Dünya Həyatinin Keçiciliyi

Dünya həyatı, insanlar üçün bir imtahan yeridir. Allah dünyada insana cazibədar gələn müxtəlif nemətlər yaratmış, ancaq bunların cazibədarlığına qapılıb Allahı və dini unutmamaları üçün də insanları xəbərdar etmişdir. Ayələrdə dünya həyatındakı bəzəklərin aldadıcı olduğu və əsil gözəlliyin Allahın razılığı və cənnəti olduğu belə xəbər verilir:

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf surəsi, 7)

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

Mömin də dünyadakı nemətlərdən faydalanar, ancaq inkarçılardan fərqli olaraq bu nemətləri həyatının məqsədi olaraq görməz. Bunlara sahib olmağı istəyə bilər, amma yalnız Allaha şükür etmək və Onun rizası üçün xeyirdə istifadə etmək qəsdiylə bir vasitə olaraq görər. Bunların arxasından ehtirasla getməz. Çünki, dünya nemətlərinin öz həyatı kimi keçici olduğunu bilir. Öldükdən sonra, malının özünə heç bir fayda verməyəcəyini, hətta onlara qapılıb, dünyəvi ehtirasları məqsəd edib, yalnız zövqünü təmin etmək üçün yaşamağa çalışsa axirətini itirəcəyini bilir.

Bir ayədə bu əhəmiyyətli sirr belə xəbər verilir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)

Dünya bəzəyi, imtahan səbəbi olması səbəbiylə, xüsusilə nəfsə xoş gələcək şəkildə cazibədar ola bilər. Xarici görünüşündəki bu cazibədarlıq ünsürünü, şeytan insanı aldatma vasitəsi olaraq istifadə etməyə çalışar. Möminlər, xoşlarına gəlsə belə, bunların həqiqi mahiyyətlərini anlamış insanlardır. Hamsının dünyaya aid müvəqqəti nemətlər olduqlarını və bunlarla sınandıqlarını bildiklərindən, həmçinin bu nemətlərin əsillərinə, sonsuz olaraq cənnətdə sahib olmağa talib olduqları üçün bunların cazibədarlığına aldanıb axirətlərindən üstün tutmazlar. Beləcə, şeytanın tələsinə düşməzlər və sonsuz əzabdan xilas olarlar. Allah Quranda insanları bu mövzuda belə xəbərdar edir:

Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın. (Fatir surəsi, 5)

İmanı və buna görə də ağlı olmayanlar isə, şeytanın təsiri altına girmiş olduqlarından ötrü, bu bəzək və cazibədarlığın cazibəsinə qapılaraq dünyanın müvəqqəti bəzəklərini əldə etməyi həyatlarının məqsədi halına gətirərlər. Allah, bu kimi insanların vəziyyətini bu cür təsvir edir:

Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir, Axirətdən isə uzaqlaşırsınız. (Qiyamət surəsi, 20-21)

"Dünyanin Ən Gözəl Tərəfi Allahi Sevməkdir"

ADNAN OKTAR: Fövqəladə bir mühitdəyik. Biz buraya əylənməyə, sadəcə çoxalmağa, mal-mülk sahibi olmağa gəlməmişik. Mal-mülk sahibi belə olmuş olsa, on illər belə bir il kimi keçir. Qısa müddətdə nəticə olur. Məsələn, qırx yaşındakı gənc qadınlar bu an seyr edən kəslərə soruşsanız, qırx yaşındakı insanlara daha dünən kimi gələcək gənclikləri. Yəni ani gəlmişlər 40 yaşına. Məsələn, 60 yaşında olanlar üçün də dünən kimidir. Yəni ağılsığmaz bir sürətlə gəlmiş o yaşa. Amma gənc olanlar zənn edirlər ki, çox uzun müddət yaşayacaqdır. Halbuki, heç də elə olmur, görəcəklər. Qısa müddətdə bu iş bitir. Dərhal arxasından xərçənglər, xoralar, ürək xəstəlikləri dövrəyə girir. Xəstəxanalarda onlarla boğuşurlar. Onsuz da qırx yaş əlli yaş arası, xərçəngin, mədə xəstəliklərinin, ürək xəstəliklərinin ən sıx müşahidə olduğu dövrlərdir. Artıq ondan sonra ölüm dövrü başlayır insanlar üçün. Artıq ölümə qarşı müqavimət göstərir, ölməmək üçün çalışırlar. Dərmanlarla, müalicələrlə, cəhdlərlə zorla özlərini yaşatmaq üçün çalışırlar. Yəni normal halına buraxsaydılar öləcəklər, lakin müqavimət göstərirlər ölümə. Belə yaşamağa çalışırlar. Halbuki, bir fövqaladəlik var. "Mən yalnız imtahan üçün və mənə qul olmanız üçün göndərdim" deyir Allah. Bunu israrla anlamaq istəmirlər. Yəni dünyada nə var, deyilmi? Min bir əziyyətlə yemək əldə edirlər. Min bir əziyyətlə o yeməyin sıxıntısını yaşayırlar, sonra da. Hər gün duş qəbul etmələri lazımdır, elə deyilmi? Hər gün özlərinə baxmaları lazımdır. Məsələn, bir qadın özünə baxmazsa, pərişan olar. Bir kişi də özünə baxmadıqda pərişan olar. Günün səkkiz saatı yuxuyla keçir hardasa, yarısı, yəni deyilmi? Səkkiz saatı yuxuyla keçir, səkkiz saatı də işlə keçir. Ondan artıq qalanı da yeməyə, ona-buna ayırırlar, məhz duş qəbul etməyə vaxt ayırırlar. Gün çatmır. Hətta bir çox yeməyi ayaq üstə yeyirlər. Məsələn, buterbrod alıb yeyir vaxtı çatmadığı üçün. Bu qaçaqaç içərisində yenə dünyaya çox düşkün olar bir çox insan. Yəni sanki dünyadan çox əcaib bir şey qazanacaqlarmış kimi. Dünyada bir şey yoxdur. Dünyanın ən gözəl tərəfi Allahı sevməkdir, Allah eşqidir, ehtirasla Allaha bağlanmaqdır, Allahın hökmlərini, Quranın hökmlərini çox sevməkdir. Allahın hökmlərini yerinə yetirmək çox ləzzətlidir. Din əxlaqından güzəştə getməmək məsələn, çox zövqlüdür. Qurandan əsla güzəştə getməmək çox zövqlü bir hadisədir. Qurana möhkəm-möhkəm sarılmaq çox zövqlüdür. Ayrı bir dərinliyi vardır, ayrı bir xüsusi zövqü vardır, müsəlmanların bildiyi xüsusi bir zövqdür. Allahı eşq ilə ehtirasla sevmək onsuz da böyük bir nemətdir və eşqlə, ehtirasla Allahı sevdiyində insanları da o zaman biz eşqlə, ehtirasla, Allah rizası üçün sevərik. Allahın təcəllisi olaraq sevərik. O zaman da o bizdə dərin və şiddətli təsir meydana gətirər. Yoxsa insanda bir şey yoxdur ki. Yəni zülal, sümük, bağırsaq, qaraciyər, dalaqdan filan meydana gəlmiş bir ət yığını, yəni bir şey yox insanda. Allahın təcəllisi olduğu üçün bu qədər şiddətli sevirik. Yəni bu ehtirasın səbəbi Allahın təcəllisi olmasıdır. Allah çünki bizə insan şəklində təcəlli edir beynimizdə, bu şəkildə görürük. Allahı sevdiyimiz üçün insanı sevirik biz. Yoxsa o biri cür insan bizim üçün heç bir şey ifadə etməz, dünya da heç bir şey ifadə etməzdi. Dənizlər bizi qorxudardı, dağlar qorxudardı, hətta insan da qorxudardı. İnsanı gördükdə insan qaçacaq yer axtarardı. Yəni heç bir şey ifadə etməyəcəkdi. Allahı sevdiyimiz üçün, içimizdəki bu eşq və ehtiras hissi şiddətli olaraq ruhumuzda var. Çünki Allah sonsuz gözəldir, bizə də sonsuz eşq ruhu vermişdir. O dövrəyə girdiyində mömin olduğunda şəxs, məhz cənnəti eşqlə sevər. Cənnətin ağaclarını eşqlə sevər, cənnətin bitkilərini, insanlarını, oradakı vildanları, huriləri hamısını eşqlə sevər, Allah eşqiylə sevər. Bu səbəbdən çox zövq alar. Yoxsa bir dinsizi götürsən cənnətə qoysan sıxılar adam darıxar. Cənnət köşkləri onun üçün heç bir şey ifadə etməz. Cənnətdəki insanlardan da narahat olar. Yəni ancaq imanla bu zövqlü olar. (Adnan Oktarın Maraş Aksu TV reportajı, 28 yanvar 2010)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Allahdan Başqa İlah Yoxdur
  • Allah Hər Yeri Əhatə Etmişdir
  • Allah İnsana Çox Yaxindir
  • Allah Hər Şeyi Bir Qədər ilə Yaratmişdir
  • Allah Hər Şeyə Qadirdir
  • Hər Varliq Allaha Boyun Əymişdir
  • Allah Hər Şeyi Bilir və Görür
  • Allah Haqqindaki Batil İnanclar
  • Allaha Şirk Qoşmadan İman Etmək
  • Allahin Böyüklüyünü Təqdir Edə Bilmək
  • Allahin Sonsuz Büyüklüyü və Qüdrəti
  • Allah Sevgisi və Allah Qorxusu
  • Quran Yol Göstəricidir
  • Allahin Endirdiyi Kitablara və Peyğəmbərlərinə İman
  • Mələklərə İman
  • Dünya Həyatinin Keçiciliyi
  • İnsan İmtahan Olunur
  • Ölüm Son Deyil
  • Axirətə İman
  • Qiyamətə İman
  • Diriliş
  • Hesab Günü
  • Cənnət və Cəhənnəm
  • Məqsəd Allahin Məmnuniyyətini Qazanmaqdir
  • Günah və Tövbə
  • İbadətlərdə Dəqiqlik Göstərmək
  • Din Əxlaqi İnsanin Yaradilişina Uyğundur
  • Möminlər Birlik və Bərabərlik İçində Olmalidir
  • Son Söz
  • Təkamül Yalanı