İslamın təməli, Allahın varlığını anlamaq və Ondan başqa heç bir İlah olmadığını dərk etməkdir. İslam dini, bu ən böyük həqiqətin bir insanın bütün həyatına hakim olması, bütün həyatını bu həqiqətə görə yaşaması deməkdir. İslamın təməl qaynağı olan Quranda, dinin təməli olan bu ən böyük həqiqət Quranda belə ifadə edilir:
Sizin tanrınız bir olan Allahdır; Ondan başqa heç bir tanrı yoxdur; O, Rəhmandır, Rəhimdir (bağışlayan və rəhmedəndir). (Bəqərə surəsi, 163)
İnsanların çoxu, ətraflarındakı cisimlərin və öz orqanizmlərini təşkil edən maddənin mütləq varlıq olduğunu sanır, Allahı isə özlərinə görə mücərrəd bir varlıq zənn edərlər. (Allahı tənzih edirik). Halbuki, əslində əsl var olan Allahdır, digər hər şey isə Onun yaratdıqlarıdır.
Yaşadığımız kainatı Allah yaradıb. Kainat yaradılmamışdan əvvəl isə, maddi mənada heç bir şey yox idi; bütün canlı və cansızlar, varlıq halına gətirilməmişdi, tam mənasıyla yoxluq idi. Kainatın yaradıldığı anda; zamanı, maddəni və məkanı, bunların hamısından münəzzəh olan və sonsuzluğun sahibi Əzəli və Əbədi olan Allah yaratmışdır. Bir Quran ayəsində Allahın qüsursuz yaratması belə xəbər verilir:
Göyləri və yeri yoxdan yaradan da Odur. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)
Allah, maddəni yaratdıqdan sonra da hər şeyi nəzarət altında saxlayır. Hal-hazırda meydana gələn hər şeyi, hər an Allah yaradır. Yağan hər yağış damlasını, doğan hər uşağı, yarpaqların fotosintezini, canlıların bədənlərindəki fəaliyyətləri, qalaktikalardakı ulduzların rotasını, yarılan hər toxumu və düşünüb düşünmədiyimiz hər hadisəni Allah davamlı yaradır. Özbaşına meydana gələn heç bir şey yoxdur. Meydana gələn, hər şeyi yaradan Allahdır. Bütün hadisələrin Allahın əmri ilə reallaşdığı Quranda belə xəbər verilir:
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. (Nəml surəsi, 64)
Öz halına buraxılmış olsa, hər şey, təbii olaraq nizamsızlığa doğru gedər, dağılar, pozular və yox olardı. Halbuki, canlı hüceyrələrindən kainatdakı ulduzlara qədər, bütün sistemlərdəki mükəmməl nizamın davamlılığı, onların üzərində hər an nəzarət olduğunu və hər an eyni mükəmməllikdə yaradıldıqlarını göstərir. Kainatın harasına baxsaq bu mükəmməlliyi və qüsursuzluğu görərik. Ayələrdə belə buyurulur:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)
Bütün bu həqiqətlərə baxmayaraq, Allahın yaratmasını rədd edib, Onun yaratdığı varlıqlara şüur isnad etmək, bir göydələnin inşaat ustaları tərəfindən deyil də, kərpiclərin öz qərar və iradələri və ya hamısının təsadüfən üst-üstə düzülməsi sayəsində meydana gəldiyini iddia etmək qədər axmaqlıqdır.
Kainatdakı mükəmməl nizam və canlılardakı qüsursuz sistemlər, bizlərə hamısını tək Yaradıcının, yəni Uca Allahın yaratdığını göstərir. İkinci bir ilah, bu səbəbdən, öz istədiyi kimi etmək istəyən ikinci bir iradə olsaydı, mütləq surətdə bir qarışıqlıq, uyğunsuzluq və ziddiyyət meydana gələrdi. Bir Quran ayəsində, Allahdan başqa heç bir tanrı olmadığı və Ondan başqa heç bir varlığın kainatda gücü olmadığı belə izah edilir:
Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır (Muminun surəsi, 91)
Ayədə xüsusilə bildirildiyi kimi, Allahdan başqa heç bir tanrı yoxdur. Və Allahın heç bir surətdə uşağı da yoxdur. O, bu kimi insani sifətlərdən münəzzəhdir. Bu ayədən anlayırıq ki, Allahın uşağı olduğunu, Özünə "oğul" götürdüyünü iddia edənlər də böyük bir yanılma içindədirlər. (Allahı tənzih edirik). Ayələrdə Allahın tək olduğu həqiqəti belə izah edilir:
De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas surəsi, 1-4)
ADNAN OKTAR: Dərin düşünmədə ilk istəniləcək şey; Allahdan müstəqil ağıla sahib deyilik biz, yəni insan bunu bilməlidir. Allaha qarşı hörməti tam formalaşdırmaq lazımdır. Allah istəməsə, biz heç bir şey diləyə bilmərik. Allah danışdırmadıqca heç bir şey danışa bilmərik. Tamamilə hər şey Allahın nəzarətindədir. Qədərimizdə olanı biz görərik. İlk bunu bilməlidir insan, bunu bildiyində şirkdən xilas olar, başqa cür "mən edirəm, mən düzəldirəm" desə şirk olar, ağılı da bağlanar. Məsələn, hal-hazırda da bizi danışdıran Allahdır, sizi də, məni də danışdıran Allahdır. Tək söz deyə bilmərik Allah istəməzsə. Gözəl dua etmək lazımdır, ağıllı dua etmək lazımdır. Ya Rəbbim deməli, bütün güc, qüvvə sənin əlindədir, varlığın açıq, çox aşkardır, mənim imanımı heç sarsılmaz çox güclü dərin, kəskin bir imana çevir. Dərinləşdir və heç dəyişməsin, heç bir şeylə sarsılmasın Ya Rəbbim, deməlidir. Belə ki, bu neməti qazanan bir insan ondan sonrası hamısı tamamdır. Bütün məsələ çox güclü və qərarlı bir imandadır. Ondan sonra Allah qorxusu da olar, Allah sevgisi də olar, bərəkət də olar, ağıl, fikir də gəlir insana, dərinlik də gələr, ehtiras da gələr, hər şey gələr, ilk əvvəl sarsılmaz qərarlı bir iman olmalıdır. Bunun üçün də çox sağlam bir vicdan lazımdır, vicdanı çox güclü olmalıdır, çünki hər gün bizi sarsıdacaq hadisələrlə qarşılaşırıq. Zəif varlıqdır insan.
Allah, şeytandan Allaha sığınıram, "insan zəif yaradıldı" (Nisa surəsi, 28) deyir. İnşaAllah. Zəif yaradıldı nə demək, hər istiqamətdə zəifdir. Yəni bədən cəhətdən, məsələn, baxın qrip epidemiyası var, hər kəs yataqlarda yatır, deyilmi? Ciddi ölüm təhdidi də olar insanda. Kiçik bir virus, heç görülməmiş bir virus bir insanı rahatca öldürə bilər, yəni güclü deyilir, sağlam dediyiniz adamı da, məğlub edilməz dediyiniz adamı da, çox rahatca devirər bir insanı. Bizim edəcəyimiz tam olaraq Allaha təslim olmaqdır... Dünya artıq yaşlandı, artıq son dövrünü yaşayır.Vicdanı sıxmamaq, özünü buraxmaq, eşqlə Allahı sevmək, dəlicəsinə aşiq olmaq, sevgiyə könül vermək çox əhəmiyyətlidir. Allahı sevmək, Allaha dərin inanmaq, Allahın dəlillərini yaxşı araşdırmaq lazımdır. Allahı sevmək üçün, çünki Allah deyir ki: "Elm sahibləri Allahdan haqqı ilə qorxarlar" (Fatir surəsi, 28) deyir, şeytandan Allaha sığınıram.
Elm sahibi nə deməkdir? Bütün elm sahələrində tədqiqatlar aparan insan. Fizika, kimya, biologiya, paleontologiya-hər sahədə Allahın dəlillərinə baxmaq lazımdır. Allahın dəlillərinə baxanın imanı dərinləşər. Atomun quruluşuna baxacaq, hüceyrənin quruluşuna baxacaq, geologiyanı araşdıracaq, paleontologiyanı araşdıracaq, astronomiya ilə maraqlanacaq, göy elmi ilə məşğul olacaq, kosmosdakı cisimləri araşdıracaq, sonsuzluğu düşünəcək Big Bang-ı düşünəcək, maddənin ilk yaradılışını düşünəcək, bunların hamısını düşünə-düşünə beyin fövqaladə şəkildə inkişaf edər və bu da böyük güclü bir imana səbəb olar, amma təbii Allaha tam təslimiyyət lazımdır. (Adnan Oktarın Kayseri TV reportajından, 29 noyabr 2009)