Allah Hər Yeri Əhatə Etmişdir

İnsanların bir qismi, Allahın müəyyən bir yerdə olduğunu zənn edər. Xüsusilə Allahın səmada, kainatın uzaq bir yerində olduğu şəklindəki bir batil inanc olduqca geniş yayılmışdır. (Allahı tənzih edirik). Əslində isə, Allah hər yerdədir və hər şeyi əhatə etmişdir. O, əsil və tək mütləq varlıqdır və bütün varlıqların Ona boyun əydiyi bir ayədə belə xəbər verilir:

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur (Bəqərə surəsi, 255)

Allah, hər an, hər yerdədir. Allahın olmadığı heç bir yer, nəzarətinin olmadığı heç bir varlıq və canlı yoxdur. Hər şeyə gücü çatan Allah hər cür zəiflik və acizlikdən münəzzəhdir.

Allah, tək mütləq varlıq olaraq, bütün kainatı, bütün insanları, yerləri, göyləri, hər yeri əhatə etmişdir və Allah bütün kainatda təcəlli edir. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v), Allahın göydə olduğunu söyləyən bir şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət, Allahın hər yerdə olduğu həqiqətiylə heç bir şəkildə ziddiyyət təşkil etmir. Çünki, dünyanın sizin olduğunuz nöqtəsindəki bir adam əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub qütbündə bir başqa insan da eyni şəkildə Allaha yönəlsə, Şimal qütbündə bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı bir insan, Amerikadakı bir insan, Ekvatordakı bir insan da eyni şəkildə əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit istiqamətdən söz etmək mümkün deyil. Eyni şəkildə kainatın və kosmosun fərqli nöqtələrindəki cinlər, mələklər, şeytanlar da göyə doğru dua etsə hər hansı bir sabit göydən və ya istiqamətdən bəhs etmək mümkün olmayacaq, bütün kainatı əhatə edən bir vəziyyət olacaq.

Bunu da unutmamaq lazımdır ki, Allah zamandan və məkandan münəzzəhdir. Allahın Zatı başqadır. Allahın təcəlliləri isə hər yerdədir. Bir insan bir otağa girsə və "burada Allah yoxdur" desə, Allahı inkar etmiş olar. Allahın təcəlliləri o otaq da daxil hər yerdədir. Siz hər tərəfə yönəlsəniz, Allahın təcəllisi oradadır. Allahın hər yeri əhatə etdiyi, bizə şah damarımızdan yaxın olduğu, hər hansı səmtə yönəlsəniz, Allahın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Məsələn, Allah Bəqərə surəsinin 255-ci ayəsində "... Onun kürsüsü, bütün göyləri və yeri örtüb-əhatə etmişdir ...." deyə bildirir. Hud surəsinin 92-ci ayəsində isə, "... Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir." deyilərək, Allahın insanları da, etdiklərini də əhatə etdiyi bildirilmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Allahdan Başqa İlah Yoxdur
  • Allah Hər Yeri Əhatə Etmişdir
  • Allah İnsana Çox Yaxindir
  • Allah Hər Şeyi Bir Qədər ilə Yaratmişdir
  • Allah Hər Şeyə Qadirdir
  • Hər Varliq Allaha Boyun Əymişdir
  • Allah Hər Şeyi Bilir və Görür
  • Allah Haqqindaki Batil İnanclar
  • Allaha Şirk Qoşmadan İman Etmək
  • Allahin Böyüklüyünü Təqdir Edə Bilmək
  • Allahin Sonsuz Büyüklüyü və Qüdrəti
  • Allah Sevgisi və Allah Qorxusu
  • Quran Yol Göstəricidir
  • Allahin Endirdiyi Kitablara və Peyğəmbərlərinə İman
  • Mələklərə İman
  • Dünya Həyatinin Keçiciliyi
  • İnsan İmtahan Olunur
  • Ölüm Son Deyil
  • Axirətə İman
  • Qiyamətə İman
  • Diriliş
  • Hesab Günü
  • Cənnət və Cəhənnəm
  • Məqsəd Allahin Məmnuniyyətini Qazanmaqdir
  • Günah və Tövbə
  • İbadətlərdə Dəqiqlik Göstərmək
  • Din Əxlaqi İnsanin Yaradilişina Uyğundur
  • Möminlər Birlik və Bərabərlik İçində Olmalidir
  • Son Söz
  • Təkamül Yalanı