Allah, insanların Öz böyüklüyünü dərk etmələri üçün kainatdakı nizamı saysız incəliklə birlikdə yaratmışdır. Quranda Allahın bu quruluşundan bəhs edilərkən, "... Allahın hər şeyə qadir və həqiqətən Allahın elmi ilə hər şeyi əhatə etdiyini biləsiniz" (Talaq surəsi, 12) deyilir. Bu nizama elə təfərrüatlar daxildir ki, insan düşünməyə haradan başlayacağını bilmir. Çünki Allahın ağlı, elmi və qüdrəti sonsuzdur.
Allah elə böyük bir elmə sahibdir ki, insana görə "sonsuz" olan, Allahın qatında bitmiş vəziyyətdədir. Zamanın ilk yaradıldığı andan sonsuzluq anına qədər baş verəcək hər hadisə, hər düşüncə, vaxtları və şəkilləri ilə Allahın elmi ilə təyin olunmuş və bitmişdir. (Baxın. Zamansızlıq və Qədər Həqiqəti, Harun Yəhya). Bu həqiqət Quranda belə bildirilir:
Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı? Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır. Hər bir kiçik və böyük əməl yazılmışdır. (Qəmər surəsi, 49-53)
İnsan Allahın elminin böyüklüyünü gücünün çatdığı qədər daha çox qavraya bilməsi üçün ciddi səy göstərməli və düşünməlidir.
İnsanlıq tarixinin əvvəlindən bugünə qədər çox sayda insan yaşamışdır. Yəni Allah milyardlarla cüt göz, milyardlarla dəyişik barmaq izi, milyardlarla fərqli göz toxuması, milyardlarla dəyişik insan tipi yaratmışdır və əgər istəsə bu kəslərdən sonsuz sayda daha yarada bilər. Çünki ayədə xəbər verildiyi kimi; "... O, məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir." (Fatir surəsi, 1)
Allah, insanın heç bilmədiyi və sahib olduğu məhdud ağılla anlamaqda çətinlik çəkəcəyi daha çox şey yaratmağa qadirdir. Dünyada biz qullarına verdiyi hər şeyin xəzinələri Allahın yanındadır. Bizə yalnız dilədiyi qədərini, istədiyi miqdarla endirmişdir. Bir ayədə belə buyurulur:
Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim dərgahımızda olmasın; ancaq onu müəyyən bir miqdar olaraq endiririk. (Hicr surəsi, 21)
Allahın üstün yaratmasındakı bu həqiqət, bizim bildiyimiz və bilmədiyimiz bütün anlayışlar üçün keçərlidir. Necə ki, "... və daha sizlərin bilmədiyiniz nələri yaradır?" (Nəhl surəsi, 8) ayəsi ilə də Allahın bilmədiyimiz nə qədər şeylər yaratdığı xəbər verilmişdir.
Allah bizim görmədiyimiz bir çox aləmi və varlığı da yaratmışdır. Digər aləmlərin varlığını daha yaxşı anlaya bilmək üçün belə düşünə bilərik: Necə ki, bir şəkilə baxdığımızda yalnız en və uzunluq olmaq üzrə iki ölçü görürüksə, içində yaşadığımız dünyaya baxdığımızda da en, uzunluq və dərinlik olmaq üzrə üç (zamanı da sayarsınızsa, dörd) ölçü qavraya bilərik. Bundan artığını isə bilmərik. Halbuki, Allah Qatında bildiklərimizdən başqa ölçülər da yaradılmışdır. Məsələn, mələklər fərqli ölçülərdən birində yaşayan varlıqlardır.
Quranda bildirildiyi kimi, mələklər olduqları aləm və məkandan bizləri görə və eşidə bilərlər. Hətta iki tərəfimizdəki yazan mələklər hər anımıza şahiddirlər. Hər danışdığımızı, hər etdiyimizi yazırlar. Ancaq biz onları görə bilmirik. Allahın Quranda varlıqlarını bildirdiyi cinlər də yenə ayrı bir aləmə aid varlıqlardır. Onlar da eynilə insanlar kimi həyatları boyu sınanır və məsul olduqları kitab Qurandır. Ancaq sahib olduqları xüsusiyyətlər insanlardan çox fərqlidir. İnsanların bağlı olduqları səbəb-nəticə əlaqələrindən çox daha fərqli səbəblərdən asılı olaraq yaradılmışlar.
Bunlar Allahın yaratmasındakı bənzərsizliyi qavraya bilməsi üçün üzərində düşünülməli olan həqiqətlərdir. Allah sonsuz sayda kainat, sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa qadirdir. Üstəlik, hər birini bir-birindən çox daha fərqli xüsusiyyətlərlə yarada bilər. Necə ki, Allah axirətdə cənnəti və cəhənnəmi yaradacaq. Cənnət və cəhənnəm bizim dünyada vərdiş etdiyimizdən çox daha fərqli bir yaradılışda olacaq. Məsələn, dünyada həmişə xarab olma, yaşlanma, çürümə, köhnəlmə və tükənmə kimi əskiklər vardır. Halbuki, cənnətdə sonsuza qədər davam edəcək zaman içərisində heç bir şey pozulmaz, xarab olmaz; Allahın Quranda bildirdiyi "dadı dəyişməyən süddən çaylar" cənnətin bu xüsusiyyətini xəbər verən nümunələrdən biridir. Cənnətdə insan bədəni də yaşlanmayacaq, qocalmayacaq. Allah Quranda cənnətdə hər kəsin yaşıd olduğunu bildirir və cənnət insanları sonsuza qədər ən gözəl hallarıyla, heç yaşlanmadan, bir-birləriylə yaşıd olaraq yaşayacaqlar. Allah Quranda tükənməyən qaynaqlardan içkilər olduğunu bildirir. Cəhənnəmdəki yaradılış da tam fərqlidir. Allah cəhənnəmdə, bənzəri görülməmiş əzab növlərini yaradacaq. Heç bir insan yaşamadan, oradakı əzabın necə olacağını təxmin edə bilməz.
Allah dünyadakı hər şeydə sərhəd yaratmışdır. Hər işin bir sonu vardır. Bu səbəblə "sonsuz" anlayışını və Allahın sonsuz qüdrətini anlaya bilmək üçün üzərində düşünmək və bilinən bəzi ölçülərlə müqayisə etmək lazımdır. Bizim sahib olduğumuz məlumat yalnız Allahın icazə verdiyi qədərdir. Allah qatındakı məlumat isə sonsuzdur. Məsələn, Allah dünyada insan üçün yeddi əsas rəng var etmişdir. Biz səkkizinci rəngi zehnimizdə canlandıra bilmərik. (Bu, doğuşdan kor olan birinə qırmızını təsvir etməyə bənzəyir. Nə deyirsək deyək, yenə də qırmızı rəngi tam olaraq ifadə edə bilmərik.) Halbuki, Allah daha çox sayda əsas rəng yarada bilər, amma biz Allahın bizə göstərdikləri xaricindəkiləri təsəvvür edə bilmərik.
Bütün bunlar, Allahın bizə dünyada öyrətdiyi məlumatlar istiqamətində inkişaf etdirilən fikirlərdir. Ancaq burada unudulmamalı olan əhəmiyyətli bir nöqtə vardır; Allahın gücü və böyüklüyü sərhədsiz olduğu üçün izah edilənlərin hamısının Allahın diləməsiylə istədiyi anda reallaşması mümkündür. Allah, elminin sonsuzluğunu Quranda belə bir örnəklə açıqlayır:
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Loğman surəsi, 27)
Göründüyü kimi, biz nə qədər çalışsaq da, Allahın elmini qavramağa gücümüz çatmaz, çünki Allahın elmi sonsuzdur. Biz ancaq Allahın bizə icazə verdiyi qədərini qavramağa qadirik:
Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi 255)
ADNAN OKTAR: ... Möminlər nurdan paltar ilə örtülmüşlər, biz onu axirətdə görəcəyik, yəni üzərləri bağlı, lakin əhəmiyyətli xüsusiyyətlərdən biri ön qisimlərində bir işıq var, yəni ön tərəflərini işıqlandıran bir də sağ tərəflərini işıqlandıran bir işıq var. Bu onların möminlik əlamətidir, müsəlmanlıq əlaməti olacaq. Bir də onların yanında bir mehmandarları var, onların sürücüləri, onları aparan, onlara köməkçi olan birisi var, o da onların rahatlıq gözəlliyidir, yəni nə edəcəklərini, necə hərəkət edəcəklərini onlara daima bildirər, yəni ərazini tanıdar, yeri tanıdar. Amma hər insan, hər müsəlman mütləq cəhənnəmin kənarına gətiriləcəkdir. Hər kəs, mömin olsun olmasın, hər kəs gətiriləcək. Amma Allah möminləri göstərdikdən sonra; cəhənnəmi yaxından görərlər, çünki Quranda təsvir edilən bir yer olduğu üçün görməsələr olmaz, Allah onun üçün, başa düşməyimiz üçün deyirəm, əmək sərf etmişdir, elə deyilmi?
Bir qayğı göstərilmişdir orada. Amma baxın, Allahın əməyə və diqqətə ehtiyacı yoxdur, insanların anlaması üçün söyləyirəm və Quranda bu qədər ətraflı bəhs edilən bir yer mütləq görülməlidir, ona görə görəcəklər. Amma oradan möminlərin hamısı cənnətə aparılırlar və cənnətin qapıları bağlanır. Amma qapı deyilincə, insanların həmişə ağlına metal qapılar gəlir, elə deyil, bəlkə işıqdan qapılar, bəlkə heç bilmədiyimiz bir maddədən bir qapı. Yaxud birbaşa keçəcəklər, amma yalnız onların keçə biləcəyi məsələn, onlar divardan bəlkə birbaşa keçəcəklər, amma o bir qapı sayılacaq. Amma küfrün keçə bilməyəcəyi bir qapı olmuş olar. Yalnız möminlərin keçə biləcəyi, yəni çox təəccübləndirici bir nəticə ilə qarşılaşa bilərik, onun üçün belə geniş söyləyirəm.
Nə olduğu müəyyən deyil, orada görəcəyik. Amma möminlərin çox xoşuna gələn, yəni təxəyyül etdikləri, ən zövq aldıqları şeylərin olduğu yerdir cənnət. Amma məsələn, cənnətdə qızıldan köşklər var deyirsən, insanların ən çox ağlına gələn ən keyfiyyətli Amerikada düzəldilən köşkləri düşünərlər, ya da Fransada, hər halda elədir deyirlər, elə deyil. Taxta vəsait, kərpic filan yoxdur cənnətdə, yəni mükəmməl vəsait vardır, amma insanların bildiyi kimi bir vəsait deyil. Məsələn, köşklər şəffafdır, içi görünür cənnət köşklərinin, yəni içindən xarici, xaricindən içi görünər. Amma insanların istəyinə bağlı olar, istərsə görünməz hala gələr.
Məsələn, çox bədənli insan, minlərlə bədəni olar. Hansı bədəni haradadır, yoldaşlarından soruşub öyrənir insanlar. Bir bədəni bir yerdə, bir bədəni digər yerdə, bir bədəni peyğəmbərlərlə söhbət edir, bir bədəni yemək yeyir, bir bədəni yoldaşı ilə birlikdə, bir bədəni yoldaşının digər bədəni ilə birlikdə olar, məsələn, qadın da çoxala bilir, kişi də çoxala bilir. Məsələn, qadın istədiyi qədər gözəl qadın görünüşünə girə bilər, kişi də istədiyi gözəl kişi görünüşünə girə bilər. Yəni yoldaşların çoxalmasında bir sərhəd yoxdur, istədiyi qədər. Ağlından keçməsi kifayətdir, dərhal meydana gəlir.
Səid Nursi deyir: "İşıq sürəti ən sürətli hesab olunur, amma işıq yüksək sürət deyil" deyir. "Xəyal sürəti vardır" deyir "Cənnətdə". Məsələn, milyonlarla kilometr kənarda sırf düşündüyün an dərhal orada olarsan. Məsələn, indi buradan Günəşə getmək və ya Aya getmək işıq sürəti ilə getsən belə çox böyük zaman alar. Axirətdə belə deyil, dərhal istədiyin yerdə olarsan inşaAllah. Amma bu dünyada Allah çoxlu dəlil verir ki, anlamazlıqdan gəlməyək deyə. Məsələn, baxın, indi işıqla Allah buranı işıqlandırır, çöldə işıq varmı? Yoxdur. Necə işıqlandırır? Beynimizin içində, bilmirik Allahın xüsusi bir elmidir, yəni işığın indiyə qədər izahı verilmədi. Yəni bir dalğa olduğu bilinir, amma biz işığı əslində parlaq işıq görürük elə deyilmi? Buna da işıq deyilir, bunun nə olduğu izah edilmədi indiyə qədər, yalnız beyinin şərhi deyilir, bu qədər. Məsələn, səsin dalğa olduğu bilinir, amma səsin qəbul edilməsi haqqında bir məlumat yoxdur, nə olduğu bilinmir. Yəni elmi olaraq bunun şərhi olmur. Səsin texniki xüsusiyyəti bilinir yalnız, səsin nə olduğunu indiyə qədər kimsə açıqlaya bilmədi. Məsələn, dad da həmçinin, dadın nə olduğu texniki olaraq izah edilir, amma dadın nə olduğu bilinmir. Yəni heç bir elmi şərh yoxdur bununla əlaqədar. Çünki insanın beyninin xaricinə çıxması lazımdır bunun üçün. Yenə çıxa bilməz, yəni ruh içində ruh olması lazımdır. Heç bir şəkildə olmaz ... Bu Allahın sirridir. Amma Allahın qanunlarını öyrənməyə imkanımız var təbii, yəni Allah hər cür elmi bizə əmr edir, elm Allahın qanunlarını öyrənməyimizi təmin edir. Yəni Allahın qanunlarını öyrənmək sənətidir onsuz da elm. (Adnan Oktarın Mavi Karadeniz TV reportajından, 1 dekabr 2009)