Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?
(Furqan surəsi, 43)
Şirk, ərəbcədə "şərik qoşmaq" mənasını verir və Qurandakı mənası da Allah ilə birlikdə başqa bir ilah qəbul etməkdir. Bu, çox geniş mənadakı təsvir, təbii ki, yalnız totemlərə və cansız varlıqları büt edənlər üçün deyil. İnsan, özünü yaradan Allaha qul olmaq və yalnız Onun razılığını güdməklə məsul olduğu üçün, həyatını bir başqa məqsədə görə yaşaması da şirk olar. Məsələn, edilən işlərin qarşılığında Allahın deyil də, insanların razılığını güdmək şirkdir. Eyni şəkildə bir insanın həyatdakı məqsədinin Allahın razılığını qazanmaq deyil də, öz istək və ehtiraslarını təmin etmək olması da şirkdir. Bir çox insan bu şəkildə pullarını, vəzifə və mövqelərini, yüksəlmə ehtiraslarını, mal və mülklərini Allaha şirk qoşar. Quranda, Allaha şirk qoşan və Allahın yaratdığı əkin və heyvanların bir qismini bütlərinə ayıran müşriklərdən belə danışılır:
Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz batil iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür” – deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir (Ənam surəsi, 136)
Göründüyü kimi, müşriklər əllərindəki varlıqların bir qismini Allaha bir qismini isə bütlərinə həsr edir, ancaq sonra Allaha həsr etdiklərindən də təkrar öz bütlərinə pay alırlar. Bu, müşriklərin səmimiyyətsiz xarakterlərinin bir nümunəsidir.
İnsanların başqa bir varlığı Allahdan daha çox sevmələri və ya Allahı sevərcəsinə sevmələri də, Allaha şərik qoşmaqdır. Eyni şəkildə hər hansı bir varlıqdan və ya gücdən, Allahdan qorxan kimi qorxan adam, o varlığı və ya gücü Allaha ortaq qoşaraq, onun Allahdan müstəqil bir gücə sahib olduğunu zənn etməsi deməkdir.
İnananların iman etdikləri həqiqət isə, hər şeyi Allahın yaratdığı, bütün işləri Onun təşkil etdiyi, səbəblərin heç bir gücü olmadığı, hər hadisəni Allahın bir qədərə görə yaratdığı, iradənin və təqdirin Rəbbimizə aid olduğudur. Allahın Quranda bizə öyrətdiyi həqiqi iman budur. Bu həqiqətin xaricində bir xətt üzrə inanclara sahib olmaq, hər şeyin özbaşına, təsadüflər nəticəsində olduğuna inanmaq, səbəblərin etmə, yaratma gücü olduğunu zənn etmək də Allaha şirk qoşmaqdır. Allah, şirk qoşmağı bağışlamayacağını bir ayədə belə bildirir:
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. (Nisa surəsi, 116)
ADNAN OKTAR: Şirki anlamaq üçün maddəni də yaxşı anlamaq lazımdır. Məsələn, mən sizinlə indi görüşürəm. Beynimdə Allah sizi yaradır. Çöldə sizin cisminiz varmı? Var, amma çöldə sizin cisminizi görsəm şəffafdır, bu səbəbdən görə bilmərəm. Həmçinin qaranlıqdır bayır, onsuz da heç görə bilmərəm. Həm də rəng də yoxdur. Rəng, işıq və cismin üçölçülü, yəni şəffaf olmayan görüntüsü beyində meydana gəlir, Allah yaradır. Bütün güc, qüdrət Allahın əlindədir. Buna görə, məsələn, mən indi danışarkən desəm ki; "Gözəl danışdım." Doğru olmaz, Allah gözəl danışdırdı. Məsələn, siz sual soruşdunuz. Gözəl sual soruşdunuz, xeyir. Allah gözəl sual soruşdurdu. Yəni buna iman gətirib həmişə yadımızda saxlayacağıq. Yəni küçədə də, çöldə də mənlik duyğusu olmamalıdır. Yəni "mən etdim” ən böyük şirk budur, hazırda dünyada hakim olan budur. Amma klassik şirk də var təbii, birbaşa bütə ibadət edirlər. Məsələn, insanı bütləşdirirlər, insana ibadət edirlər. Məsələn, hz. İsa (ə.s)-ı, Allah deyə ona ibadət edirlər. Məsələn, bu bir şirkdir. Hz. İsa (ə.s)-ın Allah olmadığı məlumdur. Bir çox insanı da əzaba sürümüş olurlar. Məsələn, Amerikada, İngiltərədə, Avropada böyük bir kütlə dinsiz oldu buna görə, yəni hz. İsa (ə.s)-a Allah dedikləri üçün. "Peyğəmbər" demiş olsaydılar, çox insan iman edə bilərdi. Daha çox xristian olardı. Yəni çox məntiqsiz gördükləri üçün iman edə bilmirlər, etmirlər. Amma şirkin təbii bütə sitayiş etmə şəklində olanı da var. (Adnan Oktarın Kanal 35 reportajından, 13 dekabr 2009)
ADNAN OKTAR: Müşrik, Allaha hər şeyi şirk qoşan insandır. Məsələn, bir şey olduğunda onu Allah etmədi, filankəs etdi deyirsə bir insan, bu şirkdir. Bir hadisə olduğunda onu Allahdan bilmirsə, əşyaya bağlayırsa bu da şirkdir. Bəzi insanlar pulu bütləşdirir, bəzi insanlar qadını bütləşdirir. Bütün həyatını o qadına həsr edir, ağlayır, intihar etməyə çalışır, rəzalət çıxardır, yerlərdə sürünür. Halbuki, o qadının məzardakı halını görsə, ağlının ucundan belə keçməz elə bir şey. Amma birtərəfli şərtləndikdə belə dəlilik və dəlilik tərzində nataraz rəftarlar göstərə bilir insanlar. Şirk, Allahın xaricində hər şeyə tabe olmasıdır insanın. Məsələn, bəzi insanlar cinlərə tabe olur, bəzi insanlar şeytana tabe olur, bəzi insanlar insana tabe olur. (Adnan Oktarın Tempo TV reportajı, 10 Mart 2009)