Allah: “İki məbuda sitayiş etməyin!
O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!” – dedi.
(Nəhl surəsi, 51)
Allah qorxusu, bir möminin ən əsas xüsusiyyətlərindən biridir. Çünki insanın Allaha olan yaxınlığının və imanının artması, hər an ixlaslı davranması, gözəl əxlaq göstərə bilməsi və bunda sabit olması yalnız Allah qorxusu ilə mümkün olar.
Bəzi insanlar Allah qorxusunun mənasını bilmədikləri üçün, bunu digər bəzi dünyəvi qorxularla qarışdırarlar. Halbuki, arada çox böyük bir fərq vardır.
Quranın ərəb dilindəki orijinal mətnində Allah qorxusu üçün ''həşyət'' sözü istifadə edilər. Bu söz, çox dərin hörməti ifadə edər. Digər tərəfdən, Quranda dünyəvi qorxular üçün istifadə edilən söz "havf" dır. Bu söz, bir insanın yırtıcı bir heyvandan qorxması kimi sadə bir qorxunu ifadə edir.
Quranda sözlərlə ayrılan bu iki qorxunu, Allahın sifətlərini düşündükdə daha yaxşı anlaya bilərik. İnsanların sahib olduqları dünyəvi qorxular, ümumiyyətlə zalım insanlardan qaynaqlanan qorxulardır. Məsələn, insan bir caninin özünü öldürməsindən qorxar. Halbuki, Allah qorxusu fərqlidir. Allah sonsuz şəfqət, mərhəmət və ədalət sahibidir. Bu səbəbdən, Allah qorxusu, sonsuz şəfqət, mərhəmət və ədalət sahibi olan Allaha qarşı səmimi bir hörmət, Onun razılığına zidd gəlməkdən çəkinmə və Ona üsyan edib əzabına layiq olmaqdan imtina etməkdir.
Bu fərqi, Allah qorxusunun insanda səbəb olduğu təsirlərdən və nəticələrindən də anlaya bilərik. Dünyəvi qorxuların nəticəsində, məsələn, zəruri təhlükə ilə qarşılaşıb qorxuya qapılan biri, ilk olaraq çaxnaşmaya qapılar, nə etməli olduğu ilə əlaqədar doğru qərar verə bilməyəcək vəziyyətə gələr, ağlını istifadə edə bilməz, həll yolu tapa bilməz, ümidsizliyə qapılar və çarəsiz vəziyyətə düşər. Halbuki, Allah qorxusu, insanın ağlını və vicdanını hərəkətə keçirər. İnsan, Allah qorxusu sayəsində, pisliklərdən və səhvlərdən uzaq durar, özünü maddi və ya mənəvi olaraq yaralayacaq təhlükələrdən xilas edər. Allah qorxusu, insana ağıl və bəsirət (hadisələrin iç üzünü görmə gücü) qazandırar.
Bir Quran ayəsində, insanların Allah qorxusu sayəsində ağıl və anlayış qazandıqları belə bildirilir:
Ey iman gətirənlər, Allahdan qorxsanız, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük fəzl sahibidir. (Ənfal surəsi, 29)
Dünyəvi qorxular, insana əzab verər. Allah qorxusu isə mənəvi cəhətdən çox böyük bir qüvvə qazandırmaqla yanaşı, ona böyük bir zövq verər.
İnsan, Allah qorxusu sayəsində, özünə Allahın sevgisini itirdəcək pisliklərdən çəkinmiş olar. Məsələn, bir ayədə, "Allah özünü öyənləri və lovğalıq edənləri sevməz" (Nisa surəsi, 36) şəklində buyrulur. Allah qorxusu olan insan özünü bəyənib təkəbbürlənməkdən şiddətlə çəkinər. Beləcə, Allahın sevgisini qazanacağını ümid etdiyi bir hərəkət etmiş olar. Məhz bu səbəblə, Allah qorxusu və Allah sevgisi bir-birindən ayrılmaz.
Əslində Allah qorxusu, insanın Allaha yaxınlaşmasının və Onun sevgisini qazanmasının önündəki maneələri qaldırar. Bu maneələrin başında da insanın öz nəfsi gəlir. Quranda Allahın bizə bildirdiyinə görə, insanın nəfsində həm pislik, həm də ondan çəkinmə duyğuları vardır. Bunu xəbər verən ayələrdə belə buyrulur:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Məhz insana nəfsindəki bu pisliklə mübarizə aparması, ona təslim olmaması üçün mənəvi bir qüvvə tələb olunur. Bu qüvvə, Allah qorxusudur. Allahdan qorxan insan, nəfsinin eqoist ehtiraslarına əsir olmaz. Allaha qarşı olan dərin hörməti sayəsində, Onun razılığına zidd düşüncələrdən və işlərdən uzaqlaşar. Bir ayədə, ancaq Allah qorxusuna sahib olan insanların, özlərinə din mövzusunda edilən xəbərdarlıqlardan istifadə edə biləcəkləri bu cür bildirilir:
Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. (Yasin surəsi, 11)
İnsanın səyi, Allah qorxusunu artırmağa istiqamətli olmalıdır. Bunun üçün, Allahın yaratdıqları üzərində dərin düşünərək, onların təfərrüatlarına qədər enən bənzərsiz sənəti və qüdrəti görməli və Allahın böyüklüyünü hər düşündüyündə daha çox qavrayaraq, Ona qarşı duyduğu hörmət dolu qorxunu, gücü nə dərəcəyə çatırsa, o qədər artırmalıdır. Necə ki, Allah bizlərə Quranda bu cür buyurur:
Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali İmran surəsi, 102)
Nə qədər bacarırsınızsa Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. (Təğabun surəsi, 16)
Allah qorxusu artdıqca, möminin sevgi mövzusundakı həssaslığı da artar. Allahın yaratdığı varlıqlardakı gözəllikləri daha yaxşı fərq edər. İnsanlara, təbiətə, heyvanlara və hər şeydəki estetikaya Allahın gözəl xüsusiyyətlərinin təcəllisi olaraq baxma qabiliyyəti qazanar. Bu, ətrafındakı hər şeyin özü üçün bir nemət olaraq yaradıldığını daha yaxşı görməsini təmin edər. Bu səbəbdən, həm bu nemətlərə qarşı, həm də bu nemətləri yaradan Allaha qarşı sevgisi eyni nisbətdə artar.
Bu sirri qavrayan insan, Allah sevgisini də qavramışdır. Hər şeydən çox Allahı sevər və sevdiyi digər varlıqların da Allahın bir təcəllisi olduğunu bilər. Onları da Allah rizasına uyğun olaraq sevər; Allaha itaətli olan möminləri sevər, Allaha qarşı düşmən olanlara isə qəlbində soyuqluq olar.
İnsanı xoşbəxt edən, ona sevinc və hüzur verən həqiqi sevgi, bu izah etdiyimiz Allah sevgisidir. Bunun xaricində olan və Uca Rəbbimiz Allahdan başqa varlıqlara yönəldilən sevgilər, Qurandakı ifadə ilə Allaha şirk qoşanların sevgisidir ki, insanlara hər zaman əzab, hüzn, sıxıntı və narahatlıq verər. Bir Quran ayəsində müşriklərin bu sevgisi ilə möminlərin Allah sevgisi belə müqayisə edilmişdir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür.... (Bəqərə surəsi, 165)
ADNAN OKTAR: Allah insanları bu cür, odla imtahan edər, çətinliklə imtahan edər. Keyfiyyətli, ağlı başında, igid, dürüst, səmimi insanlar əsla təsirlənməzlər, davamlı Allaha sədaqətini davam etdirərlər. Allaha daima hüsni-zənn edərlər. Allaha bir dəfə inanılar. Bir dəfə dost olunar. Bir dəfə eşqlə, dəlicəsinə sevilər və bir daha sonsuza qədər buraxılmaz. Hər nə olursa, olsun. Qolun qopar, ayağın qopar, o biri ayağın qopar, gözünü çıxardarlar, burnunu qopararlar, elə eşqlə "Allah" deyərsən. İman budur. Allah sevgisi budur. Bunun xaricindəkilər iman olmaz, inşaAllah. Sevirsə tam bağlıdır. Məsələn, bunu insan həyatında da görürük. Deyirlər ki, "ölürəm, ürəyim gedir”, evlənirlər. Məhz eşq deyirlər, "bayıldım ..." İnsan deyir ki, "mən iflas etdim." Aman, hadisə tamamilə tərsinə dönür. Bir anda eşqi köşkə çevrilir. "Daha mənə icazə" deyir. Bir başqasının göstərdiyi, məsələn köşk, filan varsa, o tərəfə doğru gedir. Baxın, bu bir vicdansızlıqdır. İnsan sevdiyini öldüyü günə qədər tərk etməz. Əsla. Məsələn, mənim sevdiyim birisi olacaq, mən də onu buraxacağam? Əsla. Ən şiddətli çətin anlar olsa belə buraxılmaz, ən şiddətli. Yeri, göyü inlədər Allah deyə, yenə buraxmazsan. İnşaAllah. Əksi hiyləgərlikdir, vəfasızlıqdır. Nəinki onu, məsələn qadını, qızı makiyajsız görər, bitər insan üçün. Yəni o qədər sadədir. Məsələn, qrip, soyuqdəymə olar, onun yorğun, əldən düşmüş halını görər, o da bitər. Məsələn, dünyaya uşaq gətirər, doğum onu çökdürər, dəyişər doğum səbəbindən. Doğumdan sonra boşanmalar həddindən artıq çoxdur diqqət etsəniz. Məsələn, baxın, boşanmalara diqqət edin həmişə, doğumdan sonrası və ya qəza sonrasıdır. Məsələn, üzünə bir şey olar. Qardaşım necə vicdan bu, insan buraxarmı? O sənin parçan. Allah sənə onu əmanət etmiş. Deyilmi? Sonsuza qədər buraxılmaz. Onsuz da cənnətdə ən gözəl halıyla sənin yanına gələcək. Onsuz da bir insan neçə il gözəl qala bilər, bir qadın. Onsuz da yaşlanacaqdır. Qocalıq gözəlliyi gələcək, yəni o mənada qadına xas xüsusiyyəti gedəcək, deyilmi, insani gözəlliyi gələcək. Və o halıyla onu sevməlisən. Əksi zülmdür. O da Allahın bir quludur. Yəni sənin üçün 24 saat belə mismar kimi dümdüz necə dursun o. İnsandır o yəni. Bağışlamırlar elə bir şeyi. Məhz bu vəfasızlıqdır. Allah eşqiylə sevən onu hər vəziyyətdə sevər. Çünki dərin bir sevgidir Allah eşqi. Yəni bitmək tükənmək bilməyən bir sevgi vardır. Hər nə olursa olsun. Məsələn, əli üzü yanar daha da şəfqətlə sevərsən. Qolu qopar daha şəfqətlə sevərsən. Diqqət edin, məsələn, yaralananda, şikəst olanda mütləq boşayarlar. Bu necə vicdandır, insan necə qıyar? Məsələn, yolda insan rastlaşsa, 20 ilini vermisən, 10 ilini vermisən, insanın içi parçalanar. Mümkünmü? Təxəyyül belə edə bilmirəm yəni. Çox qorxunc bir şeydir. Məhz bu ancaq Allah sevgisi, Allah qorxusu və dərin imanla meydana gələ biləcək bir şeydir. Dərin iman olmadan; mən bəzi manekenlərdən filan görürəm açıqlama verirlər. Məhz ehtirasla sevirəm mən, eşqi xoşlayıram mən. Heç bir şey də bildiyin yoxdur. Pulu kim verirsə, ona gedirsən. Aydındır yəni, kim varlıdırsa o tərəfə dönər. Ehtirasda, eşqdə belə şey olmaz. Dəli aşiq bunları düşünməz. Onun-bunun hesabını etməz. Yalnız Allahın təcəllisi olaraq eşqlə sevər və əsla da buraxmaz, əsla. Ölümünə buraxılmaz. Müsahibə verirlər məsələn, baxıram, kaş ki, bilsələr eşqi. Kaş ki, ehtirası bilsələr. Amma üslubundan anlayıram bilmədiyini. Yəni yazının məzmunundan aydın olur. Çünki Allahdan heç bəhs etmir. Allahdan bəhs etmədən necə eşqi yaşayırsan sən, ehtirası yaşayırsan. Məhz məsələn, adamın altında Jaguar avtomobili görür. Clark Gable kimi aşağıya enirlər, onun kimi bığı, cibi dollarla dolu və s. Könlündə fırtınalar qopduğunu, pərişan olduğunu, bir anda şəhərin axınına qapılmış kimi vurulduğunu" filan söyləyir. Sonra bir yol qəzası keçirir, maşın gedir, əli, üzü yaralanır insanın. İnsanın eşqi, köşkü dərhal yerlə bir olur, uçur. Çünki saxta eşqdir o. Allah eşqində, Allah ehtirasında bu daha da coşar. Məsələn, insanın həyat yoldaşının şikəst olduğunu düşünün, yəni qolu qoparsa ... İnsan qat-qat, onu dəli kimi sevər. Çünki mərhəmət hissi də dövrəyə girmiş olur. Şəfqət hakim olmuş olur. Şəfqət çox ləzzətli bir şeydir. Çox zövqlüdür şəfqət. Deyilmi? Tamam ayrı bir zövqdür. Məsələn, kiçik bir uşağa biz şəfqət hiss edirik, özünü qoruya bilmir. Yazığımız gəlir. Mərhəmət hiss etdiyimiz üçün də şiddətli zövq alırıq. Məsələn, ona sarılmaq tamam ayrı bir zövqdür. Şiddətli bir zövqdür, yəni bir insana duyulan sevgiylə bu müqayisədə tamam ayrı bir şeydir, onun şiddəti çox yüksək olur. Məsələn, bir dovşan belə özünü qoruya bilmədiyi üçün, kiçik bala bir dovşan, insan onu canlı-canlı yeməyi gəlir hətta. O qədər çox sevər. Şəfqətin insanın ruhunu sanki parçalamasıdır bu, məhz; yəni təzyiq meydana gəlir insan ruhunda. Sevgisini ifadə edə bilmir. İfadə edə bilməyincə nə etsin, sevirsən, daha çox əzizləsən Allah əsirgəsin zədələyərsən. Çarəsiz qalırsan, sadəcə baxırsan başqa edəcək bir şey yoxdur. (Adnan Oktar, Çay TV reportajından, 1 oktyabr 2009)