Allahin Endirdiyi Kitablara və Peyğəmbərlərinə İman

İlk insan olan hz. Adəm (ə.s) ilə birlikdə, Allah, bütün cəmiyyətlərə Allahın və axirətin varlığını izah edən, dinini təbliğ edən elçilər göndərmişdir. Bunların bir qismi, Quranda adla zikr edilən və özlərinə kitab nazil olan peyğəmbərlərdir. Bu peyğəmbərlərin hamısını da müsəlmanlar, haqq din peyğəmbəri kimi qəbul edərlər. Bir müsəlman peyğəmbərlər arasında heç bir ayrı-seçkilik etmədən hamısını sevməli və saymalıdır. Bir ayədə, Allah müsəlmanlara bütün peyğəmbərlərə aralarında heç bir ayrı-seçkilik etmədən iman etməyi belə əmr etmişdir:

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

Yaşadığımız dövrdə insanların məsul olduğu kitab Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə nazil olan Qurandır. Çünki Quranda da xəbər verildiyi kimi, köhnə haqq din kitabları sonradan insan əliylə, Allah sözü olmayan əlavələr və çıxarılmalar edilərək dəyişdirilmişdir:

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! (Bəqərə surəsi, 79)

Bu səbəblə İslam dinini, Allah son haqq din olaraq göndərmişdir. Allah bir ayədə belə buyurur:

... Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı bəyənib seçdim ... (Maidə surəsi, 3)

Quranda hz. Məhəmməd (s.ə.v)-in son peyğəmbər olduğu da belə bildirilmişdir:

Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir; ancaq o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah, hər şeyi biləndir. (Əhzab surəsi, 40)

Bu səbəbdən, hz. Məhəmməd (s.ə.v)-in göndərilişindən qiyamətə qədər bütün insanların tabe olacağı olan din: Peyğəmbərimiz (s.ə.v)-in çağırdığı haqq din olan İslam və onun kitabı Qurandır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Allahdan Başqa İlah Yoxdur
  • Allah Hər Yeri Əhatə Etmişdir
  • Allah İnsana Çox Yaxindir
  • Allah Hər Şeyi Bir Qədər ilə Yaratmişdir
  • Allah Hər Şeyə Qadirdir
  • Hər Varliq Allaha Boyun Əymişdir
  • Allah Hər Şeyi Bilir və Görür
  • Allah Haqqindaki Batil İnanclar
  • Allaha Şirk Qoşmadan İman Etmək
  • Allahin Böyüklüyünü Təqdir Edə Bilmək
  • Allahin Sonsuz Büyüklüyü və Qüdrəti
  • Allah Sevgisi və Allah Qorxusu
  • Quran Yol Göstəricidir
  • Allahin Endirdiyi Kitablara və Peyğəmbərlərinə İman
  • Mələklərə İman
  • Dünya Həyatinin Keçiciliyi
  • İnsan İmtahan Olunur
  • Ölüm Son Deyil
  • Axirətə İman
  • Qiyamətə İman
  • Diriliş
  • Hesab Günü
  • Cənnət və Cəhənnəm
  • Məqsəd Allahin Məmnuniyyətini Qazanmaqdir
  • Günah və Tövbə
  • İbadətlərdə Dəqiqlik Göstərmək
  • Din Əxlaqi İnsanin Yaradilişina Uyğundur
  • Möminlər Birlik və Bərabərlik İçində Olmalidir
  • Son Söz
  • Təkamül Yalanı