Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir.
Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!
(Ənkəbut surəsi, 64)
İnsanın dünyadakı imtahanının sonunda ya mükafat, ya da cəza vardır. Yaxşı işlər görənlər, Allaha iman edənlər, Allahın razılığını qazanaraq sonsuz cənnətlə mükafatlandırılarlar; pis olanlar, Allahı inkar edənlər və Allahın qoyduğu sərhədləri tapdalayanlar isə sonsuz əzab yaşayacaqları cəhənnəmə layiq olarlar.
İnsan üçün yox olmaq deyə bir şey yoxdur. Sonsuz həyat yaradıldığımız andan etibarən başlamış vəziyyətdədir. Hal-hazırda sonsuz həyatın içindəyik. Sınaq vaxtımızın sonunda, ölüm dediyimiz keçid anından sonra, yeni bir inşa ilə sonsuzluğun içində yaşamağa davam edəcəyik. İnsanın bu həyatının əzabla ya da nemətlər içində keçəcəyi isə, dünya həyatında Allahın sözü olan Qurana bağlılığına, Allahın razılığını güdməsinə bağlıdır. Bütün bu sistem, kainat, dünya, insan və insana istiqamətli yaradılan hər şeyin səbəbi, sonsuz həyat olan axirətə istiqamətlidir. Allah, insanı bir məqsədlə yaratdığını, bu dünyadakı qısa həyatından sonra da axirətdə Özünə hesab verəcəyini belə bildirir:
Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)
Allahın, orta hesabla altmış və ya yetmiş il kimi, sonsuzluqla yanaşı, bir “an”dan fərqi olmayan qısa dünya həyatının əvəzinə sonsuz həyatı vəd etməsi, çox böyük bir nemətdir.
İman və Allahın razılığını axtarmaq kimi, insanın yaradılışına ən uyğun, ən çox hüzur içində yaşaya biləcəyi quruluşa sahib olmağın qarşılığında, Allahın sonsuz gözəl həyat olan cənnəti verməsi Onun lütfündəndir:
İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)
Axirət həyatı, Allahın sonsuz nemətlərinin sərgilənməsi ilə yanaşı, Onun sonsuz ədalətinin təcəlli etməsi baxımından da əhəmiyyətlidir. İnsanların dünyada etdikləri hər şeyin qarşılığının verildiyi yer, ədalətin tam olaraq tətbiq edildiyi, mərhəmətin də misliylə təcəlli etdiyi yer, axirət olacaq. Bir ayədə, axirətdə təcəlli edəcək olan bu mütləq ədalət belə ifadə edilir:
... De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”. ..." (Nisa surəsi, 77)
Gördüyümüz hər şeyi yaratmağa qadir olduğuna şahid olduğumuz Allah, əlbəttə ki, axirəti yaratmağa qadirdir:
Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir (Yasin surəsi, 81)