin Endirdiyi Kitablara və Peyğəmbərlərinə İman
  • Mələklərə İman
  • Dünya Həyatinin Keçiciliyi
  • İnsan İmtahan Olunur
  • Ölüm Son Deyil
  • Axirətə İman
  • Qiyamətə İman
  • Diriliş
  • Hesab Günü
  • Cənnət və Cəhənnəm
  • Məqsəd Allahin Məmnuniyyətini Qazanmaqdir
  • Günah və Tövbə
  • İbadətlərdə Dəqiqlik Göstərmək
  • Din Əxlaqi İnsanin Yaradilişina Uyğundur
  • Möminlər Birlik və Bərabərlik İçində Olmalidir
  • Son Söz
  • Təkamül Yalanı