Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.
(Zəriyət surəsi, 12)
Sizə vəd olunanlar həqiqətdir. Haqq-hesab da mütləq çəkiləcəkdir.. (Zəriyət surəsi, 5-6)
Allah, insanları etdiklərindən məsul tutur. İmtahan olan insan, hesab günü, dünyada etdikləriylə sorğu-sual olunacaqdır. Heç bir etdiyinin gizli qalmadığını, hesab günü bütün etdikləri ortaya töküldüyündə görəcək:
O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Mömin surəsi, 16-17)
Dünyada insanların hər zaman layiq olduqlarının tam qarşılığını almadığını görərik. Allah, bəzi insanlara dünyada müddət verir və onların etdikləri pisliklərin qarşılığını axirətdə əskiksiz olaraq verəcəyini bildirir. Dünyada qeyri-qanuni işlər edənlərin bəzən fərq edilməmələri, bəzən də qanundan qaça bilmələri səbəbiylə, cəzadan xilas olduqlarını zənn etmələri böyük bir qəflətdir. Bu kəslər, hesab günü insanın həyatı boyunca bütün etdiyi işləri Allahdan gizləyə bilmədiyini görəcəklər. Allah, Hafiz (hər şeyi yaddaşında saxlayan) sifətiylə, insanların hər davranışını bilir və mələklərinə qeyd etdirir. Quranda bu həqiqət belə bildirilir:
Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)
Hər şeyi ən incə təfərrüatına qədər bilən, insanın söz olaraq söylədiklərinə də, söyləməyib ürəyindən keçirdiklərinə də hər an şahid olan Allah, hesab günü, sonsuz ədalət sahibi olaraq insanlara ən kiçik haqsızlıq etmədən mühakimə edəcək:
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. (Ənbiya surəsi, 47)
Allah, sonsuz ədalət sahibi olduğu kimi, sonsuz mərhəmət və lütf sahibidir. Yaxşı əməl sahibi olanlara qat-qat gözəlliklə qarşılıq vəd edir, pislik edənlərə də layiq olduqlarıyla cəzalandırılacaqlarını bildirir:
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)
Hesab vaxtında insanlar, dünyada nə etdiklərini göstərən kitablarının özlərinə veriliş şəklinə görə, cənnət və ya cəhənnəmə girəcəklər:
Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü (İnşiqaq surəsi, 7-15)